Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-461/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1758/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. HB seriyalı 009026 nömrəli diplomun surətinə əsasən iddiaçı 1981–1986-cı illərdə Ə.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda təhsil almış və 1986-cı ildə həmin təhsil müəssisəsini bitirmişdir.
2. İddiaçıya məxsus əmək kitabçasının məlumatlarına əsasən, o, 1986-cı ildən əmək fəaliyyətinə başlamış və hazırkı vaxtadək (müəyyən fasilələr isti sna olmaqla) müxtəlif vəzifələrdə çalışmışdır. Əmək kitabçasındakı qeydlərdə onun 1 sentyabr 1989-cu il tarixdən 1 fevral 1991-ci il tarixədək (1 il 5 ay) “Məişəttəmirtikinti” Trestinin 11 saylı Xüsusi Təmir Tikinti İdarəsində inşaat ustası və iş icraçısı, 4 fevral 1991-ci il tarixdən 4 dekabr 1992-ci il tarixədək (1 il 10 ay) 15 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifələrində işləməsi əks olunmuşdur.
3. ARDNŞ-in “Neftqaztikinti” Trestinin 5 aprel 2021-ci il tarixli SOCAR**********80020123X0088 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı həqiqətən: -10 iyul 2007-ci il tarixdə “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə işə qəbul olunmuş, 18 iyun 2008-ci il tarixdə mühənd is, 4 mart 2010-cu il tarixdə iş icraçısı vəzifəsinə keçirilmiş, 4 noyabr 2014-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İş icraçısı vəzifəsi üzrə əmək stajı 4 il 8 ay 1 gün təşkil edir; -5 noyabr 2014-cü il tarixdə “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsinə iş icraçısı vəzifəsinə işə qəbul edilmiş, 27 avqust 2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, əmək stajı 9 ay 23 gün təşkil edir; -28 avqust 2015-ci il tarixdə “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti Quraşdırma Bölümünə iş icraçısı vəzifəsinə işə qəbul olunmuş və hazırda da həmin vəzifədə işləyir, əmək stajı 5 il 6 ay 4 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası h üququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cu (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bəndinə əsasən iddiaçının zərərli şəraitdə iş icraçısı vəzifəsi üzrə iş stajı 11 il 28 gün təşkil edir.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir.
5. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********4 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə onun iş stajı 12 il 6 aydan az (11 il 28 gün (xx.xx.2010 - xx.xx.2014-cü il, xx.xx.2014 - xx.xx.2015-ci il və xx.xx.2015 – xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunve riciliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 5 iyul 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 2 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində bu qərarın 1-5-ci bəndlərində qeyd olunan məlumatlara istinad edərək cavabdehin imtinasının əsassız olduğunu bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı mahiyyətcə imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən yazılı etiraz təqdim etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişd ir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8165/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan (2 mart 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı iş illəri, o cümlədən 1989 – 1992-ci illərə aid qeydlər üzrə məlumatların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılır. Həmin illər üzrə istər işin xarakteri ilə əlaqədar, istərsə də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı əlavə sənədlərin tələb olunması və bu səbəbdən də iddiaçının sosial sığorta stajına daxil edilməməsi, «Normativ hüquqi aktlar haqqında» Azər baycan Respublikasının Konstitusiya Qanununun 64.6-cı maddəsinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17, 19-cu maddələrinin, eləcə də müvafiq dövrdə qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən, iddiaçının 1 sentyabr 1989-cu il tarixdən 4 dekabr 1992-ci il tarixədək olan 3 il 3 ay 3 gün iş stajı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş müddəti kimi qəbul olunmalıdır.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 25 ildən artıq ümumi sığorta stajı, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə (inşaat ust asu və iş icraçısı) iş stajı mövcuddur. Onun 25 ildən artıq ümumi iş stajına malik olması həm əmək kitabçası ilə təsdiqlənir, həm də işin mübahisə olunmayan hallarına daxildir. Cavabdeh inzibati orqan iddiaçının ARDNŞ-in “Neftqaztikinti” Trestinin arayışında və əmək kitabasında qeyd olunmuş 2010-cu ildən hazırkı dövrədək “iş icraçısı” peşəsində işlədiyi 11 il 28 gün müddəti güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı kimi qəbul etmişdir.
12. Belə olan halda, iddiaçının 25 il ümumi sığorta stajına və bu stajın 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik 60 yaşına çatmış şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yar anır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1758/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8165/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ E TİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubu və iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» 29-cu bölmə - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. b) rəhbərlər və mütəxəssislər - tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları.
21. İnzibati Prosessual Məcəllə (İ PM) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüv vədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal ba xımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı say ır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şi kayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiym ətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərar ın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
31. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zama nı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
32. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qərarın 30-31-ci bəndlərində istinad olunan qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə mə hkəmələr tərəfindən İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
33. Belə ki, bu qərarın 19-cu bəndində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması.
34. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyə n edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür.
36. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
37. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərar ı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1758/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.