Məhkəmə qərarları › İş №2-1(102)-462/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-462/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-462/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X4, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cav abdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1882/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən Dağıstan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və oranı 2016-cı ildə bitirmişdir. İddiaçıya Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 15 iyul 2016-cı il tarixli 100505 ******* nömrəli bakalavr diplomu verilmişdir. Diplom və onun əlavəsi apostil olunmuşdur. İddiaçı həmin diplom üzrə ixtisasın t anınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, iddiaçının müraciəti əsasında, cavabdeh tərəfindən iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edildiyindən, müvafiq şəhadətnamənin verilməsi mümkün olmamışdır. İddiaçının müraciəti əsasında verilmiş 25.05.2017-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Ona görə də, həmin diplomun ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Eyn i zamanda, cavabdeh tərəfindən surəti təsdiq olunaraq məhkəməyə təqdim olunmuş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İddiaçı dair «X10»ndan müəyyən olunur ki, İddiaçı təhsil aldığı 2011-2016 il tarixləri ərzində dövlət sərhədindən hərəkəti barədə aşağıdakı məlumatlar qeydə alınmışdır: - 08.08.2011-ci il çıxış, 08.08.2011-ci il giriş (2 saat), 09.08.2011-ci il çıxış, 10.08.2011-ci il giriş (1 gün), 17.10.2011-ci il çıxış, 18.10.2011-ci il giriş (1 gün), 23.12.2011-ci il çıxış, 24.12.2011-ci il giriş (1 gün), - 22.02.2012-ci il çıxış, 01.03.2012-ci il giriş (7 gün), 26.11.2012-ci il çıxış, 01.12.2012-ci il giriş (5 gün), - 27.02.2013-cü il çıxış, 08.03.2013-cü il giriş (10 gün), 28.10.2013-cü il çıxış, 07.11.2013-cü il giriş (10 gün), - 06.04.2014-cü il çıxış, 14.04.2014-cü il giriş (8 gün), 17.06.2014-cü il çıxış, 01.07.2014-cü il giriş (14 gün), 24.08.2014-cü il çıxış, 26.08.2014-cü il giriş (2 gün), 13.11.2014-cü il çıxış, 23.11.2014-cü il giriş (10 gün), 30.12.2014-cü il çıxış, 04.01.2015-ci il giriş (5 gün), - 17.04.2015-ci il çıxış, 26.04.2015-ci il giriş (9 gün), 02.11.2015-ci il çıxış, 08.11.2015-ci il giriş (6 gün), - 24.03.2016-cı il çıxış, 25.03.2016-cı il giriş (1 gün), 19.05.2016-cı il çıxış, 20.05.2016-cı il giriş (1 gün), 31.05.2016-cı il çıxış, 02.06.2016-cı il giriş (2 gün), 18.06.2016-cı il çıxış, 18.06.2016-cı il giriş (1 gün), 08.08.2016-cı il çıxış, 15.08.2016-cı il giriş (7 gün). Beləliklə, cavabdeh 6 iyul 2018-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Nazirlikdə sənədləri araşdırıla rkən onun adıçəkilən təhsil müəssisəsinin normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğu müəyyən edilmişdir. İddiaçı 18 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramı tam şəkildə yerinə yetirmiş, ixtisasa yiyələnmişdir. Diplomun tanınmasına heç bir qadağa olmadığı halda, onun diplomunun tanınmaması Beynəlxalq Ko nvensiyaya ziddir. Diploma əlavədən görünür ki, o, ali təhsil aldığı müddətdə qarşıya qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş, qanuni əsaslarla təhsilini başa vurmuşdur. Hətta ona məxsus ümumvətəndaş pasportundan da görünür ki, təhsil aldığı dövrlərdə müntəzəm olaraq həmin ölkəyə səfər etmiş və uzun müddət orada qalmışdır. İddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, “Təhsil haqqında” Qanunun 1.0.7, 27.2, 43, 44-cü maddələrinə istinad edilmişdir. Cavabdehin iddiaya dair etirazı cavabdehin imtina məktubuna uyğun tərtib edilmiş, etirazın maddi hüquqi əsası kimi İPM-in 47.2-ci, 58.2-ci, 68.2-ci, 73.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətləri n ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.6-cı, 3.6-cı, 3.7-ci bəndlərinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5,2-1(82)-736/2019 saylı iş) 30 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərəkiddiaçıya RF Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 16 iyul 2016-cı il tarixli 100505 ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X9məruzəçi, X6 və X7, 2-1(103)-1882/2019 saylı iş) 31 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına istinadən apellyasiya şikayətinin dəlili ilə razılaşır ki, iddiaçının təhsil aldığı ali məktəbin yerləşdiyi ölkədə olduğu müddət onun müvafiq tədris proqramını mənimsəməsi üçün kifayət hesab oluna bilməz. Cavabdehin imtinası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə uyğun olduğundan, iddia tələbi əsassızdır. İddiaçı 22 noyabr 2019-cu il tarixdə qərarın surətini almış, 9 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ka ssasiya şikayətinin dəlilləri: Məhkəmə xidməti vəzifəsinə görə işi obyektiv, hərtərəfli araşdırmalı idi. Bu məqsədlə iddiaçı tərəfindən tədris normativi üzrə tədris yükünü tam mənimsəmək üçün ümumilikdə neçə gün tədris almağın zəruri olduğunu, məhz bundan sonra həmin müddətə müvafiq olaraq iddiaçının tədris normativini tam mənimsəyib-mənimsəmədiyi barədə qərar qəbul etməli idi. Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən iddiaçıya Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 16 iyul 2016-cı il tarixli diploma (təhsil sənədinə) apostil verilməklə, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Yəni, bu səlahiyyət sırf həmin təhsil müəssisəsinə aiddir. Mövcud qanunvericilik ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasların dairəsini ko nkret müəyyən etmişdir və onlardan biri də mənfi “ekspert rəyi’’dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə, hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar”ın 3.7-ci bəndində “konkret şəkildə” nəzərdə tutulmuşdur, iddiaçıya münasibətdə nə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Apellyasiya instansiyası qeyd olunanlara göz yumaraq, qəbul etdiyi məhkəmə qərarında sadəcə müxtəlif qanunların maddələrinə istinad etsə də, nəticədə sadə bir cümlə ilə cavabdehin dəlilləri ilə razılaşdığına görə, lakin hansı səbəbdən və hansı qanun normalarına əsaslanaraq razılaşdığını bildirməyərək formal qərar qəbul etmişdir. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublika sı Konstitusiyasının 42, “Təhsil haqqında” Qanunun 1, 10.5-ci maddələrinə, Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.6, 3.6, 3.7-ci bəndlərinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qəra rının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə naz irlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası P rezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. İddiaçıya məxsus 2016-cı ilin iyun ayında verilmiş diplomda onun Rusiya Federasiyası Dağıstan Dövlət Universitetini bitirərək “hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi verildiyi qeyd edilmişdir. Təqdim diploma əlavədə iddiaçının qiyabi formada təhsil aldığı müəyyən edilir. Tədris dövrü 2011-2016-cı illəri əhatə edir Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qiyabi təhsil dövründə hər il lazımi tədris müddətində Rusiya Federasiyasında olmas ının təsdiq olunmadığına əsaslanaraq diplomun əlavəsində göstərilən həcmdə tədris yükünün mənimsəmədiyi qənaətinə gəlib iddianı təmin etməmişdir. Sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 2011-ci ilin avqust ayında 2 gün, oktyabr ayında 2 gün, dekabr ayında 2 gün, 2012-ci ilin fevral ayında 7 gün, noyabr ayında 5 gün, 2013-cü ilin mart 10 gün, noyabr ayında 11 gün, 2014-cü ilin aprel ayında 14 gün, iyun ayında 14 gün, 2014-cü ilin avqust ayında 2 gün, noyabr ayında 9 gün, 2015-ci ilin aprel ayında 9 gün, noyabr ayında 7 gün, 2016-cı ilin mart ayında 2 gün, may ayında 1 gün, iyun ayında iki dəfə 2 gün Rusiya Federasiyasında olmuşdur. Təqdim olunan tədris qrafikində tədris dövrü konkret müddətlər göstərilməklə 2015-ci il üçün 13 gün, 7 gün, 14 gün, 18 gün, 34 gün, 7 gün, 2016-cı ildə 1 4 gün, 13 gün, 12 gün, 13 gün və sairdir. Göründüyü kimi, iddiaçı 2015-ci ildə cəmi 16 gün, 2016-cı ildə isə cəmi 7 gün olmaqla tələb olunan müddət ərzində təhsil aldığı universitetdə olmamışdır. İşdə olan sənədlərlə iddiaçının qiyabi təhsil forması üzrə tədris dövrü ərzində tədris müddətində bütövlükdə Dağıstan Respublikasında olması sübuta yetməmişdir. Nəticədə iddiaçının Dağıstan Dövlət Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin qiyabi formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Rusiya Federasiyasında az olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndin ə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xari ci ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hall arda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının bütövlükdə təhsil dövrü ərzində Rusiya Federasiyasında olması sübut olunmadığından onun aldığı təhsil in məzmununun uyğunluğu öz təsdiqini tapmamışdır. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1882/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar