Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4629/2025 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: mülki iş üzrə çıxarılmış qətnamənin icrası ilə bağlı mübahisənin məhkəmə aidiyyət; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinə qarşı “hesabatları etibarsız saymaq, həmin daşınmaz əmlakların mövcud (faktiki) vəziyyətinə uyğun və tikili ilə torpaqları ayrı-ayrılıqda qiymətləndirilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları
1. ##.##.2025-ci il tarixli “Hüquqların və tələblərin güzəşti haqqında” bildirişdən görünür ki, ilk kreditor– “xxxx” ASC-dən aşağıdakı qeyd edilmiş icra vərəqələri üzrə hüquqlar və tələblər iddiaçıya tam həcmdə keçmişdir: - Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2014-cü il tarixli icra vərəqəsi, - Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-*/**** nömrəli, ##.##.2021-ci il tarixli icra vərəqəsi, - Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli icra vərəqəsi.
2. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinin üzərinə maraqlı şəxs (borclu) “xxxx” ASC-yə məxsus, Mingəçevir şəhəri H.Əliyev pr, 65 və 65A ünvanlarında yerləşən əmlak kompleksi kimi müəssisələrin qiymətləndirilməsinə dair Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ***/* nömrəli və *** nömrəli hesabatların etibarsız sayılması, həmin daşınmaz əmlakların mövcud (faktiki) vəziyyətinə uyğun və tikili ilə torpaqların ayrıayrılıqda qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Fəxri Hacızadə).
4. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Vüqar Musayev (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Tural Həsənov).
6. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Inzibati orqanların Təsnifatı”nın II hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibatı orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının mülki icraat qaydasında baxılan işlər üzrə verilmiş icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkətləri kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, mülki xarakterli icra sənədlərinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir (MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir). Odur ki, mülki icraat qaydasında baxılan işlər üzrə verilmiş icra sənədinə əsasən başlanmış icra işinin iştirakçılarının narazı qaldıqları istənilən məsələyə həmin icraat çərçivəsində baxılması davam etdirilməlidir.
7. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, mülki mübahisənin gedişində çıxarılmış məhkəmə qətnaməsinin əsasında verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Mülki məhkəmə aktının icrası ilə bağlı icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərinin, eləcə də hərəkətsizliyinin mübahisələndirilməsi həmin məhkəmə aktının icrasına nəzarət edən məhkəməyə şikayət vermək hüququndan istifadə etməklə reallaşdırılmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2018-ci il tarixli, *-*(***)-****/**** nömrəli; ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli; ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarlar).
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.
13. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçı tələbkar olduğu icra sənədinin icrası üçün borcun ödənilməsinin yönəldiyi əmlakların qiymətləndirici tərəfindən müəyyən olunan qiymətləri ilə razı deyil və onun hüquqi marağı həmin əmlaklarn qiymətinin düzgün müəyyən edilməsindən ibarətdir.
14. Nəzərə alınmalıdır ki, qiymtələndirmə ilə bağlı hüquq münasibətləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Həmin qanunun 8-ci maddəsində qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın mübahisələndirilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Bu normada deyilir ki, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.
15. Bu baxımdan ümumiyyətlə iddiaçının hüquqi marağı icra mənurunun hərəkət və ya qərarından şikayət verilməsi ilə deyil, adı çəkilən Qanunun 8-ci maddəsinə uyğun olaraq qiymətləndirmə hesabatının (rəyinin) mübahisələndirilməsindən ibarətdir.
16. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
17. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.