Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-464/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-464/2019) Bakı şəhəri 13 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlunun sədrliyi, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Əli-zadə Çingiz Əlisəfa oğlunun və onun vəkili X3, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi X1 və onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Proku rorluğuna və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı internet informasiya ehtiyatına müraciətlərin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi barədə edilmiş müraciətin dayandırılması və sair tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2620/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kasasiyanın mümkünlüyü məsələsinə Ali Məhkəmənin binasında, 13 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naz irliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Baş Prokurorluğun «xxxx» internet informasiya ehtiyatına müraciətlərin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə edilmiş müraciətin dayandırılması, ərizəçiyə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi (fikir azadlığı) və 14-cü maddəsi (ayrı-seçkiliyin qadağan olunması) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3686/2018 saylı iş üzrə 18 sentyabr 2018-ci il tarixli qərardadı ilə (hakim: E.Q.Məmmədov) iddia mümkün sayılmamışdır. Məhkəmənin həmin qərard adından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2620/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3686/2018 saylı iş üzrə 18 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2620/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın icraata qəbul edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayəti Azərba ycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 13 fevral 2019-cu il tarixdə baxılacağına dair iddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilmişdir. Bildirişdə iddiaçının nəzərinə çatdırılmışdır ki, şikayətdə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmadığı və apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulması əsaslandırılmamışdır. Bu səbəbdən, təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılması, yəni əsaslandırılmış kassasiya şikayətinin təqdim olunması iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı təyin edilmiş vaxta qədər göstərilmiş nöqsanı aradan qaldırmamış, əsaslandırılmış kassasiya şikayətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izaha tları: Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi və onun vəkili, Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi və onun vəkili kassasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icr aatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin: - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; - 94.2-ci maddəsinə əsaəsn, şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; - 94.3-cü maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Sadalanan normalardan göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şika yətinin verilməsinə dair tələblərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin əsaslandırılıb-əsaslandırılmaması məsələsi də aiddir, çünki kassasiya şikayətində bildirilmiş dəlillərlə bağlı apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qiymətləndirilməlidir. Qanunvericiliyin istinad edilən müddəalarına əsaslanmaqla iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz. İddiaçı tərəf şikayətində heç bir əsaslandırma aparmamış, eləcə də apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi və prosessual normalara münasibətdə bu hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsasl andırmamışdır. Kassasiya instansiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş qaydada işə şikayət həddində baxılmalı olduğundan, belə olan halda qiymətləndirmənin hansı qaydada aparılması qeyri-müəyyən olmuşdur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2620/2018 saylı iş üzrə 31 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-464/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-464/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver