Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-465/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanları məhdud uşağı 8 yaşınadək tərbiyə etmiş qadına yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qa rşı iş üzrə “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 noyabr tarixli, 2-1(107)-470/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2020-ci il 21 yanvar tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 07 fevral tarixli, **********6 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının oğlu X1 xəstə olduğunu bildirən müayinə aktı 2006-cı il 16 may tarixdə (20 yaşında) müəyyən edildiyindən "Əmək pensiyaları h aqqında" Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 19 fevral tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2020-ci il 23 yanvar tarixdən sağlamlıq imkanları məhdud uşağı 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1986-cı il 14 yanvar təvəllüdlü X1 əlilliyi 2006-cı il 16 avqust tarixdə müəyyən olunsa da, əlilliyin səbəbi uşaqlıqdan olmuş və o, həmin uşağını 8 yaşınadək tərbiyə etmişdir. Cavabdehin etirazla rı:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yasınadək tərbiyə etmiş və ən azı 25 il sosial sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququ olduğu göstərilir. İddiaçının 1986-cı il 14 yanvar tarixdə anadan olmuş övladı X1 ilkin müayinə aktı 2006-cı il 16 may tarixdə yəni, 20 yaşında müəyyən olduğundan ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin etmək qanunvericiliyə ziddir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibat i Məhkəməsinin 2020-ci il 18 avqust tarixli, 2-1(116)-740/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2020-ci il 23 yanvar tarixdən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının oğlu X2 birinci dərəcəli əlillik təyin olunmasına dair 2006-cı il 16 avqust tarixli müayinə ilə bağlı arayışda onda aşkar olunmuş anomaliyaların uşaqlıqdan olduğu, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müddətsiz olduğu vurğulanmışdır. İddiaçının oğlunun 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etməsi və ona bu barədə məhz 18 yaşından sonra arayış verilməsi o nun uşaqlıqdan əlil olması faktını dəyişdirmir və iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana hesab edilir. Müəyyən edilmişdir ki, iddiaçı Ağdaş rayonu Pirəzə kənd klubunda 1981-ci il 02 noyabr tarixdən 1987-ci il 02 mart tarixədək 5 il 4 ay, Ağdaş rayonu X3 İdarəsində 1997-ci il 08 sentyabr tarixdən 2002-ci il 01 dekabr tarixədək 5 il 2 ay 23 gün işləmiş, sonra 2003cü il 03 fevral tarixdən Ağdaş rayonu X3 İdarəsində işləməyə başlamış, həmin işdə pensiya yaşının tamam olduğu 2020-ci il 23 yanvar tarixədək sığorta stajı 16 il 11 ay 20 gündür. Beləliklə, iddiaçının sosial sığorta stajının cəmi 27 il 6 ay 13 gün təşkil etmişdir ki, bu da tələb olunan 25 ildən artıqdır. Göründüyü kimi, iddiaçıya 2020-ci il 23 yanvar tarixdən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunda nəzərdə tutulan bütün əsaslar mövcud olmuşdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 noyabr tarixli, 2-1(107)-470/2020 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİ LLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli 284 nömrəli Qanun {(13 iyun 2008-ci il tarixli 648-İİİQD nömrəli Qanunla edilmi ş əlavə və dəyişikliklərlə) (31 may 2018-ci il tarixli 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir)}: Maddə 2. əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Maddə 4-1. Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudl uğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli 1153-VQ nömrəli Qanun: Maddə 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbu l edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə ləğv edilmişdir): 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. 3.1. Tibbi-sosial ekspert komissiyaları: (...) həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir; 5.4. Müayinə olunan şəxs tibbi-sosial ekspert komissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində zona TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda zona TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlil i və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. 5.6. İlkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi v ə 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. 5.5. TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
20. İPM: Maddə
91. Ali Məhkəmə mü bahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sa xlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Apellyasiy a instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. İddiaçının oğlu İ.Həşimova əlilliyin təyin edildiyi 2006-cı ildə qüvvədə olmuş, həmçinin hal-hazırda qüvvədə olan – bu Qərarın 15-19-cu bəndlərində qeyd olunan normaların məzmunundan göründüyü kimi şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
25. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hakimiyyətlərin bölünməsi prinsipinə zidd olaraq icra hakimiyyətinə mənsub olan inzibati orqanın iştirakı olmadan və onun əvəzinə iddiaçının oğlunun uşaqlıqdan əlil olduğuna dair nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd edilən normativ aktların müddəalarından göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər, habelə şəxsin xəsarət (yaralanma, travma, kontuziya) alması özüözlüyündə, həm də xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alındığı vaxtdan dərhal sonra əlilliyi olan şəxs olması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, həmin tibbi göstərişlər (elementlər) onların yaratdığı (onlarla səbəbli əlaqədə olan, onlardan doğan) sosial nəticələrlə (şəxsin həyat fəaliyyətinin məhdudlaşması, sosial yardıma və müdafiəyə ehtiyacı olması) birlikdə qiymətləndirildikdən sonra şəxs əlil hesab edilə bilər.
27. Hazırkı halda, İ.Həşimovda aşkar edilmiş tibbi göstəriş onun yaratdığı sosial nəticələrlə (şəxsin həyat fəaliyyətinin məhdudlaşması, sosial yardıma və müdafiəyə ehtiyacı olması) birlikdə TSEK tərəfindən ilkin olaraq 2006-cı il 16 avqust tarixdə (20 yaşında) müəyyən edilmiş və o, həmin tarixdən əlil hesab edilmişdir. İ.Həşimovun 18 yaşının tamam olduğu vaxtadək TSEK tərəfindən müayinə olunduğuna, onun sağlamlıq imkanları məhdud uşaq kimi tanındığına dair məlumat işdə yoxdur.
28. Beləliklə, “Əmək pensiyaları haqqın da” Qanunun 8.2-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqi üçün əsaslar olmamışdır. Bu isə, hazırkı halda (“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmadığından) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsini istisna edir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 noyabr tarixli, 2-1(107)-470/2020 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.