Məhkəmə qərarları › İş №2-1(102)-466/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-466/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-466/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1994-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)2729/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Türkiyə Respublikası Anadolu Universitetinin 17 mart 2021-ci il tarixli, E82560829-302.xx.xx-46833 nömrəli məktubuna əsasən iddiaçı “Açıq Öyrətim” fakültəsinin “İctimaiyyətlə əlaqələr və Təqdimat” subbakalavr proqramında xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixdə subbakalavr pilləsindən məzun olmuşdur. İddiaçı **********1 tələbə nömrəsi ilə Menecment fakültəsinin Menecment bakalavr proqramında universitet daxili köçürmə yolu ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixdə bakalavr pilləsindən məzun olmuşdur.

2. İddiaçı Menecment fakültəsinin dörd illik M enecment ixtisası üzrə təhsilini xx.xx.2016-cı il tarixdə bitirmiş, bu barədə ona Türkiyə Respublikası Anadolu Universitetinin 2016-135877 nömrəli diplomu verilmişdir.

3. İddiaçı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciəti təmin edilməmişdir.

4. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının sənədlərinin araşdırılması zamanı onun “açıq öyrətim” təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində sözügedən təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndini əsas tutaraq cavabdehin müvafiq qərarına əsasən iddiaçının müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının Anadolu Universitetinin Menecment fakültəsinin Menecment ixtisasından (bakalavr proqramından) verilmiş xx.xx.2016-cı il tarixli 2016135877 saylı diplomun tanınmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şifahi vəsatətlə iddia tələbinin “İ ddiaçı Türkiyə Respublikasının Anadolu Universitetinin Menecment fakültəsinin Menecment ixtisasından (bakalavr proqramında) verilmiş xx.xx.2016-cı il tarixli 2016135877 saylı diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Türkiyə Respublikasının Anadolu Universitetinin Distant Təhsil X1 və Təqdimat üzrə subbakalavr proqramında xx.xx.2012-ci il tarixində qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixində subbakalavr pilləsindən məzun olmuşdur. **********1 tələbə nömrəli iddiaçı Menecment fakültəsinin Menecment ixtisasında (bakalavr proqramında) xx.xx.2014-cü il tarixində Universitet daxilində köçürülmə üsulu ilə qeydiyy ata alınmış və xx.xx.2016-cı il tarixində bakalavr pilləsindən məzun olmuşdur. İddiaçı cavabdehə elektron qaydada müraciət edərək Türkiyə Respublikasından aldığı 2016-135877 saylı diplomunun nostrifikasiya edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində iddiaçının müraciətinə dair mənfi qərar qəbul edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir.

8. Cavabdeh iddia tələbinə yazılı etirazda göstərmişdir ki, agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmiş dir. Belə ki, iddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Göründüyü kimi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövl ət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qaydaların 3.7-ci bəndində isə qeyd olunur ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnam ənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas yoxdur.

9. İddiaçının məhkəməyə təqdim etdiyi Türkiyə Respublikası Anadolu Universitetinin 16 may 2022-ci il tarixli, E-82560829-302.xx.xx-315388 nömrəli məktubuna əsasən Anadolu Universiteti Türkiyədə müasir məsafədən təhsil modeli (distant təhsil) ilə ali təhsil verən ilk qurumdur. İddiaçı Universitetin Menecment fakültəsinin dörd illik Menecment ixtisasında məsafədən təhsil modelində (distant təhsil) təhsil alaraq xx.xx.2016-cı ildə təhsilini başa vurmuş, 2016-135877 nömrəli diplom ilə bakalavr məzunu olmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 2 iyun 2022-ci il tarixli, 2-1(112)-1239/2022 nömrəli qərarı (hakim E.Ə.Əli yev) ilə iddia təmin edilmiş, iddiaçının Türkiyə Respublikasının Anadolu Universitetinin Menecment fakültəsinin Menecment ixtisasından (bakalavr proqramında) verilmiş xx.xx.2016-cı il tarixli 2016-135877 nömrəli diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. Hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarı n ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2729/2022 nömrəli qərarı (hakimlər: V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.M.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 iyun 2022-ci il tarixli, 2-1(112)-1239/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kas sasiya şikayətinin dəlilləri

16. Cavabdeh qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7 və 73.3-cü maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə, habelə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə qərarında “Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası Höküməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in 12-ci maddəsi göstərilsə də, iddiaçının aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğunun cavabdeh tərəfindən düzgün yoxlanılmasını müəyyən etməmiş və nəticədə qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu və 13.1.3-cü maddəsinə istinad edərək “açıq təhsil” təhsilalma formasının xüsusiyyətlərini araşdırmadan belə formada alınan təhsilin normativ müddətini, habelə qiyabi təhsillə uyğun olan cəhətlərini nəzərdən keçirməmiş, qərarın 8-ci səhifəsində birbaşa “distant” təhsilalma formasının mövcudluğuna əsaslanaraq sözügedən təhsilalma formasının “distant” təhsilalma formasına aid olmasını təkzib olunmaz hal kimi dəyərləndirmişdir. Halbuki yalnız XXİ əsrdə tətbiq olunmağa başlayan “açıq təhsil” təhsilalma forması imtahanların əyani keçirilməsini nəzərdə tutur və qiyabi təhsillə bir çox oxşarlıqlara malikdir. Eləcə də, iddiaçının təhsil aldığı Anadolu Universitetinin rəsmi saytında imtahanlar bölməsində yerləşdirdiyi məlumat əsasında da imtahanların əyani şəkildə keçirilməsi qeyd olunur. Qeyd olunan təhs il formasında imtahanlar müxtəlif növlərə bölünərək yalnız tədris ilin sonunda deyil, tədris ilinin universitet tərəfindən müəyyən edilmiş vaxtlarda keçirilir. Lakin məhkəmə iddiaçının bu imtahanlarda iştirak edib-etmədiyini ətraflı araşdırmadan onun tədris yükünü tam yerinə yetirməsi qənaətinə gəlmişdir. İddiaçının sərhədkeçmə məlumatlarına əsasən təhsil aldığı dövrdə Türkiyə Respublikasında olmamışdır. Beləliklə iddiaçının Anadolu Universitetinin rəsmi saytında qeyd olunan imtahanlarda əyani olaraq iştirak etməsi qeyri-mümkündür. İddiaçı “təhsil materialları və proqramı kifayət qədər mənimsəmək üçün bəzən dərslər və imtahanlarda Bakı şəhərində Anadolu Liseyində iştirak etməsi” faktı onun tərəfindən Anadolu Universitetində keçirilən imtahanlarda iştirak etmədiyinin sübutu olsa da, məhkəmə bu fakta diqqət yetirməmiş, imtahanların Anadolu Liseyində keçirilməsi iddiası isə məhkəmə tədqiqatı zamanı sübuta yetirilməmişdir. Eyni zamanda, hətta imtahanların Anadolu Liseyində keçirilməsi sübut olunsa belə, onun hər hansı bir universitetin, o cümlədən Anadolu Universitetinin filialı qismində çıxış etməsi üçün xüsusi razılıq (lisenziya) olmadığından fəaliyyəti qanunsuz hesab olunmalıdır. Məhkəmə “açıq təhsil” təhsilalma formasının tələbləri barədə məlumatlı olmadığı üçün ərizəçinin əyani şəkildə verməli olduğu imtahanları hansı tarixlərdə və hansı məkanda verməsi məsələsini, ərizəçinin təhsil aldığı ölkədə olub-olmaması faktını araşdırmamışdır. Məhkəməyə təqdim olunan sübutlar məhkəmə tərəfindən hərtərəfli araşdırılmamışdır. Məhkəmə qərarında “açıq təhsil”in “distant” təhsil olmas ını təkzibolunmaz hal kimi dəyərləndirsə də, bu təkzibolunmazlığın nəyə əsaslandığını qeyd etmir. Daha sonra məhkəmə Türkiyə qanunvericiliyində “açıq təhsil” və “məsafədən təhsil” anlayışlarına toxunaraq heç bir qanunvericilik aktına istinad etmədən iddiaçının əldə etdiyi təhsil formasının məhz “distant təhsil” hesab edildiyini vurğulayır və bunu ümumqəbul olunmuş bir aksioma kimi vurğulayır, halbuki cavabdeh “açıq təhsil” təhsilalma formasını qiyabi-distant (əyani-qiyabi təhsil kimi) kimi qəbul edir. Lakin məhkəmə iddiaçının təhsilalma forması haqda cavabdehin mövqeyini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. “Açıq öğretim” – “Open education” yalnız XXİ əsrdə tətbiq olunmağa başlayan, özündə distant və qiyabi təhsilin bir sıra elementlərini cəmləşdirən və təhsil sahəsi ndəki ekspertlər arasında müzakirə obyekti olsa da, məhkəmə təhsil sahəsində xüsusi biliklərə sahib olmadan iddiaçının təhsilalma formasının ekvivalentliyini müəyyən etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin kassasiya şikayətində qeyd etdiyi onun keçirilən imtahanlarda əyani olaraq iştirak etməyinin qeyri-mümkünlüyü ilə bağlı bildirmişdir ki, təhsil aldığı Anadolu Universitetinə müraciət edərək imtahanlarda hansı tarixdə və harada iştirak etməyi ilə bağlı rəsmi sənəd tələb etmiş, həmin sənədi yeni əldə etdiyindən apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Həmin sənədləri Ali Məhkəməyə təqdim etməklə iş materiallarına əlavə edilməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 okt yabr 2022-ci il tarixli, 2-1(103)2729/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Türkiyə Respublikası Anadolu Universitetinin 30 yanvar 2023-cü il tarixli, E82560829-302.xx.xx-479195 nömrəli məktubuna əsasən məsafədən təhsil modelində (distant təhsil) alan tələbə hansı ölkədən təhsil alırsa, dərs və imtahan üçün universitetə gəlmə məcburiyyəti yoxdur. Anadolu Universitetinin “Açıq öyrətim” sistemində məsafədən təhsil (distant təhsil) formasında verdiyi təhsil Azərbaycanın “Təhsil haqqında” Qanununun 13.2-ci maddəsindəki qiyabi təhsil formasına deyil, 13.3-cü maddədəki distant təhsil formasına uyğun gəlir. Azərbaycandan məsafədən təhsil formasında dərs alan tələbələrin imtahanları Türkiyə və Azərbaycan Təhsil Nazirliyinə bağlı olan Bakı Türk Anadolu Liseyində, Türkiyə Respublikasının Bakıdakı Səfirliyi və Təhsil Müşavirliyi təşkilatçılığı ilə həyata keçirilir. İddiaçı Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Bakı Türk Anadolu Liseyində: - 2014-2015-ci tədris ili payız dönəmində 10-11 yanvar 2015-ci il tarixdə aralıq imtahanlarda, 7-8 fevral 2015-ci il tarixdə dönəm sonu imtahanlarda; - 2014-2015-ci tədris ili yaz dönəmində 23-24 may 2015-ci il tarixdə aralıq imtahanlarda, 4-5 iyul 2015-ci il tarixdə dönəm sonu imtahanlarda; - 2015-2016-cı tədris ili payız dönəmində 9-10 yanvar 2016-cı il tarixdə aralıq imtahanlarda, 20-21 fevral 2016-cı il tarixdə dönəm sonu imtahanlarda; - 2015-2016-cı tədris ili yaz dönəmində 14-15 may 2016-cı il tarixdə aralıq imtahanlarda, 25-26 iyun 2016-cı il tarixdə dönəm sonu imtahanlarda iştirak etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. [35] 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və e kvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: İ. Ümumi müddəalar 1.1. Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.... 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçi rilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.... İİİ. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi... 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunl uğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).... 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında tə hsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə....

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər ma teriallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü m addələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə ap ellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəs ində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avr opa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi iddiaçının aldığı bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etd iyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin təhsilin forması, imtahanların verilib-verilməməsi, imtahanlarda iştirak edilməsi və imtahan yerinin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı əsas və təkrarlanan dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. 29. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

30. Bundan əlavə, Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin»in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.

31. Həmin Sazişin 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən ve rilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

32. Apellyasiya məhkəməsini mövqeyinə görə, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öyrətim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anla yışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab etmişdir. 34. “Təhsil haqqında” Q anunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır.

35. Bakalavriat səviyyə sində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün kifayət qədər zəruri əsasdır.

36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.

37. Bundan başqa, cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçının imtahanlarda iştirak edib-etmədiyinin araşdırılmadığını, sərhədkeçmə məlumatlarına əsasən təhsil aldığı dövrdə Türkiyə Respublikasında olmadığını qeyd etmiş, eləcə də, imtahanların Bakı şəhərində Anadolu Liseyində keçirilməsi halında belə həmin liseyin Anadolu Universitetinin filialı qismində çıxış etməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olmamasına görə qanunsuz hesab olunduğunu bildirmişdir.

38. Kassasiya şikayətinin həmin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 18-ci bəndində göstərilən məktubla iddiaçının tədris müddətində imtahanlarda iştirak etməsi birbaşa onun məzun olduğu Anadolu Universi teti tərəfindən təsdiq edilmiş, imtahanların tarixi və keçirildiyi yer ilə əlaqədar ətraflı məlumat verilmişdir.

39. Bakı şəhərində yerləşən Anadolu liseyinin iddiaçının məzun olduğu Türkiyə Respublikasının Anadolu Universitetinin filialı olmaması və xüsusi razılıq (lisenziya) almaması ilə bağlı məhkəmə kollegiyası göstərir ki, Bakı şəhərində yerləşən Anadolu liseyi Anadolu Universitetində təhsil alan azərbaycanlı tələblərin müvafiq imtahanları verdikləri yer hesab olunmalıdır. Anadolu liseyi hər hansı universitetin, eləcə də, Anadolu Universitetinin filialı olmadığından xüsusi razılığın (lisenziyanın) olması ilə bağlı şərtin mövcudluğu zəruri hesab edilə bilməz.

40. Həmin xüsusat Türkiyə Respublikası Anadolu Universitetinin 30 yanvar 2023-cü il tarixli, E-82560829-302.xx.xx-479195 nömrəli məktubunda da öz əksini tapmış və imtahanların Türkiyə Respublikasının Bakıdakı Səfirliyi və Təhsil Müşavirliyi təşkilatçılığı ilə Bakı Türk Anadolu Liseyində həyata keçirildiyi bildirilmişdir.

41. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Nəticə etibarı ilə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2729/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar