Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-462/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilmə si tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-403/2021 nömrəli iş üzrə -ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 aprel 2021-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 09.12.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının və akta baxılması nəticəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17.01.2020-ci il tarixli **********196367 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsi nə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin -ci il tarixli, 2-1(112)-4701/2020 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 13, 22.2, 24, 28.1, 28.2, 35.1, 37, 38.1-ci maddələrinə, MPM-nin 129.3-cü maddəsinə, İnzibati icraat haqqında” Qanunun 2.0.1., 2.0.2, 2.0.11, 73-cü maddələrinə, Vergi Məcəlləsinin 38.1, 39.1, 49.1, 70.1, 70.2, 70.2-1, 70.2-3-cü maddələrinə əsəslanmaqla bel ə hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia bir hissədə inzibati akt sayılmayan aktın mübahisələndirilməsi tələb olunduğundan, digər hissədə isə iddia inzibati aktın mübahisələndirilməsi üzrə qanunvericilikdə müəyyən edilmiş (30 günlük) iddia müddəti buraxılmaqla irəli sürüldüyündən, mümkün sayılmamalıdır.
4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin -ci il tarixli qərardadının ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli, 2-1(103)2016/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 4701/2020 nömrəli iş üzrə -ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması, iddiaçı “xxxx” MMC-nin apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də tətbiq etdiyi prosessual hüquq normalarını istimad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
7. İddiaçıların kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, 17.01.2020-ci il tarixli qərarda göstərilmişdir ki, qərardan 30 gün müddətində məhkəməyə, 3 ay müddətində yuxarı vergi orqanına şikayət verilə bilər. “xxxx" MMC mübahisələndirilən 17.01.2020-ci il tarixli qərarın qəbul edilməsində 23.01.2020-ci il tarixdə məlumat əldə edən kimi 5 gün sonra Vergilər Nazirliyinə (hazırkı Dövlət Vergi Xidməti) şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir, yəni "xxxx" MMC şikayət vermək üçün seçim edərək. Vergilər Nazirliyinə müraciət etməklə ondan asılı olanı icra etmişdir. Ən azından həmin 28.01.2020-ci il tarixli şikayətin verilməsi müddətin ötürülməsini məsələsini istisna edir. Vergilər Nazirliyi (hazırkı Dövlət Vergi Xidməti) 28.01.2020-ci il tarixli şikayətə baxıb qərar çıxarmamış, 1 ay, 16 gün sonra - 16.03.2020-ci il tarixli məktub yazaraq, səyyar vergi yoxlaması aktında göstərilən vergidən yayınma ilə əlaqədar 12.03.2020-ci il tarixdə cinayət işinin başlanıldığı bildirmiş və şikayətdə qeyd edilən hallara dair sübu tların cinayət prosesini həyata keçirən orqana təqdim edilməsini tövsiyyə etmişdir. Vergilər Nazirliyi istintaq başlamaq və bunu bəhanə etmək məqsədi ilə qanunla üzərinə düşən vəzifələri qəsdən yerinə yetirməyərək, şikayətə baxmamış, tövsiyyə xarakterli məktub vermişdir. "xxxx" MMC bu məktubun elektron kabinetə yerləşdirilməsindən 2020-ci ilin aprel ayının 10u ərəfəsində məlumat əldə edən, yəni məktub oxunan kimi 22.04.2020-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi əslində Vergilər Nazirliyi qanun pozuntusuna yol vermiş, 17.01.2020-ci il tarixli aktdan şikayətə 1 ay ərzində baxmamış, qərar çıxarmamışdır. Nazirliyin 16.03.2020-ci il tarixli məktubu qərar hesab edilmir. Bu halda “xxxx” MMC-nin tövsiyyə məktubunu aldıqdan sonra “İnzibati icraat haqqında” Qanunun 73.1 və 73.2- ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək məhkəməyə müracət etmək hüququ olmuşdur. İş üzrə vacib əhəmiyyət kəsb edən başqa bir məqam Vergilər Nazirliyinin 16.03.2020-ci il tarixli tövsiyyə xarakterli məktubunun ümumiyyətlə rəsmi qaydada "xxxx” MMC-yə təqdim edilməməsidir. Məhkəmə bu sənədin təqdim edilməsini Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsi ilə əsaslandırmışdır. Belə ki, Vergi Məcəlləsinə 30.11.2018-ci il tarixdə əlavə edilmiş 70.2-1.3-cı maddəyə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır. Elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Bu maddə ilə bərabər eyni tarixdə Məcəlləy ə 13.2.72-ci maddə əlavə edilmişdir. Həmin maddədə elektron kabinetin açıqlaması verilir. 13.2.72-ci maddəyə əsasən elektron kabinet müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Kasasiya şikayətinə Vergi Məcəlləsinin 70.2-1.3-ci və 13.2.72-ci maddələri qəbul edilərkən 30.1 1.2018-ci il tarix üçün müəyyən edilmiş və Vergilər nazirinin 26 aprel 2016-cı il tarixli **********604700 №-li əmr i ilə təsdiq edilmiş X1 haqqında müqavilə formasını əlavə edirəm. İddiaçı ilə vergi orqanı arasında belə bir müqavilə forması bağlanmamışdır. İş materialarına eyni zamanda 16.0 16.03.2020-ci il tarixli tövsiyyə məktubunun oxunma tarixi barədə mötəbər sənəd əlavə edilməmişdir. Məktubu oxumadan təbii ki, məhkəməyə müraciət edə bilməzdi, oxunma tarixi iş üzrə sübut edilmir. Bununla bağlı məhkəmənin istinad etdiyi sənədin olması mümkün deyildir, çünki o məktubu oxumamışdır.
8. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli, 2-1(103)-2016/2020 nömrəli qərardadının ləğv edilməsini və növbəti prosessual hərəkətlərin edilməsi üçün işin məhkəməyə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
9. A zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
10. Kasasiya şikayətinə baxılması 24.02.2021-ci il tarixə təyin edilmişdir. Sonra isə işin baxılması təxirə salınmışdır və 28.04.2021-ci il tarixə yenidən təyin edilmişdir.
11. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (13 aprel 2021-ci ildə müvafiq bildiriş və sms xəbərdarlıq göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz verərək, qeyd etmişdir ki, inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərardadından göründüyü kimi iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyü işin materiallarında olan sübutlarla tam təsdiq olunur. Bildirir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27.02.2018-ci il tarixli **********141892 nömrəli qərara əsasən “xxxx” MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 09.12.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17.01.2020-ci il tarixli **********196367 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar 21.01.2020-ci il tarixli **********843200 nömrəli məktuba əlavə edilməklə elektron üsulla vergi ödəyicisinə göndərilmiş və 23.01.2020-ci il tarixdə saat 20:58-də oxunmuşdur.
13. İddiaçının kasasiya şikayətində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17.01.2020-ci il tarixli **********196367 nömrəli qərarın ləğv edilməsi ilə bağlı Vergilər Nazirliyinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) şikayət edildiyi barədə qeyd etdiyi dəlilləri əsassızdır. Cavabdeh kasasiya şikayətinə qarşı etirazda Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli, 2-1(103)-2016/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçini n tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesa b edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
18. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işi həll edərkən -ci il tarixli qərardadında göstərmişdir ki, “Apelyasiya şikayətinin hər hansı sənədin elektron kabinetdə oxunmuş hesab edilməsi üçün mütləq qaydada vergi orqanı ilə vergi ödəyicisi arasında müəyyən edilmiş formada müqavilə olmalıdır ki, belə bir müqavilənin iş materiallarına əlavə edilməməsi və bağlanması barədə məlumatın olmamasına dair dəlil də əsaslı deyil. Belə ki, cavabdehin nümayəndə sinin məhkəmə kollegiyasına təqdim etdiyi, iddiaçının nümayəndəsi T.M.Səmədov tərəfindən imzalanmış və iddiaçının möhürü ilə təsdiq olunmuş 03.04.2013cü il tarixli X1 haqqında Müqavilədən görünür ki, tərəflər arasında belə bir razılaşma mövcud olmuşdur. Şikayətin məktubun oxunma tarixinin iş üzrə sübut edilməməsi haqda dəlil də əsassızdır. Belə ki, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 16.03.2020-ci il tarixli bu məktub 19.03.2020-ci il tarixdə saat 22:46-da iddiaçı tərəfindən oxunmuşdur. Bu oxunmanın sübuta yetirilmədiyi fərz olunan halda da, müddət ötürülmüş sayılmalıdır. Çünki, Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə görə, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.”
19. «Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilmə lidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.
20. Həmin Məcəllənin 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.
21. Cavabdeh iddia edir ki, 21.01.2020-ci il tarixli qərarını iddiaçının elektron kabinetinə göndərməklə həmin qərar 23.01.2020-ci tarixdə çatdırılmışdır. Lakin işin 1-ci cildinin 166, 167-ci səhifələrində olan “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan və məktubdan görünür ki, həmin hesabatın “sənədi göndərən şəxs VÖEN” sətirində iddiaçının VÖEN-i qeyd edilmiş, “sənədi göndərən şəxs @ AZİ” sətirində isə “xxxx” MMC” y azılmış sözügedən məktubda və ən əsası da odur ki, hər hansı elektron imza mövcud deyildir.
22. Halbuki “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; 1.1.15-ci maddəsinə görə informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur.
23. Məhkəmə kollegiyası hesab edir ki, inzibati akt olan cavabdehin 21 yanvar 2021-ci il tarixli sözügedən qərarının iddiaçıya çatdırılması məsələsinin tərəflər arasında bağlanmış X1 haqqında müqavilənin müddəaları çərçivəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış ol maqla yanaşı, həm də Vergi Məcəlləsinin tələblərinə də ziddir.
24. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır (maddə 70.2-1.3. ). 25. 01 yanvar 2019-cu il tarixədək Vergi Məcəlləsinin qü vvədə olan 70.2-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır.
26. Məhkəmə kollegiyası xususi ilə qeyd edir ki, yuxarıda əksini tapmış hüquq normalarına əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edil məli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir.
27. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını bu Qanun müəyyən edir (maddə 1.1). Eyni zamanda inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt hesab olunur (maddə 2.0.2). Həmçinin inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (maddə 21.1) Həmin Qanunun 28-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsinin olması izibati icraatın başlanılması üçün əsas hesab olunur (maddə 28.1.2). Eyni zamanda Qanunun 36-cı maddəsinə əsasən barələ rində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər inzibati icraatda iştirakçı hesab olunur (maddə 36.1.2.) Həmin Qanunun 46-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar (maddə 46.1.). Lakin cavabdeh mübahisələndirilən inzibati aktı qəbul edərkən yuxarıda qeyd olunan tələbləri yerinə yetirməsi və inzibati icraat zamanı iddiaçının iştirakını təmin etməsini barədə sübut təqdim etməmişdir.
29. Bundan başqa “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanun una əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 30. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) 31. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.
32. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qəra rlar iddiaçıya çatdırılmamış hesab edilməlidir.
33. Bununla yanaşı məhkəmə kollegiyası ümumiyyətlə qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir.
34. Belə ki, həmin Məcəllənin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab e dilir.
35. Lakin işin təkzibolunmaz faktıdır ki, adıçəkilən sənədlər iddiaçıya sifarişli məktubla göndərilməmişdir. Cünki bu növ qərarların göndərilməsi Vergi Məcəlləsinin 49.4cü maddəsi ilə tənzimlənir. 36.
43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. 37.
44. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
38. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli, 2-1(104)2016/2020 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.