Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-47/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkün sayılmaması, şikayətin verilməsi müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Eksper tiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs AR ƏƏSMN) qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1872/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixdə 2 dəfə, yəni, bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və bir dəfə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməs i barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2620/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim A.A.Abdullayeva) iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin aidiyyatı üzrə həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1872/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti vermək üçün dövlət he sabına vəkillə təmin edilməsini xahiş etmişdir.
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1872/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, apellyasiya məhkəməsinin 2 iyun 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına onun vəkillə təmin olunması Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmişdir.
7. İddiaçı kassasiya şikayəti verərək, 2 iyun 2022-ci il tarixli qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qar şı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə m üəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən veri lməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
11. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
12. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
13. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlum atların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
14. İş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. Qərardad icra edilmiş, Vəkil 17 iyun 2022-ci il tarixdə order yazılmasına rəğmən, həmin qərardaddan kassasiya şikayəti 14 sentyabr 2022-ci il tarixdə vəkilin elektron kabineti vasitə si ilə elektron məhkəmə sistemində yerləşdirilmiş, yəni kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət ötürülmüşdür.
15. Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş bildirişdə müddətin buraxılmasının səbəbləri göstərilməklə həmin çatışmazlığın 5 dekabr 2022-ci il tarixədək aradan qaldırılması və müddətin bərpasına dair ərizə verilməsi təklif edilmiş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmişdir.
16. İddiaçının vəkili Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə qeyd edilmişdir ki, dövlət hesabına hüquqi yardım göstərilməsi ilə əlaqədar 17 iyun 2022-ci il tarixli order tərtib edilsə də, bundan sonra müvafiq orqanlarla yazışmalar aparılması, Bakı Ape llyasiya Məhkəməsinə müraciət edilməsi, oradan cavabın alınması, həmçinin iddiaçı ilə əlaqə saxlayaraq ona kassasiya şikayətinə imza etdirilməsi və bir sıra digər səbəblərdən şikayətin verilməsi müddəti bir neçə gün ötürülmüşdür. Vəkil həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı nə məhkəmə, nə də iddiaçı tərəfindən ona rəsmi şəkildə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, tərəfindən verilmiş kassasiya şikayəti üzrə müddət buraxılmamış hesab edilməklə, şikayətin məhkəmə baxışına təyin edilməsini və işə mahiyyəti üzrə baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir.
17. Halbuki iş üzrə materiallara əsasən, 17 iyun tarixli order verildikdən dərhal sonra iddiaçının vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının hüquqlarının qorunmasının ona həvalə olunduğunu və bu səbəbdən həmin inzibati iş üzrə qəbul edilmiş qərardad və digər icraat materialları ilə tanış ola bilməsi üçün şərait yaradılmasını xahiş etmişdir.
18. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
19. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçının vəkilinin ərizədə istinad etdiyi əsaslar müddətin buraxılmasına haqq qazandıra və ötürülmüş müddətin bərpası üçün yetərli sayıla bilməz. Kassasiya şikayətinin bu qərarın 14-cü bəndində istinad olunan norma ilə tələb olun an müddət çərçivəsində verilməsi üçün iddiaçı tərəfin kifayət qədər zamanı olmuşdur. Müddətin buraxılması ilə bağlı ərizədə qeyd edilənlər müddətin bərpa edilməsini zəruri edən üzürlü səbəblər hesab oluna bilməz.
20. Kasasiya şikayəti iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kassasiya mümkün sayılmamalı, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalı, ərizə təmin edilməməlidir.
21. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə rədd edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1872/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəb