Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-467/2017 07.03.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-467/2017) Bakı şəhəri 07 mart 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X4, X3 ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil və tərcüməçi X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı“əmək pensiyasının sı ğorta hissəsinin tam həcmdə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2257/2016 saylı, 11 oktyabr 2016-cı il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 07 mart 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 03 mart 2016-cı il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissələrinin indeksasiyası haqqında” sərəncamlarına əsasən onun pensiyasının 01.01.2008-ci il üçün, 2006-cı il üçün 8.3% və 2007-ci il üçün 16.7% indeksasiyanı nəzərə almaqla, sığorta hissəsin in tam həcmdə verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-1526/2016 saylı iş) 07 iyun 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərarının surəti 13 iyun 2016-cı il tarixdə iş üzrə tərəflərə, o cümlədən iddiaçıya göndərilmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən 07 iyun 2016-cı il tarixli qərarının surəti iddiaçı tərəfindən 24 iyun 2016-cı il tarixdə imza edilməklə şəxsən qəbul olunmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, 07 iyun 2016-cı il tarixli qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, qərardan verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərarının məzmununu Azərbaycan dilində başa düşmədiyindən, prosessual vəzifələri və hüquqları məhkəmə tərəfindən izah edilmədiyindən iddiaçı məhkəmə qərarından vaxtında şikayət verməmişdir. Yəni əslində şikayət vermiş, lakin apellyasiya instansiyasına deyil, Ali Məhkəməyə şikayət xarakterli müraciət etmiş və həmin müraciətin cavabını gözləmişdir. Bu cavab isə iddiaçıya 18 avqust 2016-cı il tarixdə Azərbaycan dilində təqdim olunmuşdur. Həmin məktubu başa düşmək üçün hüquqşünas axtarmış, nəhayət rus dilində ona izah olunması kifayət qədər vaxtını almışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə birinci instansiya məhkəməsinə 14 sentyabr 2016-cı il tarixdə daxil olmuş, həmin tarixdə məhkəmənin ştampı vurulmaqla qeydiyyatdan keçmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçiMayılov Ülvi Arif oğlu və X7, 2-1(103)-2257/2016 saylı iş) 11 oktyabr 2016-cı il tarixli qərardadı ilə iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsitəmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunmasından imtina edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamış və şikayət apellyasiya icraatına qəbul olunmamışdır. İddiaçı 01 dekabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi, iddiaçının apellyasiya şikayətinə apellyasiya icraatında baxılaraq ədalətli qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o, məhkəmə prosesində iştirak edərkən məhkəməyə bildirmişdir ki, rus milliyyətlidir və Azərbaycan dilini bilmir. Buna görə də tərcüməçiyə ehtiyacı var. Həmin vaxt məhkəmə işçilərindən biri tərcüməçi kimi məhkəmə iclasında çıxış etmiş, demək olar ki, ona məhkəmə prosesinin gedişində heç bir şeyi tərcümə etməmişdir. Ancaq proses qurtardıqdan sonra tərcüməçi iddiaçıya bildirmişdir ki, idd iası onun ziyanına həll olundu. İddiaçı qeyd edir ki, nə proses zamanı öz iddiasını əsaslandırmaq hüquqlarından istifadə edə bilmiş, nə də prosessual hüquqlarını, o cümlədən iş üzrə yekun qərar çıxarılması, ondan şikayət vermə qaydası və müddəti ona izah edilməmişdir. Məhkəmə qərarı rus dilinə tərcümə edilməmişdir. İddiasının ziyanına həll olunduğunu bildikdən sonra o, dövlət orqanına ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 avqust 2016-cı tarixli məktubu ilə ona bildirilmişdir ki, sözügedən qərardan apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidir. Bu qərar tam ədalətsiz və qanunsuzdur. Buna görə də həmin qərar ləğv edilməlidir. İşə baxılarkən ona iddiasını əsaslandırdığı halları göstərmək imkanı verilməmiş, iş üzrə mütəxəssis cəlb edilməmiş, cavab dehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, çəkişmə prinsipi təmin edilməmişdir. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 26, İnzibati Prosessual Məcəllənin 64, 68 və 81-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdlər. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddia çının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı iddiasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti, həmçinin şikayət üzrə qanunla müəyyən edilmiş müddəti buraxdığından buraxılmış müddətin üzrlü sayılaraq bərpa edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının məzmununu Azərbaycan dilində başa düşmədiyind ən, prosessual vəzifələri və hüquqları məhkəmə tərəfindən izah edilmədiyindən iddiaçı məhkəmə qərarından vaxtında şikayət verməmişdir. Yəni əslində şikayət vermiş, lakin apellyasiya instansiyasına deyil, dövlət orqanına şikayət xarakterli müraciət etmiş və həmin müraciətin cavabını gözləmişdir. Bu cavab isə iddiaçıya 18 avqust 2016-cı il tarixdə Azərbaycan dilində təqdim olunmuşdur. Həmin məktubu başa düşmək üçün hüquqşünas axtarmış, nəhayət rus dilində ona izah olunması kifayət qədər vaxtını almışdır. İddiaçının iddiasının rədd olunması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərarının surəti ona 24 iyun 2016-cı il tarixdə xəbərnaməyə imza edilməklə təqdim edilmiş, şikayət üzrə sonuncu gün 24 iyul 2016-cı il tarix olmasına baxmayaraq həmin qərardan ve rdiyi apellyasiya şikayəti və müddətin bərpasına dair ərizəsi birinci instansiya məhkəməsinə 14 sentyabr 2016-cı il tarixdə daxil olmuşdur. İPM-in 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İPM-in 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə, yəni qərar rəsmi qaydada alındıqdan 2 aydan artıq müddət keçdikdən sonra verilmişdir. İddiaçı ərizəsində və şikayətində müddəti üzrlü səbəbdən ötürdüyünü məhkəmə qərarının məzmununu Azərbaycan dilində başa düşməməsi, prosessual vəzifələri və hüquqlarının izah edilməməsi ilə əsaslandırmışdır. İPM-nin 1.2-ci maddəsinə istinadən MPM-nin 11-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı Azərbaycan Resp ublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır (11.1-ci maddə). Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir (11.3-cü maddə). İddiaçı tərəfindən mübahisə olunan məhkəmə qərarı da ona Azərbaycan dilində təqdim edilmişdir. İddiaçı özü də həm Azərbaycan Respublikasının Prezident Administrasiyasına göndərdiyi, həm də müddətin bərpasına dair ərizəsində məhkəmənin onun iddiasını təmin etmədiyini bildirmişdir. Qanunverici məhkəmə qərarından apellyasiya şikayətini qərarı qəbul etmiş məhkəməyə təqdim edilməsini nəzərdə tutduğundan, iddiaçı məhkəmə qərarını aldıqdan sonra bir ay müddətində qərarı qəbul etmiş məhkəməyə müraciət etməmişdir. İddiaçının Azərbaycan Respublikasının X1 Məhkəməyə daxi l olmuş müraciəti ilə bağlı sənədlərdən görünür ki, o, birinci instansiya məhkəməsinin qərarından narazılığı barədə Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət etsə də, həmin müraciətin məhkəmə qərarından şikayət müddəti ərzində etməsinə dair sübut təqdim etməmişdir. İPM-in 24.1-ci maddəsində birmənalı olaraq müəyyən olunur ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008- ci il tarixli qərarında qeyd etmişdir ki, “… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”. Konstitu siya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspan iyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Apellyasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən müddətin bərpası barədə ərizəni təmin etməməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayətinin təmin e dilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2257/2016 saylı, 11 oktyabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-467/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-467/2017
07.03.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver