Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-47/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binədəqi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-47/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: güzəştli şərtlərlə pensiyanın təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinin vəkili Fərid Abdullayevin iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1979/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1975-ci il tarixdən xx xxxx 2015-ci il tarixədək zərərli istehsalat sahəsində işlədiyi illər nəzərə alınaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməs i öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx xxxxxx 2013-cü il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxx 1978-ci il tarixdən xx xxxxxx 2009-cu il tarixədək müxtəlif vəzifələrdə, xx xxxxx 2017-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək isə “xxxx” ASC-də çalışmışdır. Onun işlədiyi illər əmək kitabçası ilə, habelə xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1994-cü il tarixədək zərərli istehsalat sahəsində işləməsi “X 1” ASC tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli arayışla öz təsdiqini tapmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə bunun mümkün olmadığını bildirərək imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, “X1” ASCdə aparılmış qarşılıqlı yoxlama zamanı iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində göstərilən qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri peşəsinə a id olması öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçının zərərli və ağır hesab olunan peşələrdə işləməsi səbəbindən iş şəraitinə görə əlavə haqq və əlavə məzuniyyət almasına dair sənədlər mövcud olmadığından onun işlədiyi peşənin ağır və zərərli olmasını təsdiq etmək mümkün olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)827/2019 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının 20 ildən çox ümumi və 10 ildən çox Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən vəzifələrə daxil ola n zərərli və ağır iş stajı mövcud olduğundan, əmək pensiyaları haqqında qanunvericiliyin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə uyğun olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1979/2019 saylı qərarı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasında izahat verərək xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 199 4-cü il tarixədək xxx4 Zavodunda hava kompressorunun maşinisti vəzifəsində işlədiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində məhz iddiaçının işlədiyi hava kompressorlarına xidmət istisna edildiyindən, birinci instansiya məhkəməsinin iddiaçının işlədiyi peşənin həmin bölməyə aid olmasına dair gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, iddiaçı xxx4 Zavodunda işlədiyi dövrün 4 ilini maşinist şagirdi peşəsində və yalnız 7 il 3 ay 14 gününü kompressor qurğusunun maşinisti peşəsində çalışdığından iddiaçının zərərli iş stajı 10 ildən az olm uşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1994-cü il tarixədək xxx4 Zavodu”nda işləmişdir. İddiaçının işlədiyi dövrdə dövlət müəssisəsi olan həmin zavod sonradan “X1” ASC-yə çevrilmişdir. Müəssisə tərəfindən arxivə verilmiş sənədlər oxunulması mümkün olmayan hala dü şdüyündən, cəmiyyət tərəfindən akt tərtib olunaraq həmin sənədlər məhv edilmişdir ki, bu əsas iddiaçını pensiya hüququndan məhrum edə bilməz. Digər əsas kimi bildirilmişdir ki, apellyasiya məhkəməsinin iddiaçının 4 ildən çox maşinist şagirdi vəsifəsində işləməsinə dair mövqeyi düzgün olmamışdır. Belə ki, həmin dövrdə məhkəmənin qeyd etdiyi qədər uzun müddətli şagird vəsifəsində işləmək qanunvericiliklə nəzərdə tutulmamışdır. Habelə, cəmiyyət tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli arayışla onun zavodda işlədiyi peşənin güzəştli peşələrin zərərli iş şəraitində olması və güzəştli siyahıda nəzərdə tutulması onun iddia tələbinin əsaslı olduğunun sübuta yetirir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Azər baycan Respublikası Qanunun 9.1-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıvə vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1980-1987-ci illərdə Bakı Maşınqayırma Texnikomu ne ft və qaz mədənləri avadanlığı ixtisası üzrə təhsil almışdır. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx xxxx 1978-ci il tarixdə əmək fəaliyyətinə başlamış, xx xxxxxx 1983-cü ildən xxx4 zavoduna işə qəbul edilmiş, xx xxxxxx 1994-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx xxx 2006-cı il tarixdə “Azərpoçt” DM-nın xxx5 Poçt Şöbəsində 5-ci dərəcə ilə poçtalyon vəzifəsinə qəbul edilmiş, xx xxxxxx 2008-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx xxxx 2008-ci il tarixdə xxx5 saylı poçt şöbəsində poçtalyon təyin edilmiş, xx xxxxxx 2009-cu il tarixdə işdən azad edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə “xxxx” ASC-də işə qəbul edilmiş, xx xxxxx 2018-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad edilmişdir. İşdə olan “X1” ASC tərəfindən veril miş KŞ-036, xx xxxxx 2018-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçı xx xxxxxx 1983-cü il tarixdə xxx4 zavoduna işə qəbul edilmiş, xx xxxxxx 1983 – xx xxxxxxxx 1987-ci illərdə 10 saylı energetika qurğularının təmiri sexinə kompressor qurğusunun maşinist şagirdi peşəsində, xx xxxxxxxx 1987 – xx xxxxxx 1994cü illlərdə istilik, ventilyasiya və santexnika, qazanxana, santexnika və kompresdə ventilyasiya təsərrüfatı sexində kompressor qurğusunun maşinisti işləmiş, öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı kompressor qurğusunun maşinisti peşəsi üzrə bütün iş vaxtını zərərli iş şəraitində keçirmişdir. Göstərilən bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 35-ci Ümumi peşələr bölməsində “qaz kompress orlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” şifrəsinə aiddir. Noyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, iddiaçı xx xxxxxx 1983-cü il tarixdən 9/k saylı əmrlə xxx4 zavodunun 10 nömrəli Energetika qurğunlarının təmiri sexinə qəbul edilmiş, xx xxxxxx 1994-cü il tarixdən 101/k saylı əmrə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Üzləşmə zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı hesablanmış əmək haqqında əlavə % (faiz) hesablanmamış və əlavə əmək günü məzuniyyəti verilməmişdir. Həmçinin F-2 blokuna baxış zamanı da güzəştli şərtlərə aid olan heç bir əmr olmamışdır. “X2” ASC tərəfindən məhkəməyə ünvanlanmış KŞ-041 nömrəli məktubun surətindən müəyyən olunur ki, “X1” ASC əvvəllər dövlət müəssisəsi olmuşdur. 1999-cu ildə Səh mdar Cəmiyyətinə çevrilmişdir. İddiaçı müəssisədə xx xxxxxx 1983-cü il tarixindən xx xxxxxx 1994-cü il tarixinədək çalışmışdır. Həmin dövr Cəmiyyətə məxsus arxivə verilmiş sənədlər yarasız vəziyyətə düşmüşdür. Ona görə də həmin vaxt Cəmiyyətin rəhbərliyi komissiya yaradaraq, komissiyaya Cəmiyyətin aidiyyəti şöbələrinin nümayəndələrini və Azərbaycan Respublikası Dövlət Arxivinin nümayəndəsinin də iştirakını təmin etmişdir. Həmin akta əsasən arxivdə saxlanılan sənədlərə komissiya tərəfindən yenidən baxış keçirilmiş və sənədlərin uzun müddət baxımsız qaldığı səbəbindən, şəraitsizlik baxımından gəmiricilər tərəfindən yararsız hala düşüb, oxunması mümkün olmadığından aktda qeyd edilən qaydada siyahıya alıb məhv edilmişdir. Bu səbəbdən iddiaçının əmək haqqına zərərli iş şəraitinə görə əlavələr in olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçının xxx4 zavodunda işləmiş olduğu 10 nömrəli və 17 nömrəli istilik, ventilyasiya və santexnika sahəsində kompressor qurğusunun maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ o əsasla yaranmamışdır ki, qanunla müəyyən edilmiş xüsusi və ümumi iş stajını toplamamışdır. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinin mahiyyətinə görə, onun hazırda “ X1” ASC adlanan müəssisədə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş siyahıda müəyyən edilmiş peşəyə uyğun olduğundan və həmin müəssisə tərəfindən verilmiş arayışla təsdiqini tapdığından, onun güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçı pensiya hüququnun yarandığını xx xxxxxx 2013-cü il tarixinə aid etmişdir. Həmin tarixə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun (bundan sonra Qanun): - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricil ərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: (...) qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxx 2006-cı il ta rixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Republikasının Nazirlər Kabineti xx xxxxxx 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəz ifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr üzrə təsnifatlaşdırılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırda “X1” ASC adlanan, iddiaçının işlədiyi müddətdə “Poladtökmə” zavodu adlanan müəssisədə o, xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1994-cü ilədək işlədiyi peşə Azərbaycan Republikasının Nazirlər Kabineti xx xxxxxx 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci bəndində nəzərdə tutulmamışdır. İşin hallarına görə iddiaçının həmin müəssisədə işlədiyi müddət 10 ildən cox olmuş və xxx4 zavodunun verdiyi arayışa əsasən, xx xxxxxx 1983 – xx xxxxx xxx 1987-ci illərdə 10 saylı energetika qurğularının təmiri sexinə kompressor qurğusunun maşinist şagirdi peşəsində, xx xxxxxxxx 1987 – xx xxxxxx 1994-cü illlərdə istilik, ventilyasiya və santexnika, qazanxana, santexnika və kompresdə ventilyasiya təsərrüfatı sexində kompressor qurğusunun maşinisti işləmişdir. İddiaçı hesab etmişdir ki, onun işlədiyi peşə Azərbaycan Republikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci bəndində “qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” peşəsinə uyğun olmuşdur. Apellyasiya məhkəməsi iddiaçının ifadəsinə əsaslanmaqla hes ab etmişdir ki, iddiaçı hava kompressorlarının maşinisti peşəsində işlədiyindən, güzəştli şərtlərlə pensiya hüququnu əldə etməmişdir. Məhkəmə kollegiyası apellyaisya məhkəməsinin sübut kimi istinad etdiyi iddiaçının izahatını və onun kassasiya şikayətində mübahisələndirilməsinə münasibətdə hesab edir ki, apellyaisya məhkəməsi tərəfindən işin halının müəyyən eidlməsində və sübutların qiymətləndirilməsində prosessual qanunvericiliyin tələblərinə düzgün riayət edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin: - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; - 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Maddələrin məzmunu onu nəzərdə tutur ki, inzibati prosessual qanunvericiliyin tələblərinə zidd olmayan hallarda mülki prosessual qanunvericiliyin tələbləri tətbiq oluna bilər ki, onlara əsasən, işdə iştirak edən şəxslərin izahatları iş üzrə digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Sübutlara qiymət verərkən isə nəzərə almaq lazımdır ki, qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu tələblərin tətbiqi onu ehtiva edir ki, iddiaçının kompresor maşinisti kimi işlədiyi peşənin istehsalatda qaz kompressorlarına və ya hava kompressorlarına aid olması yalnız iddiaçının izahatı ilə deyil, digər sübutlarla da təsdiq olunmalı idi. Belə ki, iddiaçının əmək kitabçasında onun yalnız kompresor maşinisti işlədiyi göstərilmiş, bu peşənin qaz kompressorlarına və ya hava kompressorların xidmət ilə bağlı olduğu əmək kitabçasında göstərilməmişdir. Qeyd edilmiş hal isə müəssisəyə verilən sorğu əsasında və yaxud həmin müəssisədə aparılan istehsalat prosessləri nəzərə alınmaqla sahə ilə bağlı mütəxəssis rəyi ilə müəyyən edilə bilərdi ki, apel laysiya məhkəməsi tərəfindən məsələ üzrə araşdırma aparılmamışdır. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçının 4 il maşinist şagirdi peşəsində işləməsini müəyyən edərkən, “şagirdin işi öyrənməyə çalışdığı və həmin vəzifəni tutan şəxslə eyni səviyyədə iş icra etmədiyi nəzərə alınaraq” bu müddətin xüsusi iş stajına aid olmadığı nəticəsinə gəlmişdir. Gəldiyi bu nəticəni apellyasiya məhkəməsi hüquq normasına istinadla əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası İPM-nin 69.4-ci maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən bu qaydada qəbul edilmiş q ərar əsaslandırılmamış qərar kimi qiymətləndirməklə, Azərbaycan Respublikası İPM-nin 92.0.6-cı maddəsinə əsasənləğv olunmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda, kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Qanunverciliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə ola n sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda əks olunmuş qanunverciliyin tələblərinə uyğun olaraq mübahisəli məsələ üzrə əlavə araşdırma aparılmaqla tələbə qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. B akı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1979/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-47/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-47/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver