Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-464/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin təmir edilməsi öhdəliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə X1rşı “Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət zamanı dağılan Balakən rayonu Qazma kəndində yerləşən, ona məxsus fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2020-ci il tarixli 2-1(107)-460/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Balakən rayonun Qazma kəndində özünə məxsus evdə yaşayır. 2. 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində zəlzələ olmuş və bir çox yaşayış binaları yararsız vəziyyətə düşmüşdür.
3. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin (bundan sonra ixtisarla FHN TTNDA və ya cavabdeh yazılacaq) “Azərinşaatlayihə” DBLKTİ-nun mühəndisi, FH N TTNDA-nin “Azdövlətlayihə” DBLİ-nin aparıcı mühəndisi və Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İƏD üzrə nümayəndəsi tərəfindən iddiaçya məxsus evə də baxış keçirilmiş və fərdi yaşayış evinin tikiş hissələrində çat, suvaq çatları müşahidə edilərək təmirə ehtiyac olduğu müəyyən edilmiş, bu barədə 10.03.2013-cü il tarixli akt tərtib edilmişdir.
4. İddiaçı onun evinin təmir edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan 26.07.2019-cu il tarixli 37/Kd-04467 nömrəli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, FHN-nin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmişlərin fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nə ticəsində ciddi ziyan dəymədiyinə görə ona hər hansı bir köməklik göstərilməsi səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh FHN TTNDA-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “FHN TTNDA-nın 26.07.2019-cu il tarixli 37/Kd-04467 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakətzəlzələdən dağılan, Balakən rayonu Qazma kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, “Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət zamanı dağılan, Balakən r ayonu Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Həmin tarixli məhkəmə iclas protokoluna əsasən ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə bərabər Balakən rayonun Qazma kəndində yerləşən, ona məxsus evdə yaşayır. 13-14 oktyabr 2012-ci il tarixlərdə Azərbaycan Respublikasının şimal-qərb zonasında baş vermiş zəlzələ zamanı bir çox evlər kimi iddiaçıya məxsus ev də tamamilə qəzalı vəziyyətə düşmüşdür. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən iddiaçıya məxsus evə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Lakin hal-hazıradək həmin rəy iddiaçıya açıqlanmamışdır. İddiaçı dəfələrlə aidiyyəti qurumlara bununla bağlı müraciət etsə də, ona bildirmişlər ki, FHN-nin müvafiq komissiyasının rəyləri zamanla açıqlanacaq və nəzərdə tutulmuş işlər mərhələli şəkildə həyata keçiriləcəkdir. İddiaçı yenidən 2019-cu ildə qəzalı vəziyyətdə olan evinin tikilib verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun xahişini təmin etməmişdir.
8. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmiş, həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binalara və 516 ictimai sosial obyektlərə baxışlar keçirilmiş, onlardan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. İddiaçıya məxsus evə baxış keçirilmiş və 10 mart 2013-cü il tarixində tərəflərindən baxış aktı həyat yoldaşı X6 adına tərtib olunmuşdur. Həmin akta uyğun olaraq iddiaçının evi təmir kimi qeyd olunub. Mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edirlər ki, İnzibati Prosessual Məcəlləsinin 33 və 38.1 -ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Eyni zamanda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmla kın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qe yd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır.
9. Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(116)-954/2020 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov ) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin üzərinə İddiaçı mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqə ladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-460/2020 saylı, 27.11.2020-ci il tarixli qərarı i lə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və İ.Şükürov) cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(116)-954/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində göstərilir ki, məhkəmənin bu qərarı qanunvericliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortalamalı idi, lakin bunu etməmişdir. Vətə ndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir.
16. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
17. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır.
18. Vətəndaşların şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı məhkəmə orqanlarında iddiaların qaldırılması kütləvi hal almış və Nazirlər Kabinetinin Sərəncamında təmirlə bağlı işlərin icra olunması Fövqəladə Hallar Nazirliyinə şamil olunmadığı üçün Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 21(116)-954/2020 saylı qərarın icrası mümkün deyil. Fövqəladə Hallar Nazirliyi yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamı əsasında müvafiq tədbirlər görə bilər. Belə ki, Agentlik icra hakimiyyəti orqanı olduğundan onun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsindən məqsədli olaraq ayrılan vəsait hesabına maliyyələşdirilir. Agentliyin bundan başqa digər maliyyə mənbəyi və ya fərdi bank hesabı olmadığına görə büdcədən bu məqsədlər üçün dövlət vəsaiti ayrılmadığı təqdirdə həmin vətəndaşla r üçün tərəfimizdən evlərin tikilməsi mümkün deyil. Eyni zamanda, mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edir ki, İnzibati Prosessual Məcəlləsinin 38 və 39-cu maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Həmçinin, iddiaçının iddia tələbi yeni evin tikilib verilməsindən ibarətdir, halbuki Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(116)-954/2020 saylı qərarına əsasən evin təmir edilməsi Agentliyin öhdəliyinə qoyulmuşdur. Şəki Apelyasiya Məhkəməsi şikayətin bu hissəsinə toxunmadan birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş qanun pozuntusuna göz yummuşdur. b. Kassasiya şikayətinə qarşı etiraz
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının iza hatları
20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qə rara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin araşdırması Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin halları nın tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermədiyinə görə kassasiya şikayəti təmin edilməlidir.
26. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, iş materiallarında olan 10.03.2013-cü il tarixli mütəxəssislər tərəfindən tərtib edilmiş aktın təsdiq edilmiş surətindən, həmçinin fərdi yaşayış evinin fotoşəkillərindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür və hal hazırda da qəzalı vəziyyətdədir. Lakin cavabdeh orqanın 27.07.2019-cu il tarixli 37/Kd-04467 nömrəli imtina məktubunda bildirilir ki,FHN-nin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş, və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə ona hər hansı bir köməklik göstərilməsi səlahiyyətləri xaricindədir. Beləliklə də, iddiaçı və cavabdeh arasında hazırkı mübahisə yaranmışdır.
27. Məhkəmələr həmçinin iddianın təmin olunması zamanı ona istinad etmilər ki, Cavabdeh haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblə rinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir.
28. Məhkəmə kollegiyası verilmiş iddia üzrə Agentliyin vəzifələrinin həcmi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırmasını yarımçıq hesab edir.
29. Belə ki, adı çəkilən Əsasnamənin 8.41-ci bəndində Agentliyin vəzifəsi “fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək” kimi ifadə olunmuşdur.
30. Məhkəmə iddianı təmin edərkən həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamına ist inad etmişdir. Həmin Sərəncamda deylilir: 1. 2012-ci il mayın 07-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələlər nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il X8 Fondundan Azərbaycan Respublikasının X3 ilkin olaraq 20 milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
3. Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 1-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.
31. İqtisadiyyat Nazirliyinin rəsmi dövlət saytında yerləşdirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 2012-ci il üzrə icra vəziyyətinə dair arayışda əksini tapmış məlumata görə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə 2012-ci il may ayının 7-də Şəki-Zaqatala regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq X4 20 milyon manat və sonradan 2012-ci ilin dövlət büdcəsində edilmiş dürüstləşməyə əsasən, 300 milyon manat vəsait ayrılmışdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliyin göstərilməsi davam etdirilir.
32. Bu halda məhkəmələr ilk növbədə Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar cavabdehin inzibati praktikasının nədən ibarət olmasını müəyyən etməli idi. Yəni qeyd olunan sərəncamın icrasından cavabdehin zəlzələ nəticəsində təmirə ehtiyacı olan evlərin təmirini həyata keçirmək vəzifəsinin irəli gəlib-gəlmədiyi, cavabdeh tərəfindən həmin ərazidə başqa zərərçəkənlərin evlərinin təmir edilib-edilmədiyi qəti şəkildə müəyyən edildikdən sonra məhkəmə iş üzrə nəticəyə gələ bilərdi. Lakin məhkəmələr tərəfindən bu cür araşdırma və əsaslandırma aparılmamışdır.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, aşağı instansiya məhkəmələrinin bu iş üzrə araşdırmas ını İPM-nin 12-ci maddəsinin və 14.1-ci maddəsinin tələblərinə uyğun hesab etmir.
34. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.
35. İşə yenidən baxılarkən məhkəmə, cavabdeh tərəfindən qeyd olunan zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı zərər görmüş evlərin təmirinin həyata keçiribkeçirmədiyi, keçirilməmişdirsə zəlzələ nəticəsində təmirə ehtiyacı olan vətəndaşlara dəyən zərərin ödənilməsi ilə bağlı hansı tədbirlərin görülməsi (təmir xərclərinə uyğub kompensasiya verilməsi, Nazirlər Kabinet inin sərəncamının birinci bəndində hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsi üçün tədbirlər görməsi və s. şəklində) barədə yazılı sübutlar tələb olunmalı, məhz evin təmir edilməsi üzrə cavabdehin vəzifələri əsaslandırılmalıdır.
36. Məhkəmə kollegiyası eyni zamanda kassatorun iddia müddətlərinə görə mümkünsüzlüyü barədə dəlillərini əsasız sayır.
37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2020-ci il tarixli 21(107)-460/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.