Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-468/2019 30.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-468/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 30 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Əliyev Həbib Əli oğlunun, Cavabdehin vəkili Tağıyeva Aidə Qafar qızının iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-1( 103)-2347/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2003-cü il 10 yanvar tarixdən prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2016-cı il 13 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı işlədiyi dövrdə əlavələri almağı barədə arayış təqdim etdiyi təqdirdə onun pensiyası yenidən hesablanacaqdır. İddiaçı 2017-ci il 21 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qüvvədə olan qanunların tələblərinə əməl edilməməsi nət icəsində vurulmuş maddi ziyanların hesablanıb pensiyasına əlavə olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək prokurorluq orqanı işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat məbləğindən az olmayaraq verilən maddi yardım və Azərbaycan Respublikası Baş prokurorunun əmrlərinə əsasən prokurorluq işçilərinə hər il Novruz bayramı, Respublika günü və Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə bir aylıq vəzifə maaşı həcmində verilən pul mükafatı nəzərə alınmaqla iddiaçının əmək pensiyasının təyin edildiyi tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Prokurorluq orqanlarında 33 il işlədikdən sonra 2002-ci il 2 noyabr tarixdə pensiyaya çıxmışdır. Ağır şəkər xəstəliyi, yıxılma nəticəsində onurğa fəqərələrinin sınması və digər ağır xəstəliklərə düçar olduğu üçün müalicəsi ilə məşğul olur. Ona görə də pensiyanın düzgün təyin olunub-olunmaması barədə məlumatı olmamışdır. O, pensiyasının düzgün hesablanmamasını ancaq 2017-ci ilin sentyabr ayında bilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 2017-ci il 2 iyun tarixli, 11/532 saylı arayışdan məlum olur ki, 2001-ci ildən başlay araq Baş Prokurorun əmrlərinə əsasən hər il Novruz bayramına görə mart ayında prokurorluğun təşkil edildiyi günə görə oktyabr ayında və yeni ilə görə dekabr ayında prokurorluq işçilərinin hamısına bir aylıq əmək haqları qədər maddi yardım və ya mükafat verilir. Ancaq düzgün olmayaraq məktubda maddi yardımla mükafat eyniləşdirilmişdir. Halbuki, mükafat ayrı-ayrı şəxslərə və yaxud bir qrup işçilərə əldə etdikləri nailiyyətə görə verilə bilər. Prokurorluq işçilərinin hamısına bayramlar münasibəti ilə əmək haqları məbləğində pul verilməsi mükafat yox, maddi yardım hesab edilməlidir. Həmin əmək haqqından əlavə verilən pul məbləğinin 80 faizi hesablanıb pensiyasına əlavə edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin i ddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 yanvar tarixli 2-1(82)204/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, prokurorluq orqanı işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat məbləğindən az olmayaraq verilən maddi yardım və Azərbaycan Respublikası Baş Prokurorunun əmrlərinə əsasən prokurorluq işçilərinə hər il Novruz bayramı, Respublika günü və Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə bir aylıq vəzif ə maaşı həcmində verilən pul mükafatı nəzərə alınmaqla iddiaçının əmək pensiyasının təyin edildiyi tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilərkən 2001-ci il 29 iyun tarixdə qəbul edilmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş imtiyazlar nəzərə alınmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 may tarixli 2-1(103)-1091/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 7 avqust tarixli 2-1(102)-1537/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 may tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, məhkəmə ilk növbədə iddiaçıya pensiya təyin edilərkən sözügedən əlavələrin nəzərə alınıb-alınmadığını müəyyən etməli idi. Bundan sonra isə məhkəmə iddiaçının pensiyasındakı sonrakı artımlar zamanı qeyd edilən əlavələrin yenə də nəzərə alınıb-alınmadığını yoxlamalı idi. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-1(103)-2347/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının prokurorluq orqanlarında işlədiyi dövrdə nəzərdə tutulan əlavələri alması Azərbaycan Respublikası Prokurorluğ unun və Naxçıvan MR Dövlət Arxivinin arayışlarında təsdiqini tapmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 12 noyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 3 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı işlədiyi dövrdə əlavələri almağı barədə arayışı Şöbəyə təqdim etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Prokurorluq haqqında” 1999-cu il 7 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” 2001-ci il 29 iyun tarixli Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. İddiaçının pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 8-ci hissəsinin tələbinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. 2006-cı il 1 yanvar tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr proku rorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir... Cavabdeh bəyan edir ki, iddiaçının işlədiyi dövrdə əmək haqqına ərizəsində qeyd edilmiş əlavələr hesablanmamışdır. Cavabdehin həmin dəlili yuxarıda istinad edilən, iddiaçının işlədiyi və pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan qanunvericilik aktlarının tələblərinə münasibətdə əsaslı hesab edilə bilməz. Digər tərəfdən, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokurorunun ümumi əmri ilə mart, oktyabr və dekabr aylarında ümumilikdə üçqat əmək haqqı həcmində maddi yardım verilmişdir. Bununla yanaşı, apellyasiya instansiyas ı məhkəməsi “Azərbaycan Respublikası Baş prokurorunun əmrlərinə əsasən prokurorluq işçilərinə hər il Novruz bayramı, Respublika günü və Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə bir aylıq vəzifə maaşı həcmində verilən pul mükafatı”nın da nəzərə alınması barədə tələbi təmin etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdim etdiyi arayışlarda da qeyd olunur ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokurorunun ümumi əmri ilə mart, oktyabr və dekabr aylarında ümumilikdə üçqat əmək haqqı həcmində maddi yardım verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 2017-ci il 02 iyun tarixli 11/532 №-li məktubunda 2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Baş prokurorunun ümumi əmri ilə Novruz bayramı və prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə mükafatlar, Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə maddi yardımlar verildiyi qeyd olunur. 2007-ci ildən başlayaraq Novruz bayramı və prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə verilən “mükafat”lar “maddi yardım”la əvəz edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Baş prokurorunun ümumi əmri ilə prokurorluq işçilərinə ildə üç dəfə (aylıq əmək haqqının üçqat məbləğində) ödənilən pul məbləği (maddi yardım) “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4- cü maddəsinin tələbindən irəli gəlmiş (2007-ci ilədək əmrdə “mükafat” kimi göstərildiyinə baxmayaraq) və ona uyğun olaraq icra edilmişdir. Digər tərəfdən, iddiaçının özü də iddia ərizəsində düzgün olaraq qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun 2017-ci il 02 iyun tarixli 11/532 №-li məktubunda maddi yardım mükafatla eyniləşdirilmişdir. Halbuki, mükafat ayrı-ayrı şəxslərə və yaxud bir qrup işçilərə əldə etdikləri nailiyyətə görə verilə bilər. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, xidməti vəzifələrinin nümunəvi icrasına, uzun müddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə prokurorluq işçisinə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:... 23.1.2. pul mükafatı;... Normanın tələbindən də göründüyü kimi, “pul mükafatı” xidməti vəzifələrinin nümunəvi icrasına, uzun müddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə prokurorluq işçisinə fərdi qaydada tətbiq olunan həvəsləndirmə tədb iridir. Həmin tədbirin tətbiqi qanunda bilavasitə nəzərdə tutulduğundan, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, həmin mükafat “qanunvericiliklə nəzərdə tutulan digər ödənişlər” kimi prokurorluq işçisinin əmək haqqına daxil edilə bilər. Lakin bu ödəniş onun bilavasitə icra olunduğu (yəni prokurorluq işçisinə bilavasitə ödənildiyi) hallarda nəzərə alına bilər. İddiaçının pensiya işinin məlumatlarından da göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun 2006-cı il 1 iyun tarixli 14/484 №-li arayışı həmin pensiya işinə əlavə edilmiş, həmin arayışda iddiaçının pensiyasının hesablanması üçün əsas götürülmüş 1990-1994-cü illər üzrə ödənilmiş mükafatlar əksini tapmış, 2006-cı ildə pensiyanın yenidən hesablanması zamanı həmin mükafatların nəzərə alındığı pensiya vərəqində (Məbləğin dəyişdirilməsi əsasları barədə qeyd sütununda) qeyd olunmuşdur. Həmin pensiya işində “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə müəyyən edilmiş əlavələrin nəzərə alındığı qeyd olunmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə “prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatının verilməsi”; “prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin verilməsi” və “prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi”nin iddiaçıya pensiya hesablanarkən nəzərə alınmalı olduğu hissəsində “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9, 21.1 və 21.4-cü maddələrinə uyğun olsa da, “Azərbaycan Respublikası Baş Prokurorunun əmrlərinə əsasən prokurorluq işçilərinə hər il Novruz bayramı, Respublika günü və Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə bir aylıq vəzifə maaşı həcmində verilən pul mükafatı”nın da nəzərə alınması barədə iddianın təmin olunması “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.1, 21.4 və 23.1, 23.1.2-ci maddələrinin tələblərinə uyğun olmadığından qərar həmin tələbə aid hissədə ləğv edilməli, iddia həmin hissədə rədd olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-1(103)-2347/2018 nömrəli qərarı qismən - “Azərbaycan Respublikası Baş prokurorunun əmrlərinə əsasən prokurorluq işçilərinə hər il Novruz bayramı, Respublika günü və Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə bir aylıq vəzifə maaşı həcmində verilən pul mükafatı”nın nəzərə alınması hissəsində ləğv edilir. İddia həmin hissədə rədd olunur. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılır. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-468/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-468/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver