Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-467/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti üzrə müddətin 3 ildən çox ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103) -1123/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 10.000 manat məbləğində zərərin və cavabdehin vurduğu mənəvi ziyana görə 7.000 manat məbləğin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1932/2020 saylı, 17 mart 2020-ci il tarixli qərardadı ilə (hakim X4) iddia mümkün sayılmamışdır.
3. Məhkəmə qeyd etmişdir ki, hazırki iddia mülki mühakimə qaydasında baxı lmalı olan iddiadır. Bu səbəbdən də iddiada qeyd edilən halların araşdırılması üçün iddiaçı hazırki iddia tələbi ilə ümumi məhkəməyə müraciət etməlidir.
4. İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1123/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qərardadı ilə (hakimlər: X5 (məruzəçi), X8 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1932/2020 saylı, 17 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddia çı kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkilə təmin olunma barədə vəsatət vermişdir.
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1123/2020 nömrəli iş üzrə 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: X9 (məruzəçi), X6 və X7) ərizə təmin edilmiş, iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmişdir.
9. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. ƏRİZƏNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Ərizənin dəlilləri
10. İddiaçı buraxılmış müddətin bərpasına dair vəsatətdə qeyd etmişdir ki, mübahisənin həlli ilə əlaqədar müxtəlif məhkəmələrə müraciət etdiyindən qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. b) Müddət bərpasına dair ərizəyə qarşı etirazın dəlilləri
11. Müddət bərpasına dair ərizəyə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təm in edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə tərkibi ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
14. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual mü ddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
15. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim edilmiş, iddiaçı müvafiq poçt xəbərnaməsinə imza etməklə qərardadı qəbul etmişdir. 16. xx.xx.2023-cü il tarixdə iddiaçı buraxılmış müddətin bərpa edilməsinə və kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsinə dair vəsatətlər vermişdir. Vəsatətlərin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur.
17. İddiaçı kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətdə qeyd etmişdir ki, mübahisənin həlli ilə əlaqədar müxtəlif məhkəmələrə müraciət etdiyindən qanu nla müəyyən edilmiş müddəti ötürmüşdür.
18. Bu dəlillə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının göstərdiyi hal müddətin bərpası üçün əsas sayıla bilməz.
19. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
20. İddiaçı apelyasiya məhkəməsinin qərardadını aldıqdan sonra 3 il müddətində ondan kassasiya şikayəti verməmiş, şikayət üzrə müddətin buraxılmasının səbəbi kimi təbii fəlakət və ya digər qarşısıalınmaz hallara, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı ol an hallara istinad etməmişdir. Qanunvericiliyə görə həmin hallar olmadıqda müddətin buraxılmasından 1 il keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kən ara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.»
22. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar əda lət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".
23. Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır.
24. Məhkəmə tərkibi hesab edir ki, şikayət üzrə müddətin buraxılması üçün İPM-in 24-cü maddəsində nəzərdə tutulan hallar olmadığından, müddə tin buraxılmasından 1 il keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilmədiyindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə mümkün sayıla bilməz. Bu səbəbdən həm də verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina olunmalıdır.
25. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizə mümkün sayılmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1123/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərar qətidir.