Məhkəmə qərarları › İş №2-1(102)-47/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-47/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-47/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X10nə (Bakı 20 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X10nə (Bakı 20 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1654/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ərizəsinin qismən təmin olunması, İddiaçı 24 oktyabr 1992-ci il tarixdən 24 fevral 1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Na zirliyinin tabeliyində olan N saylı hərbi hissənin tərkibində bölüyün çavuşu kimi hərbi xidmət keçməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 №-li, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli HP 5/526 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psi xopatiyası” xx.xx.1393-cü ildən xx.xx.1993-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət” və 19.04 1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmadiaqnoz: “Baş-beyin silkələnməsinin qalıq əlamətləri” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin xx.xx.2017-ci il tarixli 339 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 55 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli, xx.xx.1993-cü il tarixli çıxarış epikrizləri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli 1494 nömrəli arayışı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-c i il tarixli 2(001)-1267/2017 nömrəli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi). 3. xx.xx.2017-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik “X2: XİX sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları =>S06-Kəll ədaxili travma=>S06.2-Baş beynin diffuz travması…Baş beynin diffuz travması, keçirilmiş ağır kəllə-beyin travmasının davamı qalıq əlamətləri generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)..Ağırlaşma-G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, vegeto-vestibulyar krizlər həftədə 4-5 dəfə..Yanaşı xəstəliklər M41 Skolioz, 1-ci dərəcə… Yanaşı xəstəliklər-M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Yanaşı xəstəliklər-(İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik 3-cü mərhələ, İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ-3-cü dərəcə, K71.5 Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi, xr hepatit, K81.1 Xroniki xolesistit, kompl eks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal)(parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 7-8 dəfə. Ağırlaşma İ67.4 Hipertenziv ensefalopatiya, beyin qan dövran çatmamazlığı İİ dər. F06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu., T90.5 Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya., R41.2 Retroqrad amneziya, yaddaş zəifliyi ilə, G25 Digər ekstrapiramid və hərəkət pozğunluqlar, Yanaşı xəstəliklər M42 Onurğanın ostexondrozu… Yanaşı xəstəlik İ20.8 Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİİ fs tez-tez tutmalarla….Meyar 2.2-ikinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli, R00008904VAT nömrəli göndərişinə əsasən iddiaçının əsas diaqnozu T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nin davamlı q/ə (postravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları (ayda 8-9 dəfə) beyin xroniki işemiya, xroniki beyin qan dövranı pozğunluğu ilə, Ağırlaşma: F06 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Şəxsiyyət dəyişikliyi.Yaddaş zəifliyi ilə., İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələri, beyin xroniki işemiya, xroniki beyin qan dövranı pozğunluğu ilə. Yanaşı xəstəliklər: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası FS İİ, İ11.9 (Durğunluq) ürək çatışmazlığı olmadan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Arterial hipetrtenziya İİ dərəcə., H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, hər iki qulaqda İİ dərəcə qarışıq tip ağır eşitmə, H66.9 Dəqiqləşdirilmiş orta otit, iki tərəfli xroniki irinli otit.” qeyd edilmişdir.

5. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntuar.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir.

6. Agentliyin Tibbi-Sosial ekspert komissiyasının **********5 №-li xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Laçın rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 702 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopatiyası (xx.xx.1993). Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Baş beyin silkələnməsinin qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən səliqəli, ünsiyyətə həvəssiz daxil olaraq, əsəbilik və gərginlikdən, başındakı keyimə hissindən şikayətlənmişdir. Emosional olaraq qeyri-stabil görünməyə çalışmış, bələdliyi qorunub, vəziyyətinə tənqidi tam, intellektual mnestik sferası yaşam tərzinə uyğun müəyyən edilmişdir. Hazırda şəxsiyyət dəyişikliyi, qavrama, yaddaş pozuntusu əlamətləri aşkarlanmamışdır. Nevroloji ocaqlı patologiya izlənilməmişdir. Avrasiya Klinikası xx.xx.2021-ci il tarixli Baş beyin MR müayinəsinin nəticəsi “Baş beyində minimal atrof ik dəyişikliklər. Hər iki beyin yarımkürəsində periventrikulyar nahiyədə 6 mm-dən kipik işemik qliotik ocaqlar" kimi qeyd olunmuş və obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qəbul etdiyi müalicələr barədə ətraflı məlumat verməmişdir. Şikayətlərinə uyğun olaraq, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Transtorakal Exokardioqrafiya müayinəsi aparılmış, nəticəsi “Aorta sərtləşib. Aorta kökü (3,8 sm) və çıxan aorta (3,7 sm) genişləniblər. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya cüzi azalıb (LVEF-53%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min-1, Aortal Requrgitasiya, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmi şdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

7. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 tərəfindən verilmiş T502/2023 saylı (ekspertizanın başlanma tarixi 13 iyul 2023-cü il, başa çatma tarixi 02 avqust 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki:

1. Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 № -li, xx.xx.2017-ci il tarixli qərarında əks olunmuş diaqnozdakı xəstəliklər hazırda özünü xx.xx.2022-ci il tarixli 088 saylı göndərişdə olan diaqnozdakı xəstəliklər şəklində biruzə verir.

2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 20 saylı şəhər poliklinikası tərəfindən göndərilmiş R0008904VAT saylı, xx.xx.2022-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, xroniki beyin qan-dövranı pozğunluğu, baş beyin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirlə ri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxs olduğundan, sosial ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Həmin diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac yoxdur.

3. Qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini aid etmək mümkün olmadı. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, R00008904VAT nömrəli göndərişə əsasən 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 oktyabr 1992-ci ildən 24 fevral 1993-cü ilədək Azərbaycan Respublikasının N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. 1993-cü ilin fevral ayında aldığı xəsarətlərlə bağlı 2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi Travmadır, Azərbaycan Respubl ikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik Qərarı ilə təmin edilmişdir. xx.xx.2017-ci ildən İİ dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlildir. Bir çox vaxtlarda o, tibb müəssisələrində müayinə və müalicələrdə olmuşdur, səhhətində olan ağır nevroloji və psixoloji xəstəliklərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün tibb müəssisəsinin göndərişi əsasında cavabdehə müraciət edilib, lakin cavabdeh əlillik təyin etməkdən əvvələr imtina edib, sonuncu göndəriş isə uzun müddətdir cavabsız qalmaqdadır, qanuna müvafiq olaraq 10 gün müddətinə qiymətləndirmə aparılmalıdır. Hesab edir ki, Agentliyin R00008904VAT nömrəli göndərişə əsasən ona əlillik təyinatı aparılmalıdır, belə ki, o, ağır xəstədir, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ona əli llik təyinatı aparılmalı və 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməlidir. Onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o əvvəl qiymətləndirilmişdir və əyani müayinədə olmuşdur.

10. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli şəhər poliklinikasının göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaq nozun mətni: Baş beynin diffuz travması, keçirilmiş ağır kəlləbeyin travmasının davaml qalıq əlamətləri generalize olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə ) Ağırlaşma G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, vegeto-vestibulyar krizlər həftədə 4-5 dəfə Yanaşı xəstəliklər M41 Skolioz, İ dər. Yanaşı xəstəliklər M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Yanaşı xəstəliklər 111.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), İİİ mər. Yanaşı xəstəliklər İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ -İİİ dər. Yanaşı xəstəliklər K71.5 Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi, xr hepatit Yanaşı xəstəliklər K81.1 Xroniki xolesis tit, Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 7-8 dəfə Ağırlaşma İ67.4 Hipertenziv ensefalopatiya, beyin qan dövran çatmamazlığı İİ dər. Ağırlaşma F06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu,. Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, postrovmatik ensefalopatiya Ağırlaşma R41.2 Retroqrad amneziya, yaddaş zəifliyi ilə Ağırlaşma G25 Digər ekstrapiramid və hərəki pozğunluqlar. Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu,. Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİİ fs tez-tez tutmalarla; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, gö rmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntuar.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı əyani müayinədə olmuş və Agentlik tərəfindən 15 noyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmi şdir ki, Laçın rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 702 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopatiyası (xx.xx.1993). Qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət. Baş beyin silkələnməsinin qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşd irilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən səliqəli, ünsiyyətə həvəssiz daxil olaraq, əsəbilik və gərginlikdən, başındakı keyimə hissindən şikayətlənmişdir. Emosional olaraq qeyri-stabil görünməyə çalışmış, bələdliyi qorunub, vəziyyətinə tənqidi tam, intellektual mnestik sferası yaşam tərzinə uyğun müəyyən edilmişdir. Hazırda şəxsiyyət dəyişikliyi, qavrama, yaddaş pozuntusu əlamətləri aşkarlanmamışdır. Nevroloji ocaqlı patologiya izlənilməmişdir. Avrasiya Klinikası xx.xx.2021-ci il tarixli Baş beyin MR müayinəsinin nəticəsi “Baş beyində minimal atrofik dəyişikliklər. Hər iki beyin yarımkürəsində periventrikulyar nahiyədə 6 mmdən kiçik işemik qliotik ocaqlar” kimi qeyd olunmuş və obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qəbul etdiyi müalicələr barəd ə ətraflı məlumat verməmişdir. Şikayətlərinə uyğun olaraq, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Transtorakal Exokardioqrafiya müayinəsi aparılmış, nəticəsi “Aorta sərtləşib. Aorta kökü (3,8 sm) və çıxan aorta (3,7 sm) genişləniblər. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya cüzi azalıb (LVEF53%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min-1, Aortal Requrqitasiya, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı 20 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

12. Üçüncü şəxs qismində cəlb olunmuş “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X10 20 saylı Şəhər Poliklinikası tərəfindən təqdim olunmuş 586 №-li xx.xx.2022-ci il tarixli yazılı münasibətdə göstərilmişdir ki, xəstə İddiaçı Nəsimi rayonu 5 saylı şəhər poliklinikasında həkim-nevropatoloqda dispanser qeydiyatdadır. İcbari Tibbi Sığorta Agentliyinin xx.xx.2022-ci il tarixli PHŞ/1 -2-2022-1924 nömrəli məktubunu rəhbər tutaraq Nəsimi r ayonu üzrə Həkim Məsləhət Komissiyasının sənədlərinin rəsmiləşdirilməsi 20 saylı şəhər poliklinikasına verilmişdir. Bu səbəbdən xəstə İddiaçı xəstəliyi haqqında sənədləri 20 saylı şəhər poliklinikası tərəfindən “Kəllədaxilİ travmaların nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beyin zədələnməsi və disfiınksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular” diaqnozu ilə əlillik dərəcəsi təyin olunması üçün TSEK-na göndərilmişdir. TSEK-sı tərəfindən əlillik dərəcəsinin təyin olunmasında imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstə İddiaçı 5 saylı şəhər poliklinikasında həkim - nevropatoloqda dispan ser qeydiyatda olduğundan, onun ambulator kartası, xəstəliyi haqqında tibbi sənədləri həmin poliklinikadadır.

13. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2447/2023 nömrəli qərarı ilə (hakim N.İ.Abıyev) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstəril mişdir ki, iddiaçı sosial ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Onda aşkar olumuş diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac yoxdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini aid etmək mümkün olmamışdır. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat ”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi).

15. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat 1

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1654/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: M.N.Tağızadə K.H.Əkbərov, hakimlər: və S.R.Səlimova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh inzibati orqanın eksperti izahatından belə məlum olmuşdur ki, iddiaçının qeyd etdiyi MRT ilə bağlı rəyə qiymət verilmiş, lakin hər hansı ağır, qalıcı xəsarət müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, ape llyasiya şikayəti əsassız olduğundan və şikayətdə qeyd edilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qərarının ləğvinə əsas vermədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1654/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə-tibbi ekspertiza və Tibbi-sosial ekspertiza, həmçinin məhkəmələr X7 xx.xx.2023-cü il tar ixli, ********** saylı Protokolda göstərilən mənə aid olan Beyin MRT haqqında tibbi rəyə münasibət bildirməmişlər. Belə ki, xx.xx.2023-cü il tarixli, ********** saylı X1 aid olan Beyin MRT haqqında tibbi rəydə göstərilir ki, İddiaçı Serebral kerteksin ümumi konfiqurasiyası və həcmi kortikal atrofiyanı əks etdirir. Beyin yarımkürəsində subaraxnoldal sırımların həcmi artmışdır. Hər iki beyin yarımkürələrində yayılmış çoxsaylı fokal qliotik ocaqlar təyin edilir. Hesab edir ki, X7 Beyin MRT haqqında tibbi rəyində göstərilən fəsadlar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də, xx.xx.2022-ci il tarixli, 187 sayılı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini a id əlillik dərəcəsinin müəyyən olunmasına əsas verməkdədir. Normalardan göründüyü kimi, onun əlilliyini məhkəmə işində olan sənədlərə əsasən də müəyyən etmək mümkündür. Onu da qeyd etməyi zəruri hesab edir ki, 1 X4 üçün necə çətin şəraitdə döyüşdüyünü, düşmənlə amansız, qorxmadan mübarizə apardığını və bu döyüşlərdə 3 güllə yarası aldığı və xx.xx.2017-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının rəyində öz əksini tapmışdır. Həmçinin, 1993-cü ilin fevral ayında aldığı xəsarətlə bağlı 2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik Qərarı ilə də təmin edilmişdir. Göründüyü kimi, xx.xx.2017-ci il tarixdən İİ dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlildir və müddətsiz təyin edilməlidir. Ümumiyyətlə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü maddəsinə əsasən Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: Həmin Qərarın 2.4.3-cü bəndinə əsasən, etiologiyasından asılı olmayaraq, kəskin şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06) Həmin Qərarın 2.4.4-cü bəndinə əsasən, emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşaiət olunan imbesillik və ya debilik İQ-35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllılıq (demensiya) (F60.0-F62.9,F45-F45.9,F48F48.9,F70-F79) Həmin Qərarın 2.2-ci bəndi nə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir, - Ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113-113.2,120-125,130-131.9,133), - Hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5,H52-H53.9), - E pilepsiya, teztez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin normalarını düzgün şərh etməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, əlilliyin təyini üçün əsas verən tibbi terminlər inzibati orqan tərəfindən qoyulmuş diaqnozda başqa və həmin məna daşıyan tibbi terminlərlə əvəz edilmiş və yeni diaqnozda işlənilmiş terminlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş müvafiq aktdakı tibbi terminlərlə formal olaraq üst-üstə gəlmədiyinə görə onun əlillik dərəcəsi təyin edilməmişdir. Məhz bu səbəbdən məhkəmə-tibbi ekspertizası təyin olunması barədə vəsatəti məhkəmə tərəfindən nəzərə alınmamışdır. Vəsatəti təmin edilərək ekspertiza keçirilsəydi rəy ilə müəy yən olunardı ki, inzibati orqanın həkimləri tərəfindən qoyulmuş diaqnoz Nazirlər Kabinetinin xx.xx.2015 il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair “Əsasnamə”də olan əsas diaqnozla eynilik təşkil edir. Yəni, inzibati orqan xəstəliyi təsvir edərkən başqa terminlərdən istifadə edərək imtina qərarı qəbul etmiş, məhkəmələrdə bunu əsas götürmüş, halbuki faktiki olaraq müvafiq xəstəliyin digər terminlərlə adı müvafiq normativ aktda öz əksini tapmışdır. Bu o deməkdir ki, iddiaçı (vətəndaş), yəni o müvafiq səbəbə görə 2-ci dərəcə müddətsiz əlilliyi olan şəxs hesab edilməlidir. Hazırki iş üzrə xx.xx.2023cü il tarixli, ********** saylı X9 Mərkəzinin mənə aid olan Beyin MRT haqqında tibbi rəydə göstərilir ki, İd diaçı Serebral kerteksin ümumi konfiqirasiyası və həcmi kortikal atrofiyanı əks etdirir. Beyin yarımkürəsində subaraxnoidal sırımların həcmi artmışdır. Hər iki beyin yarımkürələrində yayılmış çoxsaylı fokal qliotik ocaqlar təyin edilir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi inzibati işdə səhiyyə sənədləri ilə olan rəylər arasında ziddiyətlərin aradan qaldırılması və faktiki olaraq müvafiq xəstəliyin digər terminlərlə adı müvafiq normativ aktda öz əksini tapıb-tapmamasını dəqiqləşdirmək üçün məhkəmə tibbiekspertizası keçirməmişdir. Bununla da işə baxan apellyasiya instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, ekspert rəyini İPM-in 58.7-ci maddəsinin tələbini düzgün qiymətləndirməmişdir. Belə olan halda məhkəmə kollegiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetin in 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamər”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunması əsası ilə apellyasiya şikayətinin təmin edilməməsinə da ir gəldiyi nəticə tamamilə əsassızdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonra dan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.

4. Əlilliyin müddətləri Bənd 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətə ndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarix li 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Bənd 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

23. Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim et dikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçıları na yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, eksper tləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandı rılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiy ası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. Məhkəmə kolle giyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. İş üzrə iddiaçının çatmaq istədiyi hüquqi nəticə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq ikinci dərəcə müddətsiz əlilliyin müəyyən edilməsinə yönəlmişdir.

30. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ərizəsinin qismən təmin olunması, İddiaçı 24 oktyabr 1992-ci il tarixdən 24 fevral 1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin tərkibində bölüyün çavuşu kimi hərbi xidmət keçməsi barədə hüquqi əhəmiyyəti olan fak tın müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 №-li, xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopatiyası” və “Baş-beyin silkələnməsinin qalıq əlamətləri” diaqnozları ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” şəhadətləndirilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlillik dərəcəsi verilmişdir.

31. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və Diaqnozun mətni: “Kəllədaxil i travmaların nəticələri, Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntuar.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir.

32. İlk öncə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddiasının rədd edilməsi üçün əsaslandığı sübut-Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 tərəfindən verilmiş 02 avqust 2023-cü il tarixli, T502/2023 saylı ekspert rəyi olmuşdur.

33. Ekspert rəyindən də görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabde h Agentliyin tibbi sosial eksperti kimi əməkdaşı iştirak etmiş və o da ekspert rəyini imzalamışdır. 34. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun müddəalarına görə məhkəmə eksperti işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxs ola bilər ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir, məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bil ərlər. 35. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə əsasən, rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, məhkəmə ekspertizası idarəsi rəhbəri onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək Məhkəmə ekspertizası idarəsinin rəhbərinə qadağandır.

36. Həmin Qanunun 6-cı maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflə rdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

37. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə görə, ekspertin rəyi məhkə mə üçün məcburi deyildir və məhkəmə ekspert rəyi də daxil olmaqla sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Bu anlamda, Birlik tərəfindən qanuni əsaslar olmadan cəlb edilmiş cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəyə uyğun nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir.

39. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri eksper t qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.

40. Cavabdeh Agentliyin əməkdaşı məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxs olduğundan, ekspertizanın təyin olunması haqqında qərardadda onun iştirakı nəzərdə tutulmadığından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehi n nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir.

41. Bundan başqa, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli, R00008904VAT nömrəli göndərişinə əsasən iddiaçının əsas diaqnozu T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nin davamlı q/ə (postravmatik ensefalopatiya, teztez baş verən qıcolma tutmaları (ayda 8-9 dəfə) beyin xroniki işemiya, xroniki beyin qan dövranı pozğunluğu ilə, Ağırlaşma: F06 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Şəxsiyyət dəyişikliyi. Yaddaş z əifliyi ilə., İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələri, beyin xroniki işemiya, xroniki beyin qan dövranı pozğunluğu ilə. Yanaşı xəstəliklər: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası FS İİ, İ11.9 (Durğunluq) ürək çatışmazlığı olmadan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Arterial hipetrtenziya İİ dərəcə., H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, hər iki qulaqda İİ dərəcə qarışıq tip ağır eşitmə, H66.9 Dəqiqləşdirilmiş orta otit, iki tərəfli xroniki irinli otit.” qeyd edilmişdir.

42. Kollegiya qeyd edir ki, göndərişdə XBT-10 kodu İ10-İ15 (İ11.9) olan “Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər” diaqnozu qeyd olunduğu və iddiaçıda da həmin göndərişdə qeyd olunan diaqnoz öz təsdiqin i tapdığı halda, onun vəziyyəti qiymətləndirilməklə əlilliyin müəyyən edilməsi məsələsinə baxılmalıdır.

43. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən şəxsə İ10-İ15-Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər diaqnozu qoyularkən müvafiq qaydada qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsdə arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə halı müəyyən edilərkən 1 il müddətinə 35-60 faiz dərəcəsi ilə əlillik, arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələn məsi) ilə müəyyən edilərsə 2 il müddətinə 65-80 faiz dərəcəsi ilə əlillik, arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə müəyyən edilərsə isə müddətsiz 85-100 faiz dərəcəsi ilə əlillik təyin edilir.

44. Bununla yanaşı, qeyd edilməlidir ki, XBT10 kodu İ10-İ15 (İ11.9) olan xəstəlik özü ayrılıqda, yəni 2.1-ci bəndin altbəndində olan qiymətləndirmə aparılmadan əlillik təyini üçün əsas vermir.

45. Növbəti apellyasiya baxışı zamanı işin bu halı araşdırılmaqla iddiaçının xəstəlik vəziyyəti qiymətləndirilməklə onun vəziyyətinin hansı kod üzrə alt bəndə uyğun olub olmaması müəyyən edilməli, əlillik müəyyən olunduğu halda uyğun bəndə müvafiq olaraq əlillik müddəti göstərilməlidir.

46. Kollegiya qeyd edir ki, h azırda iddiaçı tələbində ikinci dərəcə müddətsiz əlilliyin müəyyən edilməsini tələb etdiyindən, hazırkı iş üzrə müəyyənləşdirilməli hallardan biri də əlilliyin müddəti ilə bağlıdır.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4-cü bəndi əlilliyin müddətləri ilə əlaqədar məsələləri tənzimləyir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda bəzi xəstəliklər üzrə əliliyin meddətsiz müəyyən edilməsi nəzərdə tutulmuşdur.

48. Hazırki iş üzrə yuxarıda qeyd edilən normaların iddiaçıya münasibətdə hər hansı birinin mövcud olub-olmamasına (əlilliyin müddətsiz müəyyən olunma sı ilə bağlı) məhkəmə qərarında münasibət bildirilməlidir.

49. Bundan başqa, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya 19 iyun 2017ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilən zaman qoyulmuş “T90.5 Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya., Yanaşı xəstəlik İ20.8 Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİİ fs tez-tez tutmalarla” diaqnozları xx.xx.2022-ci il tarixli, R00008904VAT nömrəli göndərişdə qeyd olunan diaqnozlarla eynidir. Diaqnoza görə (ağırlaşma ilə) cavabdeh qurum tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.

50. İddiaçının xeyrinə əlverişli inzibati aktın (Azərbaycan Res publikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 №-li, xx.xx.2017-ci il tarixli qərarı) mövcud olmasına baxmayaraq, inzibati orqanın öz təşəbbüsü ilə araşdırma aparılaraq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilərək, inzibati icraatın lazımi qaydada aparılması, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsin-iddiaçının inzibati icraata dəvət edilməsi, onun dinlənilmə hüququnun təmin edilməsi hazırkı iş materiallarında olan sənədlərdən müəyyən edilmir.

51. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparmamışdır.

52. Beləliklə, göndərişdə qeyd edilən xəstəliklərin iddiaçıda olub-olmaması, həmçinin göndərişdə öz əksini tapmış xəstəliklər iddiaçıda aşkar edildiyi halda, ekspert rəyi ilə iddiaçıda olan diaqnozların təsdiq olunub -olunmaması, həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilibedilmədiyi, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 №-li, xx.xx.2017-ci il tarixli qərarında öz əksini tapmış xəstəliklərin göndərişdə və “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapıb-tapmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmalıdır.

53. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə imtina verilmiş və iddiaçı həmin imtinanı mübahisələndirərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

54. Beləliklə məhkəmə kollegi yası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamla r aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

56. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “... Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin də yişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır....”

58. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı 20 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

59. Halbuki hazırkı mübahisə üzrə qəbul ediləcək qərar 20 nömrəli şəh ər poliklinikasının qanunla qorunan maraqlarına toxunmur. Başqa sözlə, məhkəmə qərarı ilə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinin cavabdehə həvalə edilməsi 20 nömrəli şəhər poliklinikasının hüquqi marağına toxunma halını yaratmır. Hazırkı mübahisə üzrə ümumiyyətlə 20 nömrəli şəhər poliklinikasının məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda, 20 nömrəli şəhər poliklinikasının iş üzrə üçüncü şəxs qismində iştirakçılığına xitam verilməlidir.

60. Beləliklə, üçüncü şəxs 20 nömrəli şəhər poliklinikasının məhkəmə icraatına iştirakına xitam verilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 2-1(103)-1654/2024 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qay tarılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs 20 nömrəli şəhər poliklinikasının məhkəmə icraatına iştirakına xitam verilsin. İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1654/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar