Məhkəmə qərarları › İş №2-1(102)-466/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-466/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-466/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın pensiyanın yenidən hesablanmasında nəzərə alınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 2-1(105)-881/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı prokurorluq orqanlarında qulluq etməklə, ona 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 15 aprel 2022-ci il tarixdə prokurorluq orqanlarından azad olunmuşdur.

2. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iddiaçı barəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə hesablanmış əmək haqqı və digər ödənişlər barədə arayış və məktub təqdim edilmiş, həmin arayışın və məktubun məzmununda 2021-ci ilin may ayı üzrə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinin 5173,87 manat olduğu, həmin məbləğin əhatə etdiyi dövrün 1993/1994, 2000/2001 olduğu qeyd edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək stifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması qaydası və proseduru, ümumilikdə mümkünlüyünə dair hər hansı müddəa Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 aprel 2022-ci il tarixdə prokurorluq orqanlarından azad olunduqdan sonra pensiyasının yenidən hesablanması barəd ə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, prokurorluq orqanlarında 25 il iş stajı olduğunu nəzərə alaraq ona 2014-cü ildə pensiya təyin olunduğuna görə son 24 ayda aldığı əmək haqqı barədə təqdim etdiyi arayışa əsasən pensiya yenidən hesablanmışdır. Pensiya yenidən hesablanarkən 2021-ci ilin may ayında ona ödənilmiş istifadə etmədiyi məzuniyyətə görə 5173.87 manat kompensasiya məbləği nəzərə alınmamışdır. İstifadə etmədiyi məzuniyyətə görə ona ödənilmiş 5173.87 manat kompensasiya məbləğinin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və indiyədək yaranmış fərqin ödənilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmiş, müraciətində həmçinin qeyd etmiş ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolleg iyası xx.xx.2023-cü il tarixli qərarla iddiaçı X1 istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyini Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoymuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial xx.xx.2024-cü il tarixli məktubda “Əmək pensiyasının yenidən hesablanması qaydası və proseduru, ümumilikdə mümkünlüyünə dair hər hansı müddəa qanunvericilikdə nəzərdə tutulmamışdır.” Cavabını yazmaqla onun xahişini qəbul etməyərək imtina etmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1 -ci maddəsinə əsasən gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərin in itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqd a isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. “Əmək pens iyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd olunan normalarında nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi, iddiaçının pensiyası hesablanan zamanı orta aylıq əmək haqqı əsas götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Odur ki, iddiaçının ərizəsində qey d etdiyi pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

8. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)-3195/2024 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nda birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınmaması göstərilmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya ş ikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 2-1(105)-881/2024 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, H.Babayeva və İ.Quliyev) apellyasiya şikayəti təmin edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək İddiaçı istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hü quqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fillialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, pensiya haqqında qanunvericilik normasının dispozitiv şərtlərində prokurorluq işçilərinə əmək pensiyasına qulluq stajına görə əlavələr ödənilir, əmək pensiyasına əlavələr məhz prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği əsasında müəyyən edilməsi qeyd edilmişdir. İndiki halda iddiaçının prokurorluq orqanlarında qulluqdan azad edilməsi tarixi (2022) və kompensasiya məbləğinin ödənilməsi tarixini (2021) nəzərə aldıqda, həmin məbləğin məhz qulluğun son 24 ay ərzində iddiaçıya ödənilməsi halı aşkar görünür. Belə olan halda, iddiaçının həmin məbl əğin nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur.

13. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanun 9.4, 20.1.5, 20.8-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətləri nə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iddiaçı barəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə hesablanmış əməkhaqqı və digər ödənişlər barədə arayış və məktub təqdim edilmiş, həmin arayışın və məktubun məzmununda 2021-ci ilin may ayı üzrə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinin 5173,87 manat olduğu, həmin məbləğin əhatə etdiyi dövrün 1993/1994, 2000/2001 olduğu qeyd edilmişdir.

16. Apellyasiya məhkəməsi iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği məhz qulluğun son 24 ayı ərzində ödənilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edilmişdir ki, Baş Prokurorluq tərəfindən təqdim olunmuş arayışda is tifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyanın məbləği ümumilikdə 5173,87 manat olsa da, bu kompensasiya məbləği qulluğun son 24 aya aid olmamış, əvvəlki dövrlər üzrə (1993/1994, 2000/2001) istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya məbləği olmuşdur. Odur ki, sözügedən 5173,87 manat məbləğ əvvəlki dövrlərə aid olduğundan iddiaçının qulluq keçdiyi orqanda son 24 aya dair orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alına bilməz. Həmçinin iddiaçının əmək pensiyası məbləğinin müəyyən edilməsi zamanı bu məbləğ istifadə oluna bilməzdi.

17. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” 20.8-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haq qı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31 abzasına zidd qərar qəbul edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Əmək Məcəlləsi: Maddə 154. əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə

177. Orta əmək haqqı və onun hesablanması qaydası

1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər n ormativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.

4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzr ə bütün növ ödənclər hesaba alınır.

5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.

6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 20. “Əmək Pensiyaları haqqında” Qanun: Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri;... 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıc ıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının mə bləği arasındakı fərq qədər əlavə təyin edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahı”sı

22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya in stansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

26. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi məbləğ, ona istifadə edilməmiş məzuniyyətlərə görə (1993/1994 və 2000/2001-ci illər üzrə) ödənilmiş kompensasiyadır.

27. İddia tələbini təmin edən apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği məhz qulluğun son 24 ayı ərzində ödənildiyindən, hazırkı iddia tələbi əsaslıdır.

28. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan mövqe ilə razılaşmayaraq bildirir ki, apellyasiya instansiyası məhkəmə sinin qərarı əsassız olmuş, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edilməmişdir.

29. Belə ki, hazırkı iş üzrə iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan əmək pensiyaçısıdır.

30. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5- 1ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir.

31. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki, iddiaçı ya ödənilən kompensasiya onun prokurorluq orqanlarında qulluğun son 24 ayına görə deyil, daha əvvəlki illərə görə ödənilmişdir (iş səh. 35).

32. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği 2001-ci ilədək olan dövrə aiddir və qulluğun son 24 ayının əmək haqqına və digər əlavələrə aid deyil. Qanunvericilik isə prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzində alınan bütün əmək haqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur.

33. Bu səbəbdən də, ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından, son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxi l edilə bilməz.

34. Sözügedən məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2020-2022-ci illəri əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır.

35. Cavabdehin imtinası əsaslı olsa da, inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na istinad etməkdə haqlı olmamışdır.

36. Belə ki, Əmək Məcəlləsinin 177-ci maddəsində orta əmək haqqına anlayış verilmiş, pensiya qanunvericiliyində pensiyanın orta əmək haqqına əsasən hesablanması isə nəzərdə tutulmamışdır. Digər tərəfdən, Əmək Məcəlləsinin 177-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Lakin hazırkı işdə Əmək Məcəlləsinin sadalanan maddələrində nəzərdə tutulmuş hallar mövcud olmamışdır.

37. Qeyd edilənlərə əsasən cavabdehin kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunaraq iddia tələbi təmin e dilməməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli 2-1(105)-881/2024 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar