Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-468/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, metropolintendə elektrik maşinisti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2577/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxxx 1957-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus 825465 nömrəli diploma, eləcə də H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən müəyyən edilir ki, o, xx.xx.1973-xx.xx.1976-cı il tarixlərdə 2 nömrəli Bakı Texniki peşə məktəbi ndə təhsil almış, xx.xx.1977-xx.xx.1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
3. Bundan əlavə iddiaçıya məxsus 21 sentyabr 1976-cı il tarixli əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək “N.Nərimanov” adına Elektrik deposunda çilingər-elektrik, çilingər, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək həmin depoda maşinist köməkçisi, xx.xx.1979-ci ildən xx.xx.1984-cü ilədək Bakı Metropoliteninə elektrik qatarlarının maşinist köməkçisi, xx.xx.1984-cü ildən xx.xx.2005-ci ilədək elektrik qatarının maşinisti vəzifələrində işləmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh 07 oktyabr 2021-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, Azərbay can Respublikası Nazirlər Kabinetinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada şəxsiyyət vəsiqəsini, ümumi iş stajını təsdiq edən sənədlərin əsilləri (əmək kitabçası, həqiqi hərbi xidmət dövrünü təsdiq edən sənəd və s.), “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əsli, pensiya təyin edilməsi ilə bağlı ərizə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 28 oktyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 28 oktyabr 2014-cü ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuş, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək Bakı Metropoliteni N.Nərimanov adına elektrik deposunda təmir üzrə çilingər, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək həmin deponun istismar sexində hərəkət qatarlarının maşinisti köməkçisi (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə) işləmişdir. xx.xx.1977- xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən hal-hazıradək "xxxx" QSC-də elektrik deposunun istismar sahəsində hərəkət qatarlarının maşinist köməkçisi və qatar maşinisti (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə) peşələrində işləmişdir. “Bakı Metropoliteni" QSC-nin verdiyi 01 iyun 2021-ci il tarixli, A/140 saylı arxiv və güzəştli arayışa əsasən onun xüsusi zərərli iş şəraitində əmək stajı 41 il 11 ay 28 gün təşkil etmiş, ümumi iş stajı isə daha çoxdur. Eləcə də arayışda da qeyd edilmişdir ki, gecə saatlarına görə qatar maşinistinin əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə gö rə 16% əlavə ödənclər hesablanmış, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas məzuniyyətə əlavə 6 təqvim günü verilmişdir. O, 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh 22 iyul 2021-ci il, 06 avqust 2021-ci il və 07 oktyabr 2021-ci il tarixli məktubları ilə sənədlərin əsillərinin təqdim edilmədiyinə və s. bu kimi bəhanələrlə pensiya təyinatından imtina etmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Bakı Metropoliteni" QSC-nin 21 iyun 2021-ci il tarixli A/146 nömrəli arayışında İddiaçı xx.xx.1977-ci il tarixindən bu günədək adıçəkilən müəssisənin "N.Nərimanov" adına elektrik deposunun istismar sahəsində qat ar maşinistinin köməkçisi və qatar maşinisti peşələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçının işlədiyi sahə isə elektrik qatarlarının (seksiyalarının) maşinistləri və elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələrinin nəzərdə tutulduğu Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur.
9. Bakı İnzib ati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(112)-567/2023 saylı qərarı ilə (hakim X2) iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
10. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 25 ildən çox ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
11. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə, ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilir. İddiaçı pensiya təyin edilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə qismən təmin edilməli, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən keçmiş dövr üçün pensiya həmin tarixdən əvvəlki üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək iddiaçıya ödənilməlidir.
12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2577/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X5 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(112)-567/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə qeyd edilmiş dir ki, iş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 01 iyun 2021-ci il tarixli A/140 nömrəli arayışında İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, xx.xx.1979-ci il tarixdən xx.xx.2014-cü il tarixədək qatar maşinisti, xx.xx.2014cü il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" QSC-nın Depolar üzrə iş Departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının əmək kitabçasında, o cümlədən "xxxx" QSC tərəfindən təqdim edilmiş arayışda iddiaçının qatar maşinistinin köməkçisi, qatar maşinisti vəzifələrində işlədiyi qeyd olunmuş, lakin həmin vəzifə Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən ist ehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır.
17. Həmçinin, iddiaçı iddia ərizəsində işlədiyi vəzifənin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və 2 №-li siyahısının təsdiq edildiyini, 2 №- li siyahıda onun işlədiyi peşə(iş) nəqliyyat - XXVİİİ bölməyə aid edilməklə (kod - 23001000 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadaları) qeyd olunan kodlarla göstəri ldiyini qeyd etmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, həmin kodun aid olduğu bölmədən də görünür ki, həmin kod Metropoliten işçilərinə deyil, dəmiryol nəqliyyatı işçilərinə aid edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti o rqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (29 iyun 2022-ci il tarixə qədər olan redaksiya). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 199 7-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li Siyahıya qədər qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 26 avqust 1956-cı il tarixli 1173 №-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitlərlə olan istehsalatların, sahələrin, vəzifələrin 2 №-li siyahısı XXX. Nəqliyyat
1. Dəmiryol nəqliyyatı və metropoliten... Maşinistlər və onların köməkçiləri və böyük maşinislər: parovozda, teplovozda, elektrovozda, dizel qatarında, mühərrikvaqon (elektrik) seksiyasında, motovozda.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 n ömrəli qərarına 2 nömrəli Əlavə: Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı 23000000 XXVİİİ. Nəqliyyat 2********. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
21. Nəqliyyat 21.5. Metropolitenlər 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fə hlələr:(24 dekabr 2024-cü ildə əlavə edilmişdir) elektrik qatarlarının (seksiyalarının) maşinistləri elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq a pellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhk əmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Kişilərin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin v bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı
3. Ümumi iş stajı minimum 25 il olmalıdır.
32. İş materiallarına görə cavabde h iddiaçının yaşı və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının qanunla müəyyən edilmiş yaşa çatmasını və 25 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir.
33. Hazırki kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirir. Hesab edilir ki, iddiaçının işlədiyi peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan vermir.
34. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır.
35. İşdə olan "xxxx" QSC-nin 13 yanvar 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “İddiaçı xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək Bakı Metropoliteninin “N.Nərimanov” adına elektrik deposunun istismar sexində qatar maşinistinin köməkçisi peşəsində (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə), xx.xx.1979-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti peşələrində (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə) işləmişdir. xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin istismar sahəsində qatar maşinisti peşəsində çalışmışdır (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). xx.xx.2017-ci il tarixindən X1 üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləyir (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelm etrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Bakı Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən amillərlə müşayiət olunan xüsusilə zərərli və ağır əmək şəraitli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır. Metropolitendə güzəştli şərtlərlə çalışan işçilərin əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 saylı qərarına qədər qüvvədə olan xx.xx.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bölmə və bəndləri ilə tənzimlənirdi və həmin qərara əsasən elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçilərinin müvafiq kodlarını Sizə təqdim edirik: 2300 0000 XXVİİİ. Nəqliyyat 23001000-14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri; 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri. Eyni zamanda elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənən “yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraiti iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nda da adları keçmişdir. İddiaçı ağır və xüsusilə zərərli əmək şəraiti üzrə əmək stajı 42 il 07 ay 13 gün (qırx iki il yeddi ay on üç gün) (xx.xx.2022-ci il tarixinə) təşkil edir, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü əlavə edilir və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maaşının 16% məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir.” (iş vər 41-42)
36. Göründüyü kimi, iddiaçı cavabdehə müraciət edərkən onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda birbaşa göstərilməmişdi.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022 -ci il tarixli 451 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilərək Siyahının 21.5-ci bəndinə (Metropolitenlər) elektrik qatarlarının (seksiyalarının) maşinistləri və elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri vəzifələri də əlavə edilmiş, bununla həmin vəzifələrdə işləyən şəxslərin də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təsbit edilmişdir.
38. Qanunvericiliyə edilmiş bu dəyişiklikdən sonra "xxxx" QSC tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 13-19/2-093/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda göstərilmiş dir ki, İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 42 il 08 ay 09 gün (qırx iki il səkkiz ay doqquz gün) təşkil edir və əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü əlavə edilir və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maaşının 16% məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 nömrəli qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) və 1.4.1 ( 21.5.1-ci yarımbənd) (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndlərinin elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri aiddir.
40. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarındakı dəyişiklik iddiaçıya münasibətdə də tətbiq edilməlidir.
41. Bundan əlavə məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı keçmiş SSRİ dövründə elektrik qatarı maşinisti köməkçisi və elektrik qatarı maşinisti işləyərəkən həmin peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edildiyindən, müstəqillik dövründə iddiaçı eyni peşəni, vəzif ə və funksiyaları icra etdiyindən, 24 dekabr 2022-ci ildə həmin vəzifələr siyahıyaya əlavə edildiyindən və iddiaçının maşinist peşəsinin vəzifə və funksiyaları 24 dekabr 2022-ci ilə qədər və 24 dekabr 2022-ci ildən sonra fərqlənmədiyindən, yəni iddiaçı əvvəl və hazırda da güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitdə bu peşəni icra etdiyindən onun 1 yanvar 2006-cı ilədək elektrik qatarı maşinisti köməkçisi və elektrik qatarı maşinisti işlədiyi dövr güzəştli peşə kimi sayılmalıdır.
42. Beləliklə, yuxarıda istinad olunan normalara əsasən 01 yanvar 2006-cı ilədək 25 ildən çox ümumi iş stajının və 12 il 6 aydan çox güzəştli iş stajının mövcud olmasına görə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək almaq hüququ yaranmış və İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin təl əbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
43. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2577/2023 saylı iş üzrə 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.