Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-469/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə, 3-cü şəxslər X1 və X2 qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-469/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kamaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1iştirakları, İ.Muradovun katibliyi ilə, 20.02.2019 İddiaçı Cavabdehnə, 3-cü şəxslər X1 və X2 qarşı «sərəncamın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2106/2018 saylı qərarın dan Cavabdeh və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı Komitənin xxxx 2017-ci il tarixli 20 nömrəli sərəncamının ləğv olunması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, ***** ünvandakı «xxxx» MTK-ya məxsus yaşayış binasının 9-cu girişdə 16 kv.m olan qeyri-yaşayış sahəsi MTK-nın xxxx 2004-cü il tarixli ümumi iclasının qərarı ilə ona ayrılmış və həmin protokol Bakı şəhər İcra Hakimiyyəti Başçısının 283 №-li xxxx 2004-cü il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Həmin vaxtdan sözügedən qeyriyaşayış sahəsi onun ist ifadəsindədir. Lakin, ona heç bir məlumat vermədən Komitə həmin qeyri-yaşayış sahəsini özgəninkiləşdirilməsi üçün hərraca çıxarmış və 20.000 manat X1 satmışdır. Hərracın keçirilməsinə dair isə Komitə tərəfindən xxxx 2017-ci il tarixli sərəncam qəbul edilmişdir. Hesab edir ki, həmin sərəncam onun qanunla qorunan hüquq və mənafelərini pozmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-298/2018 saylı, xxxx 2018ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim T.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2106/2018 saylı (S.Seyidova sədrlik edən- məruzəçi, hakimlər V.Ağayev və V.Məmmədov) qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-298/2018 saylı, xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunmuş, Cavabdeh xxxx 2017-ci il tarixli, 20 nömrəli sərəncamı ləğv edilmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından Cavabdeh və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, işin hallarını hərtərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, mübah isəli qeyri yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla Yasamal rayonu, MKTB-nin balansında olmuş, buna görə də onun özəlləşdirilməsi səlahiyyəti ƏMDK-nə məxsusdur, məhkəmənin qərarında iddianı təmin etmək üçün istinad edilmiş əsaslar işin həqiqi hallarına uyğun deyil, işdəki sübutlarla təkzib edilir, işə birinci instansiya qaydasında baxılarkən qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən dövlət əmlakının registrindən çıxarış məhkəməyə təqdim edilmiş, mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün ilk növbədə iddiaçıya təklif edilməli olduğu barədə apellyasiya məhkəməsinin mövqeyi də həmin sahəyə dair Komitə ilə icarə müqaviləsi bağlanmadığından, qanuni deyildir, məhkəmənin istinad etdiyi “xxxx” MTK-nın 19.11.2004-cü il tarixli qərarı və Bakı şəhər İcra haki miyyəti başçısının xxxx 2004-cü il tarixli, *** nömrəli sərəncamı ziddiyyətli olmaqla onların qanuni olması və mötəbər sübut kimi qəbul edilməsi üçün kifayət qədər əsaslar yoxdur, işə baxılarkən cavabdehin xxxx 2017-ci il tarixli sərəncamı bütövlüklə ləğv edilmiş, halbuki həmin sərəncama əsasən təkcə mübahisəli qeyri-yaşayış sahəsi deyil, digər dövlət əmlakları da özəlləşdirilmişdir. Cavabdeh və onun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixliqərarının ləğv edilməsi, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəl illərinə etiraz edərək, onun təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixliqərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxslər X1 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qayda da xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası üçüncü şəxslər X1 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq norm alarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı vəkili Vəkil2, cavabdehin Cavabdeh vəkili Vəkil1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2106/2018 saylı qərarı qismən ləğv edilməli, Cavabdeh 20 nömrəli, xxxx 2017-ci il tarixli sərəncamı qismən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/ 26 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvandakı «xxxx» MTK-ya məxsus yaşayış binasının 9-cu girişdə 16 kv.m olan qeyri-yaşayış sahəsi MTK-nın xxxx 2004-cü il tarixli ümumi iclasının qərarı ilə iddiaçıya ayrılmış və həmin protokol Bakı şəhər İcra Hakimiyyəti Başçısının 283 №-li, xxxx 2004-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş, Cavabdeh xxxx 2017-ci il tarixli, 20 saylı Sərəncamı ilə adıçəkilən qeyriyaşayış sahəsinin özəlləşdirilməsi planı təsdiq edilmiş və hərrac keçirilməsi nəzərdə tutulmuş, iddiaçı xxxx 2017-ci il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək, keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və sözügedən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün ona təklif edilməsini xahiş etmiş, cavabdeh müraciətə cavab olaraq mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair xxxx 2017-ci il tarixində açıq hərrac keçirildiyi, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində məlumat yerləşdirildiyi və yekunda İddiaçı hərracda iştirak etmək hüququndan istifadə etmədiyi, hərracın nəticəsində mübahisəli qeyri-yaşayış sahəsinin 20.000 manat müqabilində üçüncü şəxs X1 satıldığı, bu barədə X2 tərəfindən xxxx 2017-ci il tarixli 09/02 № Hərrac Protokolu tərtib edildiyi, Hərrac Protokolu əsasında X1 ilə Komitə arasında xxxx 2017-ci il tarixli **** Müəssisənin (Obyektin) Alqı-Satqı Müqaviləsi bağlandığı bildirilmişdir. İddia tələbini təmin edən apellyasiya məhkəməsi o na istinad etmişdir ki, iş materiallarında İddiaçı xxxx 2017-ci il tarixdə keçirilmiş açıq hərrac barədə məlumat verilməsi və həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə icarəçiyə təklif olunması öz təsdiqini tapmır, qeyri-yaşayış sahəsi 2004-cü ildən iddiaçıya ayrıldığından, sahənin özəlləşməsi ilk öncə iddiaçıya təklif olunmalı idi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az -özəlləşdirmə portalında elan verilməsi keçiriləcək açıq hərrac barədə İddiaçı məlumatlı olması kimi qiymətləndirilə bilməz, qeyri-yaşayış sahəsinin dövlət mülkiyətində olmasına dair iş materiallarında hər hansı sənəd mövcud olmadığından, Azərbaycan Respublikasının Əmlak Məsələləri Döv lət Komitəsinin həmin qeyri-yaşayış sahəsini hərrac yolu ilə satmaq səlahiyyətinin olması məhkəmə kollegiyasında şübhə doğurur, buna görə də iddia tələbi təmin olunaraq, Cavabdeh xxxx 2017-ci il tarixli, 20 nömrəli sərəncamı ləğv edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir. Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orq anları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir. Qanunun 16-cı maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi hallarından biri dövlət əmlakının hərraclar vasitəsilə satışıdır. Azərbaycan Respublikası Prezidentinin xxxx 2000-ci il tarixli 432 №-li Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları»nın 1-ci bəndinə əsasən həmin Qaydalar yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydalarını tənzimləyir. Həmin Qaydaların 5-ci bəndinə əsasən istifadədə o lmayan qeyri-yaşayış sahələri həmin qaydaların 4.2.2-ci yarımbəndində göstərilən qaydada (hərrac vasitəsilə) özəlləşdirilir. Həmin Qaydaların 4.2.1-ci bəndinə əsasən icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. Həmin Qaydaların 4.2.2-ci bəndinə əsasən icarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi tərəfindən «Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı qaydaları»na müvaf iq olaraq özəlləşdirilir. İş materiallarında qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə cavabdeh arasında rəsmi icarə müqaviləsi bağlanmasa da, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvandakı «xxxx» MTK-ya məxsus yaşayış binasının 9-cu girişdə 16 kv.m olan qeyri-yaşayış sahəsi MTK-nın xxxx 2004-cü il tarixli ümumi iclasının qərarı ilə iddiaçıya ayrılmış və həmin protokol Bakı şəhər İcra Hakimiyyəti Başçısının 283 №li xxxx 2004-cü il tarixli sərəncamı ilə təsdiq olunduğundan, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı həmin sahədən qanuni əsaslarla istifadə edir, bu isə öz növbəsində qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olduğunu təsdiq etməklə bərabər, cavabdeh «Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət v əsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları»nın 5-ci bəndinə istinad etməklə (istifadədə olmayan qeyri-yaşayış sahələri həmin qaydaların 4.2.2-ci yarımbəndində göstərilən qaydada (hərrac vasitəsilə) özəlləşdirilir) mübahisəli qeyri- yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edərkən həmin qaydaların tələblərinə riayət etmədiyini, mübahisəli qeyri-yaşayış sahəsinin istifadədə olub-olmadığını araşdırmadan bu barədə qərar qəbul etdiyini sübut edir. Bununla belə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin, işə baxılarkən xxxx 2017-ci il tarixli sərəncamın bütövlüklə ləğv edilməsi, həmin sərəncama əsasən təkcə mübahisəli qeyri-yaşayış sahəsinin deyil, digər dövlət əmlaklarının da özəlləşdirildiyi barədə dəlilini əsaslı hesab ed ir. Belə ki, iddiaçı yalnız «xxxx» MTK-nın xxxx 2004-cü il tarixli ümumi iclasının qərarı ilə ona ayrılmış qeyri-yaşayış sahəsinə münasibətdə cavabdehin sərəncamını mübahisələndirmək hüququna malikdir, sərəncam digər qeyri-yaşayış və s. sahələrin özəlləşdirilməsi hissəsində İddiaçı hüquqlarına toxunmadığından, apellyasiya məhkəməsi həmin sərəncamı bütövlüklə ləğv etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası qeyri-yaşayış sahəsinin dövlət mülkiyətində olmasına dair iş materiallarında hər hansı sənəd mövcud olmadığından, cavabdehin həmin qeyriyaşayış sahəsini hərrac yolu ilə satmaq səlahiyyətinin məhkəmə kollegiyasında şübhə doğurması barədə apellyasiya məhkəməsinin qərarda istinad etdiyi hallara, bunu təsdiq və ya tam təkzib edən mötəbər sübutlar olmadığı üçün tənqidi yanaşır. Həmçinin, ca vabdehin kassasiya şikayətində istinad edilən Azərbaycan Respublikası Nazirlər Sovetinin xxxx 1965-ci il tarixli, 5 nömrəli və xxxx 1983-cü il tarixli, 252 nömrəli qərarları ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvandakı «xxxx» MTK-ya məxsus yaşayış binasının 9-cu girişində, sahəsi 16 kv.m olan mübahisəli qeyri-yaşayış sahəsinin kooperativin deyil, vaxtilə məhz dövlətin vəsaiti hesabına tikildiyini sübut etmək vəzifəsi inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin üzərinə düşsə də, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən buna dair mötəbər sübutlar işə baxmış məhkəmələrə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inziba ti aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. İş üzrə hər hansı əlavə araşdırma aparılması zərurəti olmadığını nəzərə alan məhkəmə kollegiyası mübahisə üzrə qərar qəbul edilməsini mümkün hesab edir. İşə kassasiya qaydas ında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2106/2018 saylı qərarı qismən ləğv edilməli, Cavabdeh 20 nömrəli, xxxx 2017-ci il tarixli sərəncamı qismən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2106/2018 saylı qərarı qismən ləğv edilsin. Cavabdeh 20 nömrəli, xxxx 2017-ci il tarixli sərəncamı qismən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospe kti **** ünvanda yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilsin. Kassasiya şikayəti qismən təmin olunsun. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-469/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-469/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver