Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-461/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə (üçüncü şəxs X2 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (pasport qeydiyyatına alınması) Giriş hissə: 17.02.2021 Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X2 iştirakı ilə) qarşı pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1937/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı onun ünvan 1 ünvanında pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzil qardaşı Elçin İsmayılova məxsusdur. Qardaşının razılığı ilə o, həmin mənzilə qeydiyyata alınması ilə əlaqədar Cavabdehnə müraciət etmiş və qardaşının razılıq ərizəsini müraciətinə əlavə etmişdir. Lakin cavabdeh onu qardaşına məxsus olan mənzilə pasport qeydiyyatına almaqdan əsassız olaraq imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qardaşı həmin ünvana qeydiyyata alındığ ı halda, belə bir qeydiyyata alınmanın ona münasibətdə tətbiq edilməməsi hüquqlarını pozur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3785/2016 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddianın təmin edilməsi, iddiaçının ünvan 1 ünvanında pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
4. Məhkəmənin qeyd olunan qərarından narazı qalan X3 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsini, onu üçüncü şəxs qismində inzibati məhkəmə icraata cəlb edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bund an sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1046/20 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərardadı ilə X3 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-1(81)-3785/2016 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı onun ünvan 2 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Birinci instansiya məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2-1(112)-5193/2020 nömrəli (sədrl ik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 58.1, 68.2-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə istinad edərək belə hesab etmişdir ki, mənzilə dair hər hansı hüququ mövcud olmadığı halda, X1 həmin mənzilə iddiaçının qeydiyyata alınmasına razılıq verməsi mümkün deyildir və həmin razılığın hər hansı hüquqi qüvvəsi yoxdur, bununla da iddia tələbi əsassızdır.
8. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-cı il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
9. Həmçinin iddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-cı il tarixli, 21(112)-5193/2020 nömrəli qərarından apelyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək buraxılmış prossesual müddətin bərpa edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
10. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)1937/20 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərardadı ilə iddiaçının birinci instansiya məhkəməsinin xx.xx.2020cı il tarixli qərarından apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi, müddətin bərpa edilməsindən imtina edilməsi, apelyasiyan ın mümkün sayılmaması və apelyasiya şikayətinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.
11. Apelyasiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 85.1, 128.3-cü maddələrinə əsaslanmışdır. Kasasiya şikayətinin dəlilləri:
12. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı İnzibati Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-1937/2020 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-5193/2020 saylı qərarından apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmamış və müddətin bərpasından imtina edilməklə, apelyasiya müm kün sayılmamış, apelyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qərardadını aşağıdakı əsaslarla düzgün hesab etmir. İPM-nin 24.1-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə müəyyən edilmiş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir". Yuxarıda da qeyd etdiyi kimi, o, apelyasiya şikayətini verərkən müddəti İPM-nin 22.2-ci maddəsinə əsaslanmaqla (“Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur"), MPM-nin müddətlər üçün müəyyənləşdirilmiş müddəalarına uyğun olaraq günləri hesablayıb vermişdir. Bakı Apelyasiya Məhkəməsi müddətin bərpası barədə ərizəyə b axarkən bu halı nəzərə almalı idi. Belə ki, onun müddəti bircə gün buraxmağı İPM əvəzinə MPM-nə əsaslanmağından və yanılaraq, İPM-nin 22.2ci maddəsinin tətbiq olunmasını fikirləşdiyindən olmuşdur. Həmçinin Bakı Apelyasiya Məhkəməsi müddətin bərpası barədə ərizəyə baxarkən onu da nəzərə alınalı idi ki, o, hər halda hüquqşünas deyil və İPM-nin və MPM-nin müddəalarını dərindən başa düşə bilməmişdir.
13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1937/20 saylı qərardadını ləğv edərək, müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
15. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( xx xxxxxx 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə:
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
18. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 2-1(103)-1937/20 nömrəli qərardadla və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə hesab edir ki, iddiaçıya qərarın göndərilməsi barədə xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, bir inci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı xx.xx.2020-ci il tarixdə həmin məktuba imza etməklə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir (iş vərəqi 122).
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.
20. Həmin Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi, iş üzrə qərardan apelyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə qə rar ona təqdim edildiyi gündən (xx.xx.2020-ci il tarixdən) hesablanmaqla xx.xx.2020-ci il tarixdə başa çatmişdir.
22. Lakin iddiaçı tərəfindən apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə imzalanmış və həmin tarixdə məhkəməyə təqdim edilmiş, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən 1 gün buraxılmışdır.
23. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizəsi üzrlü hal kimi qəbul edilə bilməz. Belə ki, hər hansı halın iddiaçıya münasibətdə üzrlü sayıla bilməsi üçün bu halın ondan asılı olmaması, onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması, bunun üçün müvafiq hərəkətlərin yerinə yetirilməsinə maneə törətməsi sübuta yetirilməlidir. Lakin iş üzrə belə hallar aşkar ed ilməmişdir. Yəni iddiaçının İPM-in 22.2-ci maddəsini yanlış təfsir etməsi prosessual müddətin buraxılması ilə nəticələnmişdir ki, bu da qanunla müəyyən edilmiş müddətin iddiaçının təqsiri ilə ötürülməsi, yəni müddətin buraxılmasının üzrlü səbəblərdən baş vermədiyi deməkdir.
24. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-1937/2020 sayl