Məhkəmə qərarları › İş №2-1(102)-4619/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4619/2025

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4619/2025 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi qarşı işi üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs X3) “bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli, *** nömrəli sərəncamı ilə bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair Bakı şəhər Soveti Icraiyyə Komitəsinin ## #### 1988-ci il */*** nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin # #### 1988-ci il *** nömrəli Qərarı əsasən Kürdəxanı ərazisindəki yeni yaranmış *** nömrəli Bağ-tikinti kooperativinin tərkibi təsdiq edilmiş və iddiaçının adı kooperativin siyahısına daxil edilmişdir.

2. Bakı şəhər Icra Hakimiyyəti Aparatının X13 və X10 bağlar sahəsindəki *** nömrəli kooperativin ** nömrəli orderinə əsasən, iddiaçıya Bakı şəhəri IK-nın ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsində *** nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan *** nömrəli bağ sahəsi ayrılmışdır.

3. Kürdəxanı ərazisində *** nömrəli Bağ-tikinti kooperativinin yaradılması haqqında siyahıda iddiaçının adı 25-ci sırada olmaqla, qarşısında “682” yazılmışdır.

4. Iddiaçı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu ##.##.2020-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, qeyd olunan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazidə sxematik xəritəyə əsasən, bağ nömrəsi yoxdur və ətraf ərazilərdə bağ sahələri daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmamışdır. Həmçinin, göstərilən əraziyə digər şəxslərin müraciətləri olmuşdur.

5. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2021-ci il tarixli müayinə aktında qeyd olunmuşdur ki, sahə yeni çəkilən yolun kənarında yerləşir. Vətəndaş əvvəlcə *** saylı bağ kimi başqa ərazi göstərmişdir (408760 :4491098). Bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. 682 nömrəsi nə Pirşağı, nə də Ləhiş bağ massivinin sxematik xəritəsinə uyğun gəlmir. Yolun mühafizə zolağı ilə bağlı məktub təqdim olunmamışdır.

6. Cavabdeh ##.##.2021-ci il tarixdə məktub ilə bildirmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsinin üç tərəfi hasar, bir tərəfi isə mişar daş düzülərək sərhədlənmişdir, tikili mövcud deyil. Sahə yeni çəkilən yolun kənarında yerləşir. Idarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir (Ləhiş *** saylı bağa aidiyyəti olmayan dövlət mülkiyyəti torpağıdır).

7. Cavabdeh ##.##.2021-ci il tarixdə məktubu ilə bildirmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən Ləhiş bağ massivi “682” saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Həmin bağ sahəsi Bilgəh-Kürdəxanı yolunun kənarında, dövlət mülkiyyəti torpağıdır. Cavabdeh ##.##.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, Ləhiş bağ massivi *** saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Qeyd olunan ərazi 005011008458 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Cavabdeh BTK nəzdində yerləşən müvafiq torpaq sahələrinin X3, X1 və X5 məxsus olmasına dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir.

8. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2022-ci il tarixli mütəxəssis rəyində müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1648,0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədlərinin 3 (üç) tərəfi hasar, 1 (bir) tərəfi isə şərtidir (üzərində tikili yoxdur). Iddia olunan faktiki torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində yerləşir. Bağların bölgüsünə dair sxematik xəritəsində bu hissədə bağ nömrəsi qeyd olunmayıb. Bundan əlavə olaraq *** saylı BTK-nın sxemi (bölünməsi) arxiv əsaslarında olmadığı üçün bu barədə əlavə məlumatın verilməsi mümkün olmamışdır. Qərarda qeyd olunan X3 məxsus torpaq sahəsi isə iddia olunan sahədən kənarda, tam fərqli ərazidə yerləşir. Belə ki, iddiaçı əvvəlki müraciəti zamanı digər torpaq sahəsini göstərmişdir.

a. Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən, *** saylı BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət olan *** saylı bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. Iddia tələbi işin yuxarıda qeyd olunan faktik hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin torpaq sahəsinə sahiblik edir, oradan fasiləsiz olaraq istifadə edir. Hal-hazırda o, qanuni istifadəsində olan torpaq sahəsinə çıxarış almaq istəsə də, cavabdeh əsassız olaraq imtina etmişdir. Belə ki, bağ sahəsinin daş hasarı, dəmir darvazası var, koordinatları da bəllidir, bağ sahəsində ağaclar əkmişdir. Bağ sahəsinin sxematik xəritəyə uyğun olmaması, sxematik xəritədə bağın nömrəsinin olmaması, ətraf bağ sahələrinin dövlət reyestrində qeydiyyata alınmaması onun təqsiri deyildir. Onun bağ sahəsinə dair qanuni sənədləri vardır, cavabdeh də həmin qanuni sənədlərə əsasən bağ sahəsini sxematik xəritəyə uyğunlaşdırmalı, bağ sahəsinə yeni ünvan verməlidir. Həmin əraziyə digər şəxslərin müraciət etməsi onun qanuni torpaq sahəsinə çıxarış verilməməsinə əsas ola bilməz.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

12. Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli **(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən, *** saylı BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan *** saylı bağ sahəsinə dair iddiaçı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim Miminat Hacıbəyova).

13. Məhkəmə hesab etmişdir ki, işdə olan sənədlərlə təsdiq olunur ki, həqiqətən də iddiaçı Ləhiş bağlar sahəsindəki *** nömrəli bağ tikinti kooperativinin üzvüdür, bu barədə adının 25-ci sırada qeyd olunmasına dair Ləhiş *** nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısı mövcuddur, iddiaçıya həmin kooperativin nəzdində 0.12 ha torpaq sahəsi olan *** nömrəli bağ sahəsi ayrılmışdır və ona bu barədə ** nömrəli order verilmişdir. Cavabdeh hazırda imtinanın əsası kimi bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə, qeyd olunan ərazinin digər fiziki şəxsin adına qeydiyyata alınmasına istinad etsə də, qeyd edilən əsaslarla imtina əsassızdır. Belə ki, cavabdeh uyğunsuzluğun konkret nədən ibarət olmasını məhkəmə sorğusuna cavablarında, eləcə də imtina məktubunda göstərməmişdir. Bundan başqa, məhkəmənin qərardadı əsasında cavabdeh idarənin təqdim etdiyi mütəxəssis rəyindən aydın olmuşdur ki, X3 məxsus torpaq sahəsi iddia olunan sahədən kənarda, tamamilə başqa ərazidə yerləşir. Cavabdeh bağ sahəsinin mübahisəli olmasını göstərməsinə baxmayaraq, belə bir mübahisənin həqiqətən də mövcud olmasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir (hakimlər - Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz Hüseynov).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının Ləhiş bağ massivi “682” saylı bağ kimi iddia etdiyi torpaq sahəsi faktiki Ləhiş *** saylı bağa aidiyyəti olmayan dövlət mülkiyyəti torpağıdır, Bilgəh-Kürdəxanı yolunun kənarında yerləşir. Yolun mühafizə zolağı ilə bağlı məktub təqdim olunmamışdır. Bundan əlavə, iddiaçının etibarnamə üzrə nümayəndəsi ##.##.2020-ci il tarixdə eyni ВТК (*** saylı) nəzdində, eyni nömrəli (25) orderlə (Bakı şəhər Icra Hakimiyyətinin eyni sərəncamı ##.##.1993-cü il tarixli, *** saylı Qərar) Ləhiş- Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət ****V saylı bağ sahəsinə dair cavabdehə müraciət etdiyi halda, hazırda isə eyni ВТК (*** saylı) nəzdində, eyni nömrəli (25) orderlə (Bakı şəhər Icra Hakimiyyətinin eyni sərəncamı ##.##.1993-cü il tarixli, *** saylı Qərar) Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət *** nömrəli bağ sahəsinə iddia edir. Göründüyü kimi, qeyd edilən sənədlər ziddiyyət təşkil edir. Məhkəmə araşdırması zamanı bu ziddiyyətlərin aradan qaldırılması mümkün olmamışdır. Beləliklə də, iddia olunan torpaq sahəsinin hüquqi qeydiyyata alınması üçün qanunvericiliyin tələb etdiyi hüquqi sənədlər təqdim edilməmişdir. Odur ki, iddia olunan torpaq sahəsinin hüquqi qeydiyyata alınması üçün qanunvericiliyin tələb etdiyi, ziddiyyət təşkil etməyən hüquqi sənədlərin təqdim olunmaması, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsasdır.

17. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ləğv edilmişdir, iş təkrar üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər - Kəmaləddin Bədəlov (məruzəçi), Nigar Rəsulbəyova və Zakir Quliyev).

19. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsalandırmışdır ki, apelyasiya məhkəməsi tərəfindən IPM-in 12.1-ci maddəsinin tələbləri pozularaq, sənədlər arasındakı ziddiyyətlərin aradan qaldırılması istiqamətində araşdırma aparılmamışdır. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli, *** nömrəli sərəncamından çıxarış Bakı şəhər Icra Hakimiyyətinin ##.##.2015-ci il tarixli məktubu ilə verilmişdir. Başqa sözlə, sözügedən sərəncam və onun əlavələri barədə Bakı şəhər Icra Hakimiyyətində məlumatlar vardır. Odur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya bağ sahəsinin ayrılması ilə bağlı Bakı şəhər Icra Hakimiyyətinə sorğu verməli, iddiaçıya hansı nömrəli bağ sahəsinin ayrılması ilə bağlı məlumatı dəqiqləşdirməli idi. Iddiaçı özü də kassasiya şikayətində etiraf edir ki, hər iki order mövcuddur və ilkin order səhv verildiyindən, sonradan yeni order verilmişdir. - Digər tərəfdən, cavabdeh iddiaçının müraciətinin əsaslı olmaması ilə bağlı müxtəlif dəlillər irəli sürmüşdür. Belə ki, cavabdehin imtina dəlilləri ondan ibarətdir ki, qeyd olunan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, göstərilən ərazidə sxematik xəritəyə əsasən bağ nömrəsi yoxdur və ətraf ərazilərdə bağ sahələri daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmamışdır, o cümlədən göstərilən əraziyə digər şəxslərin müraciətləri olmuşdur. Həmçinin, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, Ləhiş bağ massivi *** saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Qeyd olunan ərazi 005011008458 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyata alınmışdır (İ cid: iş v.52). Bundan əlavə, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2021 və ##.##.2021-ci il tarixli məktublarda qeyd edilmişdir ki, göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və Ləhiş *** saylı bağa aidiyyəti olmayan dövlət mülkiyyəti torpağıdır, həmçinin torpaq sahəsi Bilgəh-Kürdəxanı yolunun kənarında yerləşir (İ cild: iş v.71 və 78). Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında isə qeyd edilmişdir ki, vətəndaş əvvəlcə *** saylı bağ kimi başqa ərazini göstərmişdir və bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir (İ cild: iş v.119). ##.##.2022-ci il tarixli mütəxəssis rəyində isə qeyd olunmuşdur ki, iddia olunan faktiki torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində yerləşir, bağların bölgüsünə dair sxematik xəritədə bu hissədə bağ nömrəsi qeyd olunmayıb, X3 məxsus torpaq sahəsi isə iddia olunan sahədən kənarda, tam fərqli ərazidə yerləşir (Belə ki, iddiaçı əvvəlki müraciəti zamanı digər torpaq sahəsini göstərmişdir). Cavabdeh apellyasiya şikayətində isə qeyd etmişdir ki, həmin əraziyə digər fiziki şəxsin-X4 müraciətləri olmuşdur. - Ilk növbədə qeyd olunmalıdır ki, iş materiallarında *** saylı BTK-ya torpaq sahəsi ayrılmasına dair ayrıc aktı və ya həmin torpaq sahəsinin koordinatlarını əks etdirən mötəbər sənəd, eləcə də, bağların bölgüsünə dair sxematik xəritə yoxdur. - Nəzərə alınsa ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hasara alınmış sahədir, iddia tələbinin əsaslılığına qiymət verilməsi üçün iddiaçının hasar daxilində göstərdiyi torpaq sahəsinin kooperativə ayrılmış sahənin hüdudları daxilində yerləşibyerləşməməsi müəyyən edilməlidir. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hərtərəfli araşdırma aparılmasını təmin etməlidir. - Işə baxan apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan halı ətraflı araşdırmadan iddiaçının Ləhiş bağ massivi “682” saylı bağ kimi iddia etdiyi torpaq sahəsinin faktiki Ləhiş *** saylı bağa aidiyyəti olmayan torpaq sahəsi olması nəticəsinə gəlmişdir.

ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025ci il tarixli, *-*(***)***/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Elvin Əliyev (sədrlik edən və məruzəçi), Günel Abbasova və Aytən Oruczadə).

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti sorğuya cavab məktubunda qeyd etmişdir ki, Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, *** №-li sərəncamı ilə Kürdəxanı ərazisindəki *** №-li BTK-nın yaradılmasının siyahısında vətəndaş İddiaçı verilmiş bağ sahəsinin nömrəsi göstərilməmişdir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrıldığı iş materialları ilə sübuta yetirilir. Ona torpaq sahəsinin ayrılmasını müəyyən edən orderdə torpaq sahəsinin nömrəsi qeyd edilmişdir. Arxiv əsaslarında torpaq sahəsinin nömrəsinin göstərilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. - Həmçinin, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, ətraf ərazilərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsi * saylı Baki Ərazi Idarəsi sorğuya cavab məktubunda qeyd etmişdir ki, 245 BTK-nın arxiv qovluğunda mövcud olan üzvlərinin siyahısında qeyd edilən şəxslərin adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir. Siyahı üzrə qeydiyyata alınmış bağ sahələrinə dair əlavə olaraq bildiririk ki, siyahıda adları qeyd edilən üzvlərə ayrılmış bağ sahələrinin nömrəsi, bağ sahələrinin addan-ada keçirilməsi, onların adına verilmiş orderlər, orderlərin ləğv edilib-edilməməsi barədə baza məlumatları məhdud olduğu üçün təqdim edilən məlumat tam olmaya bilər. Vahid elektron kadastr baza məlumatlarına əsasən BTK-ların ayrıcı və dəqiq sərhədləri yoxdur. Bu səbəbdən naturada göstərilən sahələrin hər hansı BTK ərazisinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Sorğuya cavab məktubuna edilmiş qoşmada *** saylı BTK ərazisində digər üzvlərinin hüquq müəyyənedici sənəd olaraq orderlər əsasında torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış və həmin şəxslərə şəxslərə çıxarışlar verilmişdir. Bu hal nəzərə alındıqda iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir. - Ali Məhkəmənin qərarının 30-cu bəndində qeyd edilmiş sözügedən torpaq sahəsinin kooperativə ayrılmış sahənin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi ilə bağlı təkrar apellyasiya icraatı zamanı təyin edilmiş ekpertiza rəyinə əsasən müəyyən edilmişdir ki, "Vahid elektron kadastr baza məlumatlarına əsasən BTK-ların ayrıcı və dəqiq sərhədləri yoxdur. Bu səbəbdən naturada göstərilən sahələrin hər hansı BTK ərazisinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə olan halda Kollegiya qeyd edir ki, *** saylı BTK-nın sxemi (bölgüsü) arxiv əsaslarında olmadığı, həmçinin bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi halda, vahid elektron kadastr baza məlumatlarına əsasən BTK-ların ayrıcı və dəqiq sərhədləri olmadığı halda, eyni BTK üzvləri olan digər şəxslərin mülkiyyət hüququnun hansı qaydada qeydə alınmasına dair cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, iş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etməklə “Inzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələblərini pozmuşdur. - Bundan əlavə, işin ikinci apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəyində "*** saylı BTK-nın nəzdində ayrılmış *** saylı sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmadı qeydi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə bağ sahəsinin nömrəsində yanlışlıq olduğu halda belə, bağ sahəsinin nömrəsindəki səhvin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində qeyd edilən hallar iddiaçının məsuliyyət sferasına daxil deyildir. Ayrıc aktı və sərhədlərin müəyyən ediməsi Xidmətin vəzifəsidir. - Cavabdehin imtinasında istinad etdiyi uyğunsuzluğun konkret nədən ibarət olmasını nə məhkəmə sorğusuna cavablarında, nə də imtina məktubunda və apellyasiya şikayətində göstərməmişdir. Həmçinin, apellyasiya şikayətində digər fiziki şəxsin - X6 müraciətlərinin olduğunu qeyd etməsinə baxmayaraq, belə bir mübahisənin həqiqətən də mövcud olmasına dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Eyni zamanda həmin orderin saxta olduğuna dair cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bağ sahəsinin orderi Idarənin arxivində aşkar olunmasa belə, nəzərə alınmalıdır ki, həmin orderin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu səbəb onu bağ sahəsi üzərində mülkiyyət hüquqlarının reallaşdırılmasından məhrum edə bilməz. Iddiaçının məhkəmə icraatı zamanı bağ sahəsinə münasibətdə təqdim etdiyi order Idarənin arxivində aşkar edilməsə də, orderin mövcudluğu şübhə doğurmur. - Iddiaçıya ayrılmış torpaq sahəsinə dair iki orderin olması və ilkin orderin səhv verildiyindən yeni orderin verilməsi məsələsi ilə bağlı kollegiya qeyd edir ki, göstərilən mübahisəli vəziyyət Bakı Apellyasiya Məhkəməsinin soğusuna cavab olaraq Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, *-**/*-****/**** nömrəli məktubunda *** nömrəli BTK-nın yaradılması siyahısında vətəndaş İddiaçı bağın verildiyi qeyd edilməklə öz həllini tapmışdır. Bundan əlavə, bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, qeyd olunan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən ərazidə bağ nömrəsi yoxdur və ətraf ərazilərdə bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin həmin əraziyə digər fiziki şəxsin (X4) müraciətləri olmuşdur. Qeyd olunanlarla yanaşı İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən ##.##.2020-ci il tarixdə eyni BTK (*** saylı) nəzdində, eyni nömrəli (25) orderlə (Bakı şəhər Icra Hakimiyyətinin eyni sərəncamı ##.##.1993-cü il tarixli *** saylı Qərar) ****V saylı bağ sahəsinə dair məlumat verilməsi barədə idarəyə sorğusu qeydə alınmışdır. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçıya qanuni olaraq ayrılıb-ayrılmaması, yerləşməsi və digər order barədə ətraflı araşdırma aparılmamışdır.

b. Kassasiya şikayətinə etirazın dəlilləri

24. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ...

26. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.

33. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Appelyasiya instansiyas məhkəməsi IPM 96.11-ci maddəsinin tələblərinə uyğun davranmışdır, Ali Məhkəmənin göstərişlərini icra etmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)***/**** saylı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar