Məhkəmə qərarları › İş №2-1(102)-467/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-467/2020

05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-467/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-467/2020) (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 oktyabr tarixli 2-1(103)2260/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il 8 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən Xətai Bələdiyyəsinin 2004-cü il 23 iyun tarixli, 05/41 saylı qərarı ilə ayrılmış 0,04 ha ibarət həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini on unla əsaslandırmışdır ki, Xətai Bələdiyyəsinin 2004-cü il 23 iyun tarixli, 05/41 saylı qərarı ilə iddiaçıya 0,04 ha ibarət həyətyanı torpaq sahəsi ayrılmış və alğı-satqı aktı ilə həmin torpaq sahəsini bələdiyyədən almışdır. Torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün iddiaçı 2018-ci il 16 mart tarixli ərizə ilə, zəruri olan sənədləri əlavə etməklə, cavabdehə müraciət etmiş, lakin sonuncu 2018-ci il 13 aprel tarixli cavab məktubu ilə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan ərazilərə aid olmadığını, sərhədlərin şərti olduğunu, alğı-satqı aktının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən razılaşdırılmadığını və hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi halda onun ərizəsinə baxılacağını bildirməklə, torpaq sahəsinin onun adına qeydiyyata alınm asından imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 may tarixli 2-1(82)-111/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən Xətai Bələdiyyəsinin 2004-cü il 23 iyun tarixli, 05/41 saylı qərarı ilə ayrılmış 0,04 ha ibarət həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 oktyabr tarixli 2-1(103)-2260/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə 2018-ci il 9 avqust tarixli qərardadı ilə təyin etdiyi ekspertizanı başa çatdırmadan və iş üçün əhəmiyyət kəsb edən sübut növü olan ekspert rəyi alınmadan, mübahisəli torpaq sahəsinin statusu müəyyənləşdirilmədən, başqa sözlə, torpağın bələdiyyəyə, yoxsa dövlət mülkiyyətinə aid olduğunu aydınlaşdırmadan, iddianın təmin olunması barədə əsaslandırılmamış nəticəyə gəlmişdir. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə iş üzrə toplanmış materialları, sübutları, faktları, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, işə baxılarkən işin hallarına və sübutlara hüquqi qiymət verməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməsi prinsiplərinə əməl etməmiş, işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Nəticədə, iddiaçının qanunla qorunan insan hüquq və azadlıqları kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələ rində göstərilir ki, Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxır. Həmin maddənin İV hissəsinə əsasən, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Həmin maddənin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin maddənin Vİİİ hissəsinə əsasən, məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müd afiə hüququ təmin olunur. Həmin normaların tələbləri pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instan siyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddəsində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasına əsas olduğu qeyd edilir. Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiy yə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır. Göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. İşdən göründüyü kimi, iddiaçının ərizəsinin icrasından imtinanın birinci əsası kimi, cavabdeh ilk öncə iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan ərazilərə aid olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 2018-ci il 9 avqust tarixdə keçirilən məhkəmə iclasında, məhkəmə tərəflərin nümayəndələrinin iştirakı ilə cavabdehin imtina məktubunda və onun etirazında qeyd olunan həmin halların dəqiqləşdirilməsi və torpaq sahəsinin statusunun müəyyən edilməsi üçün məhkəmə ekspertizası keçiril məsi məsələsini müzakirə edərək bu barədə qərardad qəbul etmiş və həmin qərardadla ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırmışdır. İş materiallarından görünür ki, məhkəmə ekspertin 2018-ci il 1 oktyabr tarixli vəsatətinə əsasən mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə baxış keçirilməsini 2018-ci il 3 dekabr tarixə (saat 15:00) təyin etmiş, lakin işin 67-ci vərəqində olan mütəxəssis İ.Şərifovun məhkəməyə təqdim etdiyi arayışından, eyni zamanda, 71-ci vərəqində olan ekspert İ.Xudiyevin məhkəməyə təqdim etdiyi ekspertizadan imtina məlumatından görünür ki, 2018-ci il 3 dekabr tarixə təyin olunmuş tarixdə ekspert və mütəxəssis məhkəmə binasına gəlsələr də, tərəflərin gəlməsi məhkəmə tərəfindən təmin olunmamış, bununla da məhkəmənin ekspertiza təyin olunması barədə qərardadında ekspert qarşısında qoyulan suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Beləliklə, məhkəmənin təyin etdiyi ekspertizanı başa çatdırmadan və iş üçün əhəmiyyət kəsb edən sübut növü - ekspert rəyi alınmadan, mübahisəli torpaq sahəsinin statusu müəyyənləşdirilmədən, başqa sözlə, torpağın bələdiyyəyə yaxud dövlət mülkiyyətinə aid olduğunu aydınlaşdırmadan iddianın təmin olunması barədə əsaslandırılmamış nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmə cavabdehin imtinasının digər bir dəlili, o cümlədən, torpağın alğı-satqı aktının həmin vaxt torpaq qanunvericiliyinin qüvvə də olan normalarına müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılması və qeydiyyata alınması ilə bağlı araşdırma aparmamış, müvafiq sübutların tədqiq edilməsi zəruriliyini nəzərdən qaçırmışdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi tərəfindən ciddi prosessual pozuntulara yol verilmiş, qanunvericiliyin tələb etdiyi geniş həcmdə sübutlar araşdırılmamışdır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri birinci instansiya məhkəməsi tərəfindən təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mübahisənin düzgün həlli üçün məhkəmə icraatının birinci instansiya məhkəməsində davam etdirilməsini zəruri hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şik ayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 oktyabr tarixli 2-1(103)-2260/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar