Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-465/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrin ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı dövlət qulluğundan azad edilməyi barədə 10.07.2018-ci il tarixli, 389-K saylı əmrin ləğv edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)491/2021 nömrəli iş üzrə 09.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən i şə 23 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kadrlar İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinə qarşı əmrlərin ləğvi, işə bərpa, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Daha sonra iddiaçı ərizəsini dəqiqləşdirərək Dövlət qulluğundan böhtanla azad edilməyi və öz arzusu ilə vəzifədən azad edilməyi barədə 10.07.2018-ci il tarixli, 389-K saylı əmrin ləğv edilməsini və cavabdehlərin əsl cavabdeh Ədliyyə Nazirliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)5074/2020 saylı, 07.10.2020-ci il tarixli qərardadı ilə cavabdehlər ə sl cavabdeh Ədliyyə Nazirliyi ilə əvəz edilmiş və iddiaçının “Dövlət qulluğundan böhtanla azad edilməyi və öz arzusu ilə vəzifədən azad edilməyi barədə 10.07.2018-ci il tarixli, 389-K saylı əmrin ləğv edilməsi”-nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5074/2020 nömrəli, 07.10.2020ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
4. Sumqayıt İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 14.06.2021-ci il tarixli, 2-1(118)-430/2021 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
5. Birinci in stansiya məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 24.4, 35.1, 38.1-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 14.06.2021-ci il tarixli, 2-1(118)-430/2021 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 09.09.2021-ci il tarixli, 2-1(105)491/2021 nömrəli (hakimlər İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Rəşadət Ağayev və Fuad Məmmədov) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəmə sinin 14.06.2021-ci il tarixli, 2-1(118)-430/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarını tətbiq etməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 09.09.2021-ci il tarixli, 2-1(105)-491/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması və mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN D ƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasına dair müddətin ötürülməsinə dair işin faktiki hallarına düzgün qiymət verilməmiş, iddiaçı tərəfindən məhkəmələrə qanunla müəyyən edilmiş müddətdə müraciət edilməsi nəzərə alınmamış, nəticədə iddiaçının məhkəməyə müraciət hüququ pozulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zama nı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmam asını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
12. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət prose s iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunma sını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olun duğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏ DLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, iş materiallardan görünür ki, iddiaçı 389K №-li, 10.07.2018-ci il tarixli, əmrlə dövlət qulluğundan azad edilmişdir. İddiaçı isə həmin əmrdən iki ilə yaxın müddət keçdikdən sonra, yəni 12 iyun 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı özü də, iddia ərizəsində sonradan hüquq məsləhətçisi işinə düzəldiyi Şabran Bələdiyyəsindən işdən çıxması ilə əlaqədar hazırkı iddianı gec qaldırdığını bildirmişdir.
16. İddiaçının hazırkı iddia tələbi ilə mübahisələndirildiyi Ədliyyə Nazirliyi tərəfindən qəbul edilən əmr 10.07.2018-ci tarixə aiddir.
17. Məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq müddətini ötürüldüyü üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.
18. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia i nzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
19. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağl ı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
20. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 09.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 2-1(105)-491/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.