Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-466/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Şəki Şəhər Rayon Polis şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mənzildən qeydiyyatdan çıxarılma 10.03.2021 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Şəki Şəhər Rayon Polis şöbəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızı, bundan sonra üçüncü şəxs) “ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxxxx 2018-ci ildən faktiki olaraq Şəki şəhəri, 31-ci rayon, Ziya Bünyadov küçəsi, döngə 2, ev 2 ünvanında yaşayan X5 mülkiyyətində olan ünvan 33 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-435/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından üçüncü şəxsin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. 2. “Elektron notariat” X1 çıxarışa əsasən iddiaçı keçmiş gəlini, hazırkı iş üzrə üçüncü şəxsin onun ünvanına qeydiyyata düşməsinə razılıq vermişdir. 3. “Nikahın pozulması haqqında şəhadətnamə”yə əsasən iddiaçının oğlu X12 ilə üçüncü şəxs arasında bağlanmış nikah xx xx xx 2019-cu il tarixdə ləğv edilmişdir.
4. İddiaçı üçüncü şəxsin qeydiyyatının ona məxsus ünvan 1 ünvanından çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmiş və məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxxxx 2018-ci ildən faktiki olaraq Şəki şəhəri, 31-ci rayon, Ziya Bünyadov küçəsi, döngə 2, ev 2 ünvanında yaşayan üçüncü şəxsin mülkiyyətində olan ünvan 33 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X11 üçüncü şəxs ilə 2016-cı il tarixdə ailə həyatı qurmuş və bu nikah x xxxxxx 2016-cı ildə Şəki rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. x xxxx 2017-ci ildə birgə nikahdan X10 dünyaya gəlmişdir. Bir müddət normal ailə münasibətləri şəraitində yaşayan bu şəxslər arasında anlaşılmazlıq, fikir ayrılığı yaranmış və 2018-ci ilin avqust ayının 21-də iddiaçının gəliniüçüncü şəxs övladı ilə evi tərk etmiş və bir daha geri qayıtmamışdır. Üçüncü şəxsin müraciəti əsasında Şəki rayon Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli, 2 (075)-314/2019 saylı qətnaməsi ilə nikah ləğv edilmişdir. Nikah münasibəti ləğv olunduqdan sonra üçüncü şəxs atası evində yaşayır. Ancaq üçüncü şəxsin qeydiyyatının iddiaçıya məxsus ünvan 1 ünvanında saxlanması bir mülkiyyətçi kimi onun hüquqlarının əsas sız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur.
7. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinə əsasən həmin evə qeydiyyata alınmışdır.
8. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi x xxxxxx 2019-cu il tarixli vəsatətlə bildirmişdir ki, o, keçmiş qaynatası İddiaçı qarşı iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət edərək “ünvan 33 nömrəli ünvanda yerləşən, cavabdeh qaynatası İddiaçı mülkiyyətində olan (çıxarış: seriya MH, nömrə 0014170) evdən onun və qızı X6 istifadə hüququnun tanınması və evə köçürülmələri” barədə qərar verilməsini xahiş etmişdir. Ona görə də mülki iş üzrə icraat başa çatana kimi hazırkı iş üzrə məhkəmə baxışının dayandırılmasını Şəki İnzibati-İqtisadi Məhkəməsind ən xahiş etmişdir.
9. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)1240/2019 nömrəli qərardadı ilə mülki iş üzrə icraat başa çatanadək hazırkı iddia tələbinə dair iş üzrə icraat dayandırılmışdır.
10. Şəki rayon Məhkəməsinin Şəki İnzibati Məhkəməsinə ünvanlanmış xx xxx 2020-ci il tarixli məktubuna əsasən hazırkı iş üzrə üçüncü şəxs olan X2 qayınatasına qarşı qaldırdığı iddia tələbi Şəki rayon Məhkəməsinin 2(75)-1663/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır.
11. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir.
12. Şəki İnzibati Məhkəməsinin (hakim X7, 2-1(116)-89/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə üçüncü şəxsin iddiaçının mülkiyyətində olan ünvan 6 23 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarınd an irəli gəlir.
14. Üçüncü şəxs həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər Rəfiyev Rövşən Rafiq oğlu-məruzəçi, X4 və X3, 2-1(107)-435/2020 saylı iş) xx xxxxxxx 2020-ci il tarixli qərarla üçüncü şəxsin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
16. Üçüncü şəxs kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı i ştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən xx.xx.2009-cu il tarixədək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məh kəmə aktlarına şamil olunmur.
18. Konstitusiyası Məhkəməsi Plenumu xx.xx.2013-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. 19. xx.xx.2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
20. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu hal is ə ona şamil edilir ki, hüquq münasibətləri bir başa olaraq 2009-cu ildən yaranmış olsun. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdeh məktub göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir.
23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-). Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda ç ıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-); 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-). “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi nin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarı
26. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı bar ədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
27. Üçüncü şəxsin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.
30. İşin hallarından görünür ki, ünvan 1 ünvanda olan mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs 2016-cı il tarixdə iddiaçının oğlu ilə ailə həyatı qurmuş, aralarında olan nikah x xxxxxx 2016-cı ildə rəsmiləşdirilmiş, üçüncü şəxs iddiaçının evinə gəlin gəlmiş, iddiaçının razılığı ilə həmin evə qeydiyyata alınmışdır. x xxxxxx 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə iddiaçının oğlu və üçüncü şəxs arasında olan nikah pozulmuş, üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzili tərk etmiş, qanuni qüvvəyə minmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamə ilə üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddiası təmin edilməlidir.
31. Hazırkı işdə iddiaçı üçüncü şəxsin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarmaq öhd əliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmiş və yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
32. Üçüncü şəxs kasasiya şikayətində Ailə Məcəlləsinin 30.2, 30.4 və Konstitusiya Məhkəməsinin x xxxxxxx 2013-cü il tarixli, xx xxxxxx 2014-cü il tarixli qərarlarına istinad edərək apelyasiya məhkəməsinin qərarı ilə razılaşmamışdır.
33. Mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında qeyd edilmişdir ki, iddiaçı (hazırkı işdə üçüncü şəxs) cavabdehin (hazırkı işdə iddiaçının) keçmiş gəlini olmaqla onun ailə üzvü sırasına aid deyil, və o, digər qohumlar sırasına aiddir, yəni iddiaçı Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin xx xxxxxxx 2009-cu ildən mülkiyyətçisi olan keçmiş qayınatasından özünün saxlan ılmasını tələb etmək hüququ olan şəxslərin sırasında aid deyil.
34. Məhkəmə qətnaməsi ilə üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçmə barədə iddiası təmin edilməmişdir. İddiaçının mülkiyyətində olan mənzildə üçüncü şəxsin istifadə hüququnun mövcudluğunu istisna edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki,”...şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
36. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.
37. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.
38. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.
39. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu madd əsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.
40. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur.
41. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbayca n Respublikası Nazirlər Kabinetinin x xxxxx 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
42. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu ma ddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
43. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir.
44. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayc an Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.
45. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müq əddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı).
46. Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
47. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”.
48. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qərarı işığında vurğulayır ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzilində yaşamadığından onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsin in 1-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır. 49. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə üçüncü şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasa da, qanuni qüvvədə olan qətnamə ilə üçüncü şəxsin mübahisəli evdə istifadə hüququ tanınmadığından və mənzilə köçmə iddiası təmin edilmədiyindən bu üçüncü şəxsin mənzildə istifadə hüququnun mövcud olmadığını təsdiq etdiyindən, cavabdeh i ddiaçının müraciəti əsasında üçüncü şəxsi mənzildən qeydiyyatdan çıxarılmaqda səlahiyyətli olmuşdur.
51. Üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüququ mövcud olmadığından onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır.
52. Üçüncü şəxsin şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs şikayətində Mənzil Məcəlləsinin və Mülki Məcəllənin maddələri şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarlarını şərh etmiş, həmin qərarların işığında apelyasiya məhkəməsinin hansı hüquq pozuntusuna yol verməsi şikayətdə göstərilməmişdir.
53. İşə bax ılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.
54. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
55. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-435/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.