Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-469/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (açar sözlər:iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixədək yarandığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixədək qüvvədə olmuş 20.8 və 20.8.3-cü maddələrinin müddəaları ona şamil edilməlidir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nüm ayəndəsi və vəkili Vəkil oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 21(103)-2442/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2008-ci il üzrə “Prokurorluq orqanlar ında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş ikiqat aylıq əmək haqqı həcmindəki bir aylıq maddi yardımın nəzərə alınması, qulluq stajına görədə əmək pensiyasına əlavələri “Əmək pensiyaları haqqında” Qanununun 20.1-ci, 20.1.5-20.1.5-1 ci, 20.8-ci, 20.8.3-cü, 26.1-ci və 29.3-cü maddələrinə əlavə etməklə 32 il prokurorluq orqanlarında qulluq stajını nəzərə alaraq əmək pensiyasına əlavələri orta aylıq əmək haqqının 55 faizi miqdarında, stajının hər ili üçür də həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında müəyyən etməklə əmək pensiyasının pensiya hüququnun yarandığı gündən onun hesablanacağı günədək yenidən hesablanaraq pensiyanın yenidən təyin edilməsi və bununla əlaqədar yaranacaq fərqin də ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxxx 2019-cu il tarixli, 2-1(81)-1825/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara ödənilən iki aylıq əmək haqqı məbləğində pulun, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik müavinətin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımın, Azərbaycan Respublikası Baş Prokurorunun ümumi əmrinə əsasən mart, oktyabr, dekabr aylarında ümumilikdə 3 qat əmək haqqı həcmində əlavələr, prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq stajı (32 il) nəzərə alınmaqla orta aylıq əmək haqqının 55 faizi miqdarında əlavə, 10 ildən yuxarı prokuror luq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə nəzərə alınmaqla yaşa görə əmək pensiyasnın yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə həvalə edilmişdir (hakim –A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh qismində keçən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsi iş üzrə əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz e dilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2442/2019 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, İddiaçı 2008-ci il üzrə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş ikiqat aylıq əmək haqqı həcmindəki bir aylıq maddi yardımın nəzərə alınması, qulluq stajına görədə əmək pensiyasına əlavələri “Əmək pensiyaları haqqında” Qanununun 20.1 -ci, 20.1.5-20.1.5-1 ci, 20.8-ci, 20.8.3-cü, 26.1 -ci və 29.3- cü maddələrinə əlavə etməklə 32 il prokurorluq orqanlarında qulluq stajını nəzərə alaraq əmək pensiyasına əl avələri orta aylıq əmək haqqının 55 faizi miqdarında, stajının hər ili üçün də həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında müəyyən etməklə əmək pensiyasının, pensiya hüququnun yarandığı gündən onun hesablanacağı günədək yenidən hesablanaraq pensiyanın yenidən təyin edilməsi və bununla əlaqədar köhnə pensiya arasında yaranacaq fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsivə onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edil məsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2008-ci il tarixli 15/115 saylı arayışıda göstərilən iddiaçıya verilmiş mükafatlar ona bayramlarla əlaqədar verildiyindən Nazirlər Kabinetinin 2000-ci il xxxxx, xxx nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya əsasən iddiaçın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan vəsaitə daxildi və qeyd edilən vəsait iddiaçının pensiyası hesablanarkən nəzərə alınmamalıdı. İddiaçıya qanunla müəyyən edilmi ş qaydada onun əmək haqqı məbləğində 80 faizi miqdarında pensiya (o cümlədən 2007-ci və 2008-ci illərdə verilmiş xəstəlik üçün müavinət (müalicə pulu) onun pensiya hüququ yarandığı gündən yenidən hesablanaraq) təyin edilməklə ödənilməkdədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı İddiaçı oğlu məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)2442/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxxx 1948-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş İddiaçı, xx xxxxxxx 1976-cı ildən xx xxxxxx 2008-ci ilə qədər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, ona xx.xx.2003-xx.xx.2008-ci illərin ardıcıl gələn 60 ayı üzrə ömürlük əmək pensiyası təyin edilmiş, iddiaçının xx.xx.2014cü il tarixli ərizəsi ilə onun pensiyası xx.xx.2006 - xx.xx.2008-ci illərin son 24 ayı üzrə yenidən təyin edilmiş, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək 2008-ci il üzrə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş ikiqat aylıq ə mək haqqı həcmindəki bir aylıq maddi yardımın nəzərə alınması, qulluq stajına görədə əmək pensiyasına əlavələri “Əmək pensiyaları haqqında” Qanununun 20.1-ci,20.1.5-20.1.5-ci, 20.8-ci, 20.8.3-cü, 26.1-ci və 29.3-cü maddələrini əlavə etməklə 32 il prokurorluq orqanlarında qulluq stajını nəzərə alaraq əmək pensiyasına əlavələri orta aylıq əmək haqqının 55 faizi miqdarında, stajının hər ili üçün də həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında müəyyən etməklə əmək pensiyasının, pensiya hüququnun yarandığı gündən onun hesablanacağı günədək yenidən hesablanaraq pensiyanın yenidən təyin edilməsi və bununla əlaqədar köhnə pensiya ilə yeni pensiya arasında yaranacaq fərqin ona ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtinasını onunla əsaslandırmışdır ki, 2008-c i ildə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş maddi yardım və müavinət ona Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilən xx.xx.2006-cı il tarixli, 14/291 saylı arayışda tam qeyd edilmədiyindən pensiya hesablanarkən nəzərə alınmamışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı noyabr 2006-cı ildən oktyabr 2008-ci il tarixə kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə prokuroru vəzifəsində işləmiş, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaydan Respublikası Qanununun 21.4-cü maddəsinə əsasən ona 2007-ci ilin mart ayı 100%, avqust ayı 100%, sentyabr ayı 100%, oktyabr 100%, dekabr 100% əmək haqqı həcmində; 2008-ci ilin mart 100%, iyul ayı 100%, sentyabr ayı 100% əmək haqqı həcmində maddi yardımlar verilmiş, Qanunun 20.8-ci maddəyə uyğun olaraq 2007-ci ilin may ayı 200% əmək haqqı həcmində, 2008-ci ilin oktyabr ayı 200% əmək haqqı həcmində məzuniyyət pulu, Qanunun 20.9-cu maddəsinə əsasən 2007-ci ilin iyun ayı 200% əmək haqqı məbləğində, 2008-ci ilin oktyabr ayı 200% əmək haqqı məbləğində xəstəlik üçün müavinət verilmiş, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixədək yarandığından və həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.8.3-cü maddələrinin müddəaları iddiaçıya şamil edilməli olduğundan cavabdeh inzibati orqan iddiaçının əmək pensiyasının sözügedən əlavələr nəzərə alınmaqla yenidən hesablanmasından imtina etməkdə haqlı olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiy ası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.5-ci maddəsinə əsasən prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin 5 məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikası “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1, 20.1.5 və 20.1.5-1 -ci maddələrinə əsasən bu Qanunun 9.4-cü maddə sində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.8.3-cü maddələrinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi staj ının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanununla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə edilir. İddiaçının tələbinin qanuni əsasını “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.14-cü, 21.4-cü, 21.5-ci maddələri təşkil edir. Belə ki, həmin maddədən görünür ki, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.5-ci maddəsinə əsasən prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin 5 məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikası “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Apellyas iya məhkəməsi qeyd etmişdir ki, prokurorluq işçilərinin işlədiyi dövr ərzində onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım almaq hüququ qanunla nəzərdə tutulmuş, bu hüquq təkcə işləyən prokurorluq işçilərinə deyil, sabiq prokurorluq işçilərinə də şamil edilir, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1, 20.1.5 və 20.1.5-1-ci maddələrinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edildiyindən iddiaçıya pensiya təyin olunarkən iddia ərizəsindəki əlavə və güzəştlər nəzərə alınmamış, iddiaçı həmin əlavələrlə əlaqədar arayışlarla cavabdehə müraciət etmiş, lakin son uncu əsassız olaraq müraciəti təmin etməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı noyabr 2006-cı ildən xxxxxx il tarixə kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə prokuroru vəzifəsində işlədiyi dövrdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaydan Respublikası Qanununun 21.4-cü maddəsinə əsasən ona 2007- mart ayı 100%, avqust ayı 100%, sentyabr ayı 100%, oktyabr 100%, dekabr 100% əmək haqqı həcmində; 2008 - mart 100%, iyul ayı 100%, sentyabr ayı 100% əmək haqqı həcmində maddi yardımlar verildiyini, Qanunun 20.8-ci maddəyə uyğun olaraq 2007 –ci ilin may ayı 200% əmək haqqı həcmində, 2008-ci i lin oktyabr ayı 200% əmək haqqı həcmində məzuniyyət pulu, Qanunun 20.9-cu maddəsinə əsasən 2007-ci ilin iyun ayı 200% əmək haqqı məbləğində, 2008-ci ilin oktyabr ayı 200% əmək haqqı məbləğində xəstəlik üçün müavinət verildiyini, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.8.3-cü maddələrinin müddəaları iddiaçıya şamil edilməli olduğundan inzibati orqanın iddiaçının əmək pensiyasının həmin əlavələr nəzərə alınmaqla yenidən hesablanmasından imtina etməkdə haqlı olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qayda sında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)2442/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2442/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir
Məhkəmə qərarları › İş №2-1(102)-469/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-469/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver