Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-47/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğvi, iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) 01.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 2-1(103)148/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi Mənzil Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.1996-cı il tarixli məktubuna əsasən, X26 vəfatı ilə əlaqədar ona ayrılmış Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (6-cı Xrebtovıy), 523-cü məhəllədə yerləşən 34 saylı mənzil onun oğlu X7 adına keçirilmişdir. 2. 1968-ci ildə X16 ilə X23 arasında nikah bağlanılmış və bu nikahdan 1973-cü ildə qızları İddiaçı doğulmuşdur.
3. Yasamal rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-348/2001 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, ümumi sahəsi 48 kv.m olan, 20 kv.m və 10 kv.m iki yaşayış ot ağından, 4 kv.m mətbəx, 5 kv.m dəhliz, 4 kv.m hamam, 1 kv.m tualet və şüşəbənddən ibarət mənzil X23, İddiaçı və X16 arasında bölünmüş, 20 kv.m bir yaşayış otağı X10 və İddiaçı, 10 kv.m bir yaşayış otağı, 4 kv.m mətbəx, 5 kv.m dəhliz, 4 kv.m hamam, 1 kv.m tualet və şüşəbənd X7 istifadəsinə verilmişdir. Qətnamə xx.xx.2001-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
4. Bundan sonra X23 ünvan 2 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsi 20 kv.m. olan yaşayış evini X2 və bu barədə tərəflər arasında notarial qaydada xx.xx.2002-ci il tarixli, 156766 saylı müqavilə bağlanmışdır.
5. Daha sonra, X1 Nina Konstantinovna ilə yaşamaq üçün Rusiya Federasiyasına köçmüşdür.
6. X16 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və İddiaçı müraciəti əsasında onun adına xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı notaria t ofisində vərəsəlik işi açılmışdır.
7. Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 326 nömrəli sərəncamı ilə atası X7 və anası X11 vəfat etməsi ilə əlaqədar xx.xx.2003-cü il təvəllüdlü X17 mülkiyyətlərinə hüququ olmadan bacısı X24 himayədar təyin edilmişdir.
8. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən, yaşayış sahəsi 10 kv.metr olan 1 otaqlı 34/1 nömrəli evin kirayə müqaviləsi X12 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 3, 1 saylı mənzilə X13 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 10. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X21 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 1 saylı mənzili bacısı X18 hədiyyə etmişdir.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 3, 1mənzilə X14 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarix li, 05 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 1968-ci ildə X23 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1973-cü ildə İddiaçı dünyaya gəlmişdir. Ailə ünvan 4 ünvanda yerləşən yaşayış sahəsində yaşamışdır. Daha sonra tərəflər arasında rəsmi nikah pozulmuşdur. X16 bundan sonra ikinci dəfə X25 ilə ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.2003 il tarixdə X21 dünyaya gəlmişdir. X16 X25 ilə bir gündə xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmişdir. X16 dünyasını dəyişdikdən sonra İddiaçı tələbi ilə onun adına 12 saylı notariat kontorunda vərəsəlik işi açılmış və bu barədə atadan bir olan qardaşı X17 məlumat verilmişdir. Məqsəd atasından qalan əmlakı digər vərəsə olan X22 ilə aralarında məcburi pay altında bölgüsünün təmin edilməsi olmuşdur. Eyni zamanda, vərəsəlik işinin qanuna uyğun həll olunması məqsədi ilə həm iddiaçının nümayəndəsi, həm də 12 saylı notariat kontoru tərəfindən DƏDRX Bakı şəhər Ərazi İdarəsinə, həmin mənzilin balansında olduğu Mənzil Kommunal Təsərrüfat Departamentinə, 158 saylı MKİS-ə müvafiq sorğular və məktublar göndərilmişdir. Həmin məktub və sorğulara birbirinə zidd olan və həqiqətə uyğun olmayan cavablar alınmışdır. Belə ki, 158 saylı MKİS tərəfindən X19 verilmiş 05.11 2020-ci il tarixli, 245 nömrəli forma 2-də qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy), 523-cü məhəllədə yerləşən 34/1 saylı mənzilin icarədarı mərhum X4 və həmin mənzildə yeganə qeydiyyatda olan şəxs X8. Lakin həm iddiaçının nümayəndə sinə xx.xx.2021-ci il tarixli, həm də 12 saylı notariusa xx.xx.2021-ci il tarixli cavablarda 158 saylı MKİS tərəfindən bildirilmişdir ki, qeyd olunan ünvana 158 saylı MKlS-də heç bir sənəd yoxdur. Bu da onu göstərir ki, X21 kirayəçi kimi tanınması üçün Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət edən zaman artıq həmin dövlət qurumunda bu mənzilin mübahisə obyekti olması və 12 saylı notariat kontorunda vərəsəlik işinin açılması barədə məlumat var idi. Lakin buna baxmayaraq, Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncam çıxarılmışdır. Nəticə etibarı ilə X21 və ona himayədarlıq edən X24 Bakı şəhəri İcra Hakimyyətinin Mənzil-Kommunal Təssərrüfatı Departamentinə müraciət edərək, adıçəkilən mənzilə digər şəxsin də iddialı olduğunu və 12 saylı notariat kontorunda açılmış vərəsəlik işinin oduğunu bilə-bilə bunu gizlətmiş, dövlət orqanını aldatmaqla, mənzilə iddialı İddiaçı Rusiya Federasiyasında yaşadığından istifadə etməklə X13 həmin mənzilin kirayəçisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamın çıxarılmasına nail olmuş və bunun əsasında həmin mənzilə xx.xx.2021-ci il tarixdə çıxarış rəsmiləşdirmişlər. Növbəti addım ilə mənzil iddiaçını tam hüquqlarından məhrum etmək məqsədi ilə üçüncü şəxsə bağışlama yolu ilə özgəninkiləşdirilmişdir. Beləliklə də, iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları pozulmuşdur və onun atasından qalmış mənzil üçüncü şəxsin mülkiyyətindədir. Bu sərəncamın mübahisələndirilməsinə dair kifayət qədər əsaslar var. Belə ki, sərəncamın təs viri hissəsində onu qəbul etmiş Mənzil-Kommunal Təsərrüfatı Departamentin sədri Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsaslandığını vurğulayır. Həmin maddənin mətnində qeyd olunmuşdur ki, “Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir”. Məlum olduğu kimi, həmin mənzilin sökülməsi barədə heç bir məlumat yoxdur və bu maddə mövcud vəziyyətdə tədbiq oluna bilməz.
14. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi (keçmiş 6-cı Xreptovıy), 523-cü məh əllədə yerləşən 34/1 saylı mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamının ləğv edilməsi tələbi aşağıda göstərilənlərə əsasən tamamilə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 25s nömrəli sərəncamına əsasən, əvvəllər "xxxx" QSC-yə məxsus olmuş, ünvan 5 ünvanında yerləşən ev dövlət mənzil fonduna aid yaşayış sahəsi kimi balansa qəbul edilmişdir. ünvan 6 ünvanında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun X7 adına qeydiyyatdan keçməsi ilə bağlı sənədlər ərazi üzrə mənzil istismar təşkilatında aşkar edilməmiş, həmin yaşayış sahəsi dövlət mənzil fonduna aid olmuşdur. Qeyd edilən mənzil Yasamal rayon İcra Hakimiyyəti b aşçısının xx.xx.2020-ci il tarixli, 326 nömrəli sərəncamına, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamına, xx.xx.2020-ci il tarixli, 143 nömrəli Forma-2 arayışına, xx.xx.1951-ci il tarixli, 140 nömrəli orderə əsasən ilkin olaraq xx.xx.2021-ci il tarixdə X21 tərəfindən özəlləşdirilmiş, daha sonra Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-322 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində bacısı X14 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3351/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən 3 4 saylı ev dövlət mənzil fonduna aid olmaqla, öldüyü məqamadək X7 mülkiyyətində olmadığından, bu səbəbdən də ondan miras qalmış əmlak kütləsinə daxil olmadığından, həmin mənzilə dair cavabdehlər X24 və X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin İddiaçı hüquqlarını pozması və maraqlarına toxunması müəyyən edilmədiyi üçün onun iddia tələbi rədd olunmuşdur. Bundan əlavə, Yasamal rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 349/2001 nömrəli qətnaməsi ilə X10 və İddiaçı X15 və qeyrilərinə qarşı iddiası təmin edilərək qeyd edilən evin bölünməsi və istifadə qaydaları müəyyən edilmişdir. İddiaçı İvleva Lyüdmila Andreyevna Rusiya Federasiyası, Moskva şəhəri, Orexovıy Bulvar, ev 51, mənzil 134 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq orada yaşayır və Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi (keçmiş 6-cı Xreptovıy), 523-cü məhəllədə yerləşən 34/1 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncam verilərkən onun dövlət mənzil fonduna aid yaşayiş sahəsinə istifadə hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Həmin Məcəllənin 51-ci maddəsinə görə, dövlət və ictimai mənzi l fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Bu Məcəllənin 85-ci maddəsinə əsasən, icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-bulluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən şəxsin, müəyyən ediləndən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsində n istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Bu Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab olunur. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələri təsbit edilmişdir ki, həmin Məcəllənin 10.0.13-cü maddəsinə görə, yaşayış sahələrindən istifadə qaydalarını və bu Məcəllənin 10.0.14-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsindən çıxarılmasının əsas larını, qayda və şərtlərini müəyyən edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə görə, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məlumat üçün bildirilir ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan R espublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının verdiyi səlahiyyətlər həddində Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir.
15. Birinci instansiya məhkəməsi tərəfindən X21, X24 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
16. Üçüncü şəxs X24 tərəfindən verilmiş iddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, 2021-ci ilin aprel ayında İddiaçı X18 və X6rşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə istər cavabdehlər tərəfindən təqdim olunmuş sənədlərdə, istərsə də məhkəmə sorğusuna əsasən müxtəlif dövlət qurumları tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən biri, hazırda mübahisə edilən xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncam olmuşdur. Sözügedən sərəncam barəsində həmin məhkəmədə kifayət qədər müzakirələr olmuşdur, hansı ki, Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2(004)-3351/21 nömrəli qətnamədə öz əksini tapmışdır. Daha sonra iddiaçı xx.xx.2021-ci ildə həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində bir neçə dəfə hazırda mübahisə edilən sərəncamla bağlı fikirlərini bildirmiş, sərəncamın surətini isə apellyasiya şikayətinə əlavə etmişdir. Göründüyü kimi, iddiaçı hazırda mübahisə edilən sərəncam barəsində 2021 -ci ilin aprel ayında məlumatının olmasına, dərhal sonra onu əldə etməsinə, məhkəmə prosesində onu müzakirə etməsinə, son olaraq iyul ayında apellyasiya şikayətinə əlavə etməsinə baxmayaraq, həmin sərəncamın ləğv edilməsinə dair iddia ərizəsi ilə 2021-ci ilin sentyabr ayında məhkəməyə müraciət etmiş, bununla da İPM-də göstərilmiş iddia müddətinə dair normalara riayət etməmişdir. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.3-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. İş materiallarından göründüyü kimi, İddiaçı əcnəbi vətəndaşdır, bu isə onunla qanunvericiliyin tələblərinə görə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinə dair sosial kirayə müqaviləsinin bağlamasını istisna edir. Sosial kirayə müqaviləsi bağlamaq hüququ olmayan şəxsin, həmin kirayə müqaviləsinin dəyişdirilməsinə dair sərəncamın ləğv edilməsinə dair iddianın qaldırılması üçün subyektiv hüququ yoxdur. Yuxarıda göstərilənlərə əsasən, iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması xahiş edilmişdir.
17. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 26 aprel 2022-ci il tarixli, 21(112)-2293/2022 nömrəli qərarı ilə iddia təmin edilm iş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamı ləğv edilmişdir.
18. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən sərəncamda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığndan həmin sərəncamdan şikayət müddəti “İnzibati icraat haqqında” Qanunun 64-cü və 73-cü maddələri nəzərə alınmaqla hesablanmalıdır. Beləliklə, ehtimal edilsə ki, mübahisələndirilən sərəncamın surəti iddiaçı tərəfə xx.xx.2021-ci il tarixli məktubla göndərilmişdir, bu halda belə mübahisələndirmə iddia növü üçün nəzərdə tutulmuş xüsusi mümkünlük şərti olan iddia müddətinə riayət edilmişdir. İddiaçının ə cnəbi vətəndaş olduğundan hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə üçüncü şəxsin dəlilinə münasibətdə qeyd edilməlidir ki, hazırkı iddianın predmetini iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanılması təşkil etmir. Həmçinin, müvafiq qanunvericilikdə maraqlı şəxsin icarədar hesab edilməsi və ya kirayəçi kimi tanınmasının tələb edilməsi üçün kirayəçi ilə birikdə yaşamasından və ya xarici ölkə vətəndaşı olmasından asılı olmayaraq mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvlərinin razılığı tələbi müəyyən edilmişdir. İddiaçının ünvan 4 ünvanda yerləşən mənzilin əvvəlki kirayəçisi olmuş X7 ailə üzvü (qızı) olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapdığından, X7 digər ailə üzvləri ilə yanaşı onun da həmin mənzilə dair müvafiq hüquqları mövcuddur. Beləliklə, iddi açının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır.
19. İddianın mahiyyətinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 adına xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində vərəsəlik işinin açılmasına və vərəslərin müəyyən edilməməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamla Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 523-cü məhəllə, 34/1 saylı evin kirayə müqaviləsi X12 adına dəyişdirilmişdir. Belə ki, mübahisələndirilən sərəncam xx.xx.2021-ci il tarixdə həmin vaxt qüvvədə olmayan, yəni xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə (85-ci maddəsinə) istinad edilməklə qəbul edilmişdir. Halbuki, mübahisələndirilən sərəncam qəbul edildiyi vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə qəbul edilməli idi. Həmçinin sözügedən evin kirayə müqaviləsi dəyişdirilərkən, həm xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin, həm də xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normalarına uyğun olaraq X7 fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinin razılığı alınmalı idi. Mübahisələndirilən inzibati aktla kirayə müqaviləsi X13 adına dəyişdirilərkən X21 mövcud qanunvericiliyin (xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 81.2-ci maddəsinin) tələblərinə uyğun olaraq fəaliyyət qabiliyyətli olmamışdır. Belə ki, mübahisələndirilən sərəncam xx.xx.2021-ci il tarixdə qəbul edilər kən X13 17 yaşı olmuş, həmçinin onun üzərində bacısı X24 himayədar təyin edilmişdir. Göründüyü kimi, mübahisələndirilən inzibati akt maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati aktdır. Mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən edilir ki, mübahisələndirilən sərəncam qəbul edilərkən sözügedən evin kirayəçisi olmuş X7 ailə üzvü olan qızı İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmişdir. Beləliklə, cavabdeh inzibati orqan sözügedən evin kirayəçisi olmuş X7 digər ailə üzvünün olmasına, həmçinin vərəsəlik işinin açılmasına və həmin mənzilə dair mülki mübahisənin olmasına baxma yaraq, İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb etməmiş və mübahisələndirilən sərəncamı qəbul etmişdir.
20. Cavabdeh və üçüncü şəxs X24 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 10 may 2023cü il tarixli, 2-1(103)-148/2023 nömrəli qərardadı ilə cavabdeh və üçüncü şəxs X24 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Yasamal rayon Məhk əməsinin 2-348/2001 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 48 kv.m olan 20 kv.m və 10 kv.m iki yaşayış otağı, 4 kv.m mətbəx, 5 kv.m dəhliz, 4 kv.m hamam, 1 kv.m tualet və şüşəbənddən ibarət mənzil X23, İddiaçı və X16 arasında bölünmüş, bundan sonra X9 məxsus ünvan 2 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsi 20 kv.m olan yaşayış evini X20 notarial qaydada satmış və daimi yaşamaq üçün qızı İddiaçı ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür. Bununla da, iddiaçının məhkəmə qətnaməsi ilə hüququ olan mənzil (20 kv.m. hissə) anası tərəfindən notarial qaydada özgəninkiləşdirildiyindən onun mənzilə hüququ itirilmişdir. O ki qaldı sözügedən 34 saylı evin 10 kv.m olan yaşayış sahəsi ilə bağlı vərəsəlik açılarkən cavabdeh inzibati orqanın iddiaçı dəvət olunmadan həmin əmlakı qanunsuz olaraq X13 adına keçirilməsi ilə bağlı sərəncam verməsinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla adı çəkilən 34 saylı evin mübahisələndirilən 10 kv.m olan yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla, öldüyü məqamadək X7 mülkiyyətində olmamışdır, bu səbəbdən də ondan miras qalmış əmlak kütləsinə də daxil olmamışdır. Hazırkı işdən görünür ki, üçüncü şəxs X21 doğulduğu tarixdən (xx.xx.2003-cü ildən) hal-hazıradək qeyd edilən ünvanda yerləşən mənzildə yaşayır. İddiaçı isə həmin mənzilin 20 kv.m yaşayış sahəsinə hüququ məhkəmə qətnaməsi ilə vaxtilə yaransa da, həmin hüququnu məhz həmin yaşayış sahəsinin anası tərəfindən satılması ilə bağlı itirmişdir. İddiaçı mərhum atasından qalan və məhkəmə qətnaməsi ilə atasına aid edilmiş 10 kv.m yaşayış sahəsinə hüq uqunun olduğunu o zaman iddia edə bilərdi ki, həmin sahə dövlət mənzil fonduna aid olmamaqla yanaşı, həm də iddiaçı həmin yaşayış sahəsində mərhumla birlikdə yaşayıb, birgə təsərrüfat aparardı. Lakin hazırkı işdən bu kimi hallar müəyyən olunmur. Əksinə, işdən görünür ki, iddiaçı onun anası tərəfindən onlara məxsus 20 kv.m yaşayış sahəsi başqa şəxsə satıldıqdan sonra onlar (iddiaçı ilə anası) yaşamaq üçün Rusiya Federasiyasına köçmüşlər, mərhum atası isə öldüyü günədək məhz bu iş üzrə üçüncü şəxslər olan övladları ilə ona məxsus 10 kv.m yaşayış sahəsində yaşamış və öldükdən sonra da oğlu Andrey Konstantinoviçin müraciəti əsasında onu cavabdeh inzibati orqan mənzilin kirayəçisi hesab edərək bu barədə sərəncam vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh inzib ati orqanın qəbul etdiyi sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, iddiaçı tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə cavabdehin təqsiri üzündən öz (subyektiv) hüquqlarının pozulması halını təsdiq edə biləcək hər hansı sübut təqdim olunmamışdır. İddiaçının “cavabdeh inzibati orqanın yetkinlik yaşına çatmayan şəxsə münasibətdə sərəncam qəbul etməsinin qanunsuz olması” barədə dəlil ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin sərəncam qəbul edilərkən yetkinlik yaşına çatmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş himayədarı (bacısı) olmuşdur. Odur ki, qeyd olunan dəlil özü də iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcudluğunu və işə mahiyyəti üzrə baxılmasının mümkün olduğunu təsdiqləmir.
23. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
24. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda s osial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zama nı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəs b edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-a yrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etmək dən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Al i Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təq dirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasi bətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentin xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Həmin sərəncamla Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən, yaşayış sahəsi 10 kv.metr olan 1 otaqlı 34/1 nömrəli evin kirayə müqaviləsi X12 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. İddiaçı hesab edir ki, atasından qalmış həmin evə X13 kirayəçi kimi tanınması üçün cavabdehə müraciət edilən zaman artıq həmin dövlət qurumunda bu evin mübahisə obyekti olması və onunla bağlı vərəsəlik işinin açılması barədə məlumat var idi. Buna baxmayaraq, cavabdeh tərəfində n həmin sərəncam qəbul olunmuş və nəticə etibarı ilə iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları pozulmuşdur.
35. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
36. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə ba ğlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
37. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 38. “M. Bağırovun şikayəti üzrə Azərb aycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
39. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 40. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
41. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.
42. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Yasamal rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixdə qanuni qüvvəyə minmiş 2-348/2001 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 48 kv.m olan 20 k v.m və 10 kv.m iki yaşayış otağı, 4 kv.m mətbəx, 5 kv.m dəhliz, 4 kv.m hamam, 1 kv.m tualet və şüşəbənddən ibarət mənzil X23, İddiaçı və X16 arasında bölünmüş, bundan sonra X9 məxsus ünvan 2 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsi 20 kv.m olan yaşayış evini X20 notarial qaydada satmış və daimi yaşamaq üçün qızı İddiaçı ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür.
43. Sözügedən 34 saylı evin 10 kv.m olan yaşayış sahəsi ilə bağlı vərəsəlik açılarkən cavabdeh inzibati orqanın iddiaçını dəvət etmədən həmin əmlakı qanunsuz olaraq X13 adına keçirilməsi ilə bağlı sərəncam verməsi dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 34 saylı evin mübahisələndirilən 10 kv.m olan yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla, öldüyü məqamadək X7 mülkiyyətind ə olmamışdır, bu səbəbdən də ondan miras qalmış əmlak kütləsinə də daxil olmamışdır.
44. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, üçüncü şəxs X21 doğulduğu tarixdən (xx.xx.2003-cü ildən) hal-hazıradək qeyd edilən ünvanda yerləşən evdə yaşayır. İddiaçının isə həmin evin 20 kv.m yaşayış sahəsinə hüququ məhkəmə qətnaməsi əsasında vaxtilə yaransa da, həmin hüququnu məhz həmin yaşayış sahəsinin anası tərəfindən satılması ilə bağlı itirmişdir. İşdən görünür ki, iddiaçı anası tərəfindən onlara məxsus 20 kv.m yaşayış sahəsi başqa şəxsə satıldıqdan sonra anası ilə yaşamaq üçün Rusiya Federasiyasına köçmüşdür, mərhum atası isə öldüyü günədək məhz bu iş üzrə üçüncü şəxslər olan övladları ilə ona məxsus 10 kv.m yaşa yış sahəsində yaşamışdır və öldükdən sonra da oğlu Andrey Konstantinoviçin müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən onun evin kirayəçisi hesab edilməsi barədə sərəncam verilmişdir. Bu baxımdan, iddiaçının cavabdeh inzibati orqanın qəbul etdiyi sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Həmçinin iddiaçı tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə cavabdehin təqsiri üzündən öz (subyektiv) hüquqlarının pozulduğunu təsdiq edə biləcək hər hansı sübut təqdim olunmamışdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
46. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 21(103)-148/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.