Məhkəmə qərarları › İş №2-1(102)-47/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-47/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-47/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi; elektrik qaynaqçısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “ güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən aylar üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-1(103)-225/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1963-cü il 3 sentyabr təvəllüdlüdür. O, 1980-ci il 4 sentyabr tarixdən 1981-ci il 21 yanvar tarixə qədər peşə məktəbində əyani “Qaynaqçı” ixtisası üzrə təhsili almışdır. 1981-ci il 4 fevral tarixdən 1981-ci il 8 may tarixə kimi elektrik-qaz qaynaqçısı kimi işləmiş daha sonra 1981-ci il 13 may tarixdən 1983-cü il 16 may tarixə qədər hərbi xidmətdə olmuşdur. 1983-cü il 24 iyun tarixdən 1985-ci il 30 may tarixə, 1985-ci il 20 iyun tarixdən 2003-cü il 10 dekabr tarixə, 2003-ci il 23 dekabr tarixdən 2005-ci il 26 dekabr tarixə kimi elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Daha sonra 2005-ci il 26 dekabr tarixdən 2013-cü il 1 aprel tarixə kimi yanğından mühafizə müfəttişi vəzifəsində işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 2020-ci il 23 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ona pensiya təyin edilməsi üçün zəruri olan sənədlərin əsilləri tam şəkildə idarəyə təqdim edildikdən sonra iddiaçının müraciətinə baxıla bilər.

4. İddiaçı ərizə ilə cavabdehə yenidən müraciət edərək ona 2020-ci i l 1 yanvar tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2020-ci il 16 mart tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun pensiya hüququnun yarandığı gün 2020-ci il 1 yanvar tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və ötən aylar üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ yarandığı gündən yəni, 2020-ci il 1 yanvar tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya məbləğinin hesablanaraq ona ödənilməsini cavabdehdə n xahiş etmişdir. Cavabdeh pensiya təyin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı 2020-ci il 14 yanvar tarixdə də ərizə ilə müraciət etmişdir. Ərizədən sonra cavabdeh tərəfindən 1 ayın çatışmadığı bildirilmişdir. 1980-ci il tarixdən iddiaçıya əmək kitabçası açılmış, 2016-cı ildə işdən azad olunmuşdur. İddiaçının 36 il 3 ay əmək stajı var. 1980-ci il tarixdən 1981-ci ilin yanvarın axırına kimi qaynaqçı peşəsinə yiyələnmişdir. 1981-ci il 4 fevral tarixdən 2005-ci il 12 dekabr tarixə kimi qaynaqçı işləmişdir. 2006-cı il 1 yanvar tarixdən 2016-cı il 31 mart tarixə kimi sosial ödənişi var. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələ binə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı cavabdehə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iddiası aşağıdakı səbəblərdən mümkün sayılmamalıdır. İddiaçı cavabdehə müraciət edərək 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin 2020-ci il 23 yanvar tarixli, **********3 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona pensiya təyin edilməsi üçün zəruri olan sənədlərin əsilləri tam şəkildə cavabdehə təqdim edildikdən sonra iddiaçının müraciətinə baxıla bilər. İddiaçı, pensiya təyini üçün zəruri olan sənədləri tam şəkildə təqdim etmək əvəzinə birbaşa məhkəmədə iddia qaldırmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 13 avqust tarixli, 2-1(112)-4071/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 2020-ci il 1 yanvar tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən aylar üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi günə 2006-cı il 1 yanvar tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə (23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları) iş stajı 22 il 06 ay 12 gün olduğu halda, ümumi iş stajı (25 il 06 ay 09 gün olduğu üçün) 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-1(103)-225/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 13 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya tə minatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 2006-ci il 1 yanvar tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsidir. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, ist ehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının HT-İ № ******* əmək kitabçasına əsasən kitabçanın 6-cı qeydində (4-cü səhifə) düzəliş edilmişdir. Həmin qeyd İddiaçının işdən azad edilməsi ilə bağlı olduğundan həmin müddətlərin iddiaçının ümumi iş stajına daxil edilməsi qanunsuzdur. Göründüyü kimi, 2006-cı il 1 yanvar tarixədək iddiaçının topladığı ümumi iş stajı 25 ildən azdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı y azılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-isteh salatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 9 4.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gö stərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. İddiaçıya onun 57 yaşının tamam olduğu 2020-ci il 3 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı olmalıdır.

23. İddiaçının əmək kitabçası üzrə işlədiyi, eyni zamanda təhsil aldığı və hərbi xidmət etdiyi dövrlər də daxil olmaqla 2006-cı il 1 yanvar tarixə 25 ildən artıq ümumi stajı vardır.

24. İddiaçının güzəştli iş stajına gəldikdə, işin araşdırılmış hallarına görə, iddiaçı 1981-ci il 4 fevral tarixdən 1981-ci il 8 may tarixə kimi elektrik-qaz qaynaqçısı, 1983-cü il 24 iyun tarixdən 1985-ci il 30 may tarixə, 1985-ci il 20 iyun tarixdən 2003-cü il 10 dekabr tarixə, 2003-ci il 23 dekabr tarixdən 2005-ci il 26 dekabr tarixə kimi (12 il 6 aydan artıq müddətdə) elektrik qaynaqçısı peşəsi üzrə işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda qeyd olunan (XXXİİİ. 23200000—19906) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi iddiaçının işlədiyi peşəyə tam uyğundur.

25. İd diaçının yuxarıda qeyd olunan əmək fəaliyyətinə dair məlumatlar ona məxsus əmək kitabçası ilə təsdiq olunur.

26. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

28. İddiaçının əmək kitabçasının 6-cı qeydində (4-cü səhifə) düzəliş edildiyinə dair dəlilə gəldikdə, 1985-ci il 30 may tarixd ə işdən azad olunmaya aid olan həmin düzəliş əmək kitabçasında həmin iş dövrünə aid məlumatların mötəbərliyini özüözlüyündə aradan qaldırmır. Belə ki, elə həmin sətirdə (4-cü sütunda) işdən çıxma barədə əmrin nömrəsi və tarixi göstərilmişdir, həmin qeyd isə mübahisəsizdir. Digər tərəfdən, iddiaçı həmin tarixdən işdən azad olunduqdan sonra növbəti aydan - 1985-ci il 20 iyun tarixdən digər müəssisədə işə qəbul edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 21(103)-225/2021nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar