Məhkəmə qərarları › İş №2-1(102)-468/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-468/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-468/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi, vergi məsuliyyətinə cəlb etmə müddəti. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınd a Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-448/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 30.10.2020-ci il tarixli qərarla, İddiaçı MTK 2020-ci il üçün ƏDV üzrə 297058,57 manat, 2019-cu il üçün məcburi dövlət sosial sığorta haqqı üzrə 375 manat, 2019-cu il üçün muzdla işləyənləri işəgötürən sığortaedən kimi 375 manat, 2019-cu il üçün işsizlik sığortası üzrə 15 manat, muzdla işləyənləri işəgötürən sığortaedən kimi 15 manat, cəmi 2978 38,27 manat əlavə vergi borcu və 149239,14 manat maliyyə sanksiyasına cəlb edilmişdir. Bundan başqa, MTK-nın barəsində Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə cəmi 320 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli **********141271 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.

3. İddianın əsaslarına görə, cavabdehin 30.10.2020-ci il tarixli **********141271 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə İddiaçı MTK-nın fəaliyyəti üzrə guya ki, ƏDV ödəmələri arasında 297058,27 manat fərq əmələ gəlmişdir və əlavə olaraq 148529,14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin rəqəmlər heç bir sübuta və təqdim olunmuş rəsmi sənədə söykənmədən tərtib olunmuş akta əsasən hesablanmışdır. Cavabdehin əməkdaşları Dövlət vergi müfəttişləri X4 və X1 vergi yoxlamasını aparmışlar. Yoxlama zamanı onlara təqdim olunan sənədlərdən İddiaçı MTK-nın üzvlərinin 2014-cü ilə aid yığıncağının qərarı ilə tanış olmuşlar. Bu qərarda MTK-nın müqavilə ilə təqdim olunmamış qeyri-yaşayış sahələrinin kooperativin üzvlərinə təqdim olunması qərara alınmışdır. Lakin bu qərardan 3 gün sonra təqdimetmənin göstərildiyi bu protokolun icra olunmadan icrasının dayandırılması və ləğv olunması barədə yeni qərar verilmişdir. Vergi müfəttişləri isə nədənsə, bu iki qərara birlikdə nəzər saldıqları halda, sadəcə birincini əsas götürmüş və öz şəxsi mülahizələri əsasında guya bu sahələrin təqdim olunduğu qərarına gəlmişlər. Bu tamamilə absurd və qanunvericiliyin müddəalarına ziddir. Bundan sonra müfəttişlər səyyar vergi yoxlaması aktı tərtib etmişlər. "xxxx" MTK-da keçirilən səyyar vergi yoxlamasına dair **********136749 nömrəli 21.09.2020-ci il tarixli akt iddiaçı tərəfindən imzalanmamışdır. Müfəttişlər tərəfindən AKT-ın “yoxlamanın nəticələrinə dair” 2.1 -ci bəndində qeyd olunan (9-cu səhifədə): ‘Cari yoxlamaya təqdim edilən "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının protokoluna əsasən açıq qalan sahənin təsisçilər arasında bölüşdürülməsinə görə həmin sahənin təqdim edilməsi qənaətinə gəlinmişdir. Vergi ödəyicisinin cari yoxlamaya təqdim etdiyi izahat da həmin açıq qalan sahənin təqdim edilməsini bir daha təsdiq etmişdir. Nəticədə yoxlama ilə 1513.84 (qeyri-yaşayış ) x 720.34 (ƏDV-siz) +1542.06 (mansarad) x 254.24(ƏDV-siz)+792 (zirzəminin qaraj kimi yararsız, lakin qeyri-yaşayış sahəsi kimi istifadəyə yararlı sahəsi) x 211.86 (ƏDV- siz)=1650323,73 manat dövriyyə kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 1650323,73 manat dövriyyə kənarlaşmasına görə 297058,27 manat 1650323.73x18%) ƏDV üzrə kənarlaşma aşkar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəya nnamədə göstərilməli oln məbləğinə nisbətən 297058,27 manat azaldılmasına görə 50% məbləğində, yəni 148529,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunur” mülahizələri düzgün deyildir (tamamilə absurddur) və AKT-dan çıxarılmalıdır. Daha dəqiq desək, icra olunması yoxlanılmadan (icrası mümkün olmadığı üçün ləğv edilmiş olan) hər hansı bir protokol və ya qərarın nəticələrinin güman əsasında “həmin açıq sahənin təqdim edilmə"si qənaətinə gəlinmməsl - müfəttişlərin qanuna və hüquqi (sənədləşdirilmiş) faktlara əsasən gəldikləri qanuni qənaət deyil, onların “xəyali təxayül” məhsulu olduğu üçün abosurddur və qeyri-qanunidir. Nəzərə alınmalıdır ki, MTKnın tikdiyi binanın yoxlanılan dövr ərzində hələ istismara qəbul edilməməsi, buna görə də göstərilən əmlakın bölüşdürülməsinin Dövlət reyestrində qeydiyyatının mümkün olmaması səbəbindən aktda istinad edilən protokolun icrası mümkünsüz olduğundan, həmin protokol faktiki icra edilmədən ləğv olunmuşdur. Bu barədə müfəttişlər hər hansı araşdırma aparmamış və bu məqsədlə iddiaçı tərəfə lazımi suallar verməmişlər. Halbuki, yoxlama zamanı bu sənədin (“protokol”un) icra olunub olunmaması və hüquqi nəticələrinin faktiki mövcud olub-olmaması araşdırılmalı idi. Lakin müfəttişlər nəinki bu faktları araşdırmamış, hətta səthi və yarımçıq sual-cavab əsasında alınmış izahatı əsas kimi aktda göstərməklə kifayətlənmişlər. Bundan əlavə, həmin protokolun 3 gündən sonra ləğv edilməsi də nəzərə alınmamışdır.

4. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdar əsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12.05.2020-ci il tarixli **********199697 nömrəli qərarına əsasən, aprel 2017 - mart 2020 vergi dövrü əhatə edilməklə, iddiaçıda səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi 21.09.2020ci il tarixli **********136749 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama aktı imzalamaq üçün vergi ödəyicisinə təqdim edilsə də, vergi ödəyicisi heç bir səbəb göstərmədən yoxlama aktını imzalamaqdan imtina etmişdir. Bu faktla əlaqədar Vergi Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə əsasən yoxlama aktında müvafiq qeyd aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə verilmiş və tələbnamədə qeyd edilən sənədlərin təqdim edilməsi təklif edilmişdir. Yoxlama zamanı real vergilərin müəyy ən edilməsi, yoxlamanın dolğun, obyektiv, hərtərəfli aparılması üçün bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik tələb olunduğundan Vergi Məcəlləsinin 44-cü və 45-ci maddəsinə müvafiq olaraq mütəxəssis və ekspert dəvət edilmişdir. Yoxlamaya təqdim edilmiş 07.08.2020-ci il tarixli mütəxəssis və 25.08.2020-ci il tarixli ekspert rəylərinə görə, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində inşa edilmiş 1 ədəd 3 girişdən, 7 mərtəbədən və mansarddan ibarət olan 108 mənzilli yaşayış binasının satışa yararlı sahəsi 12687,23 kv. m. təşkil edir və bundan əvvəlki səyyar vergi yoxlaması ilə yaşayış evinin 8839.33 kv. m. sahəsi əhatə olunduğundan açıq qalan satışa yararlı sahə 3847.9 kv.metrdir. Həmin sahənin 1513 kv.metrini qeyri yaşayış, 1542.06 k v. metrini mansard, 792 kv. metrini isə zirzəmi təşkil edir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının təsisçilərinin ümumi yığıncağının protokoluna əsasən, açıq qalan sahə təsisçilər arasında bölüşdürülərək təqdim edilmişdir. Açıq qalan 3847.9 kv.metr sahənin təqdim edilməsi faktı İddiaçı MTK-nın sədri Rafiq Mustafayevin yoxlamaya təqdim edilmiş 21.07.2020-ci il tarixli yazılı izahatı ilə də təsdiq edilmişdir. Belə ki, həmin izahat "açıq qalan satışa yararlı sahə təsisçi Hüseynbala Quliyev və X7 arasında bərabər şəkildə bölünüb və onun müqabilində pul vəsaiti qoyulub. X7 payına düşən sahənin bir hissəsini satıb və hal-hazırda “Narıncı” market kimi fəaliyyət göstərir, təsdiqedici sənədləri təqdim etmək imkanımız yoxdur” kimi qeyd edilmişdir. Ekspertin rəyinə əsasən, 01.04.2017-ci il tarixdən 31.03.2020-ci il tarixədək olan dövrdə orta bazar qiyməti nəzərə alınmaqla qeyri-yaşayış sahəsinin 1 kv. metri 720,34 manat (ƏDV-siz), zirzəmi sahəsinin 1 kv.metri 211,86 manat (ƏDV-siz), mansardın 1 kv.metri isə 254,24 manat (ƏDV-siz) təşkil edir. Nəticədə 1513 kv. m. (qeyriyaşayış sahəsi) x 720,34 +1542,06 (mansard)x 254,24 + 792,0 (zirzəmi) x 211,86 = 1650323,73 manat dövriyyə fərqi təşkil edir. Həmin dövriyyə fərqinə görə (1650323,73 x 18%) 297058,27 manat ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisinin 297058,27 manat məbləğində azaldılmasına görə azaldılmış məbləğin 50% miqdarında, yəni 148529,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən 2019-cu il üzrə aylıq ƏDV bəyannamələrində əmək haqqı 250 manat olmaqla 1 işçi göstərilməsinə baxmayaraq, muzdla işləyənləri işə götürən sığortaedənlər, MDSS-muzdla işləyənləri işə götürən sığortaedənlər, MDSS- işəgötürənlər -muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər və İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) tədiyyələri üzrə bəyannamə təqdim etməmişdir. Nəticədə muzdla işləyənləri işə götürən sığortaedənlər 2019-cu ilin 3-cü və 4-cü rübləri ödənişləri üzrə yoxlama ilə əlavə 15 manat, MDSS muzdla işləyənləri işə götürən sığortaedənlər 2019-cu ilin 3-cü və 4-cü rübləri ödənişləri üzrə yoxlama ilə əlavə 375 manat, MDSS - işəgötürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər 2019-cu ilin 1-ci və 2-ci rübləri ödənişləri üzrə yoxlama ilə əlavə 375 manat və işsizlik sığortası üzrə rüblük hes abat (hüquqi şəxslər) 2019-cu ilin 1-ci və 2-ci rüblərin ödənişləri üzrə yoxlama ilə əlavə 15 manat kənarlaşma aşkar edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, maliyyə sanksiyaları tətbiq edilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-482/2021 saylı qərarı ilə (hakim: V.E.Əzizova) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı MTK-nin təsisçilərinin ümumi yığıncağının protokoluna əsasən, açıq qalan sahənin təsisçilər arasında bölüşdürülərək təqdim edildiyi müəyyən edilmişdir. MTK-nın sədri X3 21.07.2020-ci il tarixli izahatında göstərmişdir ki, açıq qalan sahələrin bölüşdürülməsi müqabilində nəqd şəkildə pul vəsaitləri qoyulmuşdur və əvəzində mal-materiallar alınmışdır. Açıq qalan sat ışa yararlı sahə təsisçi Hüseynbala Quliyev və X7 arasında bərabər şəkildə bölüşdürülmüşdür. MTK-nın sədrinin göstərilən izahatı təqdim olunma barədə protokolun qüvvədən düşməsi və ya icrasının dayandırılması barədə qərarın sonradan tərtib olunmasını təsdiqləməklə onu əhəmiyyətsiz edir. İddiaçı tərəfindən bunun əksini sübut edən mötəbər sənədlər məhkəməyə təqdim olunmamışdır.

7. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Apelyasiya baxışında iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehin 30.10.2020-ci il tarixli **********141271 nömrəli qərarının qismən - 2020-ci il üzrə 297058,57 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə uyğun olaraq 148529,14 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin həcminin azaldılması barədə ərizəni icraata qəbul etmişdir.

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-448/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: R.Ə.Ağayev və İ.K.Dəmirov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-482/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi öd əyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli **********141271 nömrəli qərarı qismən 2020-ci il üzrə 297058,57 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə uyğun olaraq 148529,14 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya səyyar vergi yoxlaması zamanı əlavə dəyər vergisi hesablanarkən qanun pozuntularına yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, həmçinin bunu sübut etmiş olsaydı belə, məsuliyyətə cəlbetmə müddəti keçdiyindən cavabdehin qərarı əsassız olmuşdur.

12. Cavabdeh apelyasiya instansiy ası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi 18.03.2014-cü il tarixli qərarın şübhə doğuran tərəflərinin olmasına baxmayaraq, həmin sübutu mötəbər sübut kimi qəbul etmişdir. Baxmayaraq ki, 18.03.2014-cü il tarixli qərar MTK-nın sədrinin 21.07.2020-ci il tarixli yazılı izahatı və iş materiallarında mövcud olan MTK-nın təsisçilərinin ümumi yığıncağının 23.0 7.2014-cü il tarixli ilə qərarı ilə təkzib edilir.

14. Daha sonra qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi tətbiq edilməli olmayan maddi hüquq normasını hazırki işə münasibətdə tətbiq etmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı işin faktiki hallarına və Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, yoxlamanın son dövrünə (2020 mart) ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 67.15-ci maddəsi ilə 36.4-cü maddəsinin qarşılıqlı təhlili həmin Məcəllənin 36.3-cü maddəsini istisna edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 36.4 Bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. Maddə 56.1 Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmi n gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul ed ilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazır kı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Belə ki, işdən görünür ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul olunmasına əsas olmuş aktın “yoxlamanın nəticələrinə dair” 2.1-ci bəndində (aktın 9-cu səhifəsi) qeyd olunmuşdur ki, (..) Əvvəlki səyyar vergi yoxlaması ilə satışa yararlı olan 12687.23 kv.m sahədən 8839.33 kv.m sahə tam əhatə olunaraq bağlanmışdır. Buradan məlum olur ki, açıq qalan satışa yararlı sahə (qeyri-yaşayış sahəsi və mansard) 3847.9 kv.m-dir. Bundan əvvəlki səyyar vergi yoxlamaları zamanı, yəni 12.10.2015-ci il tarixli və 25.04.2017-ci il tarixli səyyar vergi yoxlaması aktlarında 3847.9 kv.m açıq qalan sahə qeyd edilmiş və həmin aktlar vergi ödəyicisinin imzası ilə öz təsdiqini tapmışdır. “Cari yoxlamaya təqdim edilən "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının protokoluna əsasən, açıq qalan sahənin təsisçilər arasında bölüşdürülməsinə görə, həmin sahənin təqdim edilməsi qənaətinə gəlinmişdir. Vergi ödəyicisinin cari yoxlamaya təqdim etdiyi izahat da həmin açıq qalan sahənin təqdim edilməsini bir daha təsdiq etmişdir. Nəticədə yoxlama ilə 1513.84 (qeyri-yaşayış) x 720.34 (ƏDV-siz) +1542.06 (mansard) x 254.24(ƏDV-siz)+792 (zirzəminin qaraj kimi yararsız, lakin qeyri-yaşayış sahəsi kimi istifadəyə yararlı sahəsi) x 211.86 (ƏDV- siz) = 1650323,73 manat dövriyyə kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 1650323,73 manat dövriyyə kənarlaşmasına görə, 297058,27 manat (1650323,73x18%) ƏDV üzrə kənarlaşma aşkar edilmişdir. Demək ki, mübahisə predmeti açıq qalan 3847.9 kv.m satışa yararlı qeyri-yaşayış sahəsidir. Həmçinin müəyyən olunur ki, iddiaçı üçün məsuliyyət yaradan qərar iki əsas üzrə qəbul olunmuşdur: 1) "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının açıq qalan sahənin təsisçilər arasında bölüşdürülməsi barədə 14.03.2014-cü il tarixli protokolu; 2) Vergi ödəyicisinin həmin açıq qalan sahənin təqdim edilməsi barədə cari yoxlamaya təqdim etdiyi izahatı.

22. Apelyasiya instansiyası məhkəməsinin sorğusu nəticəsində iş materiallarına əlavə edilmiş - İddiaçı MTK-nın təsisçilərinin ümumi yığıncağının 14.03.2014-cü il tarixli protokol qərarından görünür ki, təsisçilər Xırdalan şəhəri, Quşçuluq y/m, 7 saylı orta məktəblə üzbəüz tikilmi ş binanın qeyri - yaşayış sahəsinin təsisçilər arasında bölünməsi barədə razılığa gəlmişlər. İşə əlavə edilmiş İddiaçı MTK-nın təsisçilərinin ümumi yığıncağının 18.03.2014-cü il tarixli protokol qərarından isə görünür ki, təsisçilər Xırdalan şəhəri, Quşçuluq y/m, 7 saylı orta məktəblə üzbəüz tikilmiş binanın qeyri yaşayışsahəsinin təsisçilər arasında bölünməsinin məqbul sayılmaması barədə razılığa gəlmiş, bu barədə, 14.03.2014-cü il tarixli protokol qərarının ləğv edilməsi qərara alınmışdır.

23. Beləliklə müəyyən edilir ki, təsisçilər Xırdalan şəhəri, Quşçuluq y/m, 7 saylı orta məktəblə üzbəüz tikilmiş binanın qeyri-yaşayış sahəsinin təsisçilər arasında bölünməsi haqqında 14 mart 2014-cü il tarixli ümumi yığıncağın protokolunun icra olunmadan dayandırılması barədə qərar qəbul etmişlər. Gör ündüyü kimi, iddiaçı tərəfindən açıq qalan sahənin təsisçilər arasında bölünməsi ilə bağlı sərəncam verilsə də, sonradan icranın mümkünsüzlüyü səbəbindən həmin qərar ləğv edilmişdir. Belə olan halda isə müəyyən olunur ki, cavabdeh ləğv olunmuş qərar əsasında iddiaçıya məsuliyyət yaradan vergi hesablamışdır.

24. Kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarında iş üzrə mötəbər sübut olan "xxxx" MTK-nın sədrinin izahatında qeyd olunanları şübhə altına almasını əsaslandırmamışdır.

25. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, apelyasiya instansiyası məhkəməsi bu halı qərarında ətraflı şəkildə araşdırararq bildirmişdir: “Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə müəyyən olunur ki, faktın etiraf edilməsi b arədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Bununla bağlı kollegiya qeyd edir ki, real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə kollegiyası birinc i instansiya məhkəməsinin hazırki mübahisə üzrə yeganə mövqeyi olan - iddiaçı MTK-nın təsisçisinin etiraf - izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir. Belə ki, işdən görünür ki, iddiaçı tərəf həmin izahatın səhvən verildiyini iddia edir. Başqa sözlə, iddiaçının mövqeyinə əsasən bu, yanılma nəticəsində verilmiş izahatdır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin yuxarıda əks olunmuş mövqeyinə görə, təkcə etiraf yetərli deyil, bu fakt digər sübutlarla da təsdiq olunmalıdır.”

26. Məhkəmə tərkibi qeyd edir ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınl aşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləs inin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri)

27. İstinad olunan normaların təhlili onu deməyə əsas verir ki, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalıdır, başqa sözlə, vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə bir halda ki, cavabdeh açıq qalan sahənin təsisçilər arasında bölüşdürüldüyünü iddia edir, bunu konkret sənədlərlə, dəlillərlə sübut etməlidir. Lakin işdə bu faktı təsdiq edən mötəbər sübut yoxdur.

28. Şikayətdə həmçinin qeyd edilir ki,, səyyar ve rgi yoxlaması Vergi Məcəlləsinin 36.3-cü maddəsinə zidd olmamış və vergilər Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablandığı üçün həmin Məcəllənin 56.1-ci maddəsinin tələbləri də pozulmamışdır.

29. Cavabdehin bu dəlilini də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, qanuni şəkildə vergiləri ödəmək (o cümlədən müvafiq vaxtda və miqdarda) hər bir şəxsin əsas konstitusiya vəzifələrindən biridir. Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyətə səbəb olur. Lakin qanunverici məsuliyyətə cəlb etmənin məhdudi yyətsiz deyil, müəyyən müddət çərçivəsində həyata keçirilməli olmasını təsbit edir.

30. Vergi qanunvericiliyinin yuxarıda istinad olunan normalardan göründüyü kimi, səyyar vergi yoxlaması üzrə vergi ödəyicisinin son 3 (üç) təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanılır. Hazırki işin hallarından görünür ki, iddiaçı barəsində aparılmış sonuncu yoxlama ƏDV üzrə aprel 2017 - mart 2020-ci illəri əhatə etmişdir. Başqa sözlə, cavabdeh yoxlamada qeyd olunan dövrlər üzrə 3 illik zaman kəsiyində aşkara çıxmış pozuntularla bağlı iddiaçını məsuliyyətə cəlb etməyə haqlı ola bilər. Lakin cavabdeh, iddiaçını, İddiaçı MTK-nın təsisçilərinin ümumi yığıncağının 2014-cü il 14 mart tarixli protokol qərarına (açıq sahənin təsisçilər arasında bölüşdürülməsi barədə) əsasən məsuliyyətə cəlb etmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hüquq pozuntusu kimi aşkara çıxardığını iddia etdiyi hal (2014-cü il, mart) yoxlama dövrü (aprel 2017 -mart 2020-ci illəri ) ilə əhatə olunmur.

31. Hətta fərz olunsa ki, iddiaçı tərəfindən həqiqətən də hüquqpozuntusu törədilmişdir, həmin dövrdən (2014-cü ildən) 3 (üç) ildən çox vaxt keçdiyindən, iddiaçı, müddətin keçməsi əsası ilə vergi məsuliyyətinə cəlb oluna bilməz. 32. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 aprel 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətlərinin müəyyən edilməsi iqtisadi mühitin sabitliyinə, t əsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Avropa Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. (..) Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində (..) nəzərdə tutulan qaydada tətbiq olunmalıdır.” İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquq larını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).

33. Bundan əlavə, məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, işdən göründüyü kimi, iddiaçı barəsində daha əvvəllər də səyyar vergi yoxlaması keçirilmiş, yəni 12.10.2015-ci il tarixli və 25.04.2017-ci il tarixli səyyar vergi yoxlaması aktlarında 3847.9 kv.metr sahənin açıq qaldığı qeyd edilmişdir. Hətta qeyd olunmuşdur ki, müəssisə tərəfindən ümumi sahədən 7128.42 kv.m sahə satılmadığından, aparılan yoxlama ilə əhatə olunmamışdır. (25.04.2017-ci il tarixli aktın 3-cü səhifəsi) Bu qənaət isə ona gətirib çıxarır ki, hazırki iş üzrə mübahisə predmeti olan 3847.9 kv.m açıq qalan sahənin olması əvvəlki yoxlamalar zamanı da vergi orqanına məlum idi. Lakin bu barədə hər hansı araşdırma aparılmamış və ya məsuliyyət müəyyən edən tədbirlər görülməmişdir. 34.Beləliklə, iddiaçıya səyyar vergi yoxlaması zamanı əlavə dəyər vergisi hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, həmçinin bunu sübut etmiş olsaydı belə, məsuliyyətə cəlbetmə müddəti keçdiyindən, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir.

35. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və pro sessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-448/2021 saylı iş üzrə 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar