Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-466/2019 05.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsi Qasımov Azər Məmməd oğlunun və vəkili Hümbətov Camal Əli oğlunun, üçüncü şəxs Ərizəçi vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti və Ərizəçi qarşı torpaq sahəsinin planı və ö lçülərinin etibarsız sayılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2719/2018 saylı iş üzrə 08 noyabr 2018-ci il tarixli qərardadından üçüncü şəxs Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Azərbaycan” Nəşriyyatı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti və Ərizəçi qarşı «torpaq sahəsinin planı və ölçülərinin etibarsız sayılması» tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəyə baxılması gedişatında üçüncü şəxs Ə rizəçi məhkəməyə yazılı vəsatət təqdim edərək Ərizəçi verilmiş **********45 reyestr nömrəli və onun verilməsinə əsas olmuş X1 qızına verilmiş **********45 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi tələbi ilə bağlı iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3194/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qərardadı (hakim – R.L.Kərimli) ilə üçüncü şəxsin “iddianın mümkün sayılmaması barədə” vəsatətinin təmin edilməməsi qərara alınmış, eyni zamanda, həmin qərardaddan müstəqil şikayət verilə bilməyəcəyi göstərilmişdir. Üçüncü şəxs Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və vəsatətin təmin edilərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2719/2018 saylı, 08 noyabr 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və M.A.Məmmədov) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3194/2018 saylı 09 oktyabr 2018-ci il tarixli qərardadından üçüncü şəxs Ərizəçi tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Üçüncü şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2719/18 saylı, 08 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəf indən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki,İnzibati-Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati-iqtisadi kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-in 83.3-cü maddəsində müstəqil qaydada şikayət verilməsi mümkün olmayan qərardadların siyahısı göstərilmişdir. İddianın mümkün hesab edilməməsi barədə vəs atətin təmin olunmaması barədə qərardad bu siyahıda göstərilməmişdir, odur ki, bu qərardaddan şikayət verilməsi mümkündür. Bundan başqa, iddiaçı tərəfindən mübahisələndirilən plan və ölçülər texniki sənəd olmaqla inzibati akt deyildirlər. Torpaq sahəsinin plan və ölçüsü “İnzibati icraat haqqında” Qanunda inzibati akt üçün müəyyən edilən əlamətlərə malik olmamaqla birlikdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla texniki sənəd kimi müəyyən edildiyi üçün bu iddia tələbi də mümkün hesab edilə bilməz. Tərəflərin izahatları Məhkəmə iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün isə qərardadın dəyişdirilmədən saxlanılmasın ı xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olu nmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, üçüncü şəxs Ərizəçi tərəfindən birinci instansiya məhkəməsinə “iddianın mümkün sayılmaması barədə” vəsatət təqdim edilmiş və məhkəmənin 09 oktyabr 2018-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş və qərardadın nəticə hisəsində “qərardaddan müstəqil qaydada şikayət verilmədiyi” göstərilmişdir. Bundan sonra isə üçüncü şəxs tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati-iqtisadi kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 83.4-cü maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəməni n yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Yuxarıda sadalanmış müddəaların mənasından göründüyü kimi yalnız iddianın mümkün sayılmamasına dair qərardaddan ayrıca müstəqil qaydada şikayət verilməsi mümkündür. İddianın mümkün sayılmamasına dair vəsatətin təmin edilməməsi əslində məhkəmə tərəfindən iddianın mümkün iddia kimi qəbul edildiyi və mahiyyəti üzrə baxılmalı olduğu mənasına gəlir. İPM-də isə iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılmasına dair qəbul edilmiş məhkəmə aktlarının ayrıca mübahisələndirilməsi imkanı nəzərdə tutulmamışdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3194/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qərardadından müstəqil qaydada şikayətin ver ilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır və buna görə də, apellyasiya şikayətini qeyrimümkün hesab etməkdə məhkəmə haqlı olmuşdur. Üçüncü şəxs iddianın qeyri-mümkün hesab edilməli olduğuna dair dəlillərini məhkəmənin yekun qərarından verdiyi şikayətdə göstərə bilər. Öz növbəsində yuxarı instansiya məhkəmələri həmin dəlillərin əsaslılığı qənaətinə gəldikdə iddianı mümkün hesab etməyə bilərlər. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2719/2018 saylı iş üzrə 08 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-466/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-466/2019
05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver