Məhkəmə qərarları › İş №2-1(102)-462/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-462/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-462/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (iş № 2-1(102)-462/2021) Açar sözlər: xarici ölkəyə ezamiyyə xərclərinin ödənilməsi. Giriş hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ezamiyyə xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(103)2250/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE ********, FİN - xxxxxxx, doğulduğu yer və il - Bakı şəh., xx.xx.1987-ci il, qeydiyyat- Bakı şəh., Binəqədi ray., Biləcəri qəs., məh. 5075, ev 2, m. 36) 12 avqust 2005-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 22 iyun 2009-cu ildə həmin məktəbi bitirmişdir. Hərbi Məktəbi bitirdiyi vaxtdan, yəni 22 iyun 2009-cu il tarixdən 23 iyun 2010-cu il tarixə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təlim keçdikdən sonra hərbi xidmət fəaliyyətinə başlamışdır. Müdafiə nazirinin 06 yanvar 2017-ci il tarixli 05 №-li əmri ilə (maddə 157 «v»-xə stəliyə görə) hərbi xidmətdən azad edilmişdir.

2. İddiaçı hərbi xidmətdə qulluq etdiyi zaman “İngilis dili kursu”nda və “Piyada zabitin təməl kursu”nda iştirak etmək üçün 09 avqust 2011-ci il tarixdən 23 may 2012-ci il tarixədək X1 San-Antonio şəhərində olmuşdur.

3. İddiaçı bununla əlaqədar cavabdehə müraciət edərək, 38.888,26 ABŞ dolları ezamiyyə xərclərinin ona ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtina məktubunda bildirmişdir ki, xaricdə olduğu ölkələrdə, o cümlədən X1 San-Antonio şəhərində səfər xərcləri həmin ölkə tərəfindən ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona ödənilməmiş eza miyyə xərclərinin fərq pul vəsaitinin - 31.888,26 (otuz bir min səkkiz yüz səkksən səkkiz və iyirmi altı) ABŞ dollarının cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, iddiaçı bir neçə dəfə nümayəndəsi vasitəsilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı ərizə və sorğular göndərmişdir. Cavab məktublarının birində göstərilmişdir ki, xaricdə olduğu ölkələrdə, o cümlədən X1 San-Antonio şəhərində səfər xərcləri həmin ölkə tərəfindən ödənilmişdir. Bundan sonra nümayəndəsi vasitəsi ilə X2 kursda oduğu müddət ərzində ona ödənilən vəsaitlə və həmin məsələ ilə əlaqədar sənədlərin surətlərinin verilməsi üçün Azərbayc anda X4 səfirliyinin Müdafiə Əməkdaşlıq şöbəsinə müraciət edilmiş, lakin bu günə kimi ona cavab verilməmişdir. Ancaq Azərbaycan Respublikasının Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən verilən məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsəsnamə»nin 38-ci bəndinə əsasən, xarici ölkələrdə ezamiyyətdə olduğu müddətdə hərbi qulluqçuya ezamiyyə xərcləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xarici ölkələrə ezamiyyə xərclərinin 1 (bir) günlük normasına uyğun olaraq ödənilir. Ezamiyyə xərclərinin 1 (bir) günlük normasının 40%-nı yemək xərcləri təşkil edir. Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götür düyü hallarda hərbi qulluqçuya ezamiyyə xərci ödənilmir. Dəvət edən tərəf hərbi qulluqçunu yaşayış yeri ilə təmin edərək yemək üçün nağd pul verdiyi halda hərbi qulluqçuya nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 (bir) günlük normasının 40%-indən az olarsa, həmin fərq hərbi qulluqçuya ödənilir. X2 kursda olduğu müddət ərzində ona hər ay 650 ABŞ dolları pul vəsaiti kart vasitəsi ilə ödənilirdi. Ezamiyyə xərcləri hesablandıqda məlum olur ki, X2 kursda olduğu müddət ərzində cavabdeh tərəfindən onun xeyrinə 31.888, 26 (otuz bir min səkkiz yüz səksən səkkiz və iyirmi altı) ABŞ dolları ödənilməlidir.

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, işçilərə, o cümlədən hərbi qulluqçulara ezamiyyə xərclərinin ödənilməsi Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş "X3" ilə tənzimlənir. Bu qaydaların 3-cü hissəsinin 4-cü bəndinin tələblərinə uyğun olaraq, bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü halda işçiyə ezamiyyə xərci ödənilmir. X2 ezamiyyətdə olduğu müddətdə iddiaçı dəvət edən tərəfindən yataq və yeməklə tam təmin olunduğu üçün onun iddia ərizəsində göstərdiyi hesablamaların heç bir əsası yoxdur və 31.888,26 ABŞ dolları məbləğində pul vəsaitinin ona ödənilməsi tələbi qanunsuzdur. Maliyyə Nazirliyinin 18.01.2012-ci il tarixli Q-01 nömrəli Qərarının 1-ci hissəsinin 1-ci bəndində göstərilir ki, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezam iyyət sayılır. Həmin Qərarın 1-ci hissəsinin 4-cü bəndində göstərilir ki, işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz. İddiaçı 40 günlük xidməti ezamiyyətə deyil, təhsil almaq üçün uzunmüddətli ezamiyyətə göndərilmişdir və onun ezamiyyə xərcləri (təyyarə biletlərinin alınması və ölkədaxili nəqliyyat), yerləşdirilməsi və qidalanması X4 tərəfindən təmin olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(112)-380/2021 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nö mrəli Qərarının 8-ci bəndinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X3”nın 3.4-cü yarımbəndinə istinadən hesab etmişdir ki, İddiaçı ABŞ-ın San Antonio şəhərinə göndərilməsi ilə bağlı bütün xərclərin (təyyarə biletlərinin alınması və ölkədaxili nəqliyyat, yerləşdirilməsi və qidalanması) ABŞ tərəfindən təmin olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından iddia əsassızdır və təmin edilməməlidir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(103)-225 0/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Azər Hüseynov, hakimlər – Səadət Bəktaşi və Aida Hüseyn) qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(112)-380/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ezamiyyətdə olduğu müddət ərzində 35.007,00 ABŞ dol ları məbləğində maliyyə sərf olunsa da, iddiaçının tələb etdiyi ödənilməyən ezamiyyət xərcinin fərq məbləğidir. X2 ezamiyyətdə olduğu müddət ərzində hər 1 gün üçün ona ödənilməyən fərq pulu 110,34 ABŞ dolları təşkil etmişdir. Ümumilikdə ezamiyyətdə olduğu müddət ərzində ödənilməyən fərq pulu 31.888,26 ABŞ dolları təşkil etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı: 2-ci bənd: “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilmişdir. 8-cibənd: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində “X3”nı hazırlayıb müvafiq qaydada təsdiq etsinlər.

17. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X3”: 1.1-ci yarımbənd: Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonratəşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır 3.4-cü yarımbənd: Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir.

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməy ərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə mə lumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əs aslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 28.07.2011-ci il tarixli 194 nömrəli əmrinə əsasən, N saylı hərbi hissənin zabiti leytenant İddiaçı “İngilis dili kursu”nda və “Piyada zabitinin təməl kursu"nda iştirak etmək üçün 2011-ci il avqustun 9-dan 2012-ci il mayı n 23-dək X1 San-Antonio şəhərinə ezamiyyətə göndərilmişdir.

23. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq 10.02.2020-ci il tarixli məktubla bildirmişdir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin 22.11.2018-ci il tarixli 5/8234 nömrəli məktubuna əsasən, İddiaçı ABŞ-ın San Antonio şəhərinə göndərilməsi ilə bağlı bütün xərclər, o cümlədən təyyarə biletlərinin alınması və ölkədaxili nəqliyyat, yerləşdirilməsi və qidalanması ABŞ tərəfindən təmin olunmuşdur.

24. İş materiallarında olan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin 12.03.2020-ci il tarixli 5/1843 nömrəli məktubundan görünür ki, “Beynəlxalq Hərbi Təhsil və Təlim Proqramı” çərçivəsində İddiaçı 10.08 - 30.12.2011-ci il tarixlərində ABŞ-ın Texas (San-Antonio) ştatında yerləşən, X5 İnstitutunun “İngilis dili kursu"nda və 03.01 26.04.2012-ci il tarixlərində Corciya ştatının Fort Benninq hərbi bazasında yerləşən Piyada Məktəbi nəzdində “Motoatıcı ixtisası üzrə təməl zabit kursu”nda təhsil aldığı müddət ərzində, aşağıdakı qaydada vəsait sərf olunmuşdur: 1) 10.08 - 30.12.2011-ci il tarixlərində “İngilis dili kursu”nda təhsil aldığı müddətdə kursun təhsil haqqı 6.965,00 ABŞ dolları və təqaüd (qidalanma, nəqliyyat, yaşayış, tibbi sığorta və əlavə xərclər daxil olmaqla) 16.885,00 ABŞ dolları, cəmi 23.850,00 ABŞ dolları ödənilmişdir; 2) 03.01 - 26.04.2012-ci il tarixlərində “Piyada zabitinin təməl kursu”nda təhsil aldığı müddətdə kursun təhsil haqqı 5.116,00 ABŞ dolları və təqaüd (qidalanma, nəqliyyat, yaşayış, tibbi sığorta və əlavə xərclər daxil olmaqla) 6.041,00 ABŞ dolları, cəmi 11.157,00 ABŞ dolları ödənilmişdir. Ümumi olaraq, İddiaçı 35.007,00 ABŞ dolları məbləğində maliyyə sərf olunmuşdur.

25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçının ABŞ-ın San Antonio şəhərinə göndərilməsi ilə bağlı bütün xərclər, o cümlədən təyyarə biletlərinin alınması və ölkədaxili nəqliyyat, yerləşdirilməsi və qidalanması xərclərinin onu dəvət edən ABŞ dövləti tərəfindən təmin olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

26. Bu qərarı 17-ci bəndində qeyd edilən normaların (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.1-ci və 3.4-cü yarımbəndləri) tələbinə görə, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir.

27. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirlmədən saxlanılmalıdır.

28. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 21(103)-2250/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar