Məhkəmə qərarları › İş №2-1(102)-468/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-468/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-468/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ehtiyata buraxılma barədə əmrin dəyişdirilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X9, vəkili Vəkil iştirakıilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (bundan sonra cavabdeh) qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 22 iyun 2018-ci il tarixli, 906 ş/h nömrəli əmrinin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2361/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 fevral 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı hərbi biletə əsasən 12.07.1999-cu il tarixdə hərbi xidmətə çağırılmış, 15.08.1999-cu il tarixdə hərbi and içmiş, 17.07.1 999-cu il tarixdən 04.07.2018-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmışdır. 04 iyul 2018-ci ildə Dövlət Sərhəd Xidməti rəisinin 906 ş/h nömrəli 22 iyun 2018-ci il tarixli əmri ilə “Hərbi vəzifə və Hərbi Xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Cavabdehin Hərbi Hospitalı tərəfindən verilmiş 1129 nömrəli xəstəlik tarixindən çıxarış epikrizinə əsasən iddiaçı 25.06.2018-ci il tarixdən 02.07.2018-ci il tarixədək müayinə olunmuş və məlum olmuşdur ki, zahirən sakit və səliqəlidir, məhsuldar psixi simptomlar aşkarlanmamış, əhvalı və emosional reaksiyaları stabildir. 21 iyun 2018-ci il tarixdə Bakı şəhər narkodispanserində ekspress müayinə olunub, psixoaktiv maddə aşkar olunmayıb. Sidikdə narkotik maddələri aydınlaşdırmaq üçün keçirilmiş ekspress test üsulunun nəticəsi haqqında 21.06.2018-ci il tarixli akta əsasən iddiaçıda “TCH” aşkar edilməmişdir. Cavabdeh tərəfindən verilmiş 02.07.2018-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı 25 iyun 2018 il tarixdən 2 iyul 2018 il tarixədək DSX Hərbi Hospitalında hal-hazırda psixi xəstəlik aşkarlanmır, öd daşı xəstəliyi: Xroniki daşlı xolesistit. Sağ diz oynağının mediaf meniskinin ikinci dərəcəli, lateral. meniskinin birinci dərəcəli degenerasiyası. Sağ diz oynağının artrozu. İkinci-dərəcəli alimentar piylənmə. Qaraciyərin piy distrofiyası diaqnozu ilə stasionar müalicə olunmuşdur. Çıxarış zamanı HHK qərarı həyata keçirilməsi, pəhriz nömrə 5, planlı cərrahi əməliyyat, ağır fiziki işlərdən, ağır idmandan azad olunması, iki həf tədən sonra təkrar qanın ümumi müayinəsi məsləhət görülür. Cavabdeh tərəfindən verilmiş 1279 nömrəli arayışdan görünür ki, iddiaçı 02.07.18 tarixdə DSX HHK tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin" 58 “c", 65 “ç”, 13 “d” maddələrinin İİİ qrafasına əsasən hərbi xidmətə yararlıdır. Diaqnoz: Funksiyaların cüzi dərəcədə pozulması ilə öd daşı xəstəliyi. Xroniki daşlı xolesistit, Funksiyaların pozulması olmayan sağ diz oynağının medial meniskin ikinci dərəcə, lateral meniskin birinci dərəcəli degenerasiyası. Sağ diz oynağının artrozu. İkinci dərəcəli alimentar piylənmə. Qaraciyərin piy distrofiyası. Hal-hazırda psixi xəstəlik aşkar edilməyib. Xəstəlikdir, hərbi xidmət dövr ündə alınmışdır. DSX Hərbi Hospitalının 25 oktyabr 2018-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçının qan analizi nümunələri istifadə edildiyi üçün hal-hazırda mövcud deyildir. Bu səbəbdən qan analizi nümunələrinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Bu kimi məsələlərin Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsi ilə həll olunmasını sizdən xahiş edirəm. DSX tərəfindən məhkəməyə ünvanlanmış 23.11.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasına dair Dövlət Sərhəd Xidməti rəisinin 22 iyun 2018-ci il tarixli 906 ş/h nömrəli əmrindən çıxarışı məhkəməyə təqdim edilir. 23.11.2018-ci il tarixli, 16/8302 nömrəli məktuba əlavə edilmiş DSX rəisinin 22.06.2018-ci il tarixli, 906ş/h nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğuna görə) müvafiq olaraq: Mayor İddiaçı “Şıxlı” sərhəd nəzarət məntəqəsi 2-ci bölmənin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılsın. Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə göndərilsin. Mayor İddiaçı 01 iyun 2018-ci il tarixə xidmət illəri: təqvim: 20 il, 04 ay, 03 gün; güzəştli 07 il, 03 ay, 08 gün; cəmi: 27 il, 07 ay, 11 gün. Əsas: Sərhəd Nəzarətində keçirilmiş attestasiya komissiyası iclasının 20.06.2018-ci il tarixli 16 №-li protokolu. DSX İstintaq və Təhq iqat İdarəsinin 26.04.2019-cu il tarixli məktubuna əlavə edilmiş 20 iyun 2018-ci il tarixli təqdimatın təsdiq edilmiş surətindən görünür ki, Mayor İddiaçı 2018-ci ilin may ayından Sərhəd Nəzarəti “Şıxlı” sərhəd nəzarəti məntəqəsi 2-ci bölmənin rəisi vəzifəsində xidmət edir. Mayor İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərmiş, verilən tapşırıqların yerinə yetirilməsi üçün çalışmışdır. Funksional vəzifələrini bilir. Gündəlik fəaliyyətini onların tələblərinə uyğun qurmağa çalışır. Lakin bölmə rəisi kimi peşə hazırlığının artırılması üçün öz üzərində lazımi qədər çalışmır. Mənəvi-psixoloji səviyyəsi inkişaf etmişdir. Xasiyyətcə sakitdir. Özünə və tabeliyində olanlara qarşı tələbkarlığı var. Bir zabit kimi hazırlığı normaldır. Rəislərin tənqidlərindən n əticə çıxarmağa çalışır. İşində təşəbbüskarlığı var. İcraçılıq keyfiyyəti normaldır. Xidməti vəzifələrinin icrasına yanaşması qənaətbəxşdir. Lakin hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol vermişdir. Belə ki, tibbi müayinə zamanı qanında narkotik tərkibli maddə (morfi) aşkar edilmişdir. Mayor İddiaçı hərbi hissənin attestasiya komissiyasının qərarına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq “Şıxlı” sərhəd nəzarəti məntəqəsi 2-ci bölmənin rəisi mayor İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün təqdim olunur. DSX İstintaq və Təhqiqat İdarəsinin 26.04.2019-cu il tarixli məktubuna əlavə edilmiş DSX Hərbi Hospitalının 14.06.2018-ci il tarixli analiz nəticəsindən görünür ki, iddiaçının Morfin (MOP) analizinin nəticəsi pozitiv olaraq qeyd edilmişdir. DSX İstintaq və Təhqiqat İdarəsinin 26.04.2019-cu il tarixli məktubuna əlavə edilmiş DİN-in A.N.Heydərov adına Respublika Hospitalının 13.07.2018-ci il tarixli sidikdə narkotik maddələrinin təyini müayinəsinin nəticəsindən görünür ki, iddiaçının Morfin (MOP) analizinin nəticəsi pozitiv olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Re spublika Narkoloji Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 27 aprel 2019-cu il tarixli, № 19/51- 3890 nömrəli məktuba əlavə edilmiş 10 aprel 2019-cu il tarixli, 761 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Hal-hazırda İddiaçı müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı iddiaçı Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İddiaçının narkoloji xəstəlikdən müalicə olub olmamasını müvafiq ixtisaslaşdırılmış narkoloji müəssisələrdən məlumat ala bilərsiniz. İddiaçının 2018-ci il ərzində Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələri və psixotrop maddələri həmin dövrdə qəbul etməsini uzun müddət k eçməsi ilə əlaqədar hal-hazırda müəyyən etmək mümkün deyildir. Psixoaktiv vasitələrinnarkotik vasitələrin və ya psixotrop maddələrin və onların metabolitlərinin qanda aşkarlanma müddəti sidiyə nisbətən daha qısa müddətdə müəyyən olunur. Narkotik və ya psixotrop maddələrin orqanizmdən çıxması hər bir individiumun antronometrik xüsusiyyətlərə (çəki, boy), sağlamlıq vəziyyəti, maddələr mübadiləsinin surətindən, dərialtı piy qatından və digər faktorlardan asılıdır. Qanda narkotik vasitə və ya psixotrop maddə izləri sonuncu narkotik vasitə və ya psixotrop maddə istifadə olunduqdan sonra təxminən 2-3 sutka ərzində aşkar oluna bilər. (Bu asılıdır hansı tezlikdə hansı miqdarda narkotik vasitə və ya psixotrop maddə qəbul olunub.). Saç tüklərində və dərialtı piy qatlarında narkotik vasitə və ya psix otrop maddə izləri aşkar olunması sidiyə və qana nisbətən daha uzun müddət aşkar oluna bilər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16.08.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidmətində qəbul zamanı (ananız X7 ilə birgə) tibbi müayinəyə dair təkzibedilməz faktlar təsdiqedici sənədlərlə nəzərinizə çatdırılmış və xidməti uyğunsuzluğa görə Silahlı Qüvvələrin ehtiyatına buraxılmağınızla əlaqədar qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun tətbiq edilməsi barədə sizə məlumat verilmişdir. Nəzərə almağınızı xahiş edirəm. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30.11.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğuna görə) müvafiq olaraq həq iqi hərbi xidmətdən ehtiyata buraxılmanızla bağlı maddənin dəyişdirilməsi ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinə ünvanladığınız ərizəyə baxılmışdır. Məlumat üçün bildiririk ki, mövcud qanunvericiliyə əsasən Sizin, ehtiyata buraxılmağınızla bağlı əmrdə sözü gedən maddənin ləğv edilməsi mümkünsüzdür. Nəzərə almağınızı xahiş edirik. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 22 iyun 2018-ci il tarixli, 906 ş/h nömrəli əmrin in ona aid hissəsində dəyişiklik edilərək onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9 bəndinə əsasən (öz arzusu ilə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetini bitirdikdən sonra 1999-2000-ci illərdə Dövlət Sərhəd Xidmətin müddətli həqiqi hərbi xidmət keçmiş, daha sonra 2001-ci ildən 2018-ci ildə ehtiyata buraxılana qədər Xidmətin orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Xidmət dövrü Fəxri fərmanlarla və müxtəlif medallarla təltif olun muş və ehtiyata buraxıldığı 4 iyul 2018-ci il tarixədək heç bir intizam cəzası almamış, əksinə, vəzifələrini vicdanla yerinə yetirmiş və hər il birdəfəlik pul mükafatına layiq görülmüşdür. Son xidmət yeri Xidmət Sərhəd Nəzarəti İdarəsinin “Şıxlı” X3 “mühafizə bölməsinin rəisi” vəzifəsi olmuşdur. Bu vəzifədə 22 iyun 2016-cı il tarixdən 4 iyul 2018-ci il tarixədək xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən 13 iyun 2018-ci il tarixdə Xidmətin Tibb Xidməti rəisi və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının laboratoriya rəisi X10 Məntəqəsinin hərbi qulluqçu heyətindən (o da daxil olmaqla) qan və sidik analizlərinin nümunələrini götürmüş və 19 iyun 2018-ci il tarixdə Sərhəd Nəzarətinin rəisi onu yanına çağırıb bildirmişdir ki, qan analizinin nəticələrinə görə onun qanında narkotik maddələrin izləri aşkar olunmuş və bununla əlaqədar Xidmətin Hərbi Həkim Komissiyasına göndərilir. 2 gün Hərbi Həkim Komissiyasında müayinə olunduqdan sonra onun tərəfindən narkotik və psixotrop maddələrin qəbul edilib-edilməməsinin müəyyən olunması üçün o, 25 iyun 2018-ci il tarixdən 2 iyul 2018-ci il tarixədək Xidmətin Hərbi Hospitalının sinir-əsəb şöbəsində müayinə olunmuş və müayinənin nəticələrinə görə onun narkotik və psixotrop maddələri qəbul etməyi təsdiq olunmamışdır. Lakin bütün bunlara baxmayaraq Xidməti rəisinin 22 iyun 2018-ci il tarixli, 906 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 41.0.6 bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışd ır. Ona görə də iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun normalarına istinadən hesab edir ki, onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qanunsuz və əsassızdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-249/2019 saylı iş) 28 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı haqqında Dövlət Sərhəd Xidməti rəisinin 22.06.2018-ci il tarixli, 906 ş/h nömrəli əmrinin ona aid hissəsində dəyişiklik edilərək onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsinin 41.0.9 bəndinə əsasən (öz arzusu ilə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, sidikdə narkotik maddələri aydınlaşdırmaq üçün keçirilmiş ekspress test üsulunun nəticəsi haqqında 21 iyun 2018-ci il tarixli, 99 nömrəli aktın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçıda “TCH” aşkar edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı tələskənliyə yol verərək, sübutları tam şəkildə araşdırmamışdır, iddiaçının xeyrinə toplanmış sübutlara qiymət vermədən, ilkin analizin rəyini əsas götürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X8 və X6, 2-1(103)-2361/2019 saylı iş) 24 oktyabr 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 9 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: 13 iyun 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin ixtisaslı həkimləri tərəfindən iddiaçının sidik analizindən narkotik tərkibli “morfin” maddənin izləri aşkar olunmuşdur. Bundan başqa iddiaçıdan götürülmüş sidik nümunəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydərov adına Hospitalının kliniki laboratoriyasında da müayinə olunarkən narkotik maddə ol an morfin aşkar olunmuşdur. Buna görə də iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Sərhəd Xidməti rəisinin 22 iyun 2018-ci il tarixli əmri ilə xidməti uyğunsuzluğa görə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İşin faktiki hallarından və iddiaçının özünün məhkəməyə verdiyi izahatından tam aydın olur ki, o, törətdiyi əməli Azərbaycan Respublikasının Silahlı X1 tələblərini kobud surətdə pozmuşdur. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydada ciddi riayət etməsi deməkdir. Lakin iddiaçı özünün əməli ilə Nizamnamə ilə müəyyən edilmiş davranış qaydalarını kobud şəkildə pozmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab e dilir. İddiaçı cavabdehin 22 iyun 2018-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “Şıxlı” sərhəd nəzarəti məntəqəsi 2-ci bölmənin rəisi vəzifəsindən azad olunmaqla, Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı ilkin iddiasında cavabdehin 22 iyun 2018-ci il tarixli əmrinin ləğv edilməsini xahiş etmiş, sonradan dəqiqləşdirilmiş iddiasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hissəsində əmrin dəyişdirilməsini (Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) əsasən ehtiyatına buraxılması ilə) xahiş etmişdir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İPM-in 32.1-ci maddəsinə əsasən müb ahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın...dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. İddiaçıdan sağlamlığı ilə bağlı laborator analizlər götürülmüş, sidiyin Dövlət Sərhəd Xidməti Hərbi Hospitalında laborator analizin nəticəsi “pozitiv” olmuş, bundan sonra sərhəd nəzarətinin rəisi tərəfindən iddiaçının Silahlı Qüvvələrdən ehtiyata buraxılması üçün təqdimat verilmiş, iddiaçı barəsində daha sonra hazırda mübahisə açdığı 22 iyun 2018-ci il tarixli əmr imzalanmışdır. İddiaçı barəsində 20 iyun 2018- ci il tarixdə tərtib edilmiş attestasiyanın mətnindən görünür ki, iddiaçı hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol vermişdir, tibbi müayinə zamanı qanında narkotik tərkibli maddə (morfi) aşkar edilmişdir. Cavabdeh sonradan özünün dəlillərində iddiaçının qanında deyil, sidiyində narkotik tərkibli maddə aşkar edildiyinə bildirsə də, apellyasiya məhkəməsi bu dəlilə münasibət bildirməmişdir. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı cavabdehin 22 iyun 2018ci il tarixli əmrini mübahisələndirir. Məhkəmə tərəfindən cavabdehin əmri verilən vaxt hansı hüquq normasının tələblərinin pozmasına aydınlıq gətirilməmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (...); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (...) 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (...). İddiaçı barəsində mübahisə olunan inzibati akt qəbul edilənədək iddiaçı öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur (14.1-ci maddə). Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2-ci maddə). Diskresion səlahiyyətlərin həya ta keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3-cü maddə). İPM-in 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirməsini, verilən əmr in diskresion səlahiyyətlərin məqsədinə uyğun olmasını, iddiaçının hüququnun məhdudlaşdırılmasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlamamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilə nləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2361/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar