Məhkəmə qərarları › İş №2-1(102)-465/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-465/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-465/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlb etmənin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Novxanı qəsəbəsi, 864 nömrəli bağ sahəsinin konfiqurasiyası ilə əlaqədar aparılmalı olan işlərin icra edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2-1(105)-259/2023 saylı qərardadından üçüncü şəxs qismində cəlbetmə ilə bağlı ərizə verən şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 Abşeron rayon XDS İcrayyə Komitəsinin 150-5 saylı qərarına əsasən Novxanı kəndi ərazisində 500 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Məhəmmədiyyə Hacıyev həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirdikdən sonra fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarını qeydə aldıraraq qeydiyyat vəsiqəsi əldə etmiş və 02 aprel 1998-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunda yerləşən Novxanı bağ sahəsində olan 1 otaqdan ibarət 864 nömrəli bağ sahəsini X11 (iddiaçının ərinə) satmışdır.

3. Fərdi yaşayış evinə dair Məhəmmədiyyə Hacıyevin adına verilmiş 11943 saylı qeydiyyat vəsiqəsində yalnız 33,5 kv.m ibarət olan bağ evi qeydə alınmışdır. Lakin bağ evinə verilmiş texniki pasportda qeyd olunan fərdi yaşayış evinin 69 kv.m torpaq sahəsinin üzərində inşa edilməsi, həmin fərdi yaşayış evinin həyatyanı sahəsinin isə 558 kv.m təşkil etməsi qeyd olunmuşdur.

4. X16 qonşuluqda olan 0.0952 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydə aldırmış, lakin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi bağ evi və onun həyatyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydə aldırmadan xx.xx.2018-ci ildə vəfat etmişdir.

5. X9 mülkiyyətində olan 0.0952 ha torpaq sahəsi ilə notarial qaydada əldə etdiyi bağ evinin 500 kv.m həyətyanı torpaq sahələri birləşdirilmişdir.

6. İddiaçı mərhum Faiq İbadovun arvadı olmuş və mərhumdan miras qalmış əmlakın vərəsəlik qaydasında qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etmişdir.

7. Daha sonra, İddiaçı mərhum əri tərəfindən əldə etdiyi 500 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina etmişdir.

8. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqinin olduğu, təqdim edilmiş qərarın arxiv baza məlumatlarında aşkarlanmadığı, həmçinin torpaq sahəsinin sözügedən qərar əsasında X16 tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədinin müəyyən edilməməsi aşkar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı qəsəbəsi, 864 nömrəli bağ sahəsinin konfiqurasiyası ilə əlaqədar aparılmalı olan işlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 aprel 1998-ci il tarixdə həyat yoldaşı X16 X1 Abşeron rayonunun 864 nömrəli bağ sahəsində yerləşən bağ evi almışdır. Bu müqavilə Abşeron rayonu 2 saylı Dövlət notariat kontoru tərəfindən təsdiqlənmişdir. Həmin dövrdən əri və o qeyd edilən bağ evindən istifadə etməyə başlamış və həyat yoldaşı 864 №-li bağ sahəsini özəlləşdirmişdir. xx.xx.2018-ci il tarixdə əri Faiq İbadov vəfat etmişdir. Onun ölümündən sonra vərəsəliklə bağlı sənədləşdirilmə aparılarkən məlum olmuşdur ki, hələ sağ ikən o, 14 may 2011-ci il tarixdə sözügedən bağ sahəsinin özə lləşdirilməsi ilə məşğul olması üçün Maraqlı şəxs etibarnamə vermiş, lakin sonuncu tərəfindən bu edilməmiş və 864 №-li bağ sahəsi bu günədək özəlləşdirilməmişdir. Bu haqda məlumat aldıqdan sonra qeyd edilən bağ sahəsinin özəlləşdirilməsi məqsədilə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin 07 yanvar 2022-ci il tarixli **********82 nömrəli məktubla tələbi təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

12. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən 884 nömrəli bağ evinin yerləşdiyi 500 m2 torpaq sahəsinin üzərində mərhum X9 adına mülkiyyət hüququnun tanınması və çıxarışın verilm əsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

14. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-1(118)2432/2022 nömrəli qərarı ilə (hakim X8) iddia təmin edilərək, Abşeron rayonu Novxanı kəndində yerləşən 864 nömrəli bağ evinin yerləşdiyi 500 m2 torpaq sahəsinin üzərində mərhum X9 adına mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Mə sələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin konfiqurasiyasının torpaqların birləşdirilməsi nəticəsində dəyişdirilməsi mümkün olan bir haldır. Nəzərə alınmalıdır ki, 864 saylı bağ evinin həyatyanı torpaq sahəsinin koordinatları mövcud olmadığına görə "xxxx" MMC məhkəmənin sorğusuna cavab olaraq 558 kv.m torpaq sahəsinin mülkiyyətçisi barədə məlumat verilməsini mümkün olmamışdır. Belə olduğu tədqirdə 864 saylı bağ evinin 558 kv.m həyatyanı torpaq sahəsinin yerləşdiyi yerin konfiqurasiyasının hansı formada olması haqqında məlumatın cavabdeh təşkilat tərəfindən əldə etməsi məlum olmur. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, cavabde h təşkilatın konfiqurasiya ilə bağlı gətirdiyi dəlil əsassızdır.

16. Daha sonra məhkəmə qərarda qeyd etmişdir ki, mübahisə predmeti olan 500 kv.m torpaq sahəsi Faiq İbadova deyil, həmin torpaq sahəsinin ilkin sahibi olan X2 Abşeron rayon XDS İcraiyyə Komitəsinin 150-5 saylı qərarı əsasında ayrılmışdır. Sonradan həmin torpaq sahəsinin üzərində 1 otaqlı fərdi yaşayış evi inşa edilərək üzərində mülkiyyət hüququ qeydə alınmış və 02 aprel 1998-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Faiq İbadova satılmışdır. Belə olduğu təqdirdə cavabdeh təşkilat tərəfindən torpaq sahəsinin Faiq İbadovun deyil Məhəmmədiyyə Hacıyevin adına ayrılmasının hüquqi əsaları müəyyən edilməli idi. İnzibati orqan inzibati icraat çərçivəsində qeyd olunan qərarın həqiqiliyini müəyyən etmək əvəzinə sənədin arxiv kötüyün ün olmamasına istinad etməklə kifayətlənmişdir. Hesab olunur ki, inzibati orqan tərəfindən həmin sənədin qeyrihəqiqiliyi müəyyən edilmədiyi təqdirdə mötəbərlik prinsipi əsasında sənəd həqiqi hesab edilməlidir.

17. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-1(118)- 2432/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-259/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X17 /məruzəçi/, X7 və X14) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-1(118)- 2432/2022 nömrəli qərarı dəyişdirilmiş, Abşeron rayonu, No vxanı kəndində yerləşən 864 nömrəli bağ evinin yerləşdiyi 500 kv.m torpaq sahəsinin mərhum X9 mülkiyyətində olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığından, cavabdehin imtinası qanuni hesab edilə bilməz və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır.

20. Eyni zamanda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlsə də, apell yasiya instansiyası məhkəməsində işə baxılarkən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyindən və həmin ərizə icraata qəbul edildiyindən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Abşeron rayonu, Novxanı kəndində yerləşən 864 nömrəli bağ evinin yerləşdiyi 500 kv.m torpaq sahəsinin mərhum X9 mülkiyyətində olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

21. Daha sonra Maraqlı şəxs vəsatətlə apellyasiya instansiya məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-259/2023 nömrəli qəra rının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi, Maraqlı şəxs zəruri cəlb etmə qaydasında inzibati iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-259/2023 nömrəli, 29 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər X6 /məruzəçi/, X7 və X12) Maraqlı şəxs “qanuni qüvvəyə minmiş məhkəmə qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasına dair” vəsatəti təmin edilməmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçinin mübahisə predmeti olan əmlakla hər hansı hüquqi bağlılığının olması sübuta yetirilmədiyindən iş üzrə icraatın təzələnməsi və Maraqlı şəxs üçüncü şəxs qismində inzi bati məhkəmə icraatına cəlb edilməsi qanuni sayıla bilməz.

24. Maraqlı şəxs apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətində Mülki Məcəllənin 152-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olmuşdur.

26. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, Maraqlı şəxs tərəfindən torpaq sahəsinin dəyəri olan 8000 (səkkiz min) manat məbləğində pul tam ödənildiyindən torpaq sahəsinin əvvəlki sahibi X16 tərəfindən ona Bakı şəhəri 31 saylı notariat ofisində etibarnamə vermişdir. 14 may 2011-ci il tarixli, ƏN-1 seriyalı 155605 nömrəli həmin etibarnaməyə əsasən o, özünə məxsus Abşeron r-nu, Novxanı bağ sahəsində 864 nömrəli bağ sahəsinin həyətyanı torpaq sahəsindən 0,04 ha torpaq sahəsinin üzərində tikinti işləri aparmağı, özəlləşdirməyi və onun üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Maraqlı şəxs həvalə etmişdir.

27. Etibarnamə ilə torpaq sahəsinin satılması öz təsdiqini tapmışdır. Məhz etibarnamə verildikdən sonra Maraqlı şəxs həmin torpaq sahəsini X9 və onun ailə üzvlərinin gözləri qarşısında hasara alaraq orada ikimərtəbəli yaşayış evi tikmiş və həmin vaxtdan indiyə kimi həm 0,04 ha torpaq sahəsinə, həm də onun üzərində inşa etdiyi iki mərtəbəli yaşayış evinə faktiki sahiblik etməklə istifadə edir.

28. Göründüyü kimi, Maraqlı şəxs aldığı torpaq sahəsinə dair mülkiyyət hüququnun tərkib hissələri olan sahiblik və istifadə hüquqları, həmçinin mənzilin onun adına dövlət reyestrində qeydiyyata alınması üçün tələb hüququ yaranmışdır. Lakin məhkəmə kollegiyası göstərilənlər barəsində səhv nəticəyə gəlmiş, hesab etmişdir ki, Maraqlı şəxs tərəfindən təqdim edilən sənədlər torpaq sahəsi üzərində onun mülkiyyət və ya digər əmlak hüquqlarının (sahiblik, istifadə və s.) mövcud olması halını təsdiq etmir.

29. Məhkəmə kollegiyası səhv olaraq göstərilən hüququn yaranması üçün ancaq daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin bağlanılmasının zəruri olması qənaətinə gəlmiş, X16 tərəfindən Maraqlı şəxs torpaq sahəsi üzərində olan evə dair sərəncam vermək hüququ ilə etibarnamə verilməsini, kommunal xərclərə dair müqavilələrin sonuncu ilə bağlanmasını, həmin ödənişlərin uzun 2008-ci ildən indiyə kimi onun və ailə üzvlərinin tərəfindən ödənilməsini torpaq sahəsinin satın alınması halını təsdiq edən sübut kimi qiymətləndirməmişdir.

30. Halbuki Maraqlı şəxs torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı Abşeron Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinə əlavə etdiyi 14 may 2011-ci il tarixli aktla da həmin torpaq sahəsinin ona satılması faktı təsdiq olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə

365. Etibarnaməyə xitam verilməsi 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:... 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; … Maddə

646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakı nın xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarı nı (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. K assasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hes ab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərardadın nəticəsi ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

39. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayəti ilə əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

40. Kassasiya şikayətinin dəlillərindən aydın olur ki, ərizəçinin kassasiya şikayəti verməkdə çatmaq istədiyi hüquqi nəticə üçüncü şəxs qismində cəlb edilməsinə nail olmaqdan ibarət olmuşdur.

41. Ərizəç i bildirir ki, mübahisə predmeti olan daşınmaz əmlak iddiaçının əri tərəfindən ona etibarnamə əsasında satılmışdır. Odur ki, hazırkı iş üzrə qəbul edilmiş qərar onun mənafeyinə toxunur.

42. Məhkəmə kollegiyası ərizəçinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir: “İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlar ının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanu nla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır”.

43. Konstitusiya Məhkəməsinin mövqeyindən də anlaşılır ki, şəxs məhkəmə icraatına cəlb edilməsini tələb edirsə, bu halı əsaslandırmalıdır.

44. Ərizəçi üçüncü şəxs qismində cəlbin əsası kimi iddiaçının mərhum ərinə etibarnamə əsasında torpaq sahəsinin dəyərinin ödənilməsinə, orada tikinti işlərinin həyata keçirilməsinə, kommunal xidmətlərlə bağlı müqavilələrin onun adına bağlanmasına istinad etmişdir.

45. Məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyin tələbinə əsasən etibarnamə – bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Etibarnaməni verən şəxs müvafiq olaraq “Etibarən edən”, etibarnamə üzrə səlahiyyətli şəxs isə “Etibar edilə n” tərəf adlanır. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi ilə etibarnaməyə xitam verilir.

46. Beləliklə, göründüyü kimi etibarnamə hər hansı bir əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas deyildir. Başqa sözlə etibarnamə ilə etibar edilən etibar edənin ona verdiyi səlahiyyətlər çərçivəsində addıma ata bilər.

47. Hər hansı bir daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün isə mütləq qaydada yazılı müqavilə olmalı və bu notarial qaydada qeydiyyata alınmalıdır. Əks halda həmin müqavilənin heç bir hüquqi əsası olmayacaq.

48. Bu yanaşma “Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Qərarında əks edilmişdir. Konstitusiya Məhkəməsi qeyd etmiş dir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyy ən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

49. Hazırkı iş üzrə ərizəçinin daşınmaz əmlakla bağlı iddiaçının mərhum əri ilə olan etibarnaməsi şəxsin ölməsi əsas ilə öz hüquqi qüvvəsini itirmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmənin hüquqi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi” məqsədi ilə (İPM-in 98-1-ci maddəsi) qəbul etdiyi “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 2022-ci il 17 fevral tarixli, 01/2022 №-li qərardadında ətraflı şəkildə şərh edilmişdir.

51. Həmin kollegial qərardadda göstərilmişdir ki, hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.

52. Məhkəmə kolle giyası hesab edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ərizəçinin hər hansı qanunla qorunan maraqlarına toxunması və ya pozması halı müəyyən edilməmişdir Bu baxımından, ərizəçinin vəsatətinin rədd edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs qismində cəlbetmə ilə bağlı ərizə verən şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2-1(105)-259/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar