Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-465/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “pul vəsaitinin tutulması ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2-1(106)-263/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya ikinci dərəcə əlilliyə görə təyin edilmiş əmək pensiyasının növü onun müraciətinə əsasən xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası növünə dəyişdirilmişdir. Ona xx.xx.2011-ci il tarixdə işləməyən şəxs kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İşləməyi barədə məlumat vermədiyi üçün əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinin tələbi nəzərə alınmadan həyata keçirilmişdir. Nəticədə ona xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 7119,56 manat məbləğində artıq pensiya məbləği ödənilmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixinə ödənilməli olan pensiya məbləği ilə ödənilmiş pensiya məbləğinin fərqi 6843,06 manat təşkil edib. Artıq ödənilmiş pensiya məbləği 2021-ci ilin avqust ayından etibarən aylıq pensiya məbləğindən tutulmaqla bərpa edilir.
2. Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsindən xx.xx.2011-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək ikinci qrup əlilliyə görə pensiya almışdır. xx.xx.2021-ci il tarixdən pensiya növünü dəyişərək yaşa görə əmək pensiyası almışdır. Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən xx.xx.2011xx.xx.2017-ci illər ərzində işlədiyi halda pensiyanın baza və sığorta hissəsi tam ödənildiyindən, 7119,56 manat artıq ödənilmişdir. Artıq ödənilmiş məbləğ xx.xx.2021-ci il tarixdən başlayaraq 34,9 manat olmaqla pensiyadan tutulmuşdur. Pensiyanın yenidən haqq-hesabı nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yaranmış 276,5 manat fərq məbləği artıq alınmış məbləğdən birdəfəlik tutulmuşdur.
3. Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə müb ahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məktubda qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin PAS-da tutulma xanasında qeyd olunmuş xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 7119,56 manat artıqalma məbləği qeyd edilmişdir. Artıq alınmış məbləğ barədə vətəndaşın xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixli məktubla məlumat verilmişdir. Nəticədə 7119,56 manat artıq verilmiş məbləğ xx.xx.2021-ci il tarixdən xx.xx.2037-ci il tarixədək tutulacaqdır
4. Elektron İnformasiya Sisteminin Pensiya Təyinatı altsistemindən xx.xx.2023-cü il tarixli çıxarışda qeyd edilmişdir ki, xx.xx.2021-ci ildə aşkarlanmış əlilliyə görə əmək pensiyasının ödəni şi zamanı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək yaranmış artıqvermə Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 3 ildən əvvəlki dövrü əhatə etdiyi üçün əmək pensiyasından tutulma dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ondan pul vəsaitinin tutulması ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildən ikinci dərəcəli əlilliyə görə pensiya almış, müraciət i əsasında əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasına keçirilmişdir. Müəyyən edilmiş pensiya məbləğinin düzgün hesablanmaması barədə 2021-ci ilin mart ayında cavabdehə müraciət etmiş, lakin pensiyanın məbləğində heç bir dəyişiklik olmamışdır. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyasını yenidən hesablayaraq xx.xx.2021-ci il tarixdən 326,45 manat müəyyən etmişdir. Lakin artırılmış ödənişlər pensiya kartına düşmədiyinə görə xx.xx.2021-ci il tarixdə yenə də cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqandan ona bildirilmişdir ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ona artıq pensiya ödənişi edildiyinə görə, xx.xx.2021-ci il tarixdən başlayaraq pensiya məbləğindən hər ay 34,9 manat, ümumilikdə isə 7119,56 mana t məbləğində tutulma qərara alınmışdır.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. Xidməti yoxlama zamanı aşkar edilmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək işlədiyi barədə cavabdehə məlumat vermədiyi üçün əmək pensiyasının ödənişi Qanunun yuxarıda qeyd olunan 37.3.2-ci maddəsin in tələbləri nəzərə alınmadan həyata keçirilmişdir. Nəticədə sözügedən dövrlər üzrə (xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək) 7119,56 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Beləliklə, cavabdeh orqan tərəfindən yaranmış 7119,56 manat artıq ödəmə xx.xx.2021-ci il tarixdən hər ay iddiaçının pensiyasından tutularaq Fondun hesabına bərpa edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.18-ci bəndinə əsasən əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərd ə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini dü zəldə bilər. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlər nəzərə alınaraq iddianın təmin olunmaması xahiş edilir.
8. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya altsisteminə əsasən Fondun Saatlı rayon şöbəsi tərəfindən iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixəd ək artıq ödəmə aşkar edilmişdir. İddiaçının pensiya işinə dair sənədlərdə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərar və ya iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir.
9. Şirvan İnzibati Məhkəməsinin (hakim: Hilal Nəcəfov) 05 aprel 2023-cü il tarixli, 2-1(120)-542/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdehin iddiaçıdan pul vəsaitinin tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin təmini üçün iddiaçının yanlış pensiya ödənişini alması ilə bağlı faktiki şərt özüözlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, eti mad hüququnun qorunmasına istinadın mümkün olub-olmamasıdır ki, məhkəmə hesab edir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşlarının ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əlavə əmək pensiyası məbləğinin ödənilməsinə, yəni 7119,56 manat artıq ödəmənin həyata keçirilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol vermiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması məhkəmə hesab edir ki, yolverilməzdir. Göründüyü kimi pul tutulmalarının aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuzdur, bu səbəbdən də cavabdehin iddiaçıdan pul vəsaitinin tutulması ilə bağlı hərəkətləri qanu nsuz hesab edilməli və tutulmuş pul vəsaiti geri qaytarılmalıdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının pensiya işinə dair sənədlərdə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərar və ya iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçıya qarşı artıq ödənilmiş pul vəsaitinin tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmamışdır. İddiaçıdan pul tutulsa da, hazırda qanunda dəyişikliklə əlaqədar pul vəsaitinin tutulması dayandırılmışdır, lakin tutulan pulun geri qaytarılması mümkün deyildi r.
13. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya altsisteminə əsasən Fondun Saatlı rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artıq ödəmənin həyata keçirildiyi qeyd edilmişdir. İddiaçının pensiya işinə dair sənədlərdə əlilliyə görə pensiyanın təyin edilməsinə dair xx.xx.2011-ci il tarixli, 118 nömrəli qərarı dəyişdirən və ya ləğv edən, eləcə də artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərar və ya razılıq ərizəsi aşkar edilməmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Müşfiq Həsənov /sədrlik edən və məruzəçi/, Samir Həsənov və Cahid İmanov) 02 oktyabr 2023c ü il tarixli, 2-1(106)-263/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasını bu barədə qərarın (inzibati aktın) qəbulu və bununla bağlı əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair nə qərarın (inzibati aktın) qəbulu, nə də hər hansı razılıq ərizəsi müəyyən edilmir. Belə ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə sorğularına cavab olaraq cavabdeh inzibati orqan tərəfindən bildirilmişdir ki, iddiaçının pensiya işinə dair sənədlərdə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qəbul edilmiş hər hansı qərar və ya iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. Qanunvericiliyə əsasən əmək pensiyaçısının razılığı olmadığı təqdirdə qeyd edilən məbləğlər məhkəmə qaydasında tutula bilər. Lakin cavabdeh belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə e ynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39.1 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq i nzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilmə si və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlver işli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüquq una malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvv ədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şik ayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıdan pul vəsaitinin tutulması ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən l azımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya xx.xx.2011-ci il tarixdən ikinci dərəcə əlilliyə görə təyin edilmiş əmək pensiyasının növü onun müraciətinə əsasən xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası növünə dəyişdirilmişdir. Cavabdeh iddiaçı tərəfindən işlədiyi barədə məl umat verilmədiyinin, bu səbəbdən də ona xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 7119,56 manat məbləğində vəsaitin artıq ödənildiyinin müəyyən olunduğunu əsas gətirərək, həmin hala iddiaçının münasibətini öyrənmədən, artıq ödəmənin geri qaytarılması ilə bağlı razılığının olub-olmadığını müəyyən etmədən, hər hansı inzibati akt qəbul etmədən və ya məhkəməyə müraciət etmədən, artıq ödənildiyi iddia edilən həmin vəsaitin geri qaytarılması məqsədilə xx.xx.2021-ci il tarixdən etibarən iddiaçının pensiya məbləğindən tutmalar aparmış, sonradan qanunvericiliyə edilmiş dəyişikliyə əsasən əmək pensiyasından tutmaları dayandırmışdır.
30. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ondan pul vəsaitinin tutulması ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsin ə və onun əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılmasına nail olmaqdan ibarətdir.
31. Bu qərarın 19-cu bəndində istinad olunan normada təsbit olunmuş qaydaya əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. 32. “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinin tələbi baxımından, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir.
33. Göründüyü kimi, bu qərarın 19-cu bəndində istinad olunan xüsusi qanunda başqa qayda, yəni “İnzibati icraat haqqında” Qanunda təsbit olunmuş qaydadan fərqli qayda nəzərdə t utulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsində təsbit edilmiş tənzimləməyə görə, xüsusi qanunda başqa qaydanın nəzərdə tutulduğu hallarda, məhz həmin xüsusi normanın müəyyən etdiyi qayda tətbiq olunur.
34. Hazırkı mübahisəyə münasibətdə artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı bu qərarın 19-cu bəndində istinad olunan normanın tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır. Belə ki, iş üzrə materiallardan artıq ödənildiyi iddia olunan vəsaitin şəxsin razılığı olmadan və ya məhkəməyə müraciət edilmədən cavabdeh tərəfindən birbaşa tutulduğu müəyyən olunur. Cavabdeh tərəfindən artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
35. Bundan əlavə, nəzərə almaq l azımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrin in yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları ba xımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
37. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmər əli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
38. Bu qərarın 35-37-ci bəndlərində qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından həmin məbləğin geri tələb edilməsi nin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı olduğu təqdirdə həmin məbləğin geri qaytarılması barədə qərar qəbul etməyə və ya şəxsin razılığı olmadığı təqdirdə məhkəmədə iddia qaldırmağa haqlı sayılmalıdır.
39. Nəzərə alınmalıdır ki, artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun artıq ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı normalarının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qə rarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2-1(106)- 263/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.