Məhkəmə qərarları › İş №2-1(102)-462/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-462/2019

16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-462/2019 16.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-462/19 QƏRARDAD Bakı şəhəri 2019-cu il 16 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, Cavabdehin vəkili Qədirov İlqar Hümmət oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-1(103)-2446/2018 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün buraxı lmış prosessual müddətin bərpasına dair cavabdeh tərəfindən verilmiş vəsatəti və işin materiallarını nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 2012-ci il 21 sentyabr tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 3 may tarixli 2-1(82)-1417/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-1(103)-2446/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti v ermişdir. Cavabdehin və vəkilinin nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-1(103)-2446/2018 tarixli qərarı poçt rabitəsi vasitəsi ilə cavabdehə 2018-ci il 29 oktyabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2018-ci il 30 noyabr tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməyi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümk ün sayılmayacağı bildirilmişdir. Cavabdeh 2019-cu il 14 yanvar tarixdə vəsatətlə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Vəsatətin dəlilləri: Cavabdeh prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qeyd edir ki, Şöbədə aparılan struktur dəyişikliyi ilə əlaqədar, habelə kargüzarlıq sistemində işçilərin əvəz olunması nəticəsində sənədlərin təhvil-təslimi gec başa çatdığından Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli qərarı kitabda gec - 2018-ci il 8 noyabr tarixdə qeydiyyata salınmışdır. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Cavabdehin vəkili vəsatətdə göstərilənləri müdafiə edərək şikayət üzrə kasasiyanın mümkün sayılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Vəsatət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Normanın məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə aktının təqdim edildiyi 2 018-ci il 16 oktyabr tarixdən cavabdehin sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən cavabdeh istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Cavabdehin istinad etdiyi hallar isə müddətin buraxılmasında onun təqsirini aradan qaldırmır. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 24, 90, 96-cı maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpasına dair vəsatət təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-1(103)-2446/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar