Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4616/2025 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə (Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ torpaq sahəsinə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “bağ torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Bakı ŞIH başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının Inkişafı Departamentinin Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi ilə iddiaçı İddiaçı arasında bağlanmış ## ###### 2003-cü il tarixli ***** nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan **** nömrəli bağ sahəsi iddiaçı İddiaçı istifadəsinə verilmişdir.
2. Iddiaçı həmin bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı cavabdeh “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir.
3. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların (2145a və **** saylı bağ sahələri) ərazisinə uyğun gəlir, müvafiq torpaq sahələri arasında arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Bağ sahəsinin faktiki ölçüsü 0.1026 ha təşkil edir; Idarənin arxivində mövcud olan Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı mülki iş üzrə ## ###### 2008-ci il tarixli qətnaməsi ilə Mərdəkan bağlar sahəsində yerləşən 2145 və **** saylı bağ sahələri arasında mövcud sərhəd hasarının sökülməsi, və s. qərara alınsa da, həmin qətnamə ilə Idarə üzərinə öhdəlik qoyulmamışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının Bakı ŞIH Başçısı aparatının Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi ilə bağlanmış ***** saylı müqavilə ilə ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha sahəsi olan **** nömrəli bağ sahəsi üzərində hüququnun qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi və bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdiriməsi barədə ərizəni icraata qəbul etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı ŞIH Başçısı Aparatının Abadlaşdırma və Park - Bağ Təsərrüfatının Inkişafı Departamenti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi ilə bağlanmış ***** nömrəli müqavilə əsasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən **** nömrəli bağ sahəsi iddiaçı İddiaçı istifadəsinə verilmişdir. Qeyd olunan sənəd əsasında iddiaçı mülkiyyətində olan torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi ilə bağlı # ###### 2022-ci il tarixdə cavabdeh “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə müraciət etmişdir. Cavabdeh # ###### 2022-ci il tarixli məktubda bildirmişdir ki, torpaq sahəsinə texniki baxış keçirmək və çölölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Halbuki, cavabdehin inzibati orqanın əməkdaşları tərəfindən iddiaçı ilə əlaqə saxlanılmamışdır. ## ###### 2022-ci il tarixdə iddiaçı eyni məzmunlu məktub ilə yenidən cavabdehə müraciət etmişdir. ## ###### 2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Təəssüflər olsun ki, baxış keçirildikdən sonra, cavabdeh tərəfindən Iddiaçıya heç bir məlumat verilməmişdir (nə yazılı, nə şifahi qaydada). ## #### 2023-cü il tarixdə iddiaçı növbəti dəfə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh bu ərizəyə cavab olaraq ## ##### 2023-cü il tarixli məktubla ona bildirmişdir ki, hüquqmüəyyənedici sənədlərin əsli Əmlak Xidmətləri Məkanına təqdim ediləcəyi təqdirdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Iddiaçı həmin cavab məktubuna uyğun olaraq 2023-cü ilin may ayında adıçəkilən Idarəyə müraciət etmiş, 125 manat məbləğində dövlət rüsumu ödəmiş və ona bildirilmişdir ki, sənədlərə baxıldıqdan sonra daşınmaz əmlaka dair reyestrdən çıxarış iddiaçıya təqdim ediləcəkdir. Nəhayət, ## ### 2023-cü il tarixli ************ saylı məktub ilə cavabdeh iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını belə əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Odur ki, müvafiq torpaq sahələri arasında, arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla, notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Hesab olunur ki, cavabdehin bu imtinası əsassızdır. Bakı ŞIH Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi ilə bağlanmış ***** nömrəli müqavilə əsasında ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən **** nömrəli bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
7. Bakı Inzibati Məhkəməsinin e-**(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindəki **** nömrəli bağ sahəsi (sahəsi 0,1026 ha olmaqla) üzərində iddiaçı İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdeh “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işin hallarına görə iddiaçının müvafiq bağ sahəsinə hüququnun mövcudluğu ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsaslanır və onun təqdim etdiyi hüquqmüəyyənedici sənəd də bu maddədə nəzərdə tutulan “müqavilə”dir. Cavabdeh “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin imtinasında göstərilən dəlillərlə bağlı məhkəmə qeyd etmişdir ki, bağın yerləşdiyi torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların (2145a və **** saylı bağ sahələri) ərazisinə uyğun gəlməsi və keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması zərurəti iddiaçının iradəsindən asılı olan hal deyil və bu qəbildən olan uyğunsuzluğun mövcud olduğu halda, belə halın aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» # #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3cü bəndinə, «xxxx publik hüquqi şəxsinin Nizamnaməsi»nin 3-cü bəndinə (3.1.20) görə birbaşa hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aiddir.
9. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının sorğusuna əsasən cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1026 ha təşkil edir. Sahə üzərində tikili yoxdur. Bağ sahəsinin sərhədləri yol olan tərəfdən mişar daşı ilə hasarlanıb. Şimal tərəfdən bir qismi qonşu hasarla, qalan hissəsi isə qonşu hasarın bünövrəsi ilə ayrılıb. Həmçinin, qərb tərəfdən isə 2145a və **** saylı bağ sahələrinin hasarı ilə ayrılıb. Nümayəndənin şifahi məlumatına əsasən 2145a və **** saylı bağ sahibləri onun bağının ərazisinin bir hissəsini hasarlayaraq öz ərazilərinə birləşdiriblər. Mübahisə predmeti mövcuddur.
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş **/**** nömrəli, ## #### 2025-ci il tarixli rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh yerquruluşu üzrə mühəndis inventarlaşdırıcısı Salmanlı Toğrulun mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1026 ha təşkil edir. Bağ sahəsinin sərhədləri yol olan tərəfdən mişar daşı ilə hasarlanıb, şimal tərəfdən bir qismi qonşu hasarla, qalan hissəsi isə qonşu hasarın bünövrəsi ilə ayrılıb. Həmçinin sahənin qərb tərəfdən 2145a və **** saylı bağ sahələrinin hasarı ilə ayrılıb. Torpaq sahəsinin üzərində tikili yoxdur. Bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən göstərilən sahənin bir hissəsi ****a saylı bağın ərazisidir. Faktiki göstərilən 0.1026 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olundu. Sözügedən bağ sahəsinin sənəd üzrə (müqavilədə) sahəsi 0.12 ha qeyd olunsa da, faktiki istifadədə olan torpağın sahəsi 0.1026 ha təşkil edir. Məsələ ilə bağlı olaraq bildirir ki, sözügedən ərazidə hasarlanma işləri plan üzrə bölgü sxemə uyğun aparılmadığından və bağ sahəsi koordinat sistemində verilmədiyindən, bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından sahənin azalma səbəbini aydınlaşdırmaq mümkün olmadı.
12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: E.Əliyev /sədrlik edən və məruzəçi/, G.Abbasova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park – Bağ Təsərrüfatının Inkişafı Departamenti Bağlar Təsərrüfatının Inkişafı və X2 ərazisində yerləşən **** nömrəli bağ ***** saylı müqavilə əsasında İddiaçı istifadəsinə verilmişdir. Müqaviləyə əsasən iddiaçının istifadəsinə 0.12 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair "X1 və Ekspertiza Mərkəzi" MMC tərəfindən verilmiş *** nömrəli, ## ###### 2022-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin 315 kv.m. hissəsi ****a saylı bağ torpaq sahəsinə, 29 kv.m. hissəsi isə **** saylı bağ torpaq sahəsinin çıxarışlarına işlənmişdir. Digər 137 kv.m-lik hissəsində isə transformator quraşdırılmışdır.
TƏTBIQ EDILƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilmədiyi hissədə yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından çıxarışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
27. Apelyasiya məhkəməsi iş materiallarını, ekspert rəyini və tətbiq edilməli maddi hüquq normalarını qiymətləndirərək hesab etmişdir ki, iddiaçı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən **** nömrəli bağ sahəsinə dair ## ###### 2003-cü il tarixli müqavilə əsasında qanuni istifadəçi olmuş, "Torpaq islahatı haqqında" Qanunun 9-cu maddəsinə və həmin Qanunun keçid müddəalarına uyğun olaraq, vətəndaşların qanuni istifadəsində olan bağ sahələrinin altında yerləşən torpaqlar onların mülkiyyətinə verilməlidir.
28. Həmçinin işə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, müqavilədə bağ sahəsinin ölçüsü 0,12 ha göstərilsə də, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,1026 ha təşkil edir. Həmin torpaq sahəsinin sərhədləri yerində müəyyən edilmiş və iddiaçının faktiki istifadəsində olması faktı bir daha təsdiq olunmuşdur. Buna görə də məhkəmələr haqlı olaraq belə nəticəyə gəlmişlər ki, iddiaçının 0,1026 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanuni əsaslar mövcuddur.
29. Bununla yanaşı kollegiya bildirir ki, müqavilədə nəzərdə tutulmuş sahə ilə faktiki istifadə edilən sahə arasındakı 0,0174 ha fərq təşkil edən hissə üzrə hüquqi vəziyyət fərqlidir. Belə ki, həmin hissənin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgilərinə əsasən ****a saylı bağ sahəsinin tərkibinə daxil olduğu, habelə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun artıq dövlət reyestrində qeydə alındığı müəyyən edildiyi üçün bu qeydiyyatın qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi müddətdə eyni torpaq sahəsinə dair mülkiyyət hüququnun ikinci dəfə dövlət qeydiyyatının aparılması həm faktiki, həm də hüquqi cəhətdən mümkün deyildir.
30. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il qərarı mübahisələndirilən - iddianın təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.