Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-464/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı xxxxnın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş məbləğin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı xxxxnın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC) “sadələşdirilmiş vergi qismində ödənilmiş məbləğin qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3304/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.ASC “Xalq” Bankı tərəfindən Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış BO-XO16.1.2023-002 №li xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Bankın müştərisi “MARS-M” firmasının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilən ümumi sahəsi 16100.5 kv.m., əsas sahəsi 16043.1 kv.m. olan 5 mərt əbəli və zirzəmisi olan qeyri-yaşayış binası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsinin icrası qaydasında ödənilməmiş borc müqabilində "xxxx" MMC tərəfindən (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) keçirilmiş hərraclarda alıcı olmadığından alınması üçün Banka təklif edilmiş, Bank tərəfindən həmin təklif qəbul edilərək əmlakın satın alınması üçün dəyərinin 0,25% miqdarında xidmət haqqı və həmin məbləğə hesablanmış əlavə dəyər vergisi Hərrac təşkilatçısına köçürmə yolu ilə xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Lakin Hərrac təşkilatçısı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə xx.xx.2018 il tarixli 1356-VQD nömrəli qanunla edilmiş dəyişiklik əsas gətirilərək, 655720.65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin ödənilməsi üçün 276/1 saylı, xx.xx.2019-cu il tarixli Hesab-faktura da Banka təqdim edilmişdir. Bank tərəfindən isə Hərrac təşkilatçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli 2784 №-li məktubla qeyd olunan sadələşdirilmiş verginin bank tərəfindən ödənilməsinin tələb edilməsinin əsassız olduğu bildirilmişdir. Buna cavab olaraq Hərrac təşkilatçısı tərəfindən qeyd olunan vergi məbləği ödənilmədiyi təqdirdə ASC “Xalq” Bankına həmin daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməyəcəyi bildirilmişdir. Hərrac təşkilatçısının bu tələbi nəticəsində Bank tutma yönəldilmiş əmlak üzərində ipoteka hüquqlarına xitam verilməsi riski ilə üzləşməmək üçün həmin hesab-fakturada nəzərdə tutulmuş məbləği (655 720,65 manat) xx.xx.2019-cu il tarixdə 29034 №-li ödəniş tapşırığı ə sasında "xxxx" MMC-nin hesabına ödəmişdir. Hərrac təşkilatçısı tərəfindən də qeyd edilən məbləğ öz növbəsində vergi agenti qismində xx.xx.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında Milli Gəlirlər Departamentinin hesabına ödənilmişdir. Vergi Məcəlləsinin 01 yanvar 2020-ci ilə qədər qüvvədə olan redaksiyasına müvafiq olaraq həmin Məcəllənin 218.4-cü maddəsinin tərkib hissəsi olan 218.4.3-cü maddəsinə görə mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri sayılırdı. Hazırki halda isə hərracdan satılan əmlak ASC “Xalq” Bankına deyil, müvafiq kredit müqaviləsi üzrə borc alan qismində çıxış edən “Mars-M” firmasına mülkiyyət hüququ ilə məxsu s olduğu üçün sadələşdirilmiş vergini də Vergi Məcəlləsinin yuxanda qeyd edilmiş maddələrinə əsasən “Mars-M” firması ödəməli idi. Digər tərəfdən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.5-ci maddəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış etmək hüququ olmayan şəxslərin siyahısı müəyyən edilmişdir ki, həmin maddənin 218.5.2-ci maddəsinə əsasən kredit təşkilatları sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış edə bilməzlər. Hazırki halda isə faktiki olaraq Bankı başqa bir vergi ödəyicisinin əvəzinə yuxarıda qeyd edilən sadələşdirilmiş vergi məbləğini ödəməyə məcbur etməklə əslində vergi yükünün əsassız və qanunsuz olaraq Bankın üzərinə qoyulması baş vermişdir. AR Vergi Məcəlləsinin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi Vergi Məcəlləsində başqa hallar nəzə rdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir və digər şəxsin ilzərinə qoyula bilməz. Qeyd olunanları nəzərə alaraq xx.xx.2019-cu il tarixli, 276/1 saylı hesab-faktura və xx.xx.2019-cu il tarixdə 29034 №-li ödəniş tapşırığı əsasında ASC “Xalq” Bankı tərəfindən "xxxx" MMC-nin (Hərrac təşkilatçısı) hesabına ödənilmiş, Hərrac təşkilatçısı tərəfindən isə öz növbəsində xx.xx.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li Ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində əsasız olaraq ödənilmiş 655720,65 (altı yüz əlli beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən ASC “Xalq” Bankına geri qaytarılmas ı Milli Gəlirlər Baş İdarəsindən xahiş olunmuşdur. 2.Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ASC “Xalq” Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli **********352400 №li məktubdan görünür ki, dövlət büdcəsinə ödənilmiş vergi məbləğinin qaytarılması barədə müraciətə (16.1.2023-002 №li xx.xx.2023cü il tarixli) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Müraciətdə qeyd olunan vəsaitlər "xxxx" MMC (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə köçürülmüş və aidiyyəti üzrə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində nəzərə alınmışdır. Büdcəyə artıq ödənilmiş vergi məbləğinin qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığ orta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Belə ki, artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün vergi ödəyicisi tərəfindən Qaydalarla təsdiq olunmuş ərizə forması ilə müraciət edilməlidir. 3."xxxx" MMC tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(103)-6/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Nərimanov rayon İcra və probasiya şöbəsinin 13691/135226/19-15-10 saylı xx.xx.2019-cu il tarixli sifarişinə əsasən tələbkar ASC "Xalq” Bankı mülkiyyətçi “Mars-M” firmasına məxsus ünvan 5 ünvanında yerləşən qeyri - yaşayış binasının "xxxx" Qanunun tələbi olaraq 2019-cu i l tarixdə tələbkarı olan ASC “Xalq” Banka təklif olunmuş və tələbbkarı tərəfindən əldə olunmuşdur. Protokol tərtib olunduğu zaman "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinə xx.xx.2018-ci il tarixli 1356-VQD nömrəli Qanunla müəyyən edilmiş dəyişikliklərlə üzərlərinə qoyulmuş öhdəliyi əsas götürərək 655720,65 manat məbləğində hesablanmış 276/1 saylı xx.xx.2019-cu il tarixli hesab faktura ilə sadələşdirilmiş vergi tələb edilmişdir. Öz növbəsində ASC “Xalq” Bankı "xxxx" MMC-nin ona təqdim etdiyi xx.xx.2019-cu il tarixli 29034 ödəniş tapşırığı əsasında mövcud qanunvericiliyin tələbi olaraq ödənilmişdir. Qeyd olunan məbləğ 1 (bir) bank günü ərzində "xxxx" MMC tərəfindən Milli Gəlirlər Departamentinin hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixli 1356-VQD nömnrəli Qanununun dəyişikliyin tətbiqi ilə bağlı hissələrdə mübahisə predmetləri yaranmışdır. Sözü gedən qanun layihəsi ali qanunvericilik orqanı tərəfindən yenidən müzakirəyə çıxarılmış və xx.xx.2021-ci ildə yeni qanun lahiyəsinə dəyişiklik olunmuşdur. Qeyd olunan dəyişiklikdə ipoteka müqaviləsində cavabdeh öncədən hüquqi şəxs kimi gösdərilərsə əmlak tələbkar tərəfindən əldə olunduğu zaman sadələşdirilmiş vergi tələbkardan deyil cavabdehdən tutulur. Sözü gedən dəyişikliyi ASC “Xalq” Bankı əsas gətirərək xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı əsasında Milli Gəlirlər Departamentinin hesabına köçürülmüş vəsaitin "xxxx" MMC-dən geri tələb edir. Qeyd olunanlarla bağlı münasibət bildirilməsi xahiş olunmuşdur. 4.xx.xx.2019-cu il tarixdə 29034 №-li ödəniş tapşırığından görünür ki, "xxxx" ASC “Mars-M” firmasına məxsus ünvan 6 ünvanda 0,2704 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 16100,5 kv.m olan qeyri yaşayış sahəsini əldə etmək üçün 276/1 saylı, 20 dekabr 2019-cu il tarixli hesab-fakturada nəzərdə 655 720,65 manatı "xxxx" MMC-nin hesabına ödəmişdir. 5.xx.xx.2019-cu il tarixli 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li Ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən 655720,65 (altı yüz əlli beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaiti AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat 6.İddiaçı xxxx cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbayc an Respublikası Respublika Xammal və X1 Mərkəzi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sadələşdirilmiş vergi qismində ödənilmiş məbləğin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 276/1 saylı hesab faktura və xx.xx.2019-cu il tarixdə 29034 saylı ödəniş tapşırığı əsasında ASC “Xalq” Bankı” tərəfindən hərrac təşkilatçısı "xxxx" MMC-nin hesabına ödənilmiş və sonuncu tərəfindən də öz növbəsində xx.xx.2019-cu il tarixli, müvafiq olaraq 175, 176, 177 nömrəli və xx.xx.2020-ci il tarixli 01 №li ödəniş tapşırıqları əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və bundan sonra mətndə Milli Gəlirlər Baş İdarəsi) hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655720,65 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması və 10 manat dövlət rüsumunun çəkilmiş xərc kimi iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-2(103)-6/2019 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə “Mars-M” firmasına məxsus ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasına tutma yönəldilməsi və “Mars-M” firmasından Kredit xətti müqaviləsi üzrə 17000000 ABŞ dolları məbləğində əsas borcun, 2388957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 11161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19400119,08 ABŞ dollar məbləğində pul vəsaitinin və məhkəmə xərclərinin ipoteka predmetinin dəyərindən ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. İcra icraatı qaydasında "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda həmin qeyri-yaşayış sahəsi satılmadığından o, əldə edilməsi üçün iddiaçıya təklif edilmişdir. Bank tərəfindən həmin təklif qəbul edilərək, əmlakın satın alınması üçün dəyərinin 0.25% miqdarında xidmət haqqı və həmin məbləğ üzrə hesablanmış əlavə dəyər vergisi hərrac təşkilatçısına köçürmə yolu ilə xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Lakin hərrac təşkilatçısı Vergi Məcəlləsinə xx.xx.201 8-ci il tarixli 1356-VQD nömrəli qanunla edilmiş dəyişikliyi əsas gətirərək, 655720,65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin ödənilməsini də Bankdan tələb etmişdir. İpotekaya xitam verilmə təhlükəsi yarandığından Bank tərəfindən hesab-fakturada nəzərdə tutulan məbləğ xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin hesabına ödənilmişdir. Hərrac təşkilatçısı tərəfindən də qeyd edilən məbləğ öz növbəsində xx.xx.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilmişdir. Bundan sonra hərracın yekunları barədə 67/01 nömrəli protokol, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə müvafiq olaraq qeyri-yaşayış s ahəsinin son satış qiyməti 24607500 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bank tərəfindən əldə edilməsinə baxmayaraq, borc alanın kredit xətti müqaviləsi üzrə qətnamə ilə əmlak hesabına ödənilməsi qət edilən borcunun təxminən 4 925 119,08 ABŞ dolları məbləğində hissəsi ödənilməmiş qalmışdır. Hərrac təşkilatçısı tərəfindən Bankın həmin əmlakın əldə edilməsinin sadələşdirilmiş verginin ödənilməsi ilə şərtləndirilməsinin hüquqi əsasları ilə bağlı nəzərə alınmalıdır ki, sadələşdirilmiş vergi ödəyicilərinin mütləq dairəsini müəyyən edən Vergi Məcəlləsinin 218.4-cü maddəsinin tərkib hissəsi olan 218.4.3-cü maddəsinə görə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələş dirilmiş verginin ödəyiciləridir. Bu halda isə hərracdan satılan əmlak iddiaçıya deyil, borc alan qismində çıxış edən “Mars-M” firmasına mülkiyyət hüququ ilə məxsus olduğu üçün sadələşdirilmiş vergini də Vergi Məcəlləsinin normalarına əsasən “Mars-M” firması ödəməlidir. Digər tərəfdən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.5-ci maddəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış etmək hüququ olmayan şəxslərin siyahısı müəyyən edilmişdir ki, həmin maddənin 218.5.2-ci maddəsinə əsasən kredit təşkilatları sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış edə bilməzlər. Hazırkı halda isə faktiki olaraq Bank başqa bir vergi ödəyicisinin əvəzinə yuxarıda qeyd edilən sadələşdirilmiş vergi məbləğini ödəməklə əslində vergi yükünü öz üzərinə götürmüşdür. Bankın həmin əməliyyat üzrə sadələş dirilmiş vergiyə cəlb olunmasını mülki qanunvericilik baxımından da düzgün hesab edilmir. 8.Sonradan iddiaçı ASC “Xalq” Bankı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul edilməsini xahiş etmişdir 9.Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(112)-3379/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
10. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının (hakimlər: E.E.Nağıyeva (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və V.M.Məmmədov) 2-1(103)-992/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3379/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, hazırki inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. c. birinci instansiya məhkəməsində ikinci icraat
12. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(112)-200/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
13. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılması barədə yeni qərar qəbul edilm əsini xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və P.A.Hüseynov) 2-1(103)-819/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-200/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, hazırki inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. d. birinci instansiya məhkəməsində üçüncü icraat
15. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, əsl olmayan cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir.
16. İddiaçının nümayəndəsi həmçi nin məhkəməyə İPM-in 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə (tələbin dəqiqləşdirilməsi) ərizə təqdim edərək, xx.xx.2019cu il tarixli 276/1 saylı hesab-faktura və xx.xx.2019-cu il tarixdə 29034 №li ödəniş tapşırığı əsasında ASC “Xalq” Bankı tərəfindən "xxxx" MMC-nin (Hərrac təşkilatçısı) hesabına ödənilmiş, Hərrac təşkilatçısı tərəfindən də öz növbəsində xx.xx.2019-cu tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655720,65 (altı yüz əlli beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı ASC “Xalq” Bankına qaytarılmasının təmin edilməsi öhdəliyinin cavabdeh Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadları ilə iş üzrə əsl olmayan cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunması və iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizənin icraata qəbul edilməsi; iddiaçı ASC “Xalq” Bankının cavabdeh Milli Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla 655720,65 (altı yüz əlli beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaitinin (sadələşdirilmiş vergi məbləğinin) qaytarılması ilə bağlı iddiası üzrə ASC “Xalq” Bankı tərəfindən Milli Gəlirlər Baş İdarəsinə edilmiş müraciəti üzrə “İnzibati icraat haqqında” Azərbayc an Respublikası Qanunun 52.1-ci maddəsinə və İPMnin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Milli Gəlirlər Baş İdarəsinə 45 (qırx beş) gün müddət təyin edilməsi qərara alınmışdır
18. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-6122/2023 saylı 11 iyul 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı artıq ödənilmiş məbləğin qaytarılması barədə tələblə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmuş olsa da belə, hazırda həmin həmin tələbi düzgün cavabdehə qarşı irəli sürməmişdir. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, Hərrac təşkila tçısı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə xx.xx.2018 il tarixli 1356-VQD nömrəli qanunla edilmiş dəyişiklik əsas gətirilərək, 655720.65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin ödənilməsi üçün 276/1 saylı, xx.xx.2019-cu il tarixli Hesab-faktura da Banka təqdim edilmiş, bank tərəfindən isə Hərrac təşkilatçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli 2784 №-li məktubla qeyd olunan sadələşdirilmiş verginin bank tərəfindən ödənilməsinin tələb edilməsinin əsassız olduğu bildirilmişdir. Buna cavab olaraq Hərrac təşkilatçısı tərəfindən qeyd olunan vergi məbləği ödənilmədiyi təqdirdə ASC “Xalq” Bankına həmin daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməyəcəyi bildirilmişdir. Hərrac təşkilatçısının bu tələbi nəticəsində Ba nk tutma yönəldilmiş əmlak üzərində ipoteka hüquqlarına xitam verilməsi riski ilə üzləşməmək üçün həmin hesab-fakturada nəzərdə tutulmuş məbləği (655 720,65 manat) xx.xx.2019-cu il tarixdə 29034 №-li ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin hesabına ödəmişdir. Hərrac təşkilatçısı tərəfindən də qeyd edilən məbləğ öz növbəsində vergi agenti qismində xx.xx.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında Milli Gəlirlər Departamentinin hesabına ödənilmişdir. İddiaçı hazırki tələblə mülki hüquq münasibətlərindən irəli gələn mübahisə qaydasında Hərrac təşkilatçısı olan "xxxx" MMCyə qarşı tələb irəli sürmək hüququna malikdir.
20. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ə rizəsinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. e. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və P.A.Hüseynov) 2-1(103)-3304/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6122/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
23. İddiaçı kassasiya şikayəti verərək, Bakı ApellyasiyaMəhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-3304/2023 saylı qərardadının ləğv edilməsini və id dia ərizəsinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, VM-in 87-ci maddəsinin məzmunundan göründüyü kimi qeyd edilən norma vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması hallarında tətbiq olunmalıdır. Onların iddia tələbi isə qanunvericiliklə (VM-in 218.5-ci maddəsi) sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış etmək hüququ olmayan Bankdan düzgün tutulmamış verginin geri qaytarılmasını təşkil edir. Belə ki, Hərrac təşkilatçısı tərəfindən Bankın həmin əmlakın əldə edilməsinin sadələşdirilmiş verginin ödənilməsi ilə şərtləndirilməsinin hüquqi əsasları ilə bağlı nəzərə alınmalıdır ki, sadələşdirilmiş vergi ödəyicilərinin mütləq dairəsini müəyyən edən Vergi Məcəlləsinin 218.4-cü maddəsinin tərkib hissəsi olan 218.4.3-cü maddəsinə görə mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Hərracdan satılan əmlak Banka deyil, müvafiq kredit müqaviləsi üzrə borc alan qismində çıxış edən “Mars-M” firmasına mülkiyyət hüququ ilə məxsus olduğu üçün sadələşdirilmiş vergini də VM-in yuxarıda qeyd edilmiş maddələrinə əsasən “Mars-M” firması ödəməlidir. Digər tərəfdən, VM-in 218.5-ci maddəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış etmək hüququ olmayan şəxslərin siyahısı müəyyən edilmişdir ki, həmin maddənin 218.5.2-ci maddəsinə əsasən kredit təşkilatları sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış edə bilməzlər. VM-in 78-ci maddəsinin əməliyyat baş verdiyi tarixə qüvvədə olan redaksiyasına görə isə vergi öhdəliklərinin yerinə yetirilməsi Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir və digər şəxsin üzərinə qoyula bilməz. Məhkəmə tərəfindən işin icraata qəbul edilməsindən 4 ilə yaxın müddət keçməsinə və iş üzrə bu müddət ərzində 11 hazırlıq iclası keçirilməsinə və bu müddət ərzində iddianın 1-ci instansiya məhkəməsi tərəfindən artıq 2 dəfə qeyri mümkün hesab edilməsi və müvafiq olaraq həmin qərardadların apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsinə baxmayaraq vergi agenti, vergi ödəyicisi və vergi orqanı arasında qarşılıqlı əlaqə aydınlaşdırılmamış, nəticədə Bankın iddiasını n mahiyyəti araşdırılmadan kobud pozuntularla Bankın hüquqlarının məhkəmədə müdafiəsi təmin olunmamışdır. Bununla bağlı isə hesab edir ki, məhkəmənin yardım etmək vəzifəsi ilə bağlı inzibati prosessual məcəllənin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli Qərarına görə iddianın mümkünlüyünün şərtlərindən biri iddianın uğurlu olacağı təqdirdə iddiaçının hüquqi marağının təmin olunmasından ibarətdir. Belə ki, həmin Qərara əsasən “İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaç ının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.” Nə iş üzrə üçüncü şəxs olan "xxxx" MMC-yə qarşı, nə də ki, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi “Mars-M” firmasına qarşı qaldırılmış iddianın uğurlu olması ilə iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq mümkün olmayacaqdır. İddiaçının hüquqi marağının təmin olunması yalnız Bankın vergi orqanına qarşı qaldırmış olduğu hazırki iddia uğurlu olduğu təqdirdə mümkündür. İş materiallarında movcud olan və qeyd olunan məhkəmə qərarlarından da göründüyü kimi iddiaçı Pakistan Mil li Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı “hərrac xərclərinin qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli,22(103)-169/2023 saylı Qətnaməsində qeyd edilmişdir ki,”..məhkəmə kollegiyası iddiaçının ödədiyi xidmət haqqının cavabdehdən tutulmasına dair iddiaçının tələbini əsaslı hesab etsə də, hesab edir ki, 24350 manat vəsaitin 9273 manatı vergi olaraq dövlət büdcəsinə ödənildiyindən (18%ƏDV+20 faiz mənfəət) iddia cavabdehdən 15077 manat pulun tutulması hissəsində təmin edilməli, ödənilmiş verginin büdcədən geri qaytarılması qanunla müəyyən edilmiş qaydada həyata keçirilməli olduğundan qalan hissədə rədd ediməlidir. ” Bakı Apellyasi ya Məhkəməsinin qeyd olunan bu mövqeyi AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(102)-294/2023 saylı qərarı ilə də təsdiq edilmişdir. Qeyd olunan mövqelərdən də göründüyü kimi Kommersiya kollegiyası qeyd olunan məsələyə inzibati mübahisə kimi qiymət vermişdir. Bankın qeyd olunan əməliyyat üzrə sadələşdirilmiş vergiyə cəlb olunmasını mülki qanunvericilik baxımından da düzgün hesab etmirlər. Belə ki, Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar olaraq birinci növbədə “Mars-M” firmasının vergi öhdəliyinin yerinə yetirilməsi, sonradan isə Bankın tələblərinin ödənilməsi qanunvericiliklə ipoteka hüququnun sahibi olan ipoteka saxlayanın öz tələblərinin birinci növbədə ödənilməsi ilə bağlı üstünlük hüququnun pozulmasına gətirib çıxarır. İpoteka predmetinə tutmanın y önəldilməsi zamanı Bank tərəfindən borc alanın əvəzinə sadələşdirilmiş vergisinin ödənilməsi borc alanın borcunun ipoteka predmeti hesabına Bankın haqlı olaraq gözlədiyi kimi müvafiq məbləğdə (24 607 500 manat) azalması əvəzinə Borc alanın Banka olan borcunun sadələşdirilmiş vergi məbləğində (655 720,65 manat) artırılmasına gətirib çıxarır. Bundan başqa bildirir ki, 1-ci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadda göstərmiş olduğu hüquqi mövqe (Bankın Külək MMC-yə qarşı deyil, Mars-M firmasına (onun əvəzindən vergi öhdəliyini icra etdiyinə görə) qarşı ümumi məhkəmədə iddia qaldırmaq hüququnun mövcud olması) tamamilə qanunsuz və əsassızdır. Belə ki, Bankla Hərrac təşkilatçısı arasında olan münasibətlərdə Bank vergi ödəyicisi, Hərrac təşkil atı isə vergi agenti qismində çıxış edir. Vergi agenti isə AR Vergi Məcəlləsinin 17.1-ci maddəsinə əsasən Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Vergi agenti vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə; vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə; bu Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludur. Vergi agenti qanunla ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Vergi agenti birbaşa və ya dolayı yolla tabe olduğu şəxsin təqsiri üzündən ona həvalə olmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə vergi agentinin bilavasitə və ya dolayısı ilə tabe olduğu şəxs bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Ümumilikdə isə hesab edir ki, Bank pozulmuş hüquqlarının bərpa edilməsi üçün ödənilmiş vergi məbləğinin geri qaytarılması ilə bağlı bilavasitə bununla bağlı cavabdehlik daşıyan vergi orqanına qarşı deyil iş üzrə vergi agenti qismində çıxış edən 3-cü şəxs Hərrac təşkilatına və ya sadələşdirilmiş vergini ödəməli olan Mars-M firmasına qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsi və bununla da Bankın hüquqularının bərpa ed ilməsinin hər hansı başqa bir şəxsdən asılı hala gətirilməsi tamamilə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelnumunun xx.xx.2020-ci il tarixli “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllərinin, “İpoteka haqqında ” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair ” Qərarında göstərilən iş üzrə vergi orqanı öz mövqeyini onunla əsaslandırmışdır ki, “Vergi Məcəlləsinin 150.1.13-cü maddəsi yaşayış və qeyri-yaşayış, habelə torpaq sahələrinin açıq hərracda təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanaraq tutulması öhdəliyini hərracın nəticələrini müvafiq protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoymuşdur. Mübahisələndirilən halda, bank əmlakı əldə edən, hərrac təşkilatı isə hərracın keçirilməsinə cavabdeh olan şəxs qismində çıxış etdiyindən, həmin əməliyyat zamanı ipoteka predmetinin faktiki satıcısı qismində heç bir subyekt iştirak etmir. Sadələşdirilmiş verginin ödəyicisi daşınmaz əmlakı təqdim edən (satıcı) olsa da, vergi məbləği məhz əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulur. Bu baxımdan, vergi qanunvericiliyi sadələşdirilmiş verginin məhz ödəmə mənbəyində, yəni ödənişin forması və üsulundan asılı olmayaraq gəliri ödəyən şəxsdən (bankdan) tutulmasını, lakin bu vergi məbləğinin gəliri əldə edən, yəni əmlakı təqdim edən şəxsin hesabına aid edilməsini müəyyən etdiyindən, vergilər bank tərəfindən ödənilmədən hərracın nəticələrinin rəsmiləşdirilməsi mümkünsüzdür”. Vergi orqanının Qərarda qeyd olunan mövqeyindən də göründüyü kimi Bank tərəfindən öd ənilmiş müvafiq sadələşdirilmiş vergi məbləği hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd edildiyi kimi Mars-M firmasının əvəzinə könüllü olaraq ödənilmiş vergi məbləği deyil, həmin hərracın keçirilməsi üçün Bankdan məcburi qaydada alınmış vergi məbləğidir. Həmin vergi məbləğinin geri qaytarılması ilə bağlı tələbə cavab verməli şəxs müvafiq vergi orqanı olduğundan hazırki işə də inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 15.1.4. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Maddə 24. 0.10. Vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. Maddə 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). Maddə 87.3. Bu Məcəllədə başqa ha llar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliy inin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci i l tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkün lük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məh kəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdır ma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
36. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
37. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci i l tarixli, 5 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
39. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ASC “Xalq” Bankı tərəfindən "xxxx" MMC-nin (Hərrac təşkilatçısı) hesabına ödənilmiş, Hərrac təşkilatçısı tərəfindən də öz növbəsində xx.xx.2019-cu tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655720,65 (altı yüz əlli beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçı ASC “Xalq” Bankına qaytarılması ilə bağlıdır.
40. Mübahisəyə dair hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC “Mars-M” firmasına məxsus ünvan 6 ünvanda 0,2704 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 16100,5 kv.m olan qeyri-yaşayış sahəsini əldə etmək üçün 276/1 saylı, 20 dekabr 2019-cu il tarixli hesab-fakturada nəzərdə tutulmuş 655720,65 manatı "xxxx" MMC-nin hesabına ödəmişdir. "xxxx" MMC tərəfindən isə 655720,65 (altı yüz əll i beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaiti AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına ödənilmişdir.
41. İddiaçı "xxxx" MMC tərəfindən tələb olunan 655720.65 manat məbləğində sadələşdirilmiş vergi məbləğini “Mars-M” firmasının ödəməli olduğu halda onun əvəzindən yerinə yetirərək, 655.720,65 manat pulu "xxxx" MMC-ə ödəmiş, sonuncu tərəfindən də həmin məbləğ cavabdehin hesabına köçürülmüşdür.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının hazırkı iddiası üzrə cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi həmin iddiaya cavab verməli inzibati orqan deyildir.
43. Məhkəmə kollegiyası həmçin in qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
44. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı xxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3304/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.