Məhkəmə qərarları › İş №2-1(102)-4612/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4612/2025

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4612/2025 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdehnə (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nəzdində yaradılmış Xüsusi Komissiyanın ##.##.2021-ci il tarixli, ** nömrəli protokolu və ona əlavə olunmuş cədvəldən görünür ki, iddiaçıya Avro-6 üzrə 1 icazə blankı verilmişdir.

2. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nəzdində yaradılmış Xüsusi Komissiyanın ##.##.2022-ci il tarixli, ** nömrəli protokolundan görünür ki, iddiaçıya ##.##.2021-ci il tarixində ** nömrəli protokolla ayrılmış BNF icazələrin bölgüsü ləğv edilmiş və həmin BNF icazələri daşıyıcılar arasında yenidən bölgüyə çıxarılmışdır.

3. Cavabdeh yanında X2 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022ci il tarixli məktubda qeyd edilmişdir ki, nümayəndə6 beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, ## ###### 2022-ci il tarixindən etibarən “xxxx” MMC ABADA-nın üzvlüyündən çıxarılmışdır.

4. Cavabdeh yanında X2 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022ci il tarixli məktubda qeyd edilmişdir ki, beynəlxalq yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərə “icazə” blankları daşıyıcıların müvafiq müraciəti əsasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nəzdində fəaliyyət göstərən xüsusi Komissiyanın bölgüsünə uyğun olaraq verilir. 2022-ci ilin yanvar və fevral ayları üçün Xidmətə təqdim olunan icazələrin bölgüsü siyahısında “xxxx” MMC-yə icazə blankları ayrılmamışdır. Eyni zamanda xüsusi Komissiyanın ##.##.2021-ci il tarixində keçirilmiş bölgüsünə əsasən “xxxx” MMC-yə 2 ədəd BNF icazəsi ayrılmışdır. Bu icazələr götürülməmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli məktubda göstərilir ki, xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “icazə” blankları Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nəzdində fəaliyyət göstərən Komissiyasının bölgüsü əsasında verilir. Kvota üzrə mübadilə edilən xarici ölkələrin birdəfəlik “icazə” blanklarının və X6 çoxtərəfli illik və qısamüddətli icazələrinin (jurnallarının) yerli avtodaşıyıcılar arasında bölgüsündə iştirak etmək üçün ABADA-ya üzvlük tələb olunmur. ##.##.2022-ci il tarixində sözügedən Komissiya tərəfindən ayrılmış Rusiyaya giriş-çıxış və tranzit keçid üçün 2 ədəd, Belarusa giriş-çıxış və tranzit keçid üçün 2 ədəd və Belarusa 3-cü ölkəyə/ölkədən daşımalar üçün 2 ədəd “icazə” blankları X2 Xidməti tərəfindən “xxxx” MMC-yə verilmişdir.

6. Cavabdeh yanında X2 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022ci il tarixli məktubda qeyd edilmişdir ki, ictimai iştirakçılığın təmin edilməsi istiqamətində Cavabdeh ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası arasında 2021ci ilin ## ###### tarixində beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memoranduma əsasən xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “icazə” blankları və BNF “Icazə”ləri Bölgü Komissiyasının bölgüsü əsasında verilir. Bölgü Komissiyasına müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh yanında X2 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ictimai iştirakçılığın təmin edilməsi istiqamətində Cavabdeh ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası arasında 2021-ci ilin ## ###### tarixində beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memoranduma əsasən xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “icazə” blankları və BNF “Icazə”ləri Bölgü Komissiyasının bölgüsü əsasında verilir. Bölgü Komissiyasına müraciət etmək tövsiyə olunmuşdur.

7. Cavabdehnin ##.##.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Avropa ölkələrinin və bir sıra X4 (MDB) təcrübəsi nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması, avtomobil nəqliyyatı xidmətlərinin ixracının stimullaşdırılması, avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması, azad rəqabət mühitinin inkişaf etdirilməsi, daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına töhfə verilməsi, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin ümumiləşdirilməsi yolu ilə “Icazə blanklarının bölgusü prosesinin təkmilləşdirilməsi, eyni zamanda ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Nazirlik ilə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” Ictimai Birliyi (ABADA) arasında “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” ## ### 2021-ci il tarixli Memorandum imzalanmışdır. Memorandumun qüvvədə olma müddəti ## ###### 2022-ci ilədək uzadılmışdır. “Icazə” blanklarına olan tələbatın müəyyən edilməsi və həmin “Icazə’lərin avtodaşıyıcılar arasında bölgüsü Memorandum əsasında yaradılmış Bölgü Komissiyası tərəfindən daşıyıcıların iştirakı ilə aşkar şəkildə əvvəlcədən elan olunmuş qaydada həyata keçirilir. Cəmiyyətin beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu nəzərə alaraq cəmiytətə münasibətdə “lcazə”lərin bölgüsü aparılmır. Qeyd edir ki, Bölgü Komissiyası həmçinin X7 (BNF) “Icazə”lərinin bölgüsünü həyata keçirir. Bölgünün nəticələri daşıyıcıların assosiasiyası olan ABADA-nın saytında dərc edilməklə ictimailəşdirilir və daha sonra icazələr daşıyıcılara verilir. “xxxx” MMC də daxil olmaqla ümumilikdə 86 daşıyıcı arasında 1128 BNF”Icazə’’si bölünmüşdür. Həmçinin Bölgü Komissiyasının ## ###### 2022-ci il tarixli 60 №li protokolu ilə Komissiyanın ## ###### 2021-ci il tarixli ** №-li protokolunda BNF “Icazə”lərinin bölgüsü cədvəlindən “xxxx” MMC-nin adının çıxarılması və həmin bölgünün nəticəsinin Cəmiyyətə münasibətdə ləğv edilməsi qərara alınmışdır.

8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması və azad rəqabət mühitinin inkişaf etdirilməsi məqsədi ilə 2021-ci ildən başlayaraq” Icazə' vərəqələrinin bölgüsü prosesi təkmilləşdirilərək Bölgü Komissiyası tərəfindən aparılır, Bölgü zamanı daşıyıcıların müxtəlif istiqamətlər üzrə ixtisaslaşdırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2022-ci il tarixli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları" təsdiq edilmişdir. Bu Qərara əsasən, beynəxalq daşımalarda yalnız buraxılış vəsiqəsi almış operatorlar və buraxılış kartı almış avtonəqliyyat vasitələri iştirak edəcəklər.

9. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, beynəlxalq yük daşımaları fəaliyyətinin operatoru qismində uçota alınma Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxıl Qaydaları”nın (Qaydalar) tələblərinə əsasən aparılır. Eyni zamanda bildirir ki, tələb olunan sənədlər tam təlimata uyğun təqdim olunduqda sonra, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları fəaliyyətinin operatoru qismində uçota alınmağınızla bağlı müraciətə yenidən baxılacaqdır.Əlavə olaraq bildirir ki, operator kimi uçota alınmaq üçün AYNA informasiya sisteminin e-operator.ayna.gov.az altsistemi vasitəsilə də elektron qaydada müraciət edə bilər.

10. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, beynəlxalq yük daşımaları fəaliyyətinin operatoru qismində uçota alınma Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxıl Qaydaları”nın (Qaydalar) tələblərinə əsasən aparılır. Qaydalara əsasən tələb olunan sənədlər təqdim olunduqdan sonra avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları fəaliyyətinin operatoru qismində uçota alınmaqla bağlı müraciətə yenidən baxılacaqdır. Operator kimi uçota alınmaq üçün AYNA informasiya sisteminin e-operator.ayna.gov.az altsistemi vasitəsilə də elektron qaydada müraciət edə bilər. İ

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində birinci icraat

11. Iddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh yanında X2 Xidmətinə və Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-yə xarici ölkələrdə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq lazımi həddə və lazım olan istiqamətlərdə icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdeh Cavabdehnin (və ya onun müvafiq strukturuna) həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində 8 ədəd nəqliyyat vasitəsinin olduğu nəzərə alınaraq Rusiyaya işlək olan 8 ədəd BNF jurnalı və ya Rusiyaya üçüncü ölkələrdən daşıma üçün 80 ədəd, Rusiyaya ikinci ölkə daşıma üçün 80 ədəd, Türkiyəyə üçüncü ölkələrdən daşıma üçün 80 ədəd, Türkiyəyə ikinci ölkə daşıma üçün 80 ədəd, Belarusiyaya üçüncü ölkələrdən daşıma üçün 25 ədəd, Belarusiyaya ikinci ölkə daşıma üçün 25 ədəd, Qazaxıstan üçüncü ölkələrdən daşıma üçün 15 ədəd, Qazaxıstana ikinci ölkə daşıma üçün 5 ədəd, Gürcüstana üçüncü ölkələrdən daşıma üçün 100 ədəd, Gürcüstana ikinci ölkə daşıma üçün 100 ədəd, Irana 20 ədəd icazə vərəqələrinin verilməsi öhdəliyinin cavabdeh Cavabdehnə (və ya onun müvafiq strukturuna) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğuldur. Şirkət öz fəaliyyətinə 2019-cu ildən başlamışdır. Ötən müddət ərzində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün X2 Xidmətindən icazə vərəqələri və BNF jurnalları əldə edilmişdir. Həmin müddətdən də iddiaçı şirkət Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Asossasiyası (ABADA) Ictimai Birliyinə üzv olmuşdur. Fəaliyyət göstərdiyi müddət ərzində iddiaçı böyük çətinliklər bahasına DANX-dan “icazə” blankları və BNF jurnalları əldə etməklə fəaliyyət göstərmişdir. Lakin 2021-ci ilin iyun ayından başlayaraq X2 Xidməti tərəfindən iddiaçıya bildirilmişdir ki, artıq bölgünü Azərbaycan Beynəlxalq Avtomobil X9 Birliyi həyata keçirir. Iddiaçı 2021-ci ilin iyun ayından başlayaraq ABADA Ictimai Birliyinə üzv olmaqla həmin bölgüdə iştirak etmişdir. Qeyd olunan müddət ərzində iddiaçıya çox az miqdarda Rusiya Federasiyasına keçərli olmayan “icazə" blankları və BNF jurnalları verirdilər. Iddiaçı “icazə” vərəqələri və BNF yurnallarını əldə etmək üçün DANX tərəfindən məcbur edilərək Azərbaycan Beynəlxalq Avtomobil X8 Birliyinə üzv olmuşdur. Beləliklə Lakin ABADA Ictimai Birliyində “icazə” blankları və BNF jurnallarının bölgüsündə ayrıseçkiliyə yol verildiyi, bölgünün ədalətli aparılmadığı və üzvlərə hesabat təqdim edilmədiyi üçün iddiaçı ##.##.2022-ci il tarixdən ABADA üzvülyündən öz xahişi ilə çıxmışdır. Bundan sonra o, “icazə" blankları və BNF jurnallarını əldə etmək üçün dəfələrlə Cavabdehnə və X2 Xidmətinə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə həmin blank və jurnalların verilməsi yubadılmışdır. Sonuncu dəfə olunan müraciətə X2 Xidməti tərəfindən ##.##.2022-ci il tarixdə cavab verilmiş və cavab məktubunda bildirilmişdir ki, “xxxx Azerbaian” MMC rəsmi olaraq ABADA Ictimai Birliyinə üzv otmadığı üçün həmin ictimai birliyə müraciət edilməsi hüquqi cəhətdən mümkün deyildir. Qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərə “icazə” blankları məhz X2 Xidməti tərəfindən təqdim edilməlidir. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə əsasən barəsində icazə sistemi tətbiq edilən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən “Icazə” blankları əsasında yerinə yetirilir. Qeyd edilən müvafiq icra hakimiyyəti orqanı isə hazırkı halda Cavabdeh Yanında X2 Xidmətidir. Normanın tələbindən də görsəndiyi kimi “Icazə” vərəqələri məhz Xidmət tərəfindən verilməlidir. Normada əlavə hər hansı quruma yönəldilmə ilə bağlı müddəa mövcud deyildir. Iddiaçı ABADA-nın üzvü olmadan və ABADA nəzdində bölgü komissiyasına müraciət etmədən ona ##.##.2022-ci il tarixdə 6 ədəd “icazə” blankları təqdim edilmişdir. Həmin icazə blanklarının verilməsi sübut edir ki, DANX hazırda əsasız olaraq iddiaçını ABADA-ya müraciət etməyə məcbur edir, yəni bilavasitə icazə blankları verməkdə səlahiyyətlidir. Eyni zamandan, ABADA-ya müraciət etdikdə iddiaçıdan həm üzvlük haqqı, həm də hər bir “Icazə" blankı üçün qanunsuz olaraq “xidmət haqqı" adı altında 20 manat vəsait tələb edir.

14. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadına əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi hazırkı iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

15. Daha sonra iddiaçının qanuni təmsilçisi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2021-##.##.2023-cü il tarixlər arasındakı hərəkətlərin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” MMC iddia ərizəsi ilə müraciət edərək xarici ölkələrdə beynəlxalq yükdaşımaları fəaliyyətini həyata keçirək məqsədilə lazımi həddə və lazım olan istiqamətlərdə “Icazə” blankları və BNF jurnallarının verilməsi öhdəliyinin Cavabdehnin üzərinə qoyulmasını xahiş etmişdir. Iddia tələbinin heç bir hüquqi əsası yoxdur və təmin edilməməlidir. 1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları fəaliyyətini həyata keçirmək istəyən şəxslər ilk olaraq qanunvericiliklə müəyyən edilmiş sənədləri aidiyyəti dövlət qurumuna təqdim etməli və operator kimi uçota alınmalıdırlar. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi almalıdırlar. Eyni zamanda, həmin Qanunun 14.1- ci maddəsinin tələblərinə əsasən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsində nəzərdə tutulan icazəni almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim edir: 1) müraciət edən şəxs hüquqi şəxs olduqda, onun idarəetmə orqanının rəhbərləri haqqında məlumatları (soyadı, adı, atasının adı və vəzifəsi); 2) məsul şəxslər haqqında məlumatları (soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), məsul şəxslərin müəyyən olunmasını təsdiq edən sənədləri; 3) beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulan, mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələrini; 4) barəsində məlumat təqdim olunan avtonəqliyyat vasitələrindən hər biri üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədləri; 5) sürücüləri haqqında məlumatları (adı, soyadı və atasının adı), sürücülərinin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrini və əmək müqavilələrinə dair məlumatı (operator ilə sürücü eyni şəxs olan hal istisna olmaqla); 6) avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saz vəziyyətdə saxlanılması və təmiri üçün texniki-təmir stansiyasının (sahəsinin) olmasını təsdiq edən sənədləri və ya belə xidmətləri göstərəcək şəxslə bağlanılmış müqaviləni; 7) fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərlərinin, məsul şəxslərinin həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qulluq mənafeyi əleyhinə olan ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə ilə bağlı məhkəmə qərarının olmamasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən arayışı; 8) ərizənin verildiyi günədək kənar (müstəqil) auditor tərəfindən təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə hesabatlarını, aktivləri barədə məlumatı və ya maliyyə vəziyyəti barədə bank arayışını; 9) operatorun məsul şəxslərinin, habelə sürücülərinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə uyğun olaraq hazırlıqdan keçməsini təsdiq edən sənədləri; 10) operatorun və sürücülərin taxoqraf kartlarının olması barədə məlumatı; 11) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi (həmin maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur). “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # #### tarixli *** nömrəli Fərmanının 2.3-3-cü bəndinə əsasən həmin Qanunun 13.1-ci, 14.1-14.4cü maddələrinin birinci abzaslarında “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Cavabdeh nəzərdə tutulur. Bu baxımdan bildiririk ki, beynəlxalq yükdaşımaları sahəsində operator kimi qeydiyyata (uçota) alınmaq istəyən şəxslər “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində göstərilən sənədləri elektron qaydada təqdim etməlidir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarında gəldiyi mövqedə məhkəmə bildirmişdir ki, qanunvericilik normalarına əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün müəyyənləşdirilmiş qaydalar imperativ qayda olaraq müəyyənləşdirilmişdir. 2. Tələb olunan sənədlər qanunvericiliklə müəyən edilmiş qaydada təqdim edilməlidir və bu zaman qanunvericiliyin müvafiq sənədlər barəsində tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ###### **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”nin 4.0.3-cü yarımbəndinə əsasən həmin informasiya sistemi daxilində avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının uçotunun aparılmasını təmin edən “beynəlxalq avtomobil daşımalarını həyata keçirən operatorlar” altsistemi fəaliyyət göstərir. Adıçəkilən Əsasnamənin 9.3-cü bəndinə əsasən fiziki şəxslər X1 (“ASAN Login”) vasitəsilə informasiya sistemində identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq informasiya sistemindən istifadə edirlər. Həmçinin, həmin Əsasnamənin 9.4-cü bəndinə görə istifadəçilər informasiya sisteminin internet informasiya ehtiyatı vasitəsilə sistemdə olan açıq məlumatlarla tanış ola, o n l a r ı ə l d ə e d ə , e l ə c ə d ə e l e k t r o n k a b i n e t l ə r i ü z ə r i n d ə n b u Ə s a s n a m əci nin 1.4.5yarımbəndində qeyd edilən digər əməliyyatları (istifadəçinin özü barəsindəki məlumatlarla tanış olması, onları əldə etməsi və dəyişdirməsi, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat alması, müraciətləri elektron formada göndərməsini və xidmətlərdən istifadə etməsi, ödənişlər həyata keçirməsi, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqə yaratması) həyata keçirə bilərlər. Eyni zamanda hazırkı iddia tələbi üzrə iş Sumqayıt Inzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra (##.##.2022-cü il tarixli 2- *(***)-***/**** nömrəli) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il ## #### tarixli Qanunu qəbul edilmiş və həmin Qanuna əsasən yuxarıda qeyd olunan məsələlər tənzimlənməyə başlamışdır. Hazırda qanunvericiliyin qüvvədə olan tələbinə əsasən xarici ölkələrdə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları həyata keçirmək istəyən şəxslər ilk öncə operator kimi uçota alınmalıdır. Bunun üçün isə yuxarıda qeyd etdikləri müvafiq sənədlər qanunvericiliyin tələbi əsasında “AYNA informasiya sistemi” üzərindən təqdim edilməlidir. “xxxx” MMC-nin müraciətləri üzrə istər Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan 2023-cü il ## ###### tarixli *-**/*-*****/**** nömrəli, istərsə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təqdim olunan 2024-cü il ## ###### tarixli *-**-***/*- ***/**** nömrəli cavab məktublarda (əlavə olunur) həmin MMC-yə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin izahı aydın şəkildə qeyd edilmişdir. Bununla yanaşı, iddiaçı “xxxx” MMC tərəfindən operator kimi uçota alınma tələbinə dair Sumqayıt Inzibati Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin 2024-cü il ## ######## tarixli *-*(***)-****/**** nömrəli Qərarı ilə (əlavə olunur) iddia tələbi təmin edilməmişdir. Həmin Qərarda da qanunvericiliyin tələbi aydın şəkildə izah olunmuşdur. Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 48.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini işin hallarından asılı olaraq prosesin digər iştirakçılarına göndərir. Inzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

18. Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizəyə yazılı etiraz edərək qeyd etmişdir ki, Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların operatoru kimi uçota alınma qaydaları ilkin mərhələdə yalnız “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il # ##### tarixli *** nömrəli Qərarı ilə tənzimlənirdi. Belə ki, həmin Qaydaların 1.1-ci bəndinə əsasən sözügedən Qaydalar avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, operatorun sürücüsünün (sürücülərinin) hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir, habelə operatorların uçotunun aparılmasını tənzimləyir. Daha sonra “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən 2023-cü il ## #### tarixli ***- VIQD nömrəli dəyişikliyə əsasən uçota alınma üzrə tələblər avtomobil nəqliyyatı ilə yük daşımalarına icazələrin verilməsi üzrə icraata da daxil edilmişdir. Beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinə icazələrin verilməsi isə Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunları ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “Icazə sistemi” haqqında Əsasnamə” ilə müəyyən edilən qaydalara uyğun tənzimlənir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Cavabdeh tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (bundan sonra – Agentlik) Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi almalıdırlar. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının 1.0.9- 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 2.1.3-1-ci yarımbəndinə görə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatoru dedikdə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, habelə sürücüsü (sürücüləri) hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, müvafiq icazəsi olan hüquqi və ya fiziki şəxs nəzərdə tutulur. Həmin Qanunun 14.1-ci maddəsinin tələblərinə əsasən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsində nəzərdə tutulan icazəni (Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar Agentliyə Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunları ilə müəyyən edilmiş sənədləri təqdim etməlidir. Bununla yanaşı, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edilməlidir. Eyni zamanda, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın 3-cü hissəsinə əsasən operatorların uçotu “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün onlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi əsasında Agentlik tərəfindən “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 35.1-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən, tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir. Operator Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir. Bu barədə iddiaçıya qanunvericiliyin tələblərinin izah edilməsinə baxmayaraq iddiaçı qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməmiş və qeyd olunan meyarlara uyğunluğunu göstərən sənədləri təqdim etməmişdir. Göründüyü kimi beynəlxalq yük daşımalarına buraxılış vəsiqəsinin verilməsi və operatorların uçota alınması ilə bağlı tələblər qanunvericiliklə tam şəkildə tənzimlənir. Iddiaçının operator kimi uçota alınma və buraxılış vəsiqəsinin verilməsi ilə bağlı müraciətləri sözügedən qanunların tələblərinə uyğun olmalıdır. Nəzərə alınmalıdır ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən ərizədə və ona əlavə olunmuş sənədlərdə həmin Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğun olmayan məlumatlar olduqda (Qanunun 19.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə) icazənin verilməsindən imtina edilir. Bu baxımdan iddiaçının etdiyi müraciətlər qanunun tələblərinə tam uyğun olduğu halda operator kimi uçota alınma və buraxılış vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Məlumat üçün qeyd edirik ki, iddiaçı operator kimi uçota alınma ilə bağlı müraciətinin əsassız olmasına görə aldığı imtina əsasında Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia ərizəsi təmin edilməmişdir (məhkəmənin qərarı əlavə olunur). Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir (məhkəmənin qərardadı əlavə olunur). Əlavə olaraq qeyd edirik ki, ##.##.2021-##.##.2022-ci illər ərzində Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara xarici ölkələrin “Icazə” blanklarının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci və 18.2-ci maddələrinin tələblərinə uyğun edilən müraciət əsasında təşkil olunurdu. Bu baxımdan da qeyd edilən dövr aralığında iddiaçı sözügedən Qanunun tələblərinə uyğun müraciət etmədiyi üçün “Icazə” blanklarının verilməsindən imtina edilməsi həmin Qanunun 20.1.1-ci maddəsinin tələbinə tam uyğundur. Bu halda həmin Qanunun tələblərinə uyğun olmayan müraciətlər üzrə Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi iddiası tam əsassızdır. Bununla belə iddiaçı qanunvericiliyin tələblərinə açıq-aşkar riayət etməyərək, hüquqdan suiistifadə edərək məhkəmə proseslərini əsassız şəkildə uzatmağa yönəlmiş ərizə və vəsatətlər verməkdədir. Həmçinin, iddiaçının qanunvericiliyə uyğun olaraq operator kimi uçota alınması istiqamətində addım atmaq əvəzinə, bir daha iddia tələbini dəyişməsi məhkəmə proseslərini əsassız şəkildə uzatmasına gətirib çıxarır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 80-ci maddəsinə əsasən isə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Eyni zamanda, “Icazə” blankları verilərkən daşıyıcıların həmin blanklara olan cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır. “Icazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur. Azərbaycan Respublikası Prezidentinin **** nömrəli Fərmanı ilə təsdiq olunmuş Cavabdehnin Əsasnaməsinin 4.0.14-cü yarımbəndinə uyğun olaraq X5 (MDB) və bir sıra Avropa ölkələrinin təcrübəsi nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, Azərbaycan Respublikasının avtomobil daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması, daşıyıcıların beynəlxalq daşımalar bazarına çıxışının tənzimlənməsi, avtomobil nəqliyyatı xidmətlərinin ixracının stimullaşdırılması, avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması və azad rəqabət mühitinin inkişaf etdirilməsi, daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına töhfə verilməsi, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin ümumiləşdirilməsi yolu ilə “Icazə” blanklarının bölgüsü prosesinin təkmilləşdirilməsi, Azərbaycan Respublikasında qeydiyyata alınmış yeddi mindən çox daşıyıcı arasında bölgünün ədalətli keçirilməsi, bu sahədə inhisarçılığın qarşısının alınması, eyni zamanda ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Nazirlik ilə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” Ictimai Birliyi (ABADA) arasında “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” ## ###### 2021ci il tarixli Memorandum imzalanmışdır. Adıçəkilən Memorandum ## ###### 2022-ci ilədək qüvvədə olmuşdur. Ictimai iştirakçılığın təmin edilməsi istiqamətində Cavabdeh və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) arasında imzalanmış 2021-ci il ## ###### tarixində beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında memoranduma əsasən xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “Icazə” blankları və BNF “Icazə”ləri Bölgü Komissiyasının bölgüsünə əsasən verilirdi. Bölgü komissiyasının apardığı bölgü Nazirlik və X2 Xidməti üçün məcburi xarakter daşımırdı və bütün hallarda Nazirlik, Xidmət, daşıyıcılar, ictimai birlik və müstəqil ekspertlər tərəfindən birgə olaraq komissiyanın fəaliyyətinə nəzarət olunurdu. X2 Xidməti “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ####### tarixli **** nömrəli Fərmanı ilə ləğv edilmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “X2 Xidmətinin Əsasnaməsi”nin 9.7-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini həyata keçirmək və bu sahədə müvafiq tələblərə və şərtlərə əməl olunmasına nəzarət etmək xidmətin vəzifəsi olmuşdur. Bölgü komissiyası da məhz Nazirliyin, Xidmətin, daşıyıcıların, müstəqil ekspertlərin, ictimai birliyin nəzarəti altında fəaliyyət göstərmişdir. Məlumat üçün bildiririk ki, 2021-ci il ## ###### tarixli ****** nömrəli qaimə-faktura üzrə 44 ədəd (Rusiya ikitərəfli – 12 ədəd, Rusiya 3-cü ölkə - 10 ədəd, Ukrayna – 8 ədəd, Qazaxıstan 3- cü ölkə - 10 ədəd, Iran – 4 ədəd), 2021-ci il ## ### tarixli ****** nömrəli qaimə-faktura üzrə 41 ədəd (Türkiyə - 11 ədəd, Rusiya iki tərəfli – 5 ədəd, 3-cü ölkə - 2 ədəd, Ukrayna – 10 ədəd, Qazaxıstan – 10 ədəd, Qazaxıstan 3-cü ölkə - 13 ədəd) “Icazə” blankı “xxxx”xxxx” MMC tərəfindən həmin “Icazə” blanklarının istifadəsi barədə məlumat təqdim olunmamışdır. Belə ki, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 48.3-cü bəndinə əsasən isə avtonəqliyyat vasitəsinin xarici dövlətin ərazisində hərəkəti üçün “Icazə” blankı almış daşıyıcılar, həmin “Icazə” blankını (jurnalını) düzgün istifadə etməli, lazımi vəziyyətdə saxlamalı və vaxtında təhvil verməlidirlər. Buna baxmayaraq, iddiaçı daha əvvəl ona verilmiş “Icazə” blanklarının istifadəsi haqqında məlumat verməmiş və təhvil vermək vəzifəsini yerinə yetirməmişdir.

19. Sumqayıt Inzibati Məhkəməsinin 2023-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

20. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2023-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadına əsasən iddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilərək Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş və inzibati iş baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir.

birinci instansiya məhkəməsində ikinci icraat

22. Sumqayıt Inzibati Məhkəməsinin 2024-cü il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsinə göndərilmişdir.

23. Bakı Inzibati Məhkəməsinin 2024-cü il ## ######## tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir.

birinci instansiya məhkəməsində üçüncü icraat

25. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: Q.F.Məmmədli) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

26. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nəzdində yaradılmış Xüsusi Komissiyanın ##.##.2021-ci il tarixli, ** nömrəli protokolu ilə iddiaçıya icazə blankı verilmiş, daha sonra həmin komissiyanın ##.##.2022-ci il tarixli, ** nömrəli protokoluna əsasən ayrılmış BNF icazələrin bölgüsü ləğv edilmişdir. Cavabdeh yanında X2 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçı beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, ## ###### 2022-ci il tarixindən etibarən “xxxx” MMC ABADA-nın üzvlüyündən çıxarılmışdır. 2022-ci ilin yanvar və fevral ayları üçün təqdim olunan icazələrin bölgüsü siyahısında “xxxx” MMC-yə icazə blankları ayrılmamışdır. Eyni zamanda 2021-ci il ## ###### tarixli ****** nömrəli qaimə-faktura üzrə 44 ədəd (Rusiya ikitərəfli – 12 ədəd, Rusiya 3-cü ölkə - 10 ədəd, Ukrayna – 8 ədəd, Qazaxıstan 3- cü ölkə - 10 ədəd, Iran – 4 ədəd), 2021-ci il ## ### tarixli ****** nömrəli qaimə-faktura üzrə 41 ədəd (Türkiyə - 11 ədəd, Rusiya iki tərəfli – 5 ədəd, 3-cü ölkə - 2 ədəd, Ukrayna – 10 ədəd, Qazaxıstan – 10 ədəd, Qazaxıstan 3-cü ölkə - 13 ədəd) “Icazə” blankı “xxxx” MMC-yə verilmişdir. “xxxx” MMC tərəfindən həmin “Icazə” blanklarının istifadəsi barədə məlumat təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçının beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olması, “Icazə” blanklarının istifadəsi barədə məlumatların təqdim edilməməsi səbəbindən ona icazə blankları və BNF jurnallarının verilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın icazə blankları və BNF jurnallarının verilməsindən imtinası əsaslı və qanunvericiliyin tələbləri çərçivəsində olmuş, cavabdeh inzibati orqan tərəfindən iddiaçın hüquqlarının pozulması istiqamətində hər hansı hərəkətləri olmamışdır.

27. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində üçüncü icraat:

28. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər T.B.Axundov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və V.M.Hacıyev) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

29. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların operatoru kimi uçota alınma qaydaları ilkin mərhələdə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” ilə tənzimlənirdi. Qaydaların 1.1-ci bəndinə əsasən həmin Qaydalar avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun işgüzar nüfuzuna, maliyyə vəziyyətinə və peşəkarlıq səviyyəsinə dair meyarları, sürücülərin hazırlığına qoyulan tələbləri müəyyən edir və operatorların uçotunun aparılması mexanizmini tənzimləyir. Sonradan “Avtomobil nəqliyyatı haqqında” Qanuna ##.##.2023-cü il tarixli, ***-VIQD nömrəli dəyişikliklə operatorların uçota alınması üzrə tələblər həmçinin avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına icazələrin verilməsi prosesinə daxil edilmişdir. Beynəlxalq daşımaların həyata keçirilməsinə icazələrin verilməsi isə “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanunları, eləcə də Nazirlər Kabinetinin ##.##.1997-ci il tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş “Icazə sistemi haqqında Əsasnamə” ilə müəyyən olunan qaydalar əsasında tənzimlənir. “Avtomobil nəqliyyatı haqqında” Qanunun 13.1.1ci maddəsi avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları bazarında istehlakçıların hüquqlarının qorunması, haqsız rəqabətin qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədilə operatorların müvafiq icazə almalarını tələb edir. Bu icazə beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (Agentlik) tərəfindən verilir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 20.1.1-ci maddəsinə görə ərizədə və ona əlavə olunan sənədlərdə qanuna zidd məlumat olduqda icazənin verilməsindən imtina edilir. Bu baxımdan iddiaçının müraciətləri tələblərə uyğun olmadığı üçün Agentliyin verdiyi imtina qərarları hüquqa tam uyğundur. Məlum olduğu kimi, iddiaçı eyni məsələ ilə bağlı daha əvvəl Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsi ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina etmişdir. Iddiaçı ##.##.2021–##.##.2022 dövründə “Icazə” blanklarının verilməsi üçün də qanunun tələblərinə uyğun qaydada müraciət etmədiyindən, həmin dövrdə də imtina edilməsi “Lisenziyalar və icazələr haqqında” Qanunun 20.1.1-ci maddəsinə tam uyğun olmuşdur. Bu səbəbdən Nazirliyin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddialar əsassızdır. Göründüyü kimi, iddiaçıya 2021-ci ildə bir neçə ölkə üzrə müxtəlif kateqoriyalarda ümumilikdə 85 ədəd “Icazə” blankı verilsə də, o, həmin blankların istifadəsi barədə tələb olunan məlumatı Agentliyə təqdim etməmiş və qaydalara əsasən onlardan istifadə və təhvil vermə öhdəliklərini yerinə yetirməmişdir. Bu isə “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 48.3-cü bəndinin tələblərinin pozulmasıdır.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Icazə” blanklarının verilməsi zamanı daşıyıcıların real tələbatının və əvvəlki dövrlərdəki fəaliyyət həcminin nəzərə alınması qanunvericilikdən irəli gələn zərurətdir. Blankların məhdud olması səbəbindən onların əsassız şəkildə artıq sayda alınması digər daşıyıcıların mənafelərinə zərər vurur və ümumilikdə xarici bazarlarda Azərbaycan daşıyıcılarının mövqeyini zəiflədir. Nazirliklə ABADA arasında ##.##.2021-ci il tarixli Memorandum da məhz bölgü prosesində şəffaflığın və ədalətli rəqabətin təmin olunması məqsədilə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin **** nömrəli Fərmanı ilə təsdiq olunmuş Cavabdehnin Əsasnaməsinin 4.0.14-cü yarımbəndinə uyğun olaraq X5 (MDB) və bir sıra Avropa ölkələrinin təcrübəsi nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, Azərbaycan Respublikasının avtomobil daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması, daşıyıcıların beynəlxalq daşımalar bazarına çıxışının tənzimlənməsi, avtomobil nəqliyyatı xidmətlərinin ixracının stimullaşdırılması, avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması və azad rəqabət mühitinin inkişaf etdirilməsi, daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına töhfə verilməsi, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin ümumiləşdirilməsi yolu ilə “Icazə” blanklarının bölgüsü prosesinin təkmilləşdirilməsi, Azərbaycan Respublikasında qeydiyyata alınmış yeddi mindən çox daşıyıcı arasında bölgünün ədalətli keçirilməsi, bu sahədə inhisarçılığın qarşısının alınması, eyni zamanda ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Nazirlik ilə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” Ictimai Birliyi (ABADA) arasında “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” ## ###### 2021-ci il tarixli Memorandum imzalanmışdır. Adıçəkilən Memorandum ## ###### 2022-ci ilədək qüvvədə olmuşdur. 2021-ci il ## ###### tarixli beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında memoranduma əsasən xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “Icazə” blankları və BNF “Icazə”ləri Bölgü Komissiyasının bölgüsünə əsasən verilirdi. Bundan başqa X2 Xidməti “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ####### tarixli **** nömrəli Fərmanı ilə ləğv edilmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “X2 Xidmətinin Əsasnaməsi”nin 9.7-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini həyata keçirmək və bu sahədə müvafiq tələblərə və şərtlərə əməl olunmasına nəzarət etmək xidmətin vəzifəsi olmuşdur. Bölgü komissiyası da məhz Nazirliyin, Xidmətin, daşıyıcıların, müstəqil ekspertlərin, ictimai birliyin nəzarəti altında fəaliyyət göstərmişdir. Göründüyü kimi ##.##.2021-##.##.2022-ci illər ərzində Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara xarici ölkələrin “Icazə” blanklarının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci və 18.2-ci maddələrinin tələblərinə uyğun edilən müraciət əsasında təşkil olunurdu. Bu baxımdan da qeyd edilən dövr aralığında iddiaçı sözügedən Qanunun tələblərinə uyğun müraciət etmədiyi üçün “Icazə” blanklarının verilməsindən imtina edilməsi həmin Qanunun 20.1.1ci maddəsinin tələbinə tam uyğundur. Bu halda həmin Qanunun tələblərinə uyğun olmayan müraciətlər üzrə Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi iddiası tam əsassızdır.

31. Qeyd olunanla əsasən məhkəmə hesab edir ki, Cavabdeh yanında X2 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli məktuba əsasən ictimai iştirakçılığın təmin edilməsi istiqamətində Cavabdeh ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası arasında 2021-ci ilin ## ###### tarixli memoranduma əsasən xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “icazə” blanklarının və BNF “Icazə”lərinin Bölgü Komissiyasının bölgüsü əsasında verilməsi nəzərə alınaraq, Bölgü Komissiyasına müraciət etmək tövsiyəsi barədə hərəkəti də əsaslı olmuşdur.

32. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin araşdırılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

33. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.

TƏTBIQ EDILƏN HÜQUQ

35. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.9. daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Maddə 1.0.9-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatoru (bundan sonra - operator) – avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, habelə sürücüsü (sürücüləri) hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, müvafiq icazəsi olan hüquqi və ya fiziki şəxsdir. Maddə 1.0.35. buraxılış vəsiqəsi – bu Qanunun 13-cü maddəsinə uyğun olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazədir. Maddə 1.0.36. buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kartdır. Maddə 13.1. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır. 13.3-cü maddəsinə əsasən bu Qanunun 13.1.1 – 13.1.4cü maddələrində nəzərdə tutulan icazələr 7 (yeddi) il, bu Qanunun 13.1.5-ci maddəsində nəzərdə tutulan icazə isə bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulan müddətə verilir. 13.4-cü maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.3-cü, 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələrin və buraxılış kartlarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur. Maddə 14.1. bu Qanunun 13.1.1-ci maddəsində nəzərdə tutulan icazəni almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim edir: 14.1.1. müraciət edən şəxs hüquqi şəxs olduqda, onun idarəetmə orqanının rəhbərləri haqqında məlumatları (soyadı, adı, atasının adı və vəzifəsi); 14.1.2. məsul şəxslər haqqında məlumatları (soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), məsul şəxslərin müəyyən olunmasını təsdiq edən sənədləri; 14.1.3. beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulan, mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələrini; 14.1.4. barəsində məlumat təqdim olunan avtonəqliyyat vasitələrindən hər biri üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədləri; 14.1.5. sürücüləri haqqında məlumatları (adı, soyadı və atasının adı), sürücülərinin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrini və əmək müqavilələrinə dair məlumatı (operator ilə sürücü eyni şəxs olan hal istisna olmaqla); 14.1.6. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saz vəziyyətdə saxlanılması və təmiri üçün texniki-təmir stansiyasının (sahəsinin) olmasını təsdiq edən sənədləri və ya belə xidmətləri göstərəcək şəxslə bağlanılmış müqaviləni; 14.1.7. fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərlərinin, məsul şəxslərinin həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qulluq mənafeyi əleyhinə olan ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə ilə bağlı məhkəmə qərarının olmamasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən arayışı; 14.1.8. ərizənin verildiyi günədək kənar (müstəqil) auditor tərəfindən təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə hesabatlarını, aktivləri barədə məlumatı və ya maliyyə vəziyyəti barədə bank arayışını; 14.1.9. operatorun məsul şəxslərinin, habelə sürücülərinin bu Qanunun 50.2-ci maddəsinə uyğun olaraq hazırlıqdan keçməsini təsdiq edən sənədləri; 14.1.10. operatorun və sürücülərin taxoqraf kartlarının olması barədə məlumatı; 14.1.11. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur). Maddə 50.1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir. Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüləri isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir. Maddə 50.2. operatorun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və həyata keçirilir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində etibarlı olan, forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 50.3. operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlar, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir. Maddə 50.4. icazə sistemi tətbiq edən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mübadilə edilən (əldə edilən) və verilən “Icazə” blankları (jurnalları) əsasında yerinə yetirilir. “Icazə” blankları (jurnallar) növbəlilik, bazar payı və ya malik olduğu nəqliyyat vasitələrinin sayı nəzərə alınmaqla operatorlar arasında bölüşdürülür. “Icazə” blankının (jurnalının) üzərində onun verildiyi operatorun adı və onu fərdiləşdirməyə imkan verən digər məlumatlar qeyd edilir. “Icazə” blanklarının (jurnalların) verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqq ödənilir. Maddə 50.5. “Icazə” blankları (jurnalları) Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli beynəlxalq müqavilələrə və beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq kvotalar üzrə mübadilə edilir və ya çoxtərəfli sazişlərə uyğun olaraq əldə edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## #### 2023-cü il tarixli, ***-VIQD nömrəli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada qeyd edilmişdir: Maddə 13.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. Maddə 13.2. bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır. 13.3cü maddəsinə əsasən bu Qanunun 13.1.1 – 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələr 7 (yeddi) il, bu Qanunun 13.1.5-ci maddəsində nəzərdə tutulan icazə isə bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulan müddətə verilir. 13.4-cü maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.3-cü, 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələrin və buraxılış kartlarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur. Maddə 14.1. bu Qanunun 13.1.1-ci maddəsində nəzərdə tutulan icazəni almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim edir: 14.1.1. müraciət edən şəxs hüquqi şəxs olduqda, onun idarəetmə orqanının rəhbərləri haqqında məlumatları (soyadı, adı, atasının adı və vəzifəsi); 14.1.2. məsul şəxslər haqqında məlumatları (soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), məsul şəxslərin müəyyən olunmasını təsdiq edən sənədləri; 14.1.3. beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulan, mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələrini; 14.1.4. barəsində məlumat təqdim olunan avtonəqliyyat vasitələrindən hər biri üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədləri; 14.1.5. sürücüləri haqqında məlumatları (adı, soyadı və atasının adı), sürücülərinin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrini və əmək müqavilələrinə dair məlumatı (operator ilə sürücü eyni şəxs olan hal istisna olmaqla); 14.1.6. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saz vəziyyətdə saxlanılması və təmiri üçün texniki-təmir stansiyasının (sahəsinin) olmasını təsdiq edən sənədləri və ya belə xidmətləri göstərəcək şəxslə bağlanılmış müqaviləni; 14.1.7. fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərlərinin, məsul şəxslərinin həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qulluq mənafeyi əleyhinə olan ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə ilə bağlı məhkəmə qərarının olmamasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən arayışı; 14.1.8. ərizənin verildiyi günədək kənar (müstəqil) auditor tərəfindən təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə hesabatlarını, aktivləri barədə məlumatı və ya maliyyə vəziyyəti barədə bank arayışını; 14.1.9. operatorun məsul şəxslərinin, habelə sürücülərinin bu Qanunun 50.2-ci maddəsinə uyğun olaraq hazırlıqdan keçməsini təsdiq edən sənədləri; 14.1.10. operatorun və sürücülərin taxoqraf kartlarının olması barədə məlumatı; 14.1.11. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).

36. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.11. icazə – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin (bundan sonra – hərəkət) yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkətdir. * nömrəli əlavənin 32-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi qeyd edilmişdir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydaları: Bənd 48.3. avtonəqliyyat vasitəsinin xarici dövlətin ərazisində hərəkəti üçün “Icazə” blankı almış daşıyıcılar, həmin “Icazə” blankını (jurnalını) düzgün istifadə etməli, lazımi vəziyyətdə saxlamalı və vaxtında təhvil verməlidirlər.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il # ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış” Qaydaları: Bənd 1.1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları (bundan sonra – Qaydalar) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun (bundan sonra – operator) işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, operatorun sürücüsünün (sürücülərinin) hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir, habelə operatorların uçotunun aparılmasını tənzimləyir. Bu Qaydalar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulan daşımalara şamil edilmir. Bənd 3. Operatorların uçotu “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün onlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi əsasında Agentlik tərəfindən “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir.

39. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

42. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

44. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

45. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsindən ibarətdir.

46. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

47. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

48. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

49. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar