Məhkəmə qərarları › İş №2-1(102)-47/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-47/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-47/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sökülmüş yaşayış sahəsinə görə kompensasiyanın ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbin ə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 avqust tarixli, 21(103)-1480/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar ona ödənilməli olan 45.000 manat məbləğində kompensasiyanın ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh 2018-ci il 30 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 avqust tarixli, x saylı sərəncamı ilə Cavanşir küçəsi 8 ünvanında yerləşən 1 saylı yataqxana binasında yaşayan, 113 məcburi köçkün olmayan v ə 6 məcburi köçkün ailəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ailə başçılarının hər birinə dövlət vəsaiti hesabına 45.000 manat birdəfəlik maddi yardım ayrılmışdır. Qeyd olunan sərəncam əsasında Rayon İcra Hakimiyyəti tərəfindən komissiya yaradılmış və göstərilən ünvanda faktiki yaşayan ailələrin siyahısı tərtib edilərək Nazirlər Kabinetinə təqdim edilmiş və həmin binada faktiki yaşayan ailələrə kompensasiya ödənilərək yataqxana binasından köçürülmüşdür. İddiaçı faktiki olaraq həmin yataqxanada yaşamadığı üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ona şamil olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2018-ci il 05 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus ün van 1 ünvanda yerləşən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar ona ödənilməli olan 45.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslandırılması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1955-ci 01 oktyabr ildə Bakı şəhərində anadan olmuş və 1989-cu il 03 avqust tarixdən ünvan 1 ünvanda yaşamış, həmin ünvanda rəsmi qeydiyyatda olmuş, qeyd edilən yaşayış sahəsi onun daimi yaşayış yeri olmuşdur. İddiaçı psixi xəstəliyi ilə əlaqədar 2004-cü il 16 iyul tarixdən 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına yerləşdirilmiş və həmin xəstəxanada stasionar müalicədə olmuşdur. Qeyd edilən xəstəxanada uzun müddət müalicə almış, xəstəliyi ilə əlaqədar müalicəsini bitirib evə qayıtmaq istəyəndə isə, yaşadığı mənzil qə zalı vəziyyətdə olduğu üçün söküldüyündən, o, xəstəxanadan çıxa bilməmişdir. Cavabdeh yataqxananı sökmək üçün sakinləri qeydiyyata alan zaman onun qonşuları onun xəstəxanada olduğunu və ona görə də ona məxsus yaşayış sahəsində heç kimin olmamasını və qapının kilidli olmasını rayon İcra Hakimiyyətinin nümayəndələrinə bildirmiş, buna baxmayaraq, ona hər hansı bir kompensasiya ödənilmədən yaşadığı mənzil sökülmüşdür. İddiaçının xəstəliyi ilə əlaqədar müvəqqəti olaraq xəstəxanada müalicə almağı onu yaşayış yerindən məhrum etməmişdir. Belə ki, qeyd edilən yataqxana Bakı şəhəri, MKTDnin balansında olduğuna görə və iddiaçı qeyd edilən yaşayış sahəsinin yeganə sakini olduğuna görə həmin yaşayış sahəsi, əgər qəzalı vəziyyətdə olmasa idi, həmin yataqxanada olan yaşayış sahəsini özəlləşdirmək hüquq u olmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 15 oktyabr tarixli, 21(82)2560/2018 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 3 ünvanında yerləşən yataqxanada daimi qeydiyyatda olmasından asılı olmayaraq, orada faktiki yaşamayanlara birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulmadığından, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 avqust tarixli, 248 saylı Sərəncamı ilə müəyyən olunmuş maliyyə yardımının miqdarı və paylanma qaydasının dəyişdirilməsi cavabdehin səlahiyyətində olmadığından cavabdehin imtinası əsaslıdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını x ahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 05 fevral tarixli 21(103)-98/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 05 mart tarixli 21(103)-98/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar ona ödənilməli olan 45.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli ünvanda yaşamama sı onun başqa mənzilinin olması ilə deyil, mütəmadi müalicə alması ilə bağlı olmuşdur.

11. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 03 iyun tarixli 2-1(103)-201/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 05 mart tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya vaxtilə yaşadığı yataqxana otağının həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin müəyyən etdiyi qaydada müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar it tifaqı komitəsinin birgə qərarı ilə və həmin qərara əsasən mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona müvafiq order verildiyi aydın olmur. Halbuki, bu məsələlər dəqiq müəyyən edilmədən, iddiaçının yalnız yataqxanada qeydiyyatda olması əsası ona kompensasiya ödənilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni hesab edilə bilməz. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 avqust tarixli 2-1(103)-1480/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsin i və yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

17. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il 03 iyun tarixli qərarında yenidən araşdırılması vacib olan hallar qeyd edilmiş, hətta maddi və prosessual normaların pozulması göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsi isə Ali Məhkəmənin göstərişinə əməl etmədən, məhkəməyə iddiaçı tərəfindən gətirilmiş şahidləri dindirməmiş, məhkəməyə təqdim edilmiş əsaslı sübutları araşdırmamışdır. Təqdim edilmiş sübutlar qanunun tələbinə uyğun qiymətləndirilməmişdir. Belə ki, mübahisəli yataqxana binasında məskunlaşmış məcburi köçkün olmayan ailələrin hər birinə birdəfəlik maddi yardım veriləcək ailə başçılarının siya hısı məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamışdır. Baxmayaraq ki, Toxuculuq Kombinatı ilə əlaqəsi olmayan şəxslər siyahıya salınıb. Habelə, H. Z. Tağıyev adına Kombinatın fəaliyyəti 1996-1997-ci illərdə dayandırılıb. Lakin kompensasiya alanların siyahısından görünür ki, mənzillərə order, çıxarışlar verilmişdir. Bu necə baş verib? Hansı qanuna əsaslanıb? Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbəni kobud surətdə pozmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

18. İddiaçı 1972-ci il 08 iyul tarixdə H.Z.Tağıyev adına Toxuculuq Kombinatına 5-ci dərəcəli əyirici peşəsinə işə qəbul edilmişdir. Həmin fabrikdə müxtəlif işlər də çalışmış və nəhayət, 1990-ci il 01 avqust tarixdən əlilliyə görə işdən azad edilmişdir. O, 1989-cu il 03 avqust tarixli mübahisəli yataqxanada qeydiyyatda olmaqla yaşamış və xəstəliyi ilə əlaqədar olaraq fasilələrlə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır.

19. Cavabdeh tərəfindən kompensasiya almaq hüququ olanların siyahısı təsdiq olunarkən, həmin siyahıya kombinatla heç bir əlaqəsi olmayan şəxslər daxil edildiyi halda, internatda böyümüş, 1972-ci ildən kombinatda işləmiş, yataqxanada qeydiyyatda olan, yaşayış otağı müalicədə olan zaman başqasına satılmış iddiaçı eyni zamanda Cavabdehndə mənzil növbəsində olmasına baxmayaraq, cavabdehin günahı ucbatından siyahıya daxil edilmədiyi üçün kompensasiya almaqdan məhrum edilmişdir. b. məhkəmə icraatı iştirakçılarının iza hatları

20. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

21. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

22. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, m übahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. A pellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şika yət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı apellyasiya məhkəməs inin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət qərarın ləğv edilməsi tələbinə aid hissədə əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. İddiaçı kassasiya şikayətində haqlı olaraq qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarında yenidən araşdırılması zəruri olan hallar qeyd edilmiş, maddi və prosessual hüquq normalarının pozulduğu göstərilmişdir. Ali Məhkəmənin qərarında ifadə etdiyi hüquqi mövqe işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, sübutlar qanunun tələbinə uyğun araşdırılmamış və qiymətləndirilməmişdir.

27. Məhkəm ə kollegiyası şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə təkrar baxarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1, 12.2, 58.7, 82, 96.11-ci maddələrinin tələbləri təmin olunmamışdır.

28. Bundan başqa, İPM-in 68.3-cü maddəsinin tələbinə görə, məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

29. İşdən göründüyü kimi, işə apellyasiya instansiyası məhkəməsində üç hakimdən ibarət tərkibdə baxılsa da, mübahisələndirilən qərar məhkəmə tərkibinə daxil olan iki hakim tərəfindən qəbul edilmişdir.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 68.3, 82, 96.11-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyind ən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iş üzrə yeni qərar qəbul edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 avqust tarixli 21(103)-1480/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov i

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar