Məhkəmə qərarları › İş №2-1(102)-466/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-466/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-466/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan X1rşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya ödənilməsi 02.03.2022 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (bundan sonra cavabdeh) qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-357/2021 saylı, 15 noyabr 2021-ci il qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinlə mələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı 12.08.2006-cı il tarixli çıxarışa əsasən 0,3694 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı»nın müvafiq olaraq “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

3. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşsə də, layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilməməsini bildirib kompensasiya ödəməkdən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 15 avqust 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş müvafiq torpaq sahəsi üçün 150.000 manat məbləğində kompensasiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində, 0.3694 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə ona AR ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən hüquqların Dövlət Qeydiyyatı haqqında 12 avqust 2006-cı il tarixli RX seriyalı ******* nömrəli əmlakın dövlət reyestri tərəfindən çıxarış verilmişdir. Təxminən 4 il əvvəl xüsusi mülkiyyətində olan torpağa baxış keçirən zaman ona məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinin 10 sotdan çox hissəsi, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sahəsinin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planının” müvafiq bəndinə əsasən "xxxx" ASC (indiki adı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçi vəsində tikinti altına düşmüşdür. Həmin torpaq sahəsinin tikinti altına düşməsi barədə ona heç bir xəbərdarlıq məktubu göndərilməmiş, üstəlik tutulmuş torpaq sahəsinin müqabilində ona heç bir kompensasiya verilməmişdir. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR qanununun tələbinə əsasən; Alan orqan rəsmi elanın mahiyyətini alınmanın təsirinə məruz qalan torpaqda yaşayan bütün şəxslərin, alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət, istifadə və icarə kimi hüquqları olan şəxslərin, alınmanın təsirinə məruz qalan torpağın alınması ilə bağlı kompensasiya hüququna malik olan şəxslər kimi alan orqan tərəfindən tanınan şəxslərin diqqətinə çatdırmaq üçün bütün müvafiq zəruri tədbirləri görməlidir. Yuxarıda göstərilən vəzifənin ümumiliyinə xələl gətirmədən, alan orqan bu Qanun un 13.1ci maddəsində nəzərdə tutulmuş bütün şəxslərə bu Qanunun 77-ci maddəsində müəyyən edilmiş qaydada rəsmi elanın mahiyyəti barədə bildiriş göndərməlidir. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir.

6. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun tikintisi sahəsinə düşən fiziki və hü quqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə torpaq sahəsi tikinti altına düşdüyü halda, həmin əmlak dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən tikilinin kadastr planı təqdim edilir. Bunda sonra isə əmlakın müstəqil qiymətləndırici olan "xxxx" MMC-nin rəyi əsasında dəyəri müəyyən edilir. Hazırda isə İddiaçı məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən "xxxx" ASC tərəfindən həyata keçirilən “Bilgəh-Sum qayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşsə də, layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilməmişdir. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir və iddiaçıya məxsus torpaq sahəsinin yerdənaturada təyinatı üzrə istifadə olunması mümkündür. Etirazın maddi hüquqi əsası kimi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35.3, 36.1-ci maddələrinə istinad edilmişdir.

7. Məhkəmənin 27.10.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. Birinci instansiya məhkəməsinin 27.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 9. "xxxx" MMC-nin 555 saylı 01 dekabr 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin "xxxx" ASC (yeni adı: Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi) tərəfindən həyata keçirilən “Bilgəh- Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində aparılmış inşaat işləri zamanı şimal hissəsinin zəbt olunması müəyyən edilmişdir. İd diaçıya məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən çıxarış sənədli torpaq sahəsinin bir sotunun bazar qiyməti 9000 manat təşkil edir. Qeyd: Abşeron rayonu Saray qəsəbəsi və bura yaxın ərazilərdə yerləşən torpaq sahələrinin 1 sotunun daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X4, 2-1(118)-48/2021 saylı iş) 1 mart 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinc i instansiya məhkəməsi iddianı qismən təmin edərkən ekspert rəyinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşməsinin aydınlaşdırılması məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2-1(105)-357/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

15. İş üzrə AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətindən məhkəməyə daxil olmuş 16.09.2021-ci il tarixli smeta və hesab vərəqinin təqdim edilməsi barədə məktubun məzmunu ilə müəyy ən olunur ki, təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Bu səbəbdən ödənişin təsdiqi barədə sənədin təqdim edilməsinin təmin edilməsi barədə məhkəmə kollegiyası tərəfindən iddiaçıya müraciət olunmuş, lakin iddiaçı tərəfindən ödənişin təsdiqi barədə sənəd təqdim edilməmişdir.

16. Bu səbəbdən məhkəmə kollegiyası tərəfindən "xxxx" MMC-yə müraciət olunmuş və 555 saylı 01 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş halların dəqiqləşdirilməsinə zərurət yaranması səbəbindən məhkəməyə dəqiqləşdirilmiş rəy verilməsi xahiş olunmuşdur.

17. Məhkəməyə "xxxx" MMC-dən 12.11.2021-ci il tarixdə daxil olmuş dəqiqləşdirilmiş rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin "xxxx" ASC (yeni adı: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) tərəfindən həyata keçirilən "Bilgəh-Sumqayıt" avtomobil yolunun tikintisi layihəsi çərçivəsində aparılmış inşaat işləri zamanı şimal hissəsinin zəbt olunması müəyyən edilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən həyata keçirilən "BilgəhSumqayıt" avtomobil yolunun nəzərdə tutulan mübahisəli torpaq sahəsi 0.1090 ha təşkil edir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Çıxarış sənədli torpaq sahəsinin Saray-Novxanı yolunun və yeni inşa edilən Novxanı-Xırdalan yolunun kənarında yerləşməklə 1 sotunun likvid d əyəri 8100.00 (səkkiz min yüz) manat müəyyən edilir.

18. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X5məruzəçi, X7 və X6, 2-1(105)-357/2021 saylı iş) 15 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 1 mart 2021-ci il tarixli qərarı dəyişdirilərək iddiaçıya mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin 0.1090 ha hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 98.100 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsində bu qəbildən olan işlər üzrə əmlakın bazar dəyəri anlayışı istifadə olunduğu üçün "xxxx" MMC-nin 555 saylı 01 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuş iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən 0.1090 ha hissəsinin hər bir sotuna görə 9000 manat (10,90 x 9000= 98100) məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məqsədəuyğun hesab edilir.

20. Cavabdeh 5 yanvar 2022-ci tarixdə kasasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

21. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.

22. Belə ki, torpaq sahəsinin tikinti altına düşüb-düşmədiyi ilə bağlı məsələ aydınlaşdırılarken nəzərə alınmalıdır ki, bu zaman sahə faktiki olaraq avtomobil yolunun altına (təhkim zolağına) düşə biləcəyi kimi, onun qorunma (mühafizə) zolağına da düşə bilər, çünki avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi perspektiv inkişafı, təmiri, yenidən qurulması sax lanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir.

23. Bundan əlavə məhkəmə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin 0.1090 ha hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 98 100 manat məbləğində kompensasiyanın ödənilməsində də qiymətlərin artıq şişirdilməsi, bazar qiymətinin artıq dərəcədə hesablanması hissəsində də ədalətsiz qərar qəbul etmiş və nəticə də həmin ərazidə digər mülkiyyətçilərə münasibətdə yanlışlığa yol vermişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsu z qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

26. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (r eal zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə

157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğ un olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiy a məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymə tinə əlavə haqq ödənilir. 28. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; (-). Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınm a ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi va hidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 29. “Qiymətləndirmə haqqında” Qanun: Maddə

7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə

8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində müba hisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”: 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: (-); 2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərin in, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək; 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.22. mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək və bu sahədə nəzarəti həyata keçirmək; (-).

31. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”: 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: (-); 2.0.4. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir. 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.25. mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək, daşınmaz əmlakın qiymətləndirilməsini (dövlət müəssisə və obyektləri istisna olmaqla) və bu sahədə nəzarəti həyata keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində qiymətləndiricilərin fəaliyyətinə nəzarət etmək; (-).

32. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halla rı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar q əbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

33. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində mə hkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.

36. Abşeron rayonu Saray qəsəbəsində yaşayış məntəqələrinin təyinatlı 0,3694 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir.

37. İddiaçı mülkiyyətində olan 0,3694 ha torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə imtinasını “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşsə də, layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq s ahəsinə müdaxilə edilməməsi ilə əsaslandırmışdır.

38. Apelyasiya məhkəməsinin "xxxx" MMC-dən aldığı dəqiqləşdirilmiş rəydə qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt” avtomobil yolunun nəzərdə tutulan mübahisəli torpaq sahəsi 0.1090 ha təşkil edir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çıxarış sənədli torpaq sahəsinin Saray-Novxanı yolunun və yeni inşa edilən Novxanı-Xırdalan yolunun kənarında yerləşməklə 1 sotunun likvid dəyəri 8.100 (səkkiz min yüz) manat müəyyən edilir. Rəyə həmçinin torpaq sahəsinin “BakıSumqayıt- Bilgəh” avtomobil yolunun mühafizə zolağına düşən hissəsinin plan-sxemi əlavə olunmuşdur.

39. İddiaçıya məxsus torpaq sahəsinin yalnız 0.1090 ha hissəsinin məhz “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti a ltına düşməsini nəzərə alan apelyasiya məhkəməsi 98.100 (doxsan səkkiz min yüz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.

40. Cavabdehin şikayətinin dəlillərinə görə apelyasiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə edilməsini, kompensasiya tələb edilən torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilməsini araşdırmamış, alınan torpaq sahəsini və onun bazar qiymətini düzgün müəyyən etməmişdir.

41. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

42. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

43. Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

44. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur.

45. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləş dirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

46. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

47. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinin pozulması il ə müşayiət edilən şəkildə alınması məhkəmələr tərəfindən ətraflı araşdırılmamış, torpaq sahəsinin tam və ya qismən yola və mühafizə zolağına düşməsi səlahiyyətli dövlət orqanlarının iştirakı ilə yoxlanılmamış, apelyasiya məhkəməsi bu barədə apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir.

48. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar.

49. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən k ompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.

50. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.

51. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.

52. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.

53. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüq uqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).

54. Mülkiyyətin dəyərini artıran müxtəlif hallar varsa, misal üçün, müsadirə olunan əmlak yalnız torpaq sahəsindən ibarət deyilsə, onun ərazisində həm də kommersiya fəaliyyəti həyata keçirilibsə, məsələn, daş karxanası işlədilibsə, belə halları nəzərə almadan kompensasiya ödənildikdə kompensasiyanın adekvatlılığına xələl gətirilmiş olur (Azas Yunanıstana qarşı iş, Afanasiu və başqaları Yunanıstana qarşı iş).

55. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhk əməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.

56. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbi rlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).

57. Hazırkı işdə torpaq sahəsinin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin mütəxəssis rəyi mövcud olmuşdur.

58. Apelyasiya instansiyası məhkəməsi 0.1090 ha torpaq sahəsinin 98.100 manat 59. qiymətləndirilməsi barədə mütəxəssis rəyinə istinad edərək torpaq sahəsinin qiymətini müəyyən etmişdir.

60. Məhkəmə kollegiyası kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı apelyasiya məhkəməsinin yanaşmasını və ona uyğun olaraq gəldiyi nəticəni əsaslı hesab etmir.

61. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmla kının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. 62. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.

63. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qa nunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.

64. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vax t olan qiymət götürülməlidir.

66. Təsadüfi deyil ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsində də torpağın bazar qiymətini torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun notariat qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinin göstəricisi ilə şərtləndirmişdir.

67. Apelyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlar kimi notariuslara və notariat arxivlərinə sorğular verməmiş, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmişdir.

68. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın s iyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar.

69. Nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir.

70. Əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər. Apelyasiya instansiyası məhkəməsi isə əmlakın bazar qiymətini müəyyən etmək üçün düzgün araşdırma aparmamış, notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrini ümumiyyətlə tələb edərək tədqiq etməmişdir.

71. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dəyərinin qiymətləndirilməsi peşəkar lisenziya tələb edən bir fəaliyyət olmaqla mübahisəli daşınmaz əmlakın xüsusiyyətlərinə əsasən qiymətləndirmə prosesi aparılmalı olduğundan, apelyasiya instansiyası məhkəməsi bu xüsusda araşdırma aparmamış, qiymətləndirməni həyata keçirmiş mütəxəssisin (MMC-nin) belə səlahiyyətə malik olmasını, mübahisəli daşınmaz əmlakın xüsusiyyətlərinə əsasən qiymətləndirmə aparılmasını araşdırmamışdır.

72. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.

73. Apelyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığında n kasasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, iş üzrə araşdırmanın aparılmasına zərurət olduğundan iddianın rədd olunması hissəsində şikayət təmin edilməməlidir.

74. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-357/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar