Məhkəmə qərarları › İş №2-1(102)-465/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-465/2019

16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-465/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-465/19) Bakı şəhəri 16 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Eynulla Şahverənovun, cavabdehin nümayəndəsi xxxun və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı əlavə məbləğin hesablanması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 01 noyabr 2018-ci il tarixli 2-1(103)-2460/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 20 təqvim ilindən yuxarı xidmət etmişdir. 21 iyul 2017-ci il tarixli şəxsi heyətin siyahısından və bütün növlərindən çıxarılması haqqında əmri ilə həmin xidmətdən Silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxılarkən ona ödəniləcək pensiya məbləği cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Belə ki, pensiya hüququ “Əmək pensiyası haqqında” Qanununun qüvvəyə mindiyi tarixdən əvvəl, yəni 01 iyul 2017-ci il tarixdən əvvəl yarandığına baxmayaraq, onun pensiyası hesablanarkən göstərilən Qanunun tələbləri tətbiq edilmişdir. Bununla da onun üçün pensiya hesablanarkən pensiyası 20 təqvim ilindən yuxarı xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında deyil, 2 faizi miqdarında əlavə olunmaqla müəyyən edilmişdir. Əslində isə onun 20 təqvim ilindən yuxarı xidmətinin hər ili üçün əlavə 3 faiz miqdarında pensiya hesablanması haqda hüququ göstərilən yeni dəyişikliyin qüvvəyə minməsindən əvvəl yaranmışdır və həmin müddətədək, yəni 01 iyul 2017-ci il tarixədək artıq mövcud idi. Odur ki, həmin dəyişiklik ona və onun kimilərə deyil, onun qüvvəyə mindiyi müddətdən sonrakı zamanda xidmətinin 20 təqvim ili tamam olmuş şəxslərə aid ed ilməlidir. Ona görə də cavabdehə həmin məzmunlu ərizə ilə müraciət etmiş, lakin, cavabdeh tərəfindən ona 08 fevral 2018-ci il tarixli, 03/89/02-121 saylı məktubla imtina edilmiş və bildirilmişdir ki, onun üçün pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən 01 iyul 2017-ci il tarixdən sonra təxris olunan hərbi qulluqçulara həmin Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və xəstəliyinə görə təxris olunanlara -55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün isə 2 faizi miqdarından əlavə olunmaqla, ödən ilmiş və məlumat vərəqəsinə əsasən təminat xərcliyin 1242,70 manat təşkil edir. 29 il, 11 ay, 03 gün xidmət illərinə görə təminat xərcliyinin 74,84 faizi, yəni 930,04 manat məbləğində pensiya qanuna müvafiq olaraq düzgün hesablanmışdır. Hesab edir ki, pensiya hüququ yaranması onun xidmətdən təxris olunduğu gündən deyil, 20 il xidməti tamam olduqdan sonra yaranmış və onun üçün pensiya hesablanarkən 01 iyul 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklər tətbiq edilməməlidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 20 təqvim ilindən yuxarı xidmət etdiyini nəzərə alaraq, ona aid pensiyasının yenidən, yəni 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi məbləğinə hər sonrakı il üçün 3 faiz miqdarında əlavə məbləğ hesablanmasının cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2-1(102)-2049/2018 saylı (sədrlik edən hakim A.Abdullayeva) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya əmək pensiyası əlavə kimi təminat xərcliyinin 01 iyul 2017-ci il tarixinə qədər olan dövr üçün olan 3%-lə, 01 iyul 2017-ci il tarixdən sonrakı müddətə 2%-lə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavab deh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsiniiddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsi məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 01 noyabr 2018-ci il tarixli iş № 2-1(103)-2460/2018 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsi qərar verərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarını” nəzərə almamışdır. Belə ki, həmin qərarda qeyd edildiyi kimi hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Məlumat üçün bildirir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən pensiya təyin edilməsi üçün göndərilmiş “məlumat vərəqi”nə və həmçinin 03 noyabr 2017-ci il tarixli iddiaçının ərizəsinə əsasən “məlumat vərəqi”n də tərxis edildiyi 13 oktyabr 2017-ci il tarixdən müvafiq təminat xərcliyinin 74,84 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Xüsusi olaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavəyə əsasən “3 faiz - 2 faizlə” əvəz edilmişdir. Bildirir ki, Qanunda edilmiş dəyişikliklər 01 iyul 2017-ci il tarixdən qüvvədədir. Yuxarıda qeyd edilən iddiaçının pensiya hüququ, iddiaçının ərizə ilə müraciəti qanunda edilmiş tarixdən sonrakı vaxtları əhatə etdiyindən, iddia tələbi birbaşa qanunvericiliyin tələblərinə ziddir. Bildirir ki, vətəndaşın pensiya hüququ onun qulluq etdiyi orqandan tərxis edildiyi tarixdən yaranır. Belə ki, iddiaçının qulluq etdiyi Dövlət Sərhəd Xidmətində tərxis edildiyi t arix “məlumat vərəqi”ndə 13 oktyabr 2017-ci il qeyd edilmişdir və həmin tarixdən etibarən ehtiyata buraxılmış və son haq-hesab həmin tarixdə daxil olmaqla orqan tərəfindən edilmişdir. Yuxarıda qeyd olunanlara baxmayaraq, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı işin hallarını tam və hərtərəfli araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya 01 noyabr 2018-ci il tarixli, 2-1(103)-2460/2018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili V əkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın çıxarılmasınıAli Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi xxx da, cavabdehin vəkiliVəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili E.Şahverənov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da, iddiaçının vəkiliE.Şahverənovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdı r. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıd ır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 01 noyabr 2018-ci il tarixli, 21(103)-2460/2018 saylı qərarla, cavabdeh DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2-1(81)-2049/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 38, 71-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.5, 9.5, 9.5.1, 9.8, 20.1, 20.14-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 14.3, 52, 58.7, 68.1, 68.2, 73.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri h esab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi yeganə dəlil mövcuddur ki, o da, bundan ibarətdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən pensiya təyin edilməsi üçün göndərilmiş “Məlumat vərəqi”nə və həmçinin 03 noyabr 2017-ci il tarixli iddiaçının ərizəsinə əsasən “məlumat vərəqi”ndə tərxis edildiyi 13 noyabr 2017-ci il tarixdən müvafiq təminat xərcliyinin 74,84 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavəyə əsasən “3 faiz - 2 faizlə” əvəz edilmişdir. Qanunda edilmiş dəyişikliklər 01 iyul 2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ, iddiaçının ərizə ilə müraciəti qanunda edilmiş tarixdən sonrakı vaxtdan əhatə etdiyindən, idd ia tələbi birbaşa qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2002 nömrəli Hərbi Hissə Komandirinin 0174 nömrəli, 21 iyul 2017-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılmış, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3·cü maddəsinə (xəstəliyə görə) əsasən vəzifəsindən azad olunmaqla 13 oktyabr 2017-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Onun ehtiyata buraxıldığı tarixə, yəni, 13 oktyabr 2017-ci il tarixə xidməti illəri cəmi 29 il, 10 ay, 15 gün təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məlumat vərəqəsinə əsasən ona pensiya təyin edilmiş, pensiya təyin edilərkən hərbi xidmət ilinin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi məbləğində əlavə müəyyən edilmişdir. İddiaçı hazırda həmin təminat xərcliyinin 3 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü bəndinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: … 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafıq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Həmin normanın 01 iyul 2017-ci ilə qədər olan redaksiyasında bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələrin təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafıq təminat xərcliyinin - 50 faizi, 20 il dən yuxarı hərbi xidmətin hər ili üçün müvafıq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla hesablanması nəzərdə tutulmuşdu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı güzəştli şərtlərlə pensiya hüququ olan şəxsdir, 13 oktyabr 2017-ci il tarixə 29 ildən çox (29 il 10 ay 15 gün) xidmət ili mövcud olduğu üçün onun hərbi qull uqçu kimi güzəştli şərtlərlə pensiya hüququ 01 iyul 2017-ci ilə qədər yaranmışdır, belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən ona pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 iyul 2017-ci ilə qədər qüvvədə olan normaları tətbiq edilərək müvafiq təminat xərcliyi ilə bağlı əlavə 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) müvafiq təminat xərcliyinin 3 faizi miqdarında hesablanmalıdır. Eyni zamanda İddiaçı əmək pensiyasına əlavə kimi təminat xərcliyinin 01 iyul 2017-ci il tarixinə qədər olan dövr üçün olan müddətə 3 faizlə, 01 iyul 2017-ci il tari xdən sonrakı müddətə isə 2 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2-1(103)-2460/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 21(103)-2460/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxl anılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar