Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-463/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (müharibə adı və vəsiqəsinin verilməsi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024-cü il tarixli, 2-1(105)-748/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
2. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 13 iyul 2023-cü il tarixli məktubla İddiaçı müraciətinin təmin edilməsindən imtina edərək bilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-3814 nömrəli arxiv arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə olarkən fərarilik etdiyinə, Tərtər Qarnizonu Hərbi Tribunalının hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “V” bəndi ilə məhkum edilmiş və barəsində CM-nin 42-ci maddəsi tətbiq olunduğuna, Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1997 -ci il tarixli qərardadına əsasən (hərbi cinayətlər törətmiş şəxslər barəsində) Dövlət Müstəqilliyi günü münasibəti ilə “Amnistiya haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarının 2-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəzadan azad edildiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N nömrəli əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş və ona "sıravi” hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 98 nömrəli əmri ilə o, hərbi xidməti davam etdirmək üçün xx.xx.1995-ci il tarixdə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə göndərilmişdir. Bütün bu hallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli arxiv arayışı ilə təsdiq olunmuşdur. Eyni zamanda, Tərtər Qarnizonunun Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli, 1-251-97 nömrəli hökmündə onun 1992-1994-cü illərdə Füzul i və Tərtər rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etdiyi təsdiq olunmuşdur. Sözügedən hökm qanuni qüvvəyə minib və preyudisial xarakter daşıyır. Bir müddət öncə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etmiş, lakin, onun müraciətinin icrasından imtina edilmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı göstərilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, həmin qərarın qeyd hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərari liyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə bu qaydanın şamil edilmədiyi göstərilmişdir. Lakin, iddiaçı hərbi hissəni xx.xx.1995-ci il tarixdə tərk etmişdir, döyüş əməliyyatları isə 1994-cü ildə rəsmi atəşkəslə dayandırılmışdır. Ona görə də hesab edir ki, həmin qərarın qeyd hissəsi ona şamil edilə bilməz. Qanunvericiliyin tələblərinə əsasən hər hansı bir cinayətə görə məhkum olunma Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxsin müharibə veteranı adından məhrum edilməsi üçün əsas sayıla bilməz.
5. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının əsl cavabdeh Azərbaycan Respubli kası Müdafiə Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(118)-3996/2023 saylı protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-808/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidi r. İndiki halda iddiaçı iddia tələbinin əsası kimi aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini və əmrlə tərxis olunduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürsə də, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı hərbi hissəyə qayıtmaması ilə bağlı məhkum edilmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi qanunvericiliyin qeyd olunan dispozitiv şərtləri ilə uzlaşmır. İddiaçı fərariliyi 1995-ci ildə, yəni atəşkəs elan edildikdən sonra etdiyini bildirsə də, onun hərbi xidmətdən qanuni surətdə tərxis edilməsi təsdiq edilmədiyindən hazırda bu hal iddianın təmin edilməsi üçün əsas deyildir. İddiaçının (istefaya) buraxılmasına dair məlumatlar yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur
10. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024-cü il tarixli, 2-1(105)-748/2024 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X7 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-808/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin “Qeyd. 1” hissəsi ndən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. İddiaçı isə hərbi hissəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıl dığı (müharibə) dövrdə deyil, xx.xx.1994cü il tarixdə atəşkəs sazişi imzalandıqdan sonra, yəni 19 oktyabr 1995-ci ildə tərk etmiş və bu cinayətə görə məhkum olunmuşdur. Bu baxımdan, iddiaçı həmin normada istisna edilən şəxslər kateqoriyasına daxil deyildir.
13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
15. Belə ki, iddiaçı müharibə veteranı statusunun verilməsi nəzərdə tutulmayan şəxslər kateqoriyasına daxil deyildir. “Atəşkəs” rəsmi olaraq xx.xx.1994-cü ildə elan edilmiş, iddiaçı isə 1995-ci ilin oktyabrında yəni döyüş əməliyyatlarının dayandırılmasından il yarım keçdikdən sonra məzuniyyətə getmiş və geri qayıtmamışdır. Göründüyü kimi 1995-ci ilin oktyabr ayı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövr deyildir. Odur ki, iddiaçının qanuni tələbi təmin edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra haki miyyəti orqanı tərəfindən müəyyən edilir. …
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (ya ralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimi yyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... Qeyd.
1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmi ş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin alınmasına yönəlmişdir.
23. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən qeyd etmişdir ki, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis olunmadığından iddia tələbi əsaslı tələb kimi qəbul edilə bilməz.
24. Hazırda iddiaçı tərəfindən verilmiş kassasi ya şikayətindəki dəlillər ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə istiqamətlənmişdir.
25. Məhkəmə kollegiyası iddiaçının iddia tələbini əsaslı hesab edir və gəldiyi nəticəni iş materialları və qanunvericiliyin müvafiq normalarına istinad etməklə əsaslandırır.
26. Əvvəla qeyd edilməlidir ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində müharibə veteranı statusunun verilməsi əsasları göstərilmişdir. Həmin əsaslardan biri də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmə ilə bağlıdır. Yəni, şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdikdə, o müharibə veteranı sayılır.
27. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş 27 mart 2020-ci il tarix li arayışda qeyd edilmişdir ki, İddiaçı Məcid oğlu N0N-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmri ilə həqiqi hərbi xidmətə çağırılmış, bu hərbi hissədə xx.xx.1995-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Daha sonra N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün xx.xx.1995-ci il tarixdə N nömrəli hərbi hissəyə köçürülmüşdür.
28. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilmiş məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahına əsasən, N nömrəli hərbi hissə dekabr 19N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissə hesab edilmişdir (iş vər 84-85).
29. Beləliklə, məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd edilən məktubuna əsaslanaraq bildirir ki, iddiaçının xx.xx.1992-cı il tarixdən xx.xx.1994-cü il tarixədək xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğundan iddiaçıya münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilmə əsasını nəzərdə “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində müəyyən edilmiş şərt ödənilmiş olur.
30. Bundan əlavə cavabdeh inzibati orqan, eləcə də məhkəmələr iddiaçının tələbini təmin etməyərkən onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmama faktına istinad etmişlər.
31. Məhkəmə kollegiyası cavabdehin, eləcə də məhkəmələrin bu yanaşmasını da qanuni hesab etməyək bildirir ki, iddiaçının qanuni əsaslarla tərxis edilməsi iş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi tərəfindən verilən 30 sentyabr 2024-cü il tarixli məlumatda öz əksini tapmışdır.
32. Həmin məlumatda qeyd edilmişdir: “İddiaçı xx.xx.1992-xx.xx.1995-ci illərdə N nömrəli hərbi hissədə xidmət etmişdir, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınmışdır. İddiaçı 1995-ci ilin oktyabr ayında N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə görə Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq edilərək, döyüşən orduya göndərilməklə hərbi əməliyyatlar qurtaranadək hökmün icrası təxirə salınmışdır. Bununla əlaqədar olaraq, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1 997-ci il tarixli müvafiq sərəncamına əsasən, N nömrəli hərbi hissənin xx.xx.1997-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısına salınmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli Qərarının 2-cı maddəsi tətbiq edilərək təyin olunmuş cəzadan azad edildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 336 nömrəli əmri ilə ehtiyata buraxılmışdır ”.
33. Beləliklə, yuxarıda qeyd edilən məlumatın məzmunundan da tam anlaşılır ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 336 nömrəli əmri ilə qanuni əsaslarla ehtiyata buraxılmışdır. Odur ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmama halını rəhbər tutaraq iddianın rədd edilməsi qəbul edilən sayıla bilməz.
34. Cavabdeh, eləcə də işə baxan məhkə mələr iddianın rəddi əsası kimi həm də iddiaçının fərariliyə görə cinayət məsuliyyətinə cəlb etmə faktının mövcud olduğunu göstərmişlər. İddiaçı Tərtər Qarnizonu Hərbi Tribunalının 21 may 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 241-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir.
35. Məhkəmə kollegiyası bildirir ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin qeyd hissəsində, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bəndinin qeyd hissəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şə xslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsinin yol verilməz olduğu göstərilmişdir.
36. Başqa sözlə qanunvericiliyin tələbinə əsasən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hər bi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilərsə, ona müharibə veteranı adı və vəsiqəsi verilmir.
37. Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı (1988–1994) Bişkek protokolunun imzalanmasından bir neçə gün sonra 12 may 1994-cü il tarixli atəşkəs sazişi imzalanmışdır. Sazişin əsas müddəası 12 may 1994-cü il saat 00:01-dən etibarən tam atəşkəsin təmin edilməsi və hərbi əməliyyatların dayandırılması idi.
38. Göründüyü kimi 12 may 1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları dayandırılmış və atəşkəs elan edilmişdir. İş materiallarına əlavə edilmiş hökmdən isə göründüyü kimi iddiaçı hərbi xidmətlə bağlı cinayət əməlini, 1995-ci ilin oktyabr ayında yəni Azərbaycan Respublikasının ər azi bütövlüyü uğrunda döyüş əməliyyatları bitdikdən sonra törətmişdir.
39. Odur ki, iddiaçının cinayət əməli döyüş əməliyyatları dövrünə təsadüf etmədiyindən onun məhkum olunmasını əsas götürməklə iddianın rədd edilməsi qəbul edilə bilən sayıla bilməz.
40. Eyni zamanda məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, inzibati orqan özü də iddiaçının iddia tələbinin əsaslı olmasını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh inzibati orqan tərəfindən Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir: “Hesab edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək vetera nı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin tələblərinə əsasən, İddiaçı Məcid oğluna “Müharibə veteranı” adının verilməsi qanuna uyğundur” (iş vər 84-85).
41. Beləliklə, yuxarıdakı halları ümumiləşdirən məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, hazırkı iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir.
42. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024-cü il tarixli, 2-1(105)-748/2024 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin ve rilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərar qətidir.