Məhkəmə qərarları › İş №2-1(102)-466/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-466/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-466/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maliyyə sanksiyası üzrə borc məbləği kimi dövlət büdcəsinə artıq ödəmə hesabına alınmış pul vəsaitinin iddiaçının hesabına bərpa olunması; Vergi Məcəlləsinin 63.2-ci maddəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikas ındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və maliyyə sanksiyası üzrə borc məbləği kimi dövlət büdcəsinə alınmış pul vəsaitinin iddiaçının hesabına bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3239/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya cavabdeh tərəfindən “səyyar vergi yoxlamasının nəticələri haqqında” 14 oktyabr 2021-ci il tarixli akta və müvafiq sənədlər əsasında hazırkı İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filia lının məsuliyyətə cəlb edilməsi haqqında 9 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması və maliyyə sanksiyası üzrə borc məbləği kimi dövlət büdcəsinə alınmış pul vəsaitinin iddiaçının hesabına bərpa olunması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “səyyar vergi yoxlamasının nəticələri haqqında” 14 oktyabr 2021-ci il tarixli akta və müvafiq sənədlər əsasında hazırkı iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətə cəlb edilməsi haqqında 9 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar əsasında verilmiş tələbnaməyə əsasən iddiaçıdan 6.822.169,33 manat məbləğində vergi məbləğinin və ona münasibətdə tətbiq edilmiş 3.596.761,28 manat maliyyə sanksiyasının ödənilməsi tələb edilmişdir. Bununla yanaşı, 9 dekabr 2021-ci il tarixli qərar və onun əsasında qəbul edilmiş müvafiq tələbnamə iddiaçıya 14 dekabr 2021ci il tarixdə təqdim olunmuşdur. Həmin tələbnaməyə əsasən cavabdeh iddiaçıdan büdcəyə ödənilməli olan 10.418.930,61 manat məbləğin 5 gün müddətində ödənilməsini tələb etmişdir. Tələbnamə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına 14 dekabr 2021-ci il tarixdə təhvil verilməsinə baxmayaraq 3.596.761,28 manat maliyyə sanksiyaları da daxil olmaqla 10.418.930,61 manat pul vəsaiti iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 9 de kabr 2021-ci il tarixdə silinərək dövlət büdcəsinə alınmışdır. Vergi Məcəlləsinin 49.3-cü maddəsində də əksini tapmış tələbnamə anlayışı vergi borclarının ödənilməsinin təmin olunmasını nəzərdə tutur. Sözügedən tələbnamə təqdim olunduğu tarixdə isə, 10.418.930,61 manat məbləğ artıq iddiaçının şəxsi hesabından silinmişdir.

4. Vergi Məcəlləsinin 52-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən maliyyə sanksiyalarını Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müd dətdə yerinə yetirmədikdə vergi orqanı müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə müvafiq olaraq vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır.

5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3936/2023 nömrəli, 15 may 2023-cü il tarixli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan (vergi orqanı) tərəfindən vergi ödəyicisi kimi hazırkı iddiaçıya hesablanmış vergilərə görə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği iddiaçının hesabından deyil, dövlət büdcəsinə artıq ödədiyi vəsait he sabına icra edilmişdir ki, bu hal da iddiaçının Vergi Məcəlləsinin 63.2-ci maddəsi ilə müəyyən edilmiş hüququnu pozmuş olmur. Nəzərə alınmalıdır ki, bununla bağlı cavabdeh orqan tərəfindən hər hansı sərəncam qoyulması və ya digər ayrıca tədbir həyata keçirilməmişdir.

7. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada və hallarda müddət meyarlarına da riayət edilməklə vergi ödəyicisi kimi artıq ödənilmiş vergi məbləğlərinin geri qaytarılmasını tələb etmək hüququ vardır. Bunla bağlı isə, ayrıca müraciət üzrə inzibati icraat aparılmalıdır.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-3239/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, P.Hüseynov və K.Əkbərov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzəri baxılmasının davam etdirilməsi təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumiyyətlə, vergi qanunvericiliyinin pozulması nəticəsin də hesablanmış maliyyə sanksiyasının vergi ödəyicisində tutulması iki yolla həyata keçirilir:

1. Vergi Məcəlləsinin52-ci maddəsinə əsasən hansı, ki eyni normativ-hüquqi aktın 65-ci maddəsinə istinad edir. Maliyyə sanksiyasının bu maddəyə əsasən tutulması Vergi orqanı tərəfindən müəyyən ardıcıllığa riayət etməklə həyata keçirilir (bildirişin göndərilməsi, bank hesablarının dondurulması və s.).

2. Vergi Məcəlləsinin 87.1.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin dövlət büdcəsinə artıq ödədiyi və şəxsi vərəqəsində əks olunan vergilərin faizlərin və maliyyə sanksiyalarının mövcud olan borclarına yönəldilməsi. Vergi orqanı bu üsula istinad edir. İddiaçı mövcud qanunvericiliyin təhlilindən belə nəticəyə gəlir ki, yuxarıda qeyd olunan maliyyə sanksiyalarının tutulma formaları Vergi Məcəlləsi nin 63.2-ci maddəsi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, qanunvericiliyə nəzərə yetirsək görərik ki, Vergi Məcəllənin 63.2-ci maddəsinə görə vergi ödəyicisi ona hesablanmış vergilərin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər.

13. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır.

14. Başqa sözlə desək, vergi ödəyicisinə maliyyə sanksiyasının ödənilməsi ilə bağlı seçim imkanı verilmişdir. Lakin vergi orqanları qeyd olunan normaya məhəl qoymadan öz qanunsuz hərəkətlərini vergi borclarının vergi ödəyicisinin artıq ödəmələrindən silinməsini tənzimləyən Vergi Məcəlləsinin 87.1.1-ci maddəsində nəzərd ə tutulan hallarla əsaslandırmağa çalışırlar.

15. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Vergi Məcəlləsinin 63.2-ci maddəsinin dispozisiyasında hər hansı formada 87.1.1-ci maddəsinin müddəalarını nəzərə alınmasının şahidi olunmur. Halbuki Vergi Məcəlləsinin müxtəlif maddələrində hər-hansı bir istisna hal nəzərdə tutulduqda qanunverici bu halın altından xətt çəkir. Analogiya olaraq məhz elə 87.1-ci maddəni təhlil edək. Bu maddəyə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir.

16. Burada şahid olunur ki, qanunverici müəyyən halları istisna edərək maddənin tətbiqini icra hakimiyyəti orqanlarına təqdim edir. Lakin Vergi Məcəlləsinin 63.2-ci maddəsində hər hansı şəkildə (məsələn, 87.1.1-ci maddəni n müddəaları “istisna olmaqla”, “nəzərə alınmaqla” söz birləşmələrinin əlavə edilməsi ilə) belə bir normaya rast gəlinmir.

17. Digər tərəfdən isə, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsi ziddiyyətli məsələlərdə qanun normaların necə şərh edilməsini açıq-aşkar müəyyən etmişdir. Belə ki, həmin normada təsbit edilmişdir ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

18. Sadalanan normalardan da bəlli olur ki, Vergi Məcəlləsinin 63.2-ci maddəsində nəzərdə tutulmuş müddəa ilə Vergi Məcəlləsinin 87.1.1-ci maddəsi arasında maliyyə sanksiyaları məbləğlərinin artıq ödəmələrdən tutulmalara ziddiyyətin həlli Vergi Məcəlləsinin63.2-ci maddəsini xüsusi norma olduğuna və bütün ziddiyyətlərin vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğuna nəzərə dəlalət edir. Vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edildiyi halda həmin vergi borcuna görə vergi ödəyicisinin artıq ödəmələrindən maliyyə sanksiyası məbləğinin tutulması qanunvericiliyinin tələblərinə uyğun deyil.

19. Ziddiyyətin olduğu vergi orqanının hərəkətlərində də öz əksini tapmışdır. Belə ki, əgər vergi ödəyicisinin vergi borcu onun şəxsi hesab vərəqəsində olan artıq ödəmələrindən qərar çıxarılan gün qanunvericiliyə düzgün riayət edilmiş qaydada silinmişdirsə, niyə görə vergi orqanı tələbnaməni və bildirişi sonra dan vergi borcunun ödənilməsi üçün vergi ödəyicisinə göndərmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi 20 oktyabr 2023-cü il tarixli, 2-1(1030)3239/2023 nömrəli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin iddiaçının hazırkı iddiasının mümkün sayılmaması barədə xx.xx.2023-cü il tarixli, e-2-1(112)-3936/2023 nömrəli qərardadın dəyişdirilmədən saxlanılması, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən, Vergi Məcəlləsinin 1.1, 49.3, 63.2, 65.1, 65.2.1.1 – 65.2.1.4-cü, 63.2, 87.1-ci maddələrinə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının müddəalarına istinad edərək, belə hesab etmişdir ki, “iddiaçının 63.2-ci maddəsində (mətn qərarda yazıldığı kimi verilmişdir – Qeyd: Ali Məhkəmənindir) qeyd edilən hüququ pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən maliyyə sanksiyası iddiaçının hər hansı bank hesabından deyil iddiaçının artıq ödədiyi vergi məbləğindən tutulmuşdur.”

25. Daha sonra apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, “Artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Cavabdeh tərəfindən tətbiq edilən hesablanan borclarda məhz iddiaçının artıq ödədiyi məbləğdən tutulmuşdur.”

26. Həmçinin qərarda yazılmışdır ki, “Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən maliyyə sanksiyasının tutulması istiqamətində hər hansı sərəncam qoyulması və ya digər ayrı tədbir həyata keçirilməmişdir. Həm də iddiaçının hazırda tələb etdiyi məbləğ cavabdehin hesabına deyil, dövlət büdcəsinə ödənildiyindən, həmin məbləğin cavabdeh tərəfindən şəxsi hesaba bərpa edilməsi mümkün deyil.

27. Eyni zamanda apellyasiya məhkəməsi belə hesab etmişdir ki, “həmin məqsədə çatmaq üçün iddiaçı “artıq ödənilmiş vergilərin geri qaytarılmasına dair rəy verilməsi” tələbi ilə cavabdehə müraciət etməli, müraciəti təmin olunmadıqda isə məhkəmədə iddia qaldırmalıdır.”

28. Məhkəmə kollegiyası burada ilk əvvəl apellyasiya məhkəməsinin özünün ziddiyyətli mövqeyini önə çəkməyi zəruri hesab edir.

29. Belə ki, apellyasiya məhkəməsi qərarında yuxarıda artıq göstərildiyi kimi, “iddiaçının hazırda tələb etdiyi məbləğ cavabdehin hesabına deyil, dövlət büdcəsindən ödənildiyindən, həmin məbləğin cavabdeh tərəfindən şəxsi hesaba bərpa edilməsi mümkün deyil”, yazıldığı halda, həmin qənaətinə zidd mövqedən çıxış edərkən qərarında bildirir ki, “həmin məqsədə çatmaq üçün iddiaçı artıq ödənilmiş vergilərin geri qaytarılmasına dair rəy verilməsi” tələbi ilə cavabdehə müraciət etməli, müraciəti təmin olunmadıqda isə məhkəmədə iddia qaldırmalıdır.”

30. Göründüyü kimi, apellyasiya məhkəməsinin sözügedən qənaətləri biri-birinə tamamilə ziddir.

31. Belə ki, apellyasiya məhkəməsinin qənaətinə görə “iddiaçının tələb etdiyi məbləğ cavabdehin hesabına deyil, dövlət büdcəsinə ödənildiyi ndən həmin məbləğin cavabdeh tərəfindən şəxsi hesaba bərpa edilməsi mümkün deyil”, yeri gəlmişkən qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin qərarından göründüyü kimi, hazırkı iddiasının mümkün sayılmamasının faktiki olaraq yeganə əsası və səbəbi, məhz bu göstərilir, o zaman apellyasiya instansiyası məhkəməsi nədən qərarında iddiaçıya izah edir ki, “həmin məqsədə çatmaq üçün iddiaçı “artıq ödənilmiş vergilərin geri qaytarılmasına dair rəy verilməsi” tələbi ilə cavabdehə müraciət etməli, müraciət təmin olunmadıqda isə məhkəmədə iddia qaldırmalıdır.”

32. Burada məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əgər cavabdeh tərəfindən artıq bu məbləğ artıq ödəmə hesabına alınıbsa, hansı artıq ödəmənin qaytarılması barədə iddiaçı iddia qaldıra bilər? Çün ki mövcud olmayan (silinmiş, azaldılmış) məbləği geri tələb etmək mümkünsüz olur.

33. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 63.2-ci maddəsinə əsaslanan iddiaçı Bakı İnzibati Məhkəməsində cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********152393 saylı qərarının ləğv edilməsi barədə iddia irəli sürmüş və həmin iş məhkəmənin icraatındadır.

34. Burada xatırlatmaq zəruridir ki, Vergi Məcəlləsinin 63.2-ci maddəsinə əsasən, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisin in şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır.

35. Bu maddənin ikinci hissəsinə görə isə vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır.

36. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən “səyyar vergi yoxlamasının nəticələri haqqında” 14 oktyabr 2021-ci il tarixli akta və müvafiq sənədlər əsasında hazırkı İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətə cəlb edilməsi haqqında 9 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar əsasında verilmiş tələbnaməyə əsasən iddiaçıdan 6.822.169,33 manat məbləğində vergi məbləğinin və ona münasibətdə tətbiq edilmiş 3.596.761,28 m anat maliyyə sanksiyasının ödənilməsi tələb edilmişdir. Bununla yanaşı, 9 dekabr 2021ci il tarixli qərar və onun əsasında qəbul edilmiş müvafiq tələbnamə iddiaçıya 14 dekabr 2021-ci il tarixdə təqdim olunmuşdur. Həmin tələbnaməyə əsasən cavabdeh iddiaçıdan büdcəyə ödənilməli olan 10.418.930,61 manat məbləğin 5 gün müddətində ödənilməsini tələb etmişdir. Tələbnamə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına 14 dekabr 2021-ci il tarixdə təhvil verilməsinə baxmayaraq. 3.596.761,28 manat maliyyə sanksiyaları da daxil olmaqla 10.418.930,61 manat pul vəsaiti iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 9 dekabr 2021- ci il tarixdə silinərək dövlət büdcəsinə alınmışdır. Vergi Məcəlləsinin 49.3-cü maddəsində də əksini tapmış tələbnamə anlayışı vergi borclarının ödənilməsinin təmin olunması nı nəzərdə tutur. Sözügedən tələbnamə təqdim olunduğu tarixdə isə, 10.418.930,61 manat məbləğ artıq iddiaçının şəxsi hesabından silinmişdir.

37. Yəni, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli **********143229 nömrəli qərarı əsasında iddiaçıda keçirilmiş səyyar vergi yoxlaması üzrə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 dekabr 2021-ci il tarixli **********152393 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə ümumilikdə 6.822.169,33 manat vergi, 3.596.761,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən məbləğlər iddiaçının şəxsi hesab vərəqəsinə işl ənmiş və həmin tarixə şəxsi hesab vərəqəsində olan artıq ödəmə hesabına qərarın icrası təmin edilmişdir.

38. Lakin apellyasiya məhkəməsi qeyd edir ki, “iddiaçının VM-nin 63.2-ci maddəsində qeyd edilən hüququ pozulmamışdır. Belə ki, cavabdeh tərəfindən maliyyə sanksiyası iddiaçının hər hansı bank hesabından deyil, iddiaçının artıq ödədiyi vergi məbləğindən tutulmuşdur.”

39. Apellyasiya məhkəməsi VM-nin 87.1-ci maddəsinə istinadən qeyd etmişdir ki, “Göründüyü kimi, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Cavabdeh tərəfindən tətbiq edilən hesablanan borclarda məhz iddiaçının artıq ödədiyi məbləğdən tutulmuşdur. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən maliyyə sanksiyasının tutulmas ı istiqamətində hər hansı sərəncam qoyulması və ya digər ayrıca tədbir həyata keçirilməmişdir.”

40. Burada məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin 14-15-ci səhifələrində olan iddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi, xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsindən cəmi 3.596.761,28 manat maliyyə sanksiyası məbləği dövlət büdcəsinə alınmışdır, halbuki belə hərəkət iddiaçının Vergi Məcəlləsinin 63.2-ci maddəsində nəzərdə tutulmuş hüququnu pozur.

41. Bu baxımdan apellyasiya məhkəməsinin “cavabdeh tərəfindən maliyyə sanksiyasının tutulması istiqamətində hər hansı sərəncam qoyulması və ya digər ayrıca tədbir həyata keçirilməmişdir” və “həmin məbləğin cavabdeh tərəfindən şəxsi hesaba bərpa edilməsi mümkün deyil” kimi gəldiyi nəticəl ərə əsaslanmaqla, iddianın mümkün sayılmaması barədə qənaətə gəlməsi əsaslı sayıla bilməz.

42. Xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh özü də iddiaya dair verdiyi etirazında (iş səh. 26-28) və sonrakı məhkəmə çıxarışlarında bildirir ki, “Qeyd edilən qərar xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənmiş və həmin tarixə şəxsi hesab vərəqəsində olan artıq ödəmə hesabına qərarın icrası təmin edilmişdir.”

43. Daha sonra cavabdeh etirazında yazır ki, “iddiaçının Vergi Məcəlləsinin 65.1-ci, 65.2.1-ci maddələrinə istinad edərək vergi orqanı tərəfindən görülmüş tədbiri vəsaitin sanki ona məxsus bank hesabından silinməsi kimi” təsvir etməsi həqiqəti əks etdirmir. Göründüyü kimi vergi orqanı tərəfindən borcun alınması ilə əlaqədar hər hansı sərəncam və ya digər tədbirl ər həyata keçirilməmişdir.

44. Məhkəmə kollegiyası cavabdehin belə hüquqi mövqeyini yanlış hesab edir, belə ki, iddiaçıdan ona məxsus konkret olaraq 3.596.761,28 manat maliyyə sanksiyası məbləği silinmişdir və bunun hansı üsulla (banka qoyulmuş sərəncamla, tələbnamə ilə və ya şəxsi hesab vərəqəsindən büdcəyə silinməsi) iddiaçı üçün fərqi yoxdur və onun maraqlandırmır, iddiaçı cavabdehin həmin hərəkətini Vergi Məcəlləsinin 63.2-ci maddəsinin pozulması kimi qiymətləndirir.

45. Məlum olduğu kimi, İPM-in 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqları nın pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia ərizəsində özünün hazırkı tələbini kifayət qədər əsaslandırmış, buna görə də iddiaçının iddiasını mümkün saymamaq üçün yetərincə qanuni əsaslar olmadığından, kassasiya şikayəti qismən təmin edilməli apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iddia işlə birlikdə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiy i 2-1(103)3239/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar