Məhkəmə qərarları › İş №2-1(102)-463/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-463/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-463/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış evinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı və X9) “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1291/2023 nömrəli qərarından cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və X9 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Səlim Ağaşərif oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi (əvvəlki Mustafa Sübhi) 12 saylı evə dair Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Texniki Pasportu tərtib edilmişdir.

2. Səlim Ağaşərif oğlu xx.xx.2008-ci ildə vəfat etmişdir.

3. Bakı şəhəri 9 saylı notariat ofisi nin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarına əsasən İddiaçı Səlim Ağaşərif oğlunun vərəsəsi kimi tanınmışdır.

4. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı evin Səlim Ağaşərif oğlunun mülkiyyətinə verilməsinə dair İddiaçı adına Arayış verilməsini cavabdehdən tələb etmişdir.

5. Cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən faktiki torpaq sahəsi 440 kv.m. sənədlə isə 126,57 kv.m təşkil edir, torpaq sahəsinin sənədlə faktiki vəziyyəti arasında perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazinin hüdudları daxilində yerləşir. Eyni zamanda fərdi yaşayış evi mübahisəli olduğundan ünvana texniki baxış keç irmək üçün idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 8. 23.08.2022-ci il tarixli məhkəmə ic lasında iddiaçının vəkilinin “Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində mülkiyyət hüquqlarının Səlim Ağaşərif oğluna məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi təqdim etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı mərhum əri Səlim Ağaşərif oğlu ilə 1956-cı ildə rəsmi nikaha daxil olmuşdur. 1960-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində 0,10 ha torpaq sahəsində mərhum ərilə birlikdə fərdi yaşayış evi inşa etmişlər. 1963-cü ildə həmin evə dair mərhum həyat yoldaşının adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən texniki pasport da tərtib edilmişdir. O, həmin evdə artıq 60 ilə yaxındır ki, yaşayır. Ev onun və həyat yoldaşının ümumi qazancı hesabına inşa edilmişdir və onların ümumi birgə mülkiyyətidir. X4 2008-ci ildə vəfat etmişdir. Bundan sonra ailə başçısı kimi ev təsərrüfatını iddiaçı idarə etmişdir. Hal-hazırda da yaşayış sahəsi onun mülkiyyətçi qismində sahiblik və istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərin də hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla bağlı olaraq bildirir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar həmin evlər üzərində qeydə alınmalı olan hüquqların mövcudluğunu təsdiq edir. Bildirir ki, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə iki dəfə yazılı qaydada müraciət etmişdir. Sonuncu müraciəti xx.xx.2021-ci il tarixdə etmişdir. Lakin bu vaxta qədər ona heç bir cavab verilməmiş və ev üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. Cavabdehin etirazları:

10. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportda qeyd olunan şəxs (mərhum Səlim Ağaşərif oğlu) ilə bağlı daşınmaz əmlaka dair vərəsəlik işinin açılması barədə müvafiq notariat kontorunun məktubu təqdim edilməmişdir. Həmçinin sözügedən ün vanda yerləşən fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu barədə vətəndaşa **********54 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülk iyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalan”na 2 nömrəli Əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Üçüncü şəxsin etirazları:

11. Üçüncü şəxs X9 tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X9 iddiaçının mərhum oğlu X10 ilə xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmuş və mübahisəli evə gəlin köçmüş dür. Birgə nikahlarından X5 və X1 adlı iki övladı var. Həyat yoldaşı xx.xx.2016-cı il tarixdə vəfat edib. Həmin ev köhnə tikili olduğundan müəyyən hissələri özü uçub dağıldığına və müəyyən hissələri qəzalı vəziyyətdə olduğuna görə Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə əlaqədar olaraq Bakı abadlıq tərəfindən söküləndən sonra o, öz vəsaiti hesabına həmin evdə həm Bakı abadlıq və həm də özü yenidən əsaslı təmir bərpa işləri aparmış və hal-hazırda da əsaslı təmir bərpa işləri aparır. İddiaçı iddia ərizəsində yalan məlumat göstərərək 1963-cü ildə mübahisəli evə dair texniki pasport mərhum həyat X4nun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilməsini bildirmişdir.

12. Halbuki, həmin texniki pasport Bakı Sovetinin Texniki İnventarlaşdırma Bürosunun İcraiy yə Komitəsi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli, xx.xx.2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.

13. İddiaçının tələbinin əsasını təşkil edən texniki pasport Bakı Sovetinin Texniki İnventarlaşdırma Bürosunun İcraiyyə Komitəsi tərəfindən tərtib e dilmişdir. Texniki İnventarlaşdırma Bürosu isə iddiaçının istinad etdiyi kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində deyil, o dövrün yerli icra hakimiyyəti orqanı olan Bakı Sovetinin nəzdində olmuşdur. Ona görədə sözü gedən texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatı üçün əsas ola bilməz.

14. İddiaçı mərhum həyat X4nun ölümündən sonra qanun və ya vəsiyyət üzrə vərəsələrinin müəyyənləşdirilməsi üçün lazımı qaydada notariusa müraciət etməmiş və vərəsələrin əhatə dairəsini müəyyənləşdirilməmişdir. Belə olan halda iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarəsinə və Məhkəməyə müraciət etmək üçün, subyektiv hüququ olmamışdır. biri nci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), xx.xx.2022-ci il tarixli qərardadı ilə “X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-791/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi əraziyə, yəni ünvan 1 ünvanında yerləşən əraziyə baxış zamanı ərazidə giriş hissənin sol tərəfində birmərtəbəli evin, sağ tərəfində isə yarımtikilinin olduğu müəyyən edilmişdir, yaxın məsafədə neft quyuları fəaliyyət göstərir.

18. İş materiallarında olan “X3” LTD şirkətini n Azərbaycan Respublikasındakı filialının məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli SN02/368 nömrəli məktub və ona əlavə edilmiş xəritədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı evin yerləşdiyi ərazi Balaxanı Əməliyyat şirkətinin istifadəsində olan istehsalat təyinatlı sahədə, 39T408533: ******* saylı coğrafi koordinatlardadır. Evin yerləşdiyi əraziyə yaxın məsafədə (48 və 53 metr məsafədə) 2620 və 2975 saylı neft quyuları (işlək quyular) mövcuddur.

19. Beləliklə, iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsinə olan torpaq sahəsidir.

20. Mübahisə predmeti olan fərdi yaş ayış evinin yerləşdiyi torpaq sahəsi kateqoriyasına görə sənaye torpaqlarına aiddir və Balaxanı Əməliyyat şirkətinin istifadəsində olan ərazinin hüdudları daxilində yerləşir.

21. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi, evin yerləşdiyi əraziyə yaxın məsafədə 2620 və 2975 saylı neft quyularının (işlək quyuların) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur.

22. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhk əməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1291/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasporta əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (naturada yerləşmə mövqelərinə əsasən koordinatları müəyyən olunaraq) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddirmi? 2)“X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus 2620 və 2975 saylı neft qu yularından ünvan 2 ünvanının ən yaxın sərhədləri arasındakı məsafə nə qədərdir? 3) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi neft quyularının mühafizə zonasına düşürmü? 4) ünvan 2 ünvanın olduğu torpaq sahəsinin təyinatına görə hansı torpaq sahələrinə aid edilir?

24. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3903 nömrəli ekspert rəyi ilə suallara aşağıdakı kimi cavab verilmişdir: 1-ci sual üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-14754/2023 nömrəli mütəxəssis rəyinə əsasən, tək koordinatla verilmiş sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşdiyi m üəyyən edildi. 2-ci sual üzrə: Mütəxəssis rəyinə əsasən, verilmiş koordinatdan 42-50 metr məsafələrdə işlək neft quyu məlumatlarının mövcud olduğu müəyyən olundu. 3-cü sual üzrə: Mütəxəssis rəyinə əsasən, tək koordinatla verilmiş sahənin işlək neft quyularının mühafizəsində yerləşdiyi müəyyən edildi. 4-cü sual üzrə: Mütəxəssis rəyinə əsasən, tək koordinatla verilmiş sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşdiyi müəyyən edildi.

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1291/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-791/2022 saylı qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində mülkiyyət hüquqlarının Səlim Ağaşərif oğluna məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilən 1963-cü il tarixli texniki pasportdan görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçının mərhum əri Səlim Ağaşərif oğlunun adına Balaxanı qəsəbəsi, Mustafa Sübhi küçəsi (hazırda R.Qədimov) ev 12 ünvanına dair inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir.

27. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzər ində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar həmin evlər üzərində qeydə alınmalı olan hüquqların mövcudluğunu təsdiq edir.

28. Mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, o cümlədən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əml akın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısını konkret müəyyən etmiş və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar bu əsaslar sırasında nəzərdə tutulmuşdur.

29. Bundan başqa, mübahisəli torpaq sahəsinin sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsində olan torpaq sahəsi olması, həmçinin evin yerləşdiyi ər aziyə yaxın məsafədə 2620 və 2975 saylı neft quyularının (işlək quyuların) mövcud olması ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair 1963-cü ildə iddiaçının əri Səlim Ağaşərif oğluna Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Nə cavabdeh inzibati orqan, nə də ki, üçüncü şəxs Azərbaycan Dövlət Neft Şirkəti həmin ünvanda yerləşən torpaq sahəsinə yaxın ərazidə olan 2620 və 2975 saylı neft quyularının həmin dövrdə mövcudluğu ilə bağlı hər hansısa sübut təqdim etməmişlər.

30. Bu baxımdan məhkəmə kollegiyası Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/3903 №-li xx.xx.2023-cü il tarixli məhk əmə tikinti-texniki ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, rəyin özündə də qeyd olunmuşdur ki, qeyd olunan rəy cavabdeh inzibati orqanının mütəxəssis rəyinə əsaslanaraq verilmişdir.

31. Həmçinin “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014 Sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

32. Həmin dövlət proqramının icrası çərçivəsində Bakı şəhərinin bir sıra qəsəbələri ilə yanaşı Balaxanı qəsəbəsinin, o cümlədən Rahib Qədimov küçəsi də daxil olmaqla böyük bir hissəsi tarixi yaşayış məskəni kimi abadlaşdırılmışdır. Bu hal da ərazinin sə naye deyil, yaşayış məntəqəsi torpaqlarına daxil olduğunu ehtiva edir.

33. İddiaçı hazırkı tələblə mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Həmin ünvanda olan evin iddiaçının əri Səlim Ağaşərif oğluna məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı evi üzərində hüquqlarının olması öz təsdiqi tapdığından, hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. 34. "Daşınmaz əmlakın dövlət reyestri haqqın da" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

35. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır.

36. Digər tərəfdən, iş materiallarında olan çıxarışlardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsidə yerləşən fərdi yaşayış evlərinə mülkiyyət hüququ ilə bağlı çıxarışlar verilmişdir. Hansı ki, həmin evlər hazırkı iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı evlə qonşuluqda yerləşir.

37. Beləliklə, işdə olan çıxarışlardan göründüyü kimi iddiaçı ilə qonşuluqda yerləşən digər torpaq sahələri üzərində sakinlərin mülkiyyət hüququ cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız omaqla, yanaşı həm də ədalətsizdir.

38. Mübahisəli evə dair mülkiyyət hüququnun iddiaçının mərhum ərinə məxsus olması barədə arayışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin və mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

39. Cavabdeh və üçüncü şəxslər hər biri ayrı-ayrılıqda apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabdehin kassasiya şikayətinin dəlilləri

40. Elektr on kadastr məlumatına əsasən iddia edilən torpaq sahəsi və fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Belə ki, iş üzrə keçirilmiş ekspertiza ilə əlaqədar təqdim edilmiş 10/3903 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən də görünür ki, göstərilən ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir və göstərilən ərazidən 42-50 metr məsafədə işlək neft quyuları mövcuddur.

41. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportda qeyd olunan şəxs (mərhum Səlim Ağaşərif oğlu) ilə bağlı daşınmaz əmlaka dair vərəsəlik işinin açılması barədə müvafiq notariat kontorunun məktubu təqdim edilməmişdir.

42. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə idarənin mütə xəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. b. Üçüncü şəxs ARDNŞ-nin kassasiya şikayətinin dəlilləri

43. Apellyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki, "mübahisəli torpaq sahəsinin sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsində olan torpaq sahəsi olması, həmçinin evin yerləşdiyi əraziyə yaxın məsafədə 2620 və 2975 saylı neft quyularının (işlək quyuların) mövcud olması ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair 1963-cü ildə iddiaçının əri Səlim Ağaşərif oğluna Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən inventarizas iya və qiymətləndirilməsinə aid pasport verilmişdin Nə cavabdeh inzibati orqan, nə də ki, üçüncü şəxs Azərbaycan Dövlət Neft Şirkəti həmin ünvanda yerləşən torpaq sahəsinə yaxın ərazidə olan 2620 və 2975 saylı neft quyularının həmin dövrdə mövcudluğu ilə bağlı hər hansısa sübut təqdim etməmişlər. Halbuki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür."

44. Apellyasiya məhkəmə sinin yuxarıda qeyd edilmiş əsaslandırma ilə iddianı təmin etməsi tam əsassız və qanunvericiliyin tələblərinə ziddir.

45. Qərardan və iş materiallarından da göründüyü kimi apellyasiya məhkəməsi qərarda qeyd etdiyi hallar barədə, yəni həmin ünvanda yerləşən torpaq sahəsinə yaxın ərazidə olan 2620 və 2975 saylı neft quyularının həmin dövrdə mövcudluğu ilə bağlı hər hansısa sübut tələb etməmiş, sorğu verməmiş, nə də məhkəmə iclasında 3cü şəxsin nümayəndəsindən belə bir sübutun məhkəməyə təqdim edilməsini təklif və ya tələb etməmişdir. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmadan, əsassız iddiasını təmin etmişdir. 46. ünvan 3 ünvanında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "X7" LTD Azərbaycan Respublikasındakı Filialının istifadəsinə verilmiş istehsal at təyinatlı ərazilərə aiddir. Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu- Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE- LANSER PTİ.LTD və ARDNŞ-in X13 arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanuna əsasən "X7" LTD Azərbaycan Respublikasındakı Filialının istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir.

47. Bundan əlavə, həmin torpaq sahəsinə 48 metr məsafədə 2975 saylı və 53 metr məsafədə 2620 saylı işlək neft quyuları vardır. 2620 saylı işlək quyu xx.xx.1964cü il tarixdə qazılmağa başlamış və xx.xx.1956-cı il tar ixdən istismara başlanmışdır. 2975 saylı işlək neft quyusu xx.xx.1964-cü il tarixdən qazılmağa başlamış və xx.xx.1964-cü il tarixdən istismara başlanmışdır.

48. Hüquqi müəyyənlik prinsipi mövcud hüquqi vəziyyət aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmələr qəbul etdikləri qərarlarla həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirməli, ziddiyyətli məqamları aradan qaldırmalıdır. c. Üçüncü şəxs Dilarə Səlimlinin kassasiya şikayətinin dəlilləri 49. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanının təl əbi pozulmuşdur. Həmin Siyahının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İddiaçının təqdim etdiyi texniki pasport isə Bakı Sovetinin Texniki İnventarlaşdırma Bürosunun İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmilşdir. Texniki İnventarlaşdırma Bürosu isə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin deyil, həmin dövrdə yerli icra hakimiyyəti orqanı olan Bakı Sovetinin nəzdində olmuşdur. Bu səbəbdən qeyd olunan texniki pasport daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas ola bilməz.

50. Mülki Məcəllənin 150.1-ci maddəsinin tələbi pozulmuşdur.Qeydiyya tı tələb olunan daşınmaz əmlak, yəni iddiaçının ərinə məxsus olması iddia edilən ev onun istifadəsində deyildir. Belə ki, 1963-cü ildə tərtib olunmuş texniki pasport hazırda mübahisə predmeti olan ev deyildir. Köhnə ev dağıdılmış, yerində 3-cü şəxs və ailəsi tərəfindən ayrı ev inşa edilmişdir. Məhkəmə bu halları nəzərə almamış və araşdırmamışdır.

51. Mülki Məcəllənin 203.1-ci maddəsinin tələbi pozulmuşdur.Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.Məhkəmə isə inzibati orqanın üzərinə artıq mövcud olmayan əmlak obyekti üzərində hüquqların Ölmüş şəxsə məxsus olmasına dair arayış verilməsi öhdəliyi qoymuşdur.

52. İPM-in 14-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, işdə olan eksper t rəyi mötəbər sübut hesab edilməmişdir.

53. İPM-in 87.7-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, hazırkı işdə işə baxan zaman məhkəmə 3-cü şəxs tərəfindən təqdim olunmuş etirazda qeyd olunan hallara münasibət göstərməmiş, xüsusən də qeydiyatı tələb olunan daşınmaz əmlakın texniki pasportda göstərilən əmlak deyil, yeni əmlak olması faktını araşdırmamış, bu barədə qərarda fikir bildirməmişdir. d. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c. Ərizə və vəsatətlər:

55. Üçüncü şəxs Dilarə Səlimninin övladları X1 və X5 ərizə ilə müraciət edərək, Bakı Apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, onların üçüncü şəxs qismində işə cəlb edilməklə işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsin i xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 56. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüqu qların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

57. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı (Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanı ilə təsdiq edilmişdir):

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sən ədlər:... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

58. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəri lməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

59. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

60. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırk ı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

61. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 62. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.8-ci maddələrinin tələbindən göründüyü kimi, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

63. Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.

64. Ap ellyasiya instansiyası məhkəməsi cavabdehin və üçüncü şəxs ARDNŞ-nin dəlillərinə münasibətdə düzgün olaraq qeyd etmişdir ki, iddia olunun daşınmaz əmlaka dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport iddiaçı tərəfindən təqdim olunmuşdur. Digər tərəfdən, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014 Sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin dövlət proqramının icrası çərçivəsində Bakı şəhərinin bir sıra qəsəbəl əri ilə yanaşı Balaxanı qəsəbəsinin, o cümlədən Rahib Qədimov küçəsi də daxil olmaqla böyük bir hissəsi tarixi yaşayış məskəni kimi abadlaşdırılmışdır. Başqa sözlə, dövlət həmin evlərin, o cümlədən, hələ 1963-cü ildə tərtib edilmiş sənədə əsasən mərhum Səlim Ağaşərif oğluna məxsus olmuş evin altındakı torpaq sahələrinin yaşayış məntəqəsi torpaqlarına aid olduğunu təsdiq etmişdir.

65. Üçüncü şəxs Dilarə Səlimlinin etiraz və şikayətində qeyd etdiyi dəlillərə gəldikdə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, həmin daşınmaz əmlakın miras qoyana məxsus olduğunu təs diq edən müvafiq arayışın verilməsini tələb edir. Həmin evin iddiaçının mərhum əri Səlim Ağaşərif oğluna məxsus olması öz təsdiqi tapdığından, hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Həmin normaya əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

66. Göründüyü kimi, tələb olunan həmın arayış əsasında vərəsənin və ya və rəsələrin adlarına vərəsəlik sənədləri tərtib edilir və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına təqdim edilir. Hazırkı halda da, tələb olunan arayış təkcə iddiaçının (miras qoyanını arvadının) deyil, həm də miras qoyanın digər vərəsələrinin (hazırkı halda, üçüncü şəxsin və onun övladlarının) əsaslana biləcəkləri hüquqmüəyyənedici sənəddir və onlar miras evə münasibətdə vərəsəlik hüquqlarını, - arayışın notariat orqanına hansı vərəsə tərəfindən təqdim edilməsindən asılı olmayaraq, - həmin arayış vasitəsi ilə həyata keçirə bilərlər.

67. Məhkəmə kollegiyası, məhz həmin xüsusatları nəzərə alaraq üçüncü şəxs Dilarə Səlimlinin şikayətinin dəlillərini və onun övladları X1 və X2 ərizələrində göstərilənləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsa sı kimi qəbul etmir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, sözügedən daşınmaz əmlakın üçüncü şəxs Dilarə Səlimliyə və ya onun övladlarına digər hər hansı əsasla məxsus olduğuna dair hüquqmüəyyənedici sənəd işdə yoxdur.

68. Üçüncü şəxs Dilarə Səlimlinin şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yuxarıda istinad edilən, Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş siyahının 1.11-ci bəndində nəzərdə tutulan “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” təkcə və bilavasitə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin özü tərəfindən deyil, onun strukturuna daxil olan qurumlar tərəfindən də verilirdi. Bakı şəhəri və respublikanın digər yaşayış m əntəqələrində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və əhaliyə xidmətin yaxşılaşdırılması məqsədilə “Bakı şəhərində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 28 aprel tarixli, 140 nömrəli qərarına müvafiq olaraq Kommunal Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yerləşən təşkilatları - o cümlədən Bakı Şəhər Texniki İnventarlaşdırma Bürosu birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verilmişdir.

69. Üçüncü şəxsin istinad və təqdim etdiyi, Səlim Ağaşərif oğlunun adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” da əvvəllər Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində olan və sonradan Bakı şəhər Soveti İcraiyyə Komitəs inin tabeliyinə verilən Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir.

70. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

71. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1291/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar