Məhkəmə qərarları › İş №2-1(102)-466/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-466/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-466/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: xarici diplomun tanınması GİRİŞ HİSSƏ 27.02.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), İlqar Ağababaş oğlu Dadaşov və X1 ibarət tərkibdə, cavabdeh Nazirliyin nümayəndəsi X2 və vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması və şəhadətnamənin verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına A.N.Bektov adına Xarkov Dövlət Şəhər Təsərrüfatı Universiteti tərəfindən verilmiş B17 252693 №-li diplom üzrə ixtisasın tanınması və bu barədə ekvivalentlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Nazirliyə həvalə edilməsi barədə qərar çıxarımasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli; iş No 2-1(82)-1554/2019) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixl i qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)2215/19) iddiaçınınapellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iş üzrə yeni qərar qəbul ediləərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla iş üzrə əsassız və qanunsuz yekun qərar qəbul edilmişdir. Tərəfl ərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Nazirliyin vəkili H.Cəlilov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdehin nümayəndəsi R.Hüseynov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbayca n Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 2014-2017-ci illərdə Ukraynanın A.N.Beketov adına Xarkov Dövlət Şəhər Təsərrüfatı Universitetində «Uçot Audit» ixtisası üzrə təhsil almış və xx.xx.2017-ci il tarixdə ona B17 №252693 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı cavabdeh Nazirliyə müraciət edərək, xaricdə aldığı təhsil haqqında dtplomun Azərbaycan Respublikasında tanınması və müvafiq şəhadətnamənin verilməsini xahiş etmişdir etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişlə müraciətinin təmin edilməsindən imtina edilmiş, buna əsas kimi, Nazirlikdə iddiaçı ilə müsahibə aparılarkən, Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edilməsi və «Avropa regionunda ali təhsil sahəsində ixtisasları n tanınması haqqında» Konvensiyaya və “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr»ə istinadən iddiaçının diplomu üzrə ixtisasın tanınmasının mümkün hesab edilməməməsi, yəni Ekspert qrupunun mənfi rəy veriməsi göstərilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının, Azərbaycan Respublikasının xx xxxx 2000-ci il tarixli 919-İQ Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında» Saziş mövcud olduğu halda, cavabdeh Nazirlik tərəfindən, ona münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın müddəalarının tətbiq edilməsinin və ekspert qrupunun rəyinin əsas götürülməsinin düzgün olmaması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Ona görə ki, qeyd edilən Sazişin 5-ci maddəsinə görə, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Bu maddəsi ilə müəyyən edilən şərtin mənasından göründüyü kimi, Ukraynada verilmiş diplom təhsilin müddətinə və təhsilin məzmununa uyğun gəlmədiyi halda, Azərbaycan Respublikası ərazisində tanınmasından söhbət belə gedə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsində də X5 belə bir diskresion səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Ümumiyyətlə, həmin Konvensiyasının Vİ maddəsinə aid edilən müddəalarından görünür ki, ixtisasın tanınması zamanı təkcə kəmiyyət meyarları deyil, həm də keyfiyyət me yarları da nəzərə alınmalıdır Ona görə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.2-ci bəndinə əsasən, iddiaçının təhsil aldığı ixtisas üzrə bilik səviyyəsinin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğunun ekspertiza qaydasında yoxlanılması əsassız hesab oluna bilməz. Belə olan halda, «Qaydaları»ın isə 3.6-cı bəndi isə nəzərdə tutur ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmunun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəl xalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır Azərbaycan Respubliasının qanunvericiliyi ilə müəyyən edilən təhsilin dövlət standartları isə aşağıdakı kimidir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Həmin Qanunun tətbiq edilməsinə dair AR Prezideqtinin Fərmanına (sentyabr 2009-cu il, № 156) əsasən müvafiq icra hakimiyyəti səlahiyyətini Nazirlər Kabineti həyata keçirir.) Müvafiq icra hakimiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş 1-ci hissəsinin 1.3-cü bəndinin 6 -cı yarımbəndinə əsasən ali təhsilin dövlət standartı həmçinin müəyyən edir«təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini də əhatə edir. Cavabdeh Nazirliyin Ekspert qrupunın hazırkı mərhələdə verdiyi 2019-cu ilin yanvar ayında tərtib lunan rəyindən isə görünür ki, iddiaçı ilə aparılan müsahibə zamanı onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmiş və «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İİ.1.2-ci maddəsinə və Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr»ə istinadən iddiaçının diplom üzrə ixtismasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Konvensiyanın qeyd olunan İİ.1.2-ci maddəsi isə nəzərdə tutur ki, müraciəti n baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik bacarıqlarının qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirildiyini təmin edir. Ona görə də, iddiaçının tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı halda, iddiaçının «Uçot Audit» ixtisası üzrə aldığı ali təhsil onun məzmununa uyğun hesab oluna bilməz: ekspert qrupunun mənfi rəyi əsaslı və qanuni olmuşdur. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.6-cı bəndindən isə görünür ki, ekvivalentlik haqqında şəhadətnamə müsbət rəy olduqda verilir. Ekspert qrupunun qeyd olunan rəyindən isə göründüyü kimi mənfidir. «Qaydalar»ın 3.7-ci bəndinin birinci hissəsindən isə görünür ki, mənfi rəy ekvivalentl ik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasdır. Beləliklə də, iddiaçının aldığı diplom üzrə ixtisasın tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən cavabdeh inzibati orqan tərəfindən imtina olunması işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, diplumun tanınmasından imtina edilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə, diplom üzrə ixtisasın tanınması cavabdeh Nazirliyin diskresion olan bir sələahiyyətidir. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin hallarına və maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Beləə ki, Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o h alda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Həmin Məcəllənin 73.3 və 73.3.2-ci maddələrinə müvafiq olaraq inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respubli kası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar