Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-465/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial sığorta ödənişlərinin fərdi hesabda qeyd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına qarşı “2011 və 2013-cü ild ə torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərinin fərdi hesabında qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-319/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 28.9.2011-ci il tarixli 194060 nömrəli mədaxil qəbzinə əsasən, “torpaqdan sosial sığorta haqqı” qeyd edilməklə DSMF-in Şəki şəhər şöbəsinə 15 manat, xx.xx.2013cü il tarixli 26 nömrəli orderə əsasən, “torpaqdan sosial sığorta haqqı” (8010064) qeyd edilməklə DSMF-in Şəki şəhər şöbəsinə 10 manat ödəmişdir.
2. Cavabdeh iddiaçıya ünvanladığı 21.6.2021-ci il tarixli məktu bla bildirmişdir ki, iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmasına münasibət bildirilməsi üçün Fonda müraciət edilmiş, müvafiq cavab gəldikdən sonra iddiaçıya cavab veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 9.12.2021-ci il tarixdə iddia ərizəsi ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4. 14.06.2022-ci il tarixdə iddiaçı, tələbini və cavabdeh orqanı dəyişərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının üzərinə 2011-ci və 2013-cü ildə torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərinin fərdi hesabında qeyd edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, araşdırma zamanı sığortaedənin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmadığı müəyyən olunmuşdur. Müraciətin araşdırılması mümkün olmadığı üçün xx.xx.2022-ci il tarixli məktubla fonda müraciət edilmişdir. Qeyd olunan müraciətə Fond tərəfindən cavab verildikdən sonra işə dair münasibət bildiriləcəkdir.
6. DSMF PHŞ-nin 2 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı DSMF-nin hesabına xx.xx.2011-ci il tarixdə 194060 nömrəli mədaxil qəbzi ilə 15 manat və xx.xx.2013-cü il tarixdə 26 nömrəli orderlə 10 manat torpaqdan sosial sığorta haqqı ödəmişdir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 5.8.2022-ci il tarixli 2-1(116)606/2022 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının torpaq mülkiyyətçisi kimi 2011-ci ildə ödədiyi 15 manat və 2013-cü ildə ödədiyi 10 manat sosial sığorta ödənişlərinin fərdi hesabında qeyd edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan, iddiaçını n “Torpaq mülkiyyətçiləri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmadığını bildirsə də, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, müvafiq uçotun aparılması iddiaçıdan ödənişləri qəbul edən DSMF-nun Şəki şəhər şöbəsinin vəzifəsi olmuşdur. Ödənişləri qəbul edən DSMF-nun Şəki şəhər şöbəsi iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmiş, əksinə, ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Bununla da, iddiaçı, torpaq mülkiyyətçisi kimi müvafiq ödənişləri ödəməklə, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra etmişdir. Buna görə də cavabdeh orqan, iddiaçının 2011-ci və 2013- cü ildə torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərinin, onun fə rdi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-319/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/ V.İ.Məlikov və G.İ.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 5.8.2022-ci il tarixli 2-1(116)-606/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv ed ilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. İddiaçının mərhum həyat yoldaşı X1 Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs” kimi 4 mart 2013-cü il tarixində Fondun 15 saylı regional ərazi filialı (Şəki şəhəri) üzrə uçota alınmışdır.
14. Qanunvericiliyə əsasən, mülkiyyətçi əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı ödəməli idi, lakin, A.Məmmədhəsənli uçota alınan zaman iddiaçının ailə üzvü olmasına dair məlumatları təqdim etmədiyinə görə iddiaçı M EİS-in “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs”in “ailə üzvləri” siyahısında qeyd olunmamışdır.
15. İddiaçı tərəfindən iddia edilən məbləğlər (2011-ci il üçün 15 manat, 2013-cü il üçün 10 manat) ödənildiyi vaxt A.Məmmədhəsənli mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi uçotda olmamışdır.
16. Mülkiyyətçiyə aid 2011-ci və 2013-cü illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar” və ona uyğun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında” məlumatlar aşkar edilməmiş, yalnız 2017-ci ilin İ rübü üzrə təqdim edilmiş Forma B2 aşkar edilmişdir.
17. Şikayətin maddi hüquqi əsası kimi “Sosial sığo rta haqqında” Qanunun həmin dövrdə qüvvədə olan 13, 14-cü maddəsinə, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun həmin dövrdə qüvvədə olan 9-cu və 10-cu maddəsinə istinad edilmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanun (ödənişin icra olunduğu 2011-2013-cü illərdə qüvvədə olan redaksiyada): M a d d ə 1
0. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüquq və vəzifələri 10.1. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hüquqlara malikdir: 10.1.1. İşəgötürəndən və sığorta olunandan b u Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 10.1.2. İşəgötürənin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; 10.1.3. İşəgötürənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək. 10.2. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: 10.2.1. İşəgötürən və sığorta olunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.2. sığorta olunana onun müraciətinə əsasən fərdi şəxsi hesabı ndakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək; 10.2.3. pensiya təyin edən orqana, onun sifarişinə əsasən, pensiya təyin olunması barədə ərizə vermiş sığorta olunanın fərdi şəxsi hesabındakı məlumatları təqdim etmək; 10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında veril miş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə 194060 nömrəli mədaxil qəbzi ilə 15 manat və xx.xx.2013-cü il tarixdə 26 nömrəli orderlə 10 manat torpaq mülkiyyətçisi kimi məcburi dövlət sosial sığorta haqqı DSMF-in Şəki şəhər şöbəsinin hesabına ödənilmişdir.
25. İddia çının DSMF-nun hesabına xx.xx.2011-ci il tarixdə 15 manat və xx.xx.2013cü il tarixdə 10 manat “torpaqdan sosial sığorta haqqı” ödəməsi DSMF PHŞ-nin 2 saylı Şəki-Zaqatala regional filialının birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubla da təsdiq edilmişdir.
26. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd etmək lazımdır ki, işəgötürəndən və sığorta olunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hüququ, həmin şəxslər tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək sığortaçının və zifəsidir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qanunda nəzərdə tutulmuş səlahiyyətləri publik-hüquqi xarakter daşıdığından o, həmin səlahiyyətlərin icrasından imtina edə bilməz və bunun üçün əsaslar olduğu halda, məcburi dövlət sosial sığortasının məqsədləri üçün sığortaedəndən və sığortaolunandan qanunla müəyyən edilmiş məlumatları tələb etməli, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməlidir.
28. Hazırkı halda, cavabdeh inzibati orqan yuxarıda qeyd olunan ödənişləri qəbul etməsinə baxmayaraq, məcburi dövlət sosial sığortasının məqsədləri üçün zəruri məlumatların fərdi şəxsi hesaba daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafi zəsini təmin etməmişdir.
29. Beləliklə, cavabdeh orqan 2011-ci və 2013-cü ildə torpaq mülkiyyətçisi kimi ödənilən sosial sığorta ödənişlərini iddiaçının fərdi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-319/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.