Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-469/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-469/22) Açar sözlər: (qərarın ləğv edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı X1 (13.04.2006-cı ildə vergi ödəyicisi kimi qeydiyyata alınmış; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dаir iş üzrə Sumqayıt Apelyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 21(105)-388/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən 10.03.2020-ci il tarixində 2019-cu il vergi hesabatı dövrü üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi cavabdeh vergi orqanına təqdim edilmiş və 2019-cu ili 38.449,22 manat ziyanla başa vurduğu bəyan edilmişdir.
2. Cavabdeh iddiaçıya 05 may 2020-ci il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub ünvanlamışdır. Həmin məktubda qeyd edilmişdir ki, 2019-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin xərclər bölməsində 26496.16 manat enerji xərcləri, 15804.4 manat əmək haqqı məbləğləri qeyd olunmasına baxmayaraq, cəmi 7309.32 manat dövriyyə məbləği əks etdirilmişdir. Bu da dövriyyənin gizlədilməsi yolu ilə vergidən yayınma halı kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji vergi ödəyicilərinin fəaliyyəti araşdırılmış, araşdırma zamanı analoji vergi ödəyicilərinin bəyannamələrində qeyd edilən enerji xərclərinə mütənasib olaraq daha yüksək dövriyyə məbləği göstərdikləri müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən 18075.9 manat vergi məbləğinin hesablanması nəzərdə tutulmuşdur. Qeyd edilənlərlə əlaqədar, iddiaçıdan xərc sənədləri və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsi tələb olunmuşdur.
3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06.05.2020-ci tarixli, **********867400 nömrəli Qərarına əsasən iddiaçıya 2019-cu il üçün 18.075,90 manat gəlir vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 06 may 2020-ci tarixli, **********867400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” cavabdehin qərarının ləğv edilməsinə dair qərar qəbul olunması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən 10 mart 2020ci il tarixində 2019-cu ilin vergi hesabatı dövrü üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı 10.03.2020-ci il tarixində **********553500 saylı və 05 may 2020-ci il tarixində **********680500 s aylı uyğunsuzluq məktubları göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Halbuki bəyannamədə qeyd olunan məlumatlar təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Lazımi sənədləri və izahatları təqdim etməsinə baxmayaraq, vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə gəlir vergisi bəyannaməsinin xərclər bölməsində sənədlərlə təsdiq olunan məbləğ və işçilərə verilən əmək haqqı dəfələrlə azaldılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 06 may 2020-ci il tarixli, **********867400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında gö stərilmişdir ki, Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Həmin əlaqəli məlumatın hansı sənədlə təsdiq edildiyi isə məlum deyildir. Buradan belə anlaşılır ki, hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi vergi orqanının qərəzli mövqeyidir. Hesablanan vergi məbləği vergi orqanı tərəfindən qanunsuz və əsassız hesablanmış və iddiaçının təqdim etdiyi sənədlər tam şəkildə araşdırılmamışdır.
6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 10 mart 2020-ci il tarixli, 2019- cu ilin gəlir vergisi bəyannaməsində dövriyyə məbləğinin (ümumi gəlirin) həmin dövr ərzində çəkilən xərclərin məbləğindən dəfələrlə az olduğu bəyan edilmişdir. Aparılan araşdırmalar zamanı anoloji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri tərəfindən həmin dövr üzrə vergi orqanına təqdim edilmiş bəyannamələrdə qeyd edilmiş enerji xərclərinə mütənasib olaraq daha yüksək dövriyyə məbləğlərinin bəyan edildiyi müəyyən edilmişdir. Aparılmış kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisinin fəaliyyətinə anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilmişdir. Anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN **********) 2019-cu ilin mənfəət vergisi bəyannam əsində qeyd edilən dövriyyənin 1.440.431,18 manat, enerji xərclərinin məbləğinin 70.380,78 manat olmasını əsas götürərək və iddiaçının 2019-cu il ərzində "xxxx" ASC-dən aldığı enerji xərclərinin məbləğinin 26.496,16 manat olmasını nəzərə alaraq, anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi ilə müqayisəsi nəticəsində iddiaçının 2019-cu il üzrə 542.277,23 manat dövriyyəsinin olduğu müəyyən edilmişdir (26.496,16*1.440.431,18=38.165.895.014,26/70.380,78=542.277,23). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən, şərti rentabellik norması əsa sında aşağıdakı üsuldan istifadə etməklə vergi ödəyicisinin gəlirləri müəyyən edilmiş və vergilər hesablanmışdır. Vergi ödəyicisinin 2019-cu il üzrə dövriyyəsi (ümumi gəlirləri) 542.277,23 manat, xərcləri 451.897,69 manat (542.277,23-90.379,54 (542.277,23/6)) müəyyən olunduğuna görə, həmin il üzrə hesablanmış gəlir vergisinin məbləği aşağıdakı kimi olmuşdur: G (2019-ci il) = 542.277,23 x 20 / 120 = 90.379,54* 20% = 18.075,90 manat. Göründüyü kimi, vergi ödəyicisinin 2019cu il üzrə vergiyə cəlb olunan gəliri 90.379,54 manat məbləğində olduğuna görə həmin gəlirdən hesablanmış gəlir vergisinin məbləği 18.075,90 manat təşkil etmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2-1(118)-188/2021 nömrəli (hakim İsmayıl Quliyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmış dır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar aparılmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq dövlət büdcəsinə ödənilməli olan vergilər tam bəyan edilməmiş və dövlət büdcəsinə ödənilməmişdir. İddiaçı qeyd edilən əsasları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
9. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə-apelyasiya instansiyası məhkəməsi) 20 oktyabr 2021-ci il tarixli, 2-1(105)388/2021 nömrəli (hakimlər Hökümə Babayeva-sədrlik edən və məruzəçi, Rəşadə t Ağayev və İlqar Dəmirov) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 06 may 2020-ci il tarixli, **********867400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi qərara alınmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya kameral qaydada gəlir vergisi hesablanarkən pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, iddia təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət edilməmiş, həmçinin analoji vergi öədyicisi kimi seçilmiş müəssisə iddiaçı ilə eyni ərazidə fəaliyyət göstərməmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırmalar zamanı analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri tərəfindən həmin dövr üzrə enerji xərclərinə mütənasib olaraq daha yüksək dövriyyə məbləğlərinin bəyan edildiyi müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisinin son 5 il üzrə iqtisadi göstəriciləri araşdırılmış və nəticədə onun 96.231,99 manat zərərlə işlədiyi müəyyən olunmuşdur. Belə ki, analoji fəaliyyətlə məşğul olan “Silverstone" MMC-nin (VÖEN **********) 2019-cu il mənfəət vergisi bəyannaməsi üzrə 70.380,78 manat enerji xərcləri müqabilində 1.440.431,18 gəlir əldə etdiyi müəyyən olunmasına baxmayaraq, iddiaçı 26.496,16 manat enerji xərci müqabilində cəmi 7.309,32 manat gəlir bəyan etmişdir. Burada həmçinin sual doğuran məsələ ondan ibarət olmuşdur ki, iddiaçı enerji xərci ödəmək üçün 26.496,16 manat vəsaiti haradan əldə etmişdir. Bu barədə birinci instansiya məhkəməsində iddiaçıya sorğu olunsa da, bu ziddiyyəti cavablandıra bilməmişdir. Beləliklə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməklə id diaçının 26.49-3,16 manat enerji xərcləri müqabilində 2019-cu il üzrə 542.277,23 (26.496,16 * 1.440.431,18 / 70.380,78) gəlir əldə etdiyi müəyyən edilmişdir. Şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə 18.075,91 (542.277,23/6*20%) manat gəlir vergisi (2019) hesablanmışdır. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi, vergilər iddiaçı ilə analoji fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməklə hesablanmışdır.
14. Yoxlama zamanı iddiaçının xərclərinə hər hansı bir müdaxilə edilməmiş, analoji fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməklə gəliri müəyyən edilmiş və ona şərti rentabellik norması tətbiq edilməklə gəlir vergisi hesablanmışdır. Əgər iddiaçının qeyd etdiyi x ərclər nəzərə alınsaydı, o zaman iddiaçıya daha yüksək məbləğdə vergi hesablanmış olardı. Belə ki, hazırkı metodla iddiaçıya cəmi 18.075,91 gəlir vergisi hesablandığı halda, iddiaçının xərcləri nəzərə alınsaydı, o zaman ona 99.303,74 manat (542.277,23 - 45 758.54)*20%) gəlir vergisi hesablanacaqdı. Göründüyü kimi kameral vergi yoxlaması ilə iddiaçının mənafeləri nəzərə alınmış, onun xeyrinə olaraq, daha az vergi hesablanmışdır.
15. Kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində qeyd olunan əlaqəli məlumatların əldə edilməsi istiqamətində araşdırma aparılsa da, vergilərin hesablanması üçün əlaqəli məlumatın əldə edilməsi mümkün olmamışdır. Belə ki, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə, fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə, mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə, istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə, idxal-ixrac əməliyyatları barədə, bank hesablarındakı vəsaitlər barədə hər hansı məlumatlar mövcud olmadığından, bunlar barədə rəsmi məlumatların əldə edilməsi mümkün olmamışdır. Bundan əlavə, vergi ödəyicisində əvvəlki tarixlərdə xronometraj müşahidə də aparılmamışdır. Vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri araşdırılarkən müəyyən edilmişdir ki, 5 ilin məlumatlarına əsasən iddiaçının 96.231,99 manat zərəri olmuşdur. Belə ki, iddiaçı tərəfindən 2014-2019-cu illər üzrə dövlət büdcəsinə 1 qəpik belə gəlir vergisi hesablanmamış, vergi ödəyicisi daim zərərlə işləmişdir. Göründüyü kimi, iddiaçı barəsində Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində qeyd olunan əlaqəli məlumatların hər hansı biri mövcud olmadığından, iddiaçıya vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında hesablanmışdır. Xronometraj metodu ilə müşahidənin aparılması vergi ödəyicisinin əvvəlki dövr üzrə fəaliyyətinin araşdırılmasına tətbiq edilə bilməz. Başqa sözlə, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarətinin bir növü olduğundan vergi ödəyicisinin cari fəaliyyətinin iş vaxtı ərzində yoxlanılmasıdır. Hazırki kameral vergi yoxlaması ilə iddiaçının 2019-cu il üzrə gəlir vergisi bəyannaməsi yoxlanılmışdır və belə olan halda əvvəlki dövrə tətbiq edilmə si üçün xronometraj keçirilməsi qanunvericiliklə yolverilməzdir.
16. Bundan əlavə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan istənilən vergi ödəyicisinin deyil, yalnız eyni ərazidə fəaliyyət göstərən eyni xüsusiyyətli işlərin görülməsi və xidmətlərin göstərilməsi, malların istehsalı və təqdim edilməsi ilə məşğul olan vergi ödəyicisinin məlumatlarına istinad oluna bilər. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı çınqıl və qumun hasilatı ilə məşğuldur, fəaliyyət göstərdiyi ərazi isə Quba rayonu, Talabıqışlaq kəndidir. Cavabdeh tərəfindən iş materiallarının 62-ci səhifəsinə əlavə edilmiş anoloji vergi ödəyiciləri barədə məlumat cədvəlindən isə görünür ki, "Silverstone” MMC Quba rayonu, 1-ci Nügədi kəndində fəaliyy ət göstərir. Lakin istinad olunan həmin cədvəldə Quba rayonu, Talabıqışlaq kəndində, yəni iddiaçının fəaliyyət göstərdiyi ərazidə daha bir vergi ödəyicisinin olduğu görünür. Belə ki, istinad olunan cədvələ əsasən müəyyən olunur ki, "xxxx" MMC də Quba rayonu, Talabıqışlaq kəndində fəaliyyət göstərir. Belə olan halda müəyyən olunur ki, cavabdeh eyni ərazidə vergi ödəyicisi olduğu halda, başqa ərazidən olan vergi ödəyicisinin məlumatları əsasında iddiaçıya vergi məbləği hesablamışdır”. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə tərəfindən Quba rayonu, 1-ci Nügədi kəndi ilə həmin rayonun Talabıqışlaq kəndinin fərqli ərazi hesab edilməsi düzgün deyildir. Belə ki, hər iki kənd eyni rayon ərazisində yerləşir və məhkəmə tərəfindən bu kəndlərin fərqli ərazi kimi qiymətləndirilməsi mümkün olmayan ha ldır və yolverilməzdir. Bir rayonun 2 kəndinin eyni ərazi hesab edilməsi fikrinin heç bir sübuta ehtiyacı yoxdur. Həmçinin, vergi orqanının eyni kənddə fəaliyyət göstərən vergi ödəyicisini deyil, həmin rayonun digər kəndində yerləşən vergi ödəyicisini analoji olaraq seçməsi vergi orqanının səlahiyyətinə aid olan məsələdir və mübahisələndirilməsi düzgün deyildir. Belə ki, vergi orqanının ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən məlumatdan istifadə etməsi məntiqdən və qanunun tələbindən irəli gəlir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bi ldiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 67.1.1. Vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; Maddə 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; Maddə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; Maddə 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; Maddə 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; Mad də 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; Maddə 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; Maddə 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; Maddə 67.1.9. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 18. “İnzibati icraat haqqında” Qanun Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə
61. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır.
18. İnzibati Prosessual Məcəllə Maddə 14.1 Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə ) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsini mövqeyi
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası qey d edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını və mövqeyini (cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığa riayət olunmaması və analoji vergi ödəyicisinin düzgün seçilməməsi) yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. İşin apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iş üzrə mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 may 2020-ci tarixli, **********867400 saylı qərar qəbul edilməmişdən öncə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 05 may 2020-ci il tarixli məktubda 2019-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin xərclər bölməsində 26496.16 manat enerji xərclərinin, 15804.4 manat əmək haqqı məbləğlərinin qeyd olunmasına baxmayaraq, cəmi 7309.32 manat dövriyyə məbləğinin əks etdirildiyi qeyd olunmuşdur. Bu da dövriyyənin gizlədilməsi yolu ilə vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, analoji vergi ödəyicilərinin fəaliyyəti araşdırılmış, araşdırma zamanı analoji vergi ödəyicilərinin bəyannamələrində qeyd edilmiş enerji xərclərinə mütənasib olaraq daha yüksək dövriyyə məbləğləri göstərdikləri müəyyən edilmişdir. Vergi Məcəll əsinin 67.6-cı maddəsinə əsasən, 18075.9 manat vergi məbləğinin hesablanması nəzərdə tutulmuşdur. Qeyd edilənlərlə əlaqədar olaraq, iddiaçıdan xərc sənədləri və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsi tələb olunmuşdur. Həmçinin məktubda 5 gün ərzində əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməli olması göstərilmişdir.
25. Bundan sonra cavabdeh mübahisələndirilən qərarla, iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 67.6-cı maddəsinə istinad etməklə gəlir vergisi hesablamışdır.
26. Mübahisələndirilən qərarın, yəni inzibati aktın məzmununda vergi orqanı tərəfindən 18075.91 manat gəlir vergisinin necə hesablandığı, yəni hansı riyazı düsturla hesablandığı, vergini hesablanması zamanı hansı vergi ödəyicisinin məlumatlarından istifadə olunduğu, bundan əlavə, məhz niyə həmin vergi ödəyicisinin seçildiyi göstərilməmiş, bununla da qəbul edilən inzibati akt əsaslandırılmamışdır.
27. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən inzibati akt əsaslandırılmalıdır və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən qeyd edilən normanın tələbləri pozulmuş, sadəcə Vergi Məcəlləsinin 67.6-cı maddəsinə (Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır) istinad etməklə kifayətlənilmiş, vergi ödəyicisinə əsaslandırılmış qərar təqdim olunmamışdır.
28. Bundan əlavə, Vergi Məcəlləsi ilə vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) və buna nəzarəti təmin etmək məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlamasını, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasını əhatə edir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanını qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətlə təchiz etmişdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin təd birin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir.
29. Hazırkı iş üzrə cavabdeh kameral vergi yoxlaması keçirmək qərarına gəlmiş, bu zaman iddiaçının enerji xərclərinə münasibətdə gəlirlərini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin gəlirləri və enerji xərcləri ilə müqayisə etmiş (qeyd edildiyi kimi, bu dəlillər mübahisələndirilən qərarda göstərilməmiş, uyğunsuzluq məktubunda bu məsələyə toxunulsa da, hesablama qaydası və seçilmiş analoji vergi ödəyicisi barədə məlumatlar əks etdirilməmişdir) və yekunda iddiaçının enerji xərclərinin əldə etdiyi gəlirə uyğun olmadığı nəticəsinə gəlmişdir. Halbuki, iddiaçı qum-çınqıl istehsalı ilə məşğuldur və cavabdeh iddiaçının enerji xərclərinin əldə etdiyi gəlirə mütənasib olma dığını hesab etdiyi təqdirdə, operativ vergi yoxlaması və ya səyyar vergi yoxlaması keçirə bilər, yoxlama zamanı istehsalla bağlı xüsusi biliyi olan şəxs dəvət etməklə, günlük istehsala sərf olunan enerjini və istehsal həcmini müəyyən edə və enerji sərfiyyatının yüksək olmasının səbəblərini araşdıra bilərdi. Nəticədə iddiaçının gəlirləri barədə daha dəqiq və həqiqətəuyğun məlumat əldə edilə bilərdi.
30. Məhkəmə kollegiyası vergi qanunvericiliyi ilə vergi orqanına verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduğu hallarda, ən yuxarı məbləğdə verginin hesablanmasına imkan verən əlaqəli məlumata əsasən verginin hesablanması hüququnun verildiyini qəbul edir, lakin eyni zamanda qeyd edir ki, bununla yanaşı vergi qanunvericiliyi vergi orqanının üzə rinə həm də vergi ödəyicilərinin xeyrinə olan halları nəzərə almaq, inzibati icraatın qanunauyğun aparılmasını təmin etmək, vergi ödəyicisinin gəlirləri və xərcləri barədə mötəbər məlumatlara istinad etmək kimi vəzifələr də qoymuşdur
31. Lakin, konkret mübahisəyə münasibətdə vergi orqanı yalnız Vergi Məcəlləsinin ona verdiyi hüquqlardan istifadə etməklə kifayətlənmiş, vergi və inzibati icraat qanunvericiliyi ilə üzərinə qoyulmuş və xidməti mövqeyindən irəli gələn vəzifələri isə icra etməmiş, dövriyyəsi iddiaçının dövriyyəsindən dəfələrlə çox olan müəssisənin xərc və gəlir mütənasibliyinə istinad etməklə iddiaçıya vergi hesablamışdır. Həmçinin, nəzərə almaq lazımdır ki, enerji xərclərinin yuxarı olması istehsal olunan qum-çınqılın hamısının həmin il ərzində satışını şərtləndirmir. Həm də id diaçı müəssisə tərəfindən istehsalını həyata keçirdiyi məhsulların satışının sonrakı tarixlərdə də həyata keçirilməsi istisna olunmur.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə dair iş üzrə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı və düzgündür.
33. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2-1(105)-388/2021 nömrəli qərarı dəyişdiril