Məhkəmə qərarları › İş №2-1(102)-463/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-463/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-463/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-463/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fond unun Suraxanı rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2181/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və onun vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1985 – 1990-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil aldığını, xxxx 1985-ci il tarixdən xxxx 1985-ci il tarixədək Göyçay ra yonu K.Marks adına kolxozda kolxozçu, xxxx 1990-cı il tarixdən xxxx 2005-ci il tarixədək isə Göyçay rayonu Çaxırlı kənd məktəbində müəllimə işlədiyini, TSEK-in xxxx 2017-ci il tarixli arayışına əsasən ona ikinci qrup əlilliyin təyin edildiyini, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nun Suraxanı rayon şöbəsinə müraciət etdiyini, cavabdeh, xxxx 2017-ci il tarixli məktubla əmək kitabçasına əsasən tələb olunan iş stajının toplanmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)903/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı onun 1985–1990-c ı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil aldığı, xxxx 1985ci il tarixdən xxxx 1985-ci il tarixədək Göyçay rayonu K.Marks adına kolxozda kolxozçu, xxxx 1990-cı il tarixdən xxxx 2005-ci il tarixədək Göyçay rayonu Çaxırlı kənd məktəbində müəllimə vəzifələrində işlədiyi müddətlər sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının hüququnun yarandığı - xxxx 2017-ci il tarixdən təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim – R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2181/2018 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və M.A.Məmmədov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bak ı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və onun vəkili Vəkil3 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün ikinci dərəcəli əlil kimi 11 il 8 ay sığorta stajı və xxxx 2017-ci il tarixə 11.550 manat pensiya kapita lı tələb olunur, lakin iddiaçının şöbəyə təqdim etdiyi əmək kitabçasında xxxx 1985-ci ildən xxxx 1985-ci ilədək və xxxx 1990-cı ildən xxxx 2005-ci ilədək 16 il 7 ay sığorta stajının olduğu müəyyən edilmiş, həmin sığorta stajını pensiya kapitalına çevirdikdə 11.005 manat təşkil edir, bu isə qanunvericiliklə tələb olunandan azdır, məhkəmə tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil 1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin mü əyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil3 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2181/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxx 1967-ci il tarixdə anadan olmuş İddiaçı Sirac qızı 1985 – 1990-cı illərdə ***** Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almış, o, xxxx 1985-ci il tarixdən xxxx 1985-ci il tarixədək Göyçay rayonu K.Marks adın a Kolxozda kolxozçu, xxxx 1990-cı il tarixdən xxxx 2005-ci il tarixədək isə Göyçay rayonu Çaxırlı kənd məktəbində müəllimə işləmiş, TSEK-in xxxx 2017-ci il tarixli arayışına əsasən iddiaçıya ikinci qrup əlillik təyin edilmiş, iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncu, xxxx 2017-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə iş stajını təsdiq edən sənədin əmək kitabçası olduğuna, əmək kitabçasına əsasən tələb olunan iş stajının toplanmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, «Əmək pensiyaları haqqında»Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təy in edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarına görə qanunun qüvvəyə mindiyi xxxx 2006-cı ilədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi stajı sosial sığorta stajı üzrə deyil, əmək kitabçasına əsasən müəyyən edilir, İddiaçı xxxx 1985-ci il tarixdən xxxx 1985-ci il tarixədək Göyçay rayonu K.Marks adına kolxozda kolxozçu, xxxx 1990-cı il tarixdən xxxx 2005-ci il tarixədək isə Göyçay rayonu Çaxırlı kənd məktəbində müəllim vəzifəsində işləməsinə dair qeydləri olan əmək kitabçası ilə sübut olunur, iddiaçı əlilliyə görə əmək pensiyası almaq üçün qanunvericiliklə tələb olunan 5 ildən az olmamaqla sığorta stajına və 20 ildən çox əmək stajına malikdir, həmin Qay daların 2.3.1-ci bəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 49 yaşlı sığortaolunan – İddiaçı tələb olunan 11 il 3 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (50 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 35 x 4 ay = 140 ay: 12 = 11 il 8 aydan çox) sığorta stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ vardır, həmçinin cavabdeh apellyasiya şikayətində tələb olunan pensiya kapitalının toplanmadığını göstərsə də, iddiaçının tələb olunan stajdan artıq sığorta stajına malik olması məhkəmədə öz təsdiqini tapmış, cavabdeh inzibati orqan iddiaçıya, onun müraciətinə əsasən xxxx 2017-ci ildən əlilliyə görə əmək pensiyası təyin etməli olduğu halda hal-hazıradək bunu e tməmiş, beləliklə, cavabdehin inzibati aktın qəbulundan imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fıziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafıq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunu n 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında»Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci ma ddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının əlilliyə görə əmək pensiyası almaq üçün qanunvericiliklə tələb olunan 5 ildən az olmamaqla sığorta stajına və 20 ildən çox əmək stajına malik olduğunu, həmçinin cavabdeh apellyasiya şikayətində tələb olunan pensiya kapitalının toplanmadığını göstərsə də, işin faktiki halları ilə bu dəlilin təkzib edildiyini, beləliklə, cavabdehin inzibati aktın qəbulundan imtinasının qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olduğunu nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan müddəalarının tələblərinin pozulduğu barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2181/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2181/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar