Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-467/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı ( xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1794/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 345 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
2. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1973 -cü ildə Yevlax MMC-yə 5-ci dərəcəli maşinist köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1974-cü ildə Sovet Ordusunda hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1976-cı ildə Azərbaycan SSR Meliorasiya və Su təsərrüfatı Nazirliyinin Yevlax rayon 6 saylı PMK-da maşinist-ekskvovatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1988ci ildə Yevlax rayon 6 saylı PMK-nın ləğv edilməsi ilə əlaqədar olaraq yeni təşkil olunmuş Yevlax rayon Təmir-tikinti İdarəsinə keçirilməklə maşinist-ekskvovatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə PMK-ya keçirilməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1989-cu ildə Yevlax rayon PMK-da 6-cı dərəcəli maşinist-ekskvovatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə "B", "C" dərəcələri üzrə sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci i ldə iş yeri ləğv edildiyinə görə işdən azad edilmişdir.
3. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2021-ci il tarixli, 08 saylı məktubundan görünür ki, Yevlax “Melioservis” İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri X8 mühafizə olunmaq üçün təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. 4. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdə 3 saylı əmrlə Yevlax “Melioservis” İdarəsində işə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə 17 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək əməkhaqqı almışdır.
5. Azərbaycan Respublikası Dövlət X5 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 36/10 saylı məktubdan görünür ki, Yevlax “Melioservis” İdarəsinin əmr kitabları və əmək haqqı s ənədləri X8 mühafizə olunmaq üçün təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır.
6. Yevlax “Melioservis” İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 67 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.1793-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Yevlax Maşın-Meliorativ Stansiyasına ekskavatorun maşinist köməkçisi işinə qəbul edilmiş və xx.xx.1974-cü ildə 139 saylı əmrə əsasən hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. Hərbi xidməti başa çatdırdıqdan sonra xx.xx.1976-cı il tarixdən 93 saylı əmrə əsasən köhnə idarədə ekskavatorun maşinisti işinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdən həmin nazirliyin 255 saylı, xx.xx.1988-ci il tarixli əmrinə əsasən xx.xx.1988-ci il tarixdən idarə Yevlax rayon Təmir-istehsal İstehsalat Birliyi adlandırılmışdır. xx.xx.1990-cı il tarixdən 48 saylı əmrə əsasən KAMAZ 5511 markalı avtomaşına "B", "C" kateqoriyalı sürücü keçirilmişdir. Nazirliyin 190 saylı, xx.xx.1989-cu il tarixli əmrinə əsasən xx.xx.1993-cü il tarixdən Nazirliyin “77 Ü” saylı əmri ilə onun işlədiyi idarə X12 Meliorativ Stansiyası adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 372 saylı, xx.xx.2006-cı il tarixli Fərmanına əsasən idarə xx.xx.2006-cı il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yevlax Melioservis İdarəsi adlandırılmışdır. 02 may 2011-ci il tarixdən 17 saylı əmrə əsasən iş yeri ləğv olduğuna görə işdən azad olunmuşdur (Az. ƏM-nin 70 maddəsinin "b" bəndi).
7. Yevlax “Melioservis” İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 89 saylı arayışdan görünür ki, İddiaçı xx. xx.1973-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin X7 Stansiyasına ekskavatorun maşinist köməkçisi işinə qəbul edilmişdir və xx.xx.1974-cü ildə 139 saylı əmrə əsasən hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. Hərbi xidməti başa çatdırdıqdan sonra köhnə idarədə xx.xx.1976-cı il tarixdən 93 saylı əmrə əsasən ekskavatorun maşinisti işinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdən həmin nazirliyin 255 saylı, xx.xx.1988-ci il tarixli əmrinə əsasən xx.xx.1988-ci il tarixdən idarə Yevlax rayon Təmir-istehsal İstehsalat Birliyi adlandırılmışdır. xx.xx.1990-cı il tarixdən 48 saylı əmrə əsasən KAMAZ 5511 markalı avtomaşına "B", "C" kateqoriyalı sürücü keçirilmişdir. Nazirliyin 190 saylı, xx.xx.1989-cu il tarixli əmrinə əsasən xx.xx.1993-cü il tarixdən Nazirliyin 77 Ü saylı əmri ilə X12 Meliorativ Stansiyası adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 372 saylı, xx.xx.2006-cı il tarixli Fərmanına əsasən idarə xx.xx.2006-cı il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yevlax Melioservis İdarəsi adlandırılmışdır. 02 may 2011-ci il tarixdən 17 saylı əmrə əsasən iş yeri ləğv olduğuna görə işdən azad olunmuşdur.
8. Yevlax “Melioservis” İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 88 saylı İddiaçı əmək haqqı arayışından müəyyən olunur ki, İddiaçı 1989-cu ildən 1992-ci ilədək bütün aylar, 1993-cü ilin 9 ay, 1994-cü ilin 10 ay, 1995-ci ilin 8 ay, 1996-cı ilin 3 ay, 1997-ci ilin 2 ay və 2004-cü ilin bütün ayları üzrə əmək haqqı almış, 1999-2003 və 2005-2011-ci illər üzrə əmək haqqı almamışdır.
9. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa g örə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
10. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 22.1.1-ci maddələrinə əsasən sığortaedənlər tərəfindən “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (B3) təqdim edilərkən ərizəçinin sosial sığorta nömrəsi qeyd edilmədiyi üçün müraciətə qeyd olunan 2006-2011-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı fərdi şəxsi hesabında əks olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
11. İddiaçı 8 dekabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçının əmək pensiyası təyin edilməsi barədə müraciətinə Fondun Bərdə rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtinanın, eləcə də bu imtinadan verdiyi şikayətin cavabdeh tərəfindən təmin edilməməsinə dair hərəkətlərinin qanunsuz və əsassız sayılmasını və iddiaçıya əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəfindən 23 iyun 2020-ci il tarixli ərizə ilə DSMF-nun Bərdə rayon Şöbəsinə müraciət olunaraq 1973-cü ildən 2011-ci ilin may ayının 2-dək olan müddətdə qanunvericiliklə müəyyən olunan əmək (iş) stajına malik olmasına əsaslanaraq ona əmək pensiyasının təyin olunması xahiş olunmuşdur. Sözügedən müraciətinə Fondun Bərdə rayon Şöbəsi tərəfindən ba xılmış və ona ünvanlanan 06 iyul 2020-ci il tarixli, **********2 nömrəli “Əmək pensiyasının təyin edilməməsi barədə bildirişdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə istinad olunaraq, sözügedən maddədə nəzərdə tutulmuş sosial sığorta stajının və pensiya kapitalının olmaması əsası ilə iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və əmək pensiyasının təyin edilməsi məqsədi ilə şöbəyə təqdim etdiyi sənədlər geri qaytarılmışdır. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən Bərdə rayon Şöbəsinin imtinasından subordinasiya qaydasında sözügedən Şöbənin tabe olduğu Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2020-ci il tarixli şikayətlə müraciət olunaraq əmək pensiyası təyin edilməsi barədə müraciətinə X13 tərəfindən verilmiş xx.xx.2020-ci il tarix li imtinanın əsassız sayılması və ona əmək pensiyası təyin edilməsi vəzifəsinin həmin şöbəyə həvalə edilməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş olunmuşdur. DSMF tərəfindən nəinki Bərdə rayon Şöbəsinin iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunan və qorunan pensiya hüququ bərpa edilmiş, hətta göstərilən şikayəti digər əsassız arqumentlərlə təmin etməmişdir. Belə ki, göstərilən şikayəti cavablandıran Fondun İdarə heyətinin sədr müavini iddiaçıya ünvanlandığı 01 oktyabr 2020-ci il tarixli, **********5 nömrəli məktubunda göstərmişdir ki, sığortaedənlər tərəfindən “Məcburi dövlət sosial sığorta haqqı” üzrə sığortaoluııanlar haqqında məlumat (B3) təqdim edilərkən, iddiaçının sığorta nömrəsi qeyd edilmədiyi üçün müraciətində qeyd olunan 2006-2011-ci illər üçün m əcburi dövlət sosial sığorta haqqı fərdi şəxsi hesabında əks olunmamışdır. Daha sonra, qeyd olunan məktubda “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa istinadən göstərilmişdir ki, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında həmin Qanunda müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Qeyd olunan məktubdan da görünür ki, istinad olunan Qanunda müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaolunan kimi iddiaçının deyil, sığortaedənin vəzifəsidir. Sığortaedənin qanunla üzərinə düşən vəzifəsini icra etməməsi, yəni məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatı (B3) sığortaedən tərəfindən aidiyyəti üzrə göndərməməsi nəticə etibarı ilə iddiaçının konstitusion hüququ olan pensiya təminatı hüququndan məhrum edilməsinə səbəb ola bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən onun şikayətinin təmin edilməməsinin əsası qanunsuz və əsassız olmuşdur. Cavabdeh orqanın onun şikayətinin təmin olunmamasına dair hərəkətlərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 26 oktyabr 2020-ci il tarixli şikayətlə müraciət etsə də, sözügedən Nazirlik tərəfindən hazırkı vaxtadək qeyd olunan şikayətinə bu və ya digər cavab verilməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, 07 avqust 1955-ci ildə anadan olmuş və hazırda 65 yaşı vardır. Əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətindəki məlumatlardan görünür ki, xx.xx.1973-cü ildən xx.xx.2011-ci il tarixinədək müxtəlif təşkilatlarda, müxtəlif vəzifələrdə işləməklə, ümumilikdə 38 il əmək (iş) stajı vardır. İşin mübahisəsiz halıdır ki, iddiaçı, pensiya yaşına çatmış və 38 il stajı vardır. İşin mübahisəsiz halıdır ki, xx.xx.2006-cı il tarixədək 25 ildən artıq iş (əmək) stajı vardır.
13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-516/2022 nömrəli qərarı (hakim X6) ilə iddia r ədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək kitabçasında iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Yevlax “Melioservis” İdarəsində işləməsi qeyd olunsa da, Yevlax “Melioservis” İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 88 saylı İddiaçı əmək haqqı arayışından müəyyən olunur ki, iddiaçı 1989-cu ildən 1992-ci ilədək bütün aylar, 1993-cü ilin 9 ay, 1994-cü ilin 10 ay, 1995-ci ilin 8 ay, 1996-cı ilin 3 ay, 1997-ci ilin 2 ay və 2004-cü ilin bütün ayları üzrə əmək haqqı almış, 1999-2003 və 2005-2011-ci illər üzrə əmək haqqı almamışdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd etdiyi kimi, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişi ol maqla, pensiya təyin edilərkən işlədiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının əmək haqqı almadığı dövrlər ona pensiya təyin edilərkən onun sığorta stajına daxil edilə bilməz.
16. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1794/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının 1973-2011-ci illər üzrə əmək fəaliyyəti (ümumi iş stajı) əmək kitabçası ilə təsdiq olunur. Birinci instansiya məhkəməsində və apellyasiya baxışında cavabdeh inzibati orqan ilkin imtinasının motivindən kənara çıxaraq, iddiaçının 1973-cü ildən deyil, 1989-cu ildən əmək fəaliyyətinə başladığını iddia etmişdir. Bu zaman inzibati orqanın əməkdaşlarının və müəssisənin müh asibinin tərtib etdiyi Akta istinad olunmuşdur. Lakin iddiaçı tərəfindən Yevlax rayon Arxiv idarəsinə müraciət olunmuşdur. Dövlət Arxivinin verdiyi arayışla iddiaçının 1973-1989-cu illərdə əmək fəaliyyətinə dair əmək kitabçasındakı qeydlər də öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçının 1973- 2011-ci illər üzrə fasiləsiz əmək fəaliyyətinə dair iş stajının əks olunduğu əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçının 1973-2011-ci illər üzrə ümumi iş stajının olması, 01 yanvar 2006-cı ilədək 33 il ümumi stajın - eyni zamanda, sosial sığorta stajının olmasını təsdiq edən əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövq eyindən görünür ki, iddiaçının müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları). Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunda həmin Qanun qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçası əsasında müəyyən olunduğu təsbit edilmişdir. Kassasiya şikayətinə etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur) Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 24. “ Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 25. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun Maddə
1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
26. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kass asiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidi r. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərə findən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və qiymətləndirilməsində, bunun üzərindən tətbiqində səhvə yol verilmişdir. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, qərar ləğv edilməli, iddia təmin olunmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddia tələbinin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.
31. Mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1955- ci il tarixdə anadan olmuş, qanunla müəyyən edilmiş əmək pensiyası yaşına xx.xx.2020-ci il tarixdə çatmışdır. İddiaçının yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sığorta stajını topladığı onun əmək kitabçası, arxiv arayışları və hərbi xidmət barəsində arayışla təsdiq olunur.
32. Belə ki, iş üzrə materiallara əlavə olunmuş iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən, eləcə də hərbi xidmətlə bağlı arayışdan müəyyən olunur ki, xx.xx.1973-cü ildə Yevlax MMC-yə 5-ci dərəcəli maşinist köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1974-cü ildə Sovet Ordusunda xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildə Az ərbaycan SSR Meliorasiya və Su təsərrüfatı Nazirliyinin Yevlax rayon 6 saylı PMKda 6-cı dərəcəli maşinist-ekskavatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə Yevlax rayon 6 saylı PMK-nın ləğv edilməsi ilə əlaqədar olaraq yeni təşkil olunmuş Yevlax rayon Təmir-tikinti idarəsinə keçirilməklə 6-cı dərəcəli maşinist-ekskvovatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə PMK-ya keçirilməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, həmin xx.xx.1989-cu il tarixdə Yevlax rayon PMK-da 6-cı dərəcəli maşinist-ekskavatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə "B", "C" dərəcələri üzrə sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci ildə iş yeri ləğv edildiyinə görə işdən azad edilmişdir
33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmaması barədə qərarında xx.xx.2020-ci i l tarixli akta istinadən qeyd etmişdir ki, İddiaçı 1989-cu ildən 1992ci ilədək bütün aylar, 1993-cü ilin 9 ay, 1994-cü ilin 10 ay, 1995-ci ilin 8 ay, 1996-cı ilin 3 ay, 1997-ci ilin 2 ay və 2004-cü ilin bütün ayları üzrə əmək haqqı almış, 1999-2003 və 2005-2011-ci illər üzrə əmək haqqı almamışdır. Cavabdeh də apelyasiya məhkəməsində icraat zamanı iddiaçının 1973-cü ildən deyil, 1989-cu ildən əmək fəaliyyətinə başladığını iddia etmiş və bu zaman həmin tarixli akta istinad etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli aktda iddiaçının xx.xx.1989-cu il tarixdə 3 saylı əmrlə Yevlax “Melioservis” İdarəsində işə qəbul olunduğu, xx.xx.2011-ci il tarixdə 17 saylı əmrlə işdən azad edildiyi, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək əməkhaqqı aldığı qeyd olunmuşdur.
34. Halbuki iş üzrə ma teriallara əlavə olunmuş Yevlax “Melioservis” İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 67 saylı və xx.xx.2021-ci il tarixli, 89 saylı arayışlardan görünür ki, iddiaçı xx.xx.1973-cü il tarixdən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Yevlax Maşın-Meliorativ Stansiyasında ekskavator maşinistinin köməkçisi kimi əmək fəaliyyətinə başlamış, xx.xx.1974-cü ildə 139 saylı əmrə əsasən hərbi xidmətə getdiyi üçün işdən azad edilmiş, hərbi xidmətdən sonra xx.xx.1976-cı il tarixdən yenə həmin idarədə ekskavatorun maşinisti işinə qəbul edilmiş, Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin 255 saylı, xx.xx.1988-ci il tarixli əmrinə əsasən iddiaçının işlədiyi müəssisə xx.xx.1988-ci il tarixdən Yevlax rayon Təmir-istehsal İstehsalat Birliyi adlandırılmış, xx.xx.1990-cı il tarixdən həmin idarədə KAMAZ 5511 markalı avtomaşına "B", "C" kateqoriyalı sürücü keçirilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçının işlədiyi müəssisənin adının bir neçə dəfə dəyişdirildiyi, lakin iddiaçının adı dəyişdirilmiş eyni müəssisədə işləməyə davam etdiyi müəyyən olunmuşdur. Odur ki, iddiaçının 1973-cü il tarixdən əmək fəaliyyətinə başladığı qəbul olunmalıdır. İddiaçının əmək fəaliyyətinə başladığı həmin tarixdən hərbi xidmət dövrü də nəzərə alınmaqla fasiləsiz işlədiyi yalnız onun əmək kitabçası ilə deyil, həmçinin iş üzrə materiallara əlavə olunmuş iş yerinin arayışları ilə də təsdiq olunur. Bu baxımdan iddiaçının iş stajının hesablanması zamanı onun əmək fəaliyyətinə 1973-cü il tarixdən başladığı nəzərə alınmalı və onun əmək stajı həmin tarixdən hesa blanmalıdır.
35. Belə ki, məhkəmə kollegiyası mübahisəyə dair işin faktiki hallarından və tətbiq edilməli olan normaların təfsirindən, eləcə də müəyyən olunmuş halların həmin normalara əsasən qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır.
36. Nəzərə almaq lazımdır ki, iddiaçının həmin dövrdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Əksinə, əmək kitabçasındakı məlumatların məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş iş yerinin arayışları ilə də təsdiq olunduğu görünür.
37. Bundan əlavə, iş üzrə materiallara əlavə olunmuş Azərbaycan Respublikası Dövlət X1 20.07..2022-ci il tarixli, 220/10 saylı arxiv arayışına əsasən, iddiaçı xx.xx.1973cü ildə Yevlax MMS-yə 5-ci dərəcəli maşinist köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1974-cü ildə Sovet Ordusunda xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1976-cı ildə Yevlax MMS-yə maşinist-ekskavatorçu vəzifəsinə, xx.xx.1988-ci ildə Yevlax rayon 6 saylı PMK-nın ləğv edilməsi ilə əlaqədar olaraq yeni təşkil olunmuş Yevlax rayon Təmir-tikinti İdarəsinə keçirilməklə maşinist-ekskvovatorçu vəzifəsinə qəbul edilmişdir.
38. İddia çının iş illərinə dair əmək kitabçasında qeyd edilmiş məlumatlar arxiv arayışı və iş yerindən arayışla təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün onun əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozması kimi qiymə tləndirilməlidir.
39. Bundan başqa, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyi də nəzərə alınmalıdır. Həmin mövqeyə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (bununla bağlı bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).
40. Beləliklə, iddiaçının 1973-cü il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi dövrlər, eləcə də xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alındıqda, onun 37 ildən çox, 1973-cü il tarixdən xx.xx.2006-cı il tarixədək isə hərbi xidmət müddəti də nəzərə alındıqda, 32 ildən çox iş stajını topladığı mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur.
41. Bununla bağlı və kassasiya şikayətinə etirazın sosial sığorta haqqının ödənilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunda təsbit edilmiş hüquqi tənzimləmə nəzərə alınmalıdır. Həmin normalara görə, qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Bu baxımdan, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığor ta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması yuxarıda istinad olunan tənzimləmənin məqsədlərinə və qanunvericinin iradəsinə zidd olardı.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüq uq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
43. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
44. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının əmək kitabçasında qeyd edilmiş 2006-cı il tarixədək olan əmə k fəaliyyəti dövrləri, eləcə də hərbi xidmət müddəti nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni həm 25 il sığorta stajı və həm də yaş həddi ilə bağlı şərtlərin mövcudluğu müəyyən olunur. Bu baxımdan, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, iddiaçıya hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
45. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
46. N əticə etibarı ilə, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1794/2022 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. İddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilir. Qərar qətidir.