Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-461/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair Bakı A pelyasiya Məhkəməsinin İİK-nın 14 noyabr 2019-cu il tarixli 2-1(103)-2652/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 yanvar 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində istifadəsində olan 5000 kv metr torpaq sahəsinə plan və ölçüsünün hazırlanaraq verilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddi açı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində istifadəsində olan 5000 kv metr torpaq sahəsinə plan və ölçüsünün hazırlanaraq verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 26.09.2014-cü il tarixli 2-1(81)-1215/2014saylı (sədrlik edən hakim S.Alıyeva) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində istifadəsində olan 5000 kv metr torpaq sahəsinə dair iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh ap elyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.09.2014-cü il tarixli qərarının ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 14.11.2019-cu il tarixli 2-1(103)-2652/2019 saylı(hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərardadı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2-1(81)-1215/2014 saylı qərarının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı alqı-satqı yolu ilə ona ayrılmış torpaq sahəsinin onun mülkiyyətinə verilməsini təsdiq edən 02 sentyabr 2005-ci il tarixli, 1564/1 nömrəli Sərəncamı məhkəməyə təqdim etmişdir. Lakin, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyasında işə baxılarkən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılan torpaqlarda yerləşməsini sübut edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.09.2014-cü il tarixli, 2-1(81)1215/2014 saylı qərarına əsasən müvafiq torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 06 oktyabr 2015-ci il tarixdə müraciət etmişdir. Bununla da, cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin Ba kı şəhər Ərazi İdarəsində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2-1(81)1215/2014 saylı qərarının 12 dekabr 2014-cü il tarixdə qanuni qüvvəsini alması barədə məlumatlı olmuş və araşdırmalar apararaq iddiaçının 06 oktyabr 2014-cü il tarixli müraciətinin mümkün olmaması barədə ona imtina məktubu ünvanlamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2-1(81)1215/2014 saylı qərarının 12 dekabr 2014-cü il tarixdə qanuni qüvvəsini alması barədə cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi 06 oktyabr 2015-ci il tarixdə məlumatlı olmuşdur. Lakin cavabdeh tərəfindən apelyasiya şikayəti verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2-1(81)1215/2014 saylı qanuni qüvvəy ə minmiş qərarı icra olunması üçün 30 dekabr 2015-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilmişdir. İddiaçı yazılı müraciəti əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(81)-1215/2014 saylı qərarı təkrar olaraq 09 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh tərəfindən yenə də apelyasiya şikayəti verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 12 dekabr 2014-cü il tarixdə qanuni qüvvəyə minmiş 26 sentyabr 2014-cü il tarixli, 2-1(81)-1215/2014 saylı qərarının icra edilməsi üçü n icra vərəqəsi 09 sentyabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi birinci instansiya məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2-1(81)-1215/2014 saylı icra vərəqəsini icra etməmiş, əvəzində 08.10.2019-cu il tarixdə apelyasiya şikayəti vermişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, apelyasiya şikayətinin verilmə müddəti cavabdeh tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Bu səbəbdən hesab edir ki, apelyasiya şikayətinin mümkünsüzlüyü barədə qərardad çıxarılmalı idi. Bütün yuxarı da göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2019-cu il tarixli, 2-1(103)2652/2019 saylı qərardadını ləğv edib, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2-1(81)-1215/2014 saylı qərarının qüvvədə saxlanması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsin in 14 noyabr 2019-cu il tarixli, 2-1(103)-2652/2019 saylı qərardadını ləğv edib, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2-1(81)-1215/2014 saylı qərarının qüvvədə saxlanması barədə qərar qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 14.11.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq ol unmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 14 noyabr 2019-cu il tarixli, 2-1(103)-2652/19 saylı qərardadla, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 21(81)-1215/2014 saylı qərarının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 12.1, 13, 52, 87.7, 87.7.1, 87.7.2-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, iddiaçı kasasiya şikayətində bildirir ki, «iddiaç ı alqı-satqı yolu ilə ona ayrılmış torpaq sahəsinin onun mülkiyyətinə verilməsini təsdiq edən 02 sentyabr 2005-ci il tarixli, 1564/1 nömrəli sərəncamı məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyasında işə baxılarkən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılan torpaqlarda yerləşməsini sübut edən hər hansı sənədi məhəməyə təqdim edə bilməmişdir». Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki bu dəlilini əsaslı saymır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin «İşin hallarının araşdırılması prinsipi» adlanan 12-ci maddəsi mövcuddur ki, həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdi kləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması məhkəmənin xidməti vəzifəsinə görə borcludur. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin («DTXK») Bakı şəhər şöbəsi ona ünvanladığı 01/04-1137 nömrəli 25 aprel 2014-cü il tarixli iddia ərizəsinə qarşı etiraz məktubunda bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunan sənədlər şöbənin mütəxəssisləri tərəfindən araşdırılarkən, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi – qəsəbə bələdiyyəsinə təhvil verilmiş torpaq sahəsinin hüdudlarından kənarda olmaqla, dövlət mülkiyyətində saxlanılan torpaqlarda yerləşir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, işə baxan məhkəmə həmin şöbənin sözügedən məktubunu araşdırmamış, bununla bağlı, o cümlədən, torpağın dövlət və ya bələdiyyə mülkiyyəti olmasına dair sübutlar toplanmamış, mübahisələndirilən məsələyə aydınlıq gətirilməsi uçun İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinin tələbləri çərçivəsində Binəqədi qəsəbə bələdiyyəsini maraqlarına toxunan üçüncü şəxs kimi işə cəlb etməmişdir. İddiaçının kasasiya şikayətindəki digər dəlili isə ondan ibarətdir ki, cavabdeh ƏMDKnın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində, iddiaçıya müvafiq torpaq sahəsinə dair çıxarışının verilmə si barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2-1(81)-1215/2014 saylı qərarının 12 dekabr 2014-cü il tarixdə qanuni qüvvəsini alması barədə məlumatlı olmuş və araşdırmalar apararaq iddiaçının 06 oktyabr 2014-cü il tarixli müraciətinin mümkün olmaması barədə ona imtina məktubu ünvanlamışdır. Lakin cavabdeh tərəfindən apelyasiya şikayəti verilməmişdir. Məhkəmənin həmin qərarı 2 dəfə sözügedən cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən yenə də apelyasiya şikayəti verilməmişdir. Yalnız məhkəmənin sözügedən qərarının icra edilməsi üçün 09 sentyabr 2019-cu il tarixdə icra vərəqəsi cavabdehə göndəriləndən sonra, cavabdeh tərəfindən icra edilmək əvəzinə 08 oktyabr 2019-cu il tarixdə apelyasiya şikayəti verilmiş, yəni, apelyasiya şikayətinin verilmə müd dəti üzrsüz səbəbdən ötürülmüşdür. Bu səbəbdən məhkəmə apelyasiya şikayətinin mümkünsüzlüyü barədə qərardad çıxarmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, ilk öncə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2-1(81)1215/2014 saylı qərarı, həmin qərarda cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi göstərilsə də, məhkəmə tərəfindən qərar birinci dəfə 08 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri şöbəsinə göndərilmiş və 11 noyabr 2014-cü il tarixdə sözügedən şöbə tərəfindən alınmışdır (iş səhifələri 59, 60). Eyni zamanda həmin qərar məhkəmə tərəfindən 30 dekabr 2015-ci il tarixdə DƏDRX-nin Bakı Ərazi İ darəsinə məktubla göndərilsə də (iş səhifəsi 61), DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən adıçəkilən qərarın alınması barədə poçt qəbzi işdə mövcud deyildir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2-1(81)1215/2014 saylı qərarı rəsmi olaraq yalnız 16 sentyabr 2019-cu il tarixdə cavabdehə təqdim edilmiş (iş səhifəsi 74), 11 oktyabr 2019-cu il tarixdə isə cavabdeh tərəfindən qərardan yazılmış apelyasiya şikayəti birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məlum olduğu kimi isə, İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə görə şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Belə olan halda məhkəmə kolle giyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə qərarı tam formada cavabdehə 16 sentyabr 2019-cu il tarixdə təqdim olunduğundan, cavabdeh isə həmin qərardaddan 11 oktyabr 2019-cu il tarixdə birinci instansiya məhkəməsinə apelyasiya şikayəti verdiyindən, burada cavabdeh tərəfindən İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinin tələblərinə tam riayət edilməklə apelyasiya şikayəti verilmiş və məhkəmə qərarından apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddət ötürülməmişdir, yəni, apelyasiya şikayətinin verilmə müddəti ötürülməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlan ılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2019-cu il tarixli, 2-1(103)-2652/19 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-461/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-461/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver