Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-463/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Sirac Piriyevin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********189475 nömrəli qərarının ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1846/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC Cavabdehnə qarşı cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********189475 nömrəli qərarının ləğv edilməsini barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2019cu il tarixli **********189475 saylı qərarına əsas ən ümumilikdə 645.029,49 manat vergi məbləği hesablanmış, 53.271,19 manat vergilər artıq hesablandığı üçün şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmiş və 97.335,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56 və 85-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəllənin 83.3-cü maddəsinə zidd olaraq hesabat dövrü qurtardıqdan sonra 3 ildən artıq müddət ötməsinə baxmayaraq vergi məbləği hesablanmışdır. Səyyar vergi yoxlaması aktına əsasən 2015-ci ilin mənfəət vergisi üzrə 22.266,43 manat azaldılmış vergi məbləğinin müəyyən edildiyi qeyd olunur. Vergi orqanı gəlirlə bağlı kənarlaşmanın səbəbinin Vergi Məcəlləsinin 166.1-ci müddəalarının pozulması ilə əlaqədar olduğunu qeyd edir. Lakin Vergi Məcəlləsinin 166-cı maddəsi Məcəlləni n Xİ fəslinə aiddir. Həmin maddə ƏDV tutulan əməliyyatlarin aparıldığı vaxtı müəyyən edir. Həmin normaya istinad edərək mənfəətin müəyyən edilməsi yolverilməzdir. Mənfəət vergisi ilə bağlı müddəalar Vergi Məcəlləsinin İX və X fəsilində əksini tapmışdır. Hesablama metodu ilə gəlirin əldə edilməsi vaxtını Vergi Məcəlləsinin 135-ci maddəsi tənzimləyir. Bu səbəbdən Məcəllənin 166.1-ci maddəsinə istinadən gəlirin əldə edilməsi vaxtının müəyyən edilməsi əsassızdır. Ümumiyyətlə səyyar vergi yoxlaması aktında 2013- 2017-ci illər üzrə mənfəət vergisi yoxlanılan zaman MMC-nin gəlirləri Vergi Məcəlləsinin 166.1-ci maddəsinə istinadən müəyyən edilmişdir ki, yuxarıda da qeyd edildiyi kimi, bu normaya mənfəət vergisinin hesablanması zamanı istinad oluna bilməz. Bundan başqa, MMC tərəfindən 2015-ci ildə 350.115 manat dəyərində proqram təminatından istifadə hüququ əldə edilmişdir. Lakin yoxlama zamanı həmin məbləğ xərc olaraq nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması aktında (səhifə 21) qeyd edilmişdir ki, Cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində rezident və qeyri-rezident şəxslərdən əldə edilmiş müxtəlif proqram təminatları “xxxx” ASC-yə (VÖEN **********) təqdim edilməsinə və ya ötürülməsinə baxmayaraq, vergitutma obyekti düzgün müəyyən edilməmiş və nəticədə Vergi Məcəlləsinin 159-cu və 166-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Cəmiyyət tərəfindən rezident və qeyri-rezident şəxslərdən əldə edilmiş və “xxxx” ASC-yə ötürülmüş müxtəlif proqram təminatlarının dəyəri ƏDV-dən azad olunmuş dövriyyəyə aid edilmiş və nəticədə büdcəyə çatası ƏDV məbləği 301.157,14 manat məbləğində azaldılmışdır. Proqram təminatından istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər royalti hesab olunur (Maddə 13.2.23.) Proqram təminatının təqdim edilməsi və ya proqram təminatından istifadə hüququnun təqdim edilməsi nəticəsində əldə edilən royalti Vergi Məcəlləsinə əsasən “Qeyri-maddi aktivlər” anlayışına aid edilmişdir ki, bunun nəticəsində əldə edilən vəsait ƏDV üzrə vergitutma obyekti deyil və əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər mal sayılmır. Bu səbəbdən müxtəlif proqram təminatlarının “xxxx” ASC-yə təqdim edilməsi və ya ötürülməsi əməliyyatı ƏDV-yə cəlb edilməməlidir. Həmçinin, yoxlama aktına əsasən 322.071,48 manat qeyri-rezident şirkətlərə proqram təminatından istifadə hüququnun əldə edilməsi ilə bağlı aparılmış ödənişlərə Vergi Məcəlləsinin 168.1.5ci və 169-cu maddələrinə istinadən ƏDV hesablanmışdır. Bununla bağlı bildirir ki, Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5ci maddələrində adıçəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi) bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Maddənin də tələbindən göründüyü kimi, qeyri-rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ƏDV-yə cəlb olunur. Eyni zamanda, hüququn verilməsi və ya təqdim edilməsi mal hesab olunduğundan və hüquq qeyri-maddi aktiv olduğu üçün ƏDV məqsədləri üçün mal hesab edilmədiyindən səyyar vergi yoxlaması zamanı 322.071,48 manat ƏDV-nin hesablanması əsassızdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli 2-1(112)-2412/2020 nömrəli, (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli **********189475 nömrəli qərarı qismən, mənfəət vergisi, əlavə dəyər vergis i və ona tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 13.2.3, 13.2.8, 13.2.9, 13.2.11, 13.2.16, 56.1, 83.3, 85.4, 124, 125, 153, 159.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 14.1, 58.1, 58.7, 68.1-ci maddələrinə əsaslanmışdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1846/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıy eva və Aida Hüseyn) qərarı ilə birinci instansiya məhkəməsinin 2-1(112)-2412/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarının yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarını tətbiq edərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin son 8 illik dövrü üzrə vergi yoxlamasının keçirilməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatına Binəqədi rayon məhkəməsində baxılmış və təqdimatın təmin edilməsi barədə xx xxxx 2018-ci il tarixli, 5(001)-429/2018 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən yoxlamanın keçirilməsi Vergilər Nazirliyinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir.
9. Məhkəmə qərarına əsasən keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticəsində yoxlanılan dövr üzrə vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində (vergi ödəməkdən yayınma) nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcud olduğuna görə yoxlama materialları aidiyyəti üzrə göndərilməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə göndərilmiş və həmin materia llar baş idarənin xx xxxxxxx 2019-cu il tarixli, **********643200 nömrəli məktubu ilə ********* nömrəli cinayət işinə əlavə olunması və zəruri istintaq hərəkətlərinin aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə təqdim edilmişdir.
10. Göründüyü kimi, iddiaçı müəssisədə baş vermiş bir sıra cinayət faktları ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində cinayət işi başlanılmış və hazırkı yoxlama da məhz həmin cinayət işi çərçivəsində təqdim edilmiş təqdimatın Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli 5(001)-429/2018 nömrəli qərarı ilə təmin edilməsi nəticəsində aparılmışdır və yoxlamanın nəticələri hal-hazırda aparılan ci nayət işi üzrə araşdırmanın predmetini təşkil edir. Hazırkı halda yoxlamanın nəticəsini və onun qanunauyğun olub-olmamasını müəyyən etmək səlahiyyəti cinayət təqibi orqanının birbaşa səlahiyyətinə aiddir. Buna əsasən yoxlamanın nəticələrinin inzibatı qaydada məhkəmədə mübahisələndirilməsi və hətta iddianın təmin edilməsi bırbaşa olaraq cinayət təqibi orqanının fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir.
11. Qeyd olunan iş üzrə aparılan cinayət təqibinin hazırkı mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür.
12. Məlum olduğu kimi, İnzibati-Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.
13. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 13.2.8-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.
14. Sadalanan maddələrd ən göründüyü kimi, ƏDV-nin vergitutma obyektlərindən biri də malların təqdim edilməsidir. Qeyri-maddi aktivlər mal hesab edilmədiyindən onların təqdim edilməsi ƏDV-yə cəlb edilmir.
15. Hazırkı mübahisədə isə məhkəmənin də təsdiq etdiyi kimi, ümumiyyətlə qarşı tərəflərin hər hansı bir mülkiyyət hüququ yaranmadığından təqdim etmədən söhbət gedə bilməz. Başqa sözlə desək tərəflər arasında aparılan əməliyyat zamanı qeyri-maddi aktivin təqdim edilməsi baş vermədiyindən bu əməliyyatların ƏDV-dən azad edilməsin də söhbət gedə bilməz.
16. Buna görə də məhkəmə kollegiyasının hazırkı mübahisəyə Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinin müddəalarının tətbiq edilməsi maddi hüquq normasının yanlış tətbiq edilməsi kimi qiymətləndirilməlidir.
17. Başqa sözlə desək, iddiaçı tərəfindən «xxxx» ASC-yə, eləcə də qeyrirezidentlər «N.E.O Consulting FZC», «Kartek Kart və X1.A.Ş» və «Namse Yazılım və «X2GE TİC.LTD.ŞTİ» tərəfindən iddiaçıya qeyri-maddi aktıvin istifadə hüquqları ötürülməklə proqram təminatı xidməti göstərilmişdir və bu xidmətlər ədalətli olaraq vergi orqanı tərəfindən ƏDV-yə cəlb edilmişdir.
18. Bundan əlavə, məhkəmənin digər bir dəlili də ondan ibarətdir ki, vergilərin hesablanması Vergi Məcəlləsinin 56.1-ci və 85.4-cü maddələri ilə müəyyən edilmiş normalara ziddir və vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il müddət keçdiyi üçün vergi məbləği hesablana bilməz və hesablanmış vergi məbləği əsassızdır.
19. Məhkəmənin vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyətinin 3 ildən artıq dövr əhatə olunmaqla yoxlanılmasının qanunvericiliyin tələblərinə zidd olması barə də gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edirik.
20. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 177.3.6-cı maddəsinə əsasən maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi məhkəmə qərarı ilə həyata keçirilir.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən bu Məcəllənin 177.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri bir qayda olaraq məhkəmənin qərarı əsasında məcburi aparılır.
22. Qanunvericiliyinin qeyd olunan normalarına əsasən bildiririk ki, İddiaçı MMCnin son 6 illik dövrü üzrə vergi yoxlamasının keçirilməsi cinayət işinin istintaqı ilə bağlı qəbul edilmiş məhkəmə qərarına ə sasən məcburi olduğuna görə vergi orqanı tərəfindən həmin dövr üzrə yoxlama keçirilməsi zəruri olmuşdur. Yoxlanılan dövr üzrə vergidən yayınma halları müəyyən edilmiş, həmin dövrlər üzrə əlavə vergi məbləğləri hesablanmasına baxmayaraq, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilməmişdir.
23. Bildiririk ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli qərarında Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tətbiqi ilə bağlı şərhlərini nəzərə alınmamışdır.
24. İddiaçıya mənfəət vergisi üzrə əlavə verginin hesablanması səbəbi gəlirin əldə edilməsi ilə bağlı xərclərin düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur.
25. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)1846/2020 saylı qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili S.Piriyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahi ş etmişdir.
27. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
28. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı h issə
30. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1846/2020 nömrəli qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.
32. Belə ki, cavabdeh kasasiya şikayətində göstərir k i, «yoxlamanın nəticələri hal-hazırda aparılan cinayət işi üzrə araşdırmanın predmetini təşkil edir. Hazırkı halda yoxlamanın nəticəsini və onun qanunauyğun olub-olmamasını müəyyən etmək səlahiyyəti cinayət təqibi orqanının birbaşa səlahiyyətinə aiddir. Buna əsasən yoxlamanın nəticələrinin inzibatı qaydada məhkəmədə mübahisələndirilməsi və hətta iddianın təmin edilməsi birbaşa olaraq cinayət təqibi orqanının fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir».
33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, çünki cavabdehin məsələyə belə hüquqi mövqedən yanaşması iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılması anlamına gəlir.
34. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır.
36. Həmin Məcəllənin 4.2-ci maddəsinə müvafiq olaraq inzibati mübahisəyə dair işə 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən baxıldığı hallarda məhkəmə qərarı səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı hakimlərdən hər h ansı birinin bitərəf qalmasına yol verilmir. Sədrlik edən sonuncu olaraq səs verir.
37. Digər tərəfdən cavabdeh kasasiya şikayətində İnzibati Prosessual Məcəllənin 7.2-cit maddəsinə istinad etmişdir.
38. Məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, İnzibati Prosessual Məcəllən in 7.2-ci maddəsinin dispozisiyasından göründüyü kimi, məhkəmənin məhkəmə baxışının dayandırılması üçün həmin maddədə müəyyən edilmiş halların mövcud olması şərtdir ki, bunu da İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan, yəni, cavabdeh sübut etməli, başqa sözlə, zəruri sənədləri məhkəməyə təqdim etməli, lakin cavabdeh hazırkı konkret halda bunu etməmişdir.
40. Cavabdehin kasasiya şikayətindəki daha bir dəlili isə ondan ibarətdir ki, «Həmin Məcəllənin (burada Vergi Məcəlləsi nəzərdə tutulur – qeyd Ali Məhkəmənindir) 13.2.8-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Sadalanan maddələrdən göründüyü kimi, ƏDV-nin vergitutma obyektlərindən biri də malların təqdim edilməsidir. Qeyri-maddi aktivlər mal hesab edilmədiyindən onların təqdim edilməsi ƏDV-yə cəlb edilmir. Hazırkı mübahisədə isə məhkəmənin də təsdiq etdiyi kimi, ümumiyyətlə qarşı tərəflərin hər hansı bir mülkiyyət hüququ yaranmadığından təqdim etmədən söhbət gedə bilməz. Başqa sözlə desək tərəflər arasında aparılan əməliyyat zamanı qeyri-maddi aktivin təqdim edilməsi baş vermədiyindən bu əməliyyatların ƏDV-dən azad edilməsin də söhbət gedə bilməz. Buna görə də məhkəmə kollegiyasının hazırkı mübahisəyə Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinin müddəalarının tətbiq edilməsi maddi hüquq normasının yanlış tətbiq edilməsi kimi qiymətləndirilməlidir.»
41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili qarışıqlı və ziddiyyətli olmaqla yanaşı, həm də əsassızdır.
42. Belə ki, apelyasiya instansiyası məhkəməsi öz qərarında qeyd e tmişdir ki, yoxlama zamanı qeyri-rezident olan «N.E.O Consulting FZC» ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 0116-002 nömrəli və xx xxxxxx 2016-cı il tarixli, 0216/002 nömrəli «Proqram təminatından istifadə üçün hüquqların verilməsi barədə» müqavilələr, iddiaçı, «xxxx» ASC və qeyri-rezident müəssisə olan «Kartek Kart ve Bilişim Teknolojileri Ticaret A.Ş» şirkəti arasında bağlanmış üçtərəfli müqavilələr və iddiaçı ilə qeyri-rezident müəssisə olan «Namse Yazılım ve X2-Ge Ticaret Limited Şirketi» ilə bağlanmış müqavilələrdən aydın olduğu kimi, qeyri-rezidentlər proqram təminatına münasibətdə iddiaçıya yalnız istifadə hüququnu vermiş, digər hüquqlar qeyri-rezidentlərin özlərində qalmışdır. Yəni, proqram təminatı üzərində iddiaçının mülkiyyət hüququ yaranmamış, mülkiyyət h üququ ötürülməmişdir. Cavabdeh proqram təminatı üzərində istifadə hüququnun verilməsini və ötürülməsini Vergi Məcəlləsinin 13.2.11.-ci maddəsinin tələbinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab etmişdir. İddiaçı isə vergi orqanının bu mövqeyinə etiraz edərək bildirmişdir ki, royalti şəklində ödənilmiş məbləğlərə ƏDV-nin hesablanması qanunazidd olmuşdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müxtəlif proqram təminatlarının təqdim edilməsi və ötürülməsi əməliyyatının ƏDV-yə cəlb edilib-edilməməli olması, ƏDV-nin royalti şəklində ödənilmiş məbləğlərə hesablanmalı olub-olmaması ilə bağlı maddi hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinin: 44. 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verg inin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir; 45. 159.1-ci maddəsinə görə, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir; 46. 13.2.8-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır; 47. 13.2.9-cu maddəsinə əsasən, intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisini n mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar qeyrimaddi aktivlər hesab olunur; 48. 13.2.3-cü maddəsinə görə, royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir; 49. 13.2.11-ci maddəsinə əsasən, xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir.
50. Beləliklə, apelyas iya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, royalti - qeyri-maddi aktivlər üzərində hüquqlardan istifadəyə görə edilən ödənişdir.
51. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh də iddiaya qarşı yazılı etirazında və apelyasiya şikayətində iddiaçı ilə qarşı tərəflər arasında yalnız hüquqların ötürülməsinin baş verdiyini və hər hansı mülkiyyət hüququnun yaranmadığını qəbul edir ki, bu da mübahisəli ödənişlərin hüquqlardan istifadəyə görə həyata keçirildiyini, yəni həmin ödənişlərin royalti olduğuna və bu ödənişlərin Vergilər Məcəlləsinin 13.2.11-ci maddəsinə istinadən ƏDV məqsədləri üçün vergitutulan əməliyyatlara aid edilməsinin qanunsuzluğuna dəlalət edir.
52. Cavabdeh kasasiya şikayətində həmçinin göstərmişdir ki, «iddia çıya mənfəət vergisi üzrə əlavə verginin hesablanması səbəbi gəlirin əldə edilməsi ilə bağlı xərclərin düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur».
53. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, cavabdehin mübahisəli qərarı iddiaçıya hesablanan mənfəət vergisinə münasibətdə də qanunsuz olmuşdur. Belə ki, səyyar vergi yoxlaması aktına əsasən 2013–2017-ci illərin mənfəət vergisi üzrə kənarlaşmaların səbəbi Vergi Məcəlləsinin 166.1-ci maddəsinin müddəalarının pozulması ilə əlaqədar olmuşdur. Adıkeçən normaya görə, «Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödə mə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır.» Beləliklə də, royalti ilə bağlı hüququn tətbiqinə dair yuxarıda verilən qiymətləndirməyə uyğun olaraq, cavabdehin Vergi Məcəlləsinin «Əlavə dəyər vergisi» adlı Xİ Fəslində yer alan və ƏDV tutulan əməliyyatların vaxtını müəyyən edən normanı tətbiq edərək, iddiaçıya əlavə məbləğdə mənfəət vergisi hesablaması vergi qanunvericiliyinin tələblərinə ziddir.
54. Cavabdehin kasasiya şikayətində yazılır ki, məhkəmə Vergi Məcəlləsinin 56, 85-ci maddələrini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddianın Vergi Məcəlləsinin 56 və 85-ci maddələrinin pozulması ilə əsaslandırılması da düzgün olmuş dur. Belə ki, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialar üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, Vergi Məcəlləsinin 2020-ci ili yanvar ayının 1-nə kimi qüvvədə olan redaksiyada 56.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, həmin şəxs hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını b u Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Eyni Məcəllənin 85.4- cü maddəsinə əsasən isə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
55. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
56. Məhkəmə ko llegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-1846/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.