Məhkəmə qərarları › İş №2-1(102)-461/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-461/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-461/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ailə başçısının vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olu nması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2-1(103)-2419/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona ailə başçısının vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

2. Cavabdeh 7 dekabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edil məkdədir. Bununla əlaqədar olaraq ona dövlət qulluqçusu kimi yaşa görə ödənilən əmək pensiyası Mərkəzi Filial tərəfindən 30 sentyabr 2020-ci il tarixdən dayandırılmışdır. 1 oktyabr 2020-ci il tarixindən Mərkəzi filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən ona mərhum həyat yoldaşı X1 təminat xərcliyinin (1060,10 manat) 80 faizi-848,03 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nı n 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi filialın ona ödənilməli olan hər hansı borc məbləği yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 10 mart 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməklə mərhum həyat yoldaşı X1 vəfat etdiyi - 11 oktyabr 2015-ci il tarixdən başlayaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını və həmin tarixdən almalı olduğu ailə başçısını itir məyə görə əmək pensiyası ilə 1 oktyabr 2020-ci il tarixinədək ona verilən yaşa görə əmək pensiyası arasındakı yaranmış 5 illik fərqin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X2 xx xxxxx 1951-cı il tarixdə doğulduğu üçün 2008-ci il 30 iyun tarixdən çalışdığı dövlət qulluğundan yaşa görə əmək pensiyasına çıxmışdır. Mərhum həyat yoldaşı X2 11 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Məhz, 11 oktyabr 2015-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmışdır. O, isə qanunvericiliyə əsasən yaşına görə aldığı əmək pensiyası növünün dəyişdirilərək ailə başçısını itirməyə görə verilən pensiya ilə əvəz olunmasını istəmişdir. Lakin mərhum həyat yo ldaşı rəhmətə gedən ildən, yəni 11 noyabr 2015-ci il tarixdən 5 il ərzində Dövlət Sosial Müdafiə Fonduna çoxsaylı müraciətlər etməsinə baxmayaraq, məhz, 1 oktyabr 2020-ci il tarixdən ona ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. 11 oktyabr 2015-cı il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müvafiq maddəsinə əsasən həyat yoldaşı əmək stajı nəzərə alınmaqla orta aylıq əmək haqqının 80%-i miqdarında pensiya almışdır. 11 oktyabr 2015-cı il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən isə ailə başçısını itirməyə görə iddiaçının həyat yoldaşının aldığı əmək pensiyası və ona əlavənin 80%-i miqdarında pensiya almaq hüququ yaranmışdır. Lakin buna baxmayaraq, həyat yoldaşı X1 əmək pensiyası və ona əlavənin 80%-i ailə başçısını itirdiyi üçün o na məhz 1 oktyabr 2020-ci il tarixdən ödənilməkdədir. Lakin bu məbləğ ona 11 oktyabr 2015-ci il tarixdən ödənilməlidir. O, 1 oktyabr 2020-ci il tarixə kimi yaşa görə əmək pensiyası almışdır. Bu halda 15 oktyabr 2015-ci il tarixdən başlayaraq almalı olduğu ailə başçısını itirməyə görə əmək pensiyası ilə 2020-ci il 1 oktyabr tarixədək özü aldığı yaşa görə əmək pensiyası arasındakı yaranmış 5 illik fərqin ona birdəfəlik ödənilməsini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi qanunamüvafıq deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı 11 sentyabr 2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Qurum tərəfindən 30 sentyabr 2020-ci il tarixdən iddiaçıya təyin edilmiş dövlət qulluqçusu pensiyası dayandırılmış və 1 oktyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə mərhum həyat yoldaşının müvafiq təminat xərcliyinin 80 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Bildirilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən - “ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır”. Belə ki, iddiaçıya DSMF-nin rayon şöbəsindən aldığı əmək pensiyası 2020-ci il 30 sentyabr tarixdən dayandırılmış və ərizəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2, 34, 35.2-ci maddələrinə əsasən ailə başçısını itirməyə gö rə növbəti ayın 1-dən əmək pensiyası təyin edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının əvvəllər ailə başçısını itirməyə görə müraciəti olmamışdır və yalnız dəfn xərcinə görə müraciət etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 5 iyul 2021-ci il tarixli, 2-1(112)-4900/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdeh quruma müraciətləri mərhum həyat yoldaşının dəfn xərcinin, özünə yaşa görə rəyin edilmiş pensiyanın düzgün hesablanmaması, eləcə də hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvü kimi pensiya təyin olunacağı təqdirdə ailə başçısının təminat xərcliyinin faizi ilə bağlı olmuşdur və ona izah edilmişdir ki, müraciət etdiyi təqdirdə, vəfat etmiş hərbi qulluqçul arın və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvü kimi ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilməsi hüququ vardır. Lakin o, təyin olunacaq pensiya məbləği ilə razılaşmadığından ailə başçısının itirilməsi ilə bağlı pensiya təyinatı ilə bağlı müraciət etməmişdir. Hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailə başçısının təminat xərcliyinin ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılması hüququ 1 iyul 2021-ci il tarixdən yaranmışdır. İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı ilk dəfə 11 sentyabr 2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş və ona növbəti ayın 1-dən, yəni 1 oktyabr 2020-ci il tarixdən ailə başçısını itirm əyə görə ailə başçısının təminat xərcliyinin 80 faizi məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Odur ki, iddiaçının 11 noyabr 2015-ci il tarixdə və ondan sonrakı müraciətlərində ailə başçısını itirməyə görə pensiya təyinatı ilə bağlı müraciəti olmadığından cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu müəyyən olunmamış, bununla bağlı cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” qanunda müraciət edilən tarixdən əvvəlki dövr üçün ailə başçısını itirməyə görə pensiyanın birdəfəlik ödənməsi hüququ nəzərdə tutulmadığından bununla bağlı iddiaçının “qanuni gözləntisi” yoxdur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xa hiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2-1(103)-2419/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 5 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı, onun həyat yoldaşı öldükdən sonra məhz 2015-ci il 11 noyabr tarixdə ərizə ilə müraciət edərək ailə başçısını itirməyə görə ona pensiya təyin olunmasını istəmişdir. Lakin birinci instansiya məhkəməsində dəfələrlə cavabdeh tərəfdən onlara olunan müraciətlər tələb olunsa da, qurum onlara edilən müraciətləri məhkəməyə təqdim edə bilməmiş, məhkəmə isə cavabdeh qurumun iddiaçının müraciətinin məzmununu bilmədən cavab məktublarına əsasən öz qərarını formal olaraq əsaslandırılmış, gəldiyi nəticələrə dair öz mülahizələrini qərarda bildirməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi də qərar qəbul edərkən bu məqamları nəzərə almamış, birinci instansiya məhkəməsinin düzgün olmayan mövqeyi İlə öz qərarında razılaşmışdır. Həmçinin ailə başçısını itirməyə görə pensiya təyin olunduğu 2020-ci il 1 okt yabr tarixdən əvvəlki 5 il tarixə, yəni hüququnun yarandığı gündən bu yana 5 illik fərqi alması ilə bağlı qanuni gözləntisi vardır. Məhkəmə qərarında əsas olaraq yalnız ailə başçısını itirilməsinə görə müraciətin vaxtında olmamasını əsas tutmuş, halbuki nəzərə almamışdır ki, iddiaçının ailə başçısını itirməyə görə pensiya almaq hüququ 2015-ci il 11 oktyabr tarixdə yaranmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda və iddia tələbinə dair etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə;... Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.... Maddə 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir... Maddə

34. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardad ının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, cavabdehin üzərinə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının 11 oktyabr 2015-ci il tarixdən təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi qoyulmalı, şikayət qalan hissə də təmin olunmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 19. “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.

20. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla t əyinat aparılır...

21. Normanın məzmunundan göründüyü kimi, burada, pensiya hüququnun (o cümlədən, bir pensiya növündən başqa pensiya növünə keçmə hüququnun) yarandığı vaxtdan deyil, bu hüququn reallaşdırılması üçün müraciət etmə vaxtından bəhs edilir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsində təsbit olunmuş hüququnun reallaşdırılması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin və məhkəmələrin istinad etdikləri 35.2-ci maddənin isə (Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır.) hazırkı mübahisəyə tətbiqi üçün əsaslar yoxdur. Belə ki, həmin norma ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildikdən sonra həmin növ pensiyanı almaq hüququ olan ailə üzvlərinin paylarının ayrılması qaydasını tənz imləyir. Hazırkı iddiada belə tələb yoxdur.

22. İddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı vaxta gəldikdə, onun bu hüququ ailə başçısının öldüyü 11 oktyabr 2015-ci il tarixdən yaranmışdır. Bu qənaət “Əmək pensiyaları haqqında” Qanunun 14.1, 14.1.2-ci maddələri ilə yanaşı, həmin Qanunun 31.1-ci və 32.1-1-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, Qanunun 31.1-ci maddəsində “əmək pensiyası hüququ olan şəxslər” müddəası o cümlədən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxsləri, Qanunun 32.1-1-ci maddəsində “əmək pensiyaları” müddəası isə, həmçinin “ailə başçısını itirməyə görə əmək pensiyası”nı da ehtiva edir.

23. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 32.3-cü 11 oktyabr 2015-ci ildə qüvvədə olan redaksiyasında da a ilə başçısını itirməyə görə əmək pensiyasının buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən təyin edilməsi təsbit olunmuşdur. 10 mart 2017-ci il tarixli Qanunla “ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən” müddəasının həmin normanın məzmunundan çıxarılması isə, iddiaçının həmin hüququna təsir etmir. Belə ki, həmin 10 mart 2017-ci il tarixli Qanunla “Əmək pensiyaları haqqında” Qanuna əlavə edilmiş 32.1-1-ci maddədə əmək pensiyalarının (deməli, həm də ailə başçısını itirməyə görə əmək pensiyasının) onu almaq hüququ yarandığı gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, təyin edilməsi təsbit olunmuşdur.

24. Beləliklə, iddiaçı ona hüququnun yarandığı 11 oktyabr 2015 -ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini tələb etməkdə haqlı olmuşdur.

25. Təyin edilmiş əmək pensiyasının ödənilməsinə gəldikdə, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə m ünasibətdə də tətbiq edilməlidir.

26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə 11 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir. Buna görə də, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası 11 oktyabr 2015-ci il tarixdən təyin edilməli və 11 sentyabr 2017-ci il tarixdən ödənilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 noyabr tarixli, 2-1(103)-2419/2021 nömrəli qərarı qismən ləğv edilir. Cavabdehin üzərinə iddiaçıya 11 oktyabr 2015-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və 11 sentyabr 2017-ci il tarixdən həmin pensiyanı ödəmək öhdəliyi qoyulur. Şikayət qalan hissədə təmin olunmur. Apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar