Məhkəmə qərarları › İş №2-1(102)-463/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-463/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-463/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı “pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2436/2021 nömrəli, 16.11.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 19.02.1981-ci ildən 14.10.1991-ci ilə kimi işlədiyi illəri n güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqı əsasında nəzərə alınmaqla 18 ya nvar 2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-641/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-641/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-833/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)641/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-833/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)- 1342/2018 saylı, 24 iyul 2018-ci il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-833/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməs inə göndərilmişdir.

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2345/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)641/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2345/2018 saylı, 04 oktyabr 2018ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-255/2019 saylı, 22 yanvar 2019-cu il tarixli qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2345/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi 23.11.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-641/2018 saylı 01 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.11.2021-ci il tarixli 21(103)-2436/2021 nömrə li qərardadına əsasən (sədrlik edən Səadət Bəktaşi, hakimlər Cahangir Yusifov və Aida Hüseyn) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-641/2018 saylı 01 iyul 2021-ci il tarixli qərardadı ləğv edilmiş, icraatın təzələnməsi haqqında ərizə mümkün sayılmamışdır.

11. Məhkəmə qərardadı cavabdehə 22.11.2021-ci il tarixində təqdim edilmişdir.

12. Cavabdeh 22.12.2021-ci il tarixində kassasiya şikayəti və iddia müddətinin bərpası barədə ərizə təqdim edərək ötürülmüş prosessual müddətin üzrlü sayılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsdə 2020-ci ildən başlayan struktur islahatlarının yekunlaşdırılması prosesi g edir. Məhkəmə işlərinin vahid mərkəzdən idarə olunması üçün aparılan mərkəzləşdirmə siyasəti nəticəsində Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialın icraatında olan bütün işlərin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filiala təhvil verilməsi prosesi gedir. Ona görə də təhvil prosesi zamanı cavabdeh tərəfindən kassasiya şikayəti vermə müddəti qısa müddətə ötürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gü n ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. İşin yuxarıda sadalanan hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehə 22.11.2021-ci il tarixində təqdim edilmiş, cavabdeh isə 22.12.2021-ci il tarixində həmin qərardaddan kassasiya şikayəti vermiş, bununla da qanunvericilikdə məhkəmə qərardadından kassasiya şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür.

15. Cavabdeh müddətin ötürülməsinin üzrlü sayılması barədə ərizə təqdim etsə də, məhkəmə kollegiyası ərizədə göstərilən dəlilləri ötürülmüş prosessual müddətin bərpası üçün üzrlü səbəb hesa b etmir. Belə ki, ərizədə göstərilən hallar, yəni cavabdeh orqanda struktur islahatların yekunlaşdırılması prosesin gedişatı zamanı məhkəmə işlərin vahid mərkəzdən idarə olunması üçün aparılan mərkəzləşdirmə siyasəti nəticəsində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın icraatında olan bütün işlərin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filiala təhvil verilməsi prosesinin aparılması kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsi üçün əsas ola bilməz. Yəni, inzibati orqanda olan hər hansı bir struktur dəyişikliyinin müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilməsi yolverilməzdir.

16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəblərdən ötürmüşdür. Odur ki, c avabdehin kassasiya şikayəti mümkün sayılmamalıdır.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.11.2021-ci il tarixli 21(103)-2436/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar